"Sərsəng su anbarı ilə bağlı ekspert komitəsi yaratmaq təşəbbüsünü irəli sürmüşük" Nidal Salim

Müsahibələr 14:43 27.12.2017

Qlobal Su, Ətraf Mühit və Sağlamlıq İnstitutunun (QSTSİ) rəhbəri Nidal Salim BAMF-ın dəvəti ilə Azərbaycana gəlib. Səfər zamanı o, Azərbaycan Respublikasının Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov da daxil olmaqla bir sıra rəsmi şəxslərlə görüşüb. O, həmçinin, Azərbaycanın cəbhə xəttində - Tərtər rayonunda olub və su təchizatı ilə bağlı problemlər yaşayan məcburi köçkünlərlə görüşüb.

Burada əsas su mənbəyi olan Sərsəng su anbarının illərdir erməni silahlı qüvvələri tərəfindən qarşısı alınıb. Səfərin sonunda Nidal Salim səfər barədə Avrasiya Gündəliyi və Azərbaycanın müharibədən əziyyət çəkmiş bölgələrində su problemlərinin həlli yollarını tapmaq üçün ekspert kimi fikirlərini bölüşüb.

Bu gün Eurasia Diary, İsveçrədən gələn çox hörmətli qonaq, Qlobal Su, Ətraf Mühit və Sağlamlıq İnstitutunun təsisçisi doktor Nidal Salimi qəbul etməkdən şərəf duyur.

- Salam doktor Salim. Sizi Azərbaycanda görməyə şadıq. Xahiş edirik ki, Qlobal Su, Ətraf Mühit və Sağlamlıq İnstitutunun təsisçisi olaraq bizə təşkilatın iş və fəaliyyəti haqqında ətraflı məlumat verəsiniz.

- Sabahınız xeyir. Beynəlxalq Su, Ətraf Mühit və Sağlamlıq İnstitutu siyasi tədqiqat institutu olaraq əsasən ictimai məlumatlandırma, tədqiqat, texnologiya köçürməsi, vasitəçilik və tərcümə kimi sahələrdə fəaliyyət göstərir.

- Azərbaycana gəlişinizin məqsədi barədə danışardınız, bu sizin Azərbaycana ilk səfərinizdir?

- Xeyir, bu Azərbaycana artıq 3-cü səfərimdir və əsas məqsəd Dağlıq Qarabağ ərazisində su resurslarının idarəolunması məsələsidir. Həmçinin, bu ərazidə vəziyyətin qiymətləndirilməsi və dəstəklənməsi məqsədi ilə araşdırmalar aparmaq istərdik. O cümlədən də, su resurslarının idarəolunması ilə bağlı həll yolları və tövsiyələri irəli sürməyə çalışırıq.

- Hər kəsə məlumdur ki, Dağlıq Qarabağ ərazisi və ətraf rayonlar  ermənilər tərəfindən işğal olunduqdan sonra cəbhə bölgələrində yaşayan dinc əhali ərazinin əsas su qovşağı Sərsəng su anbarından məhrum olub. Belə ki, bütün qəbul olunmuş beynəlxalq qətnamələrə baxmayaraq bu anbarın qarşısı erməni silahlı qüvvələri tərəfindən alınıb. Bu məsələnin həllini necə görürsünüz və sizin fikrinizcə, bu regiondakı əhaliyə yardım göstərmək imkanı varmı?

- Bu dünyanın bir çox yerində rast gəlinən problemdir və hər hadisə özünəməxsus xarakter daşıyır. Vəziyyətlə tanış olmaq üçün dünən bu əraziyə baş çəkdik və bir sıra şəxslərlə tanış olduq. Bu ərazinin fiziki və coğrafi araşdırılmasından sonra məsələnin bir neçə həlli olduğunu ortaya çıxardıq. Texniki və humanitar həll yollarını, Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyası və digər təşkilatlarla birgə fəaliyyətdə görürük. Həmçinin, bu ərazidə risk və təsirin qiymətləndirilməsi məqsədi ilə ekspert komitəsi yaratmaq təşəbbüsünü də irəli sürmüşük.

- 20 ildən artıq işğal altında olan Sərsəng su anbarı təkcə ekoloji faciə deyil, həmçinin, insanların həyatı üçün də fəlakətə çevrilib. Bu sahə üzrə ekspert kimi bu məsələni necə şərh edərdiniz?

- Bu, bölgədə sıx əməkdaşlığı tələb edən ekoloji problemdir. Belə bir deyim var ki, çirklənmə sərhəd tanımır. İki ölkə öz rifahı naminə birgə fəaliyyət göstərərək, səylərini birləşdirərək, eləcə də BMT ilə birgə qətnamə hazırlayaraq bu məsələni həll etməyə çalışmalıdır. Bu vəziyyəti dəyişmək üçün tək bir dövlətin  səyləri kifayət etmir. Uğur qazanmaq üçün bu ərazidə əməkdaşlıq çox önəmlidir.

- Bu yaxınlarda, Beynəlxalq Su, Ətraf Mühit və Sağlamlıq İnstitutu və Beynəlxalq Avrasiya Mətbuat Fondu BMT-nin Cenevrədəki ofisində anlaşmaya dair memorandum imzaladılar. Gələcək birgə fəaliyyətlə bağlı hansı gözləntiləriniz var?

- Əsas gözləntimiz daxili və xarici fəaliyyətin təşkil olunması, həmçinin ictimaiyyətin məlumatlandırılması və bu məsələnin ictimaiyyətə çatdırılmasıdır. Həmçinin, davamlı iqtisadi inkişafın gündəliyi istiqamətində çalışırıq, çünki bu diqqət yetirməmiz gərəkən bir məsələdir. Bir sıra maneələr var. Və biz də bu maneələri və ya çətinlikləri necə aşacağımız barədə düşünürük. Bu uzun müddətli proqramdır və biz hələ ki, ilkin mərhələdəyik.

- Artıq yeddi gündür ki, Azərbaycandasınız, müxtəlif görüşlərə qatılıb, cəbhə bölgəsinə səfər etmisiniz. Səfər haqda təəssüratlarınız necədir?

- İlk növbədə qeyd etmək istərdim ki, burada məsələnin həll olunması böyük həvəslə gözlənilir və biz bunu qiymətləndiririk. Həvəsləndirici məqamlardan biri də məsələnin həlli üçün açıq qapıların və geniş dünyagörüşün olmasıdır. Bu ərazi ən çox diqqət tələb edən ərazidir və zənnimcə, texnologiya və innovasiyaların köməyi ilə müxtəlif tədbirlər görülə bilər. Bu iş bölgədə ilk inkişaf nöqtəsi  kimi planlaşdırıla bilər. İşlərin necə gedəcəyini tam dəqiqliklə deyə bilməsəm də, burada olmağımdan məmnun olduğumu vurğulamaq istərdim. Diqqətimizi cəlb edən məqamlardan biri də bu ərazidəki problemlərlə məşğul olan heç bir beynəlxalq komitənin olmamasıdır.

- Müsahibəniz üçün təşəkkürümüzü bildiririk. Sizi 4-cü səfərinizdə görməyə umid edirik.

- Sizin təşkilatın və Eurasia Diary-nin bütün heyətinə təşəkkürümü bildirirəm !

Eurasia Diary 


İşğaldan azad edilmiş ərazilərdə neçə hektar sahə minalardan TƏMİZLƏNİB? - VİDEO

Xəbər xətti

Rusiya XİN İsveçrədə Ukrayna üzrə sammitin keçirilməsinə münasibət bildirib
00:14 19.05.2024
“Bayer” Almaniya çempionatını məğlubiyyətsiz başa vurub
23:58 18.05.2024
Güləş yığmamız Avropa çempionu oldu
23:31 18.05.2024
Cüdoçularımızın dünya çempionatındakı rəqibləri müəyyənləşdi
22:48 18.05.2024
Şamaxıda 63 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb
22:24 18.05.2024
“Bu il alacağımız F-16-lar müharibədə həlledici rol oynamayacaq” - Zelenski
21:55 18.05.2024
Moldovada demoqrafik vəziyyət pisləşib
21:29 18.05.2024
Latviya Parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib
21:11 18.05.2024
Bolqarıstan Prezidenti Rusiya üzərində qələbəni qeyri-mümkün hesab edir
21:00 18.05.2024
Türkiyə səfirliyi Qırğızıstandakı vətəndaşlarına xəbərdarlıq edib
20:34 18.05.2024
Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda Azərbaycan-Amerika tərəfdaşlığını müzakirə edib
20:20 18.05.2024
BMT-nin Baş katibi: Yaxın Şərqdə sülhə gedən yeganə yol İsrail və Fələstin dövlətinin yaradılmasından keçir
20:00 18.05.2024
"Zamana sığmayan Lider: Heydər Əliyevin idarəçilik və varislik fəlsəfəsi" adlı monoqrafiya Azərbaycanın müstəqil inkişaf yoluna işıq salır
19:59 18.05.2024
Qarabağ Universitetinin bukleti hazırlanıb
19:29 18.05.2024
Azərbaycan boksçuları beynəlxalq turniri 5 medalla başa vurublar
19:00 18.05.2024
Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım edib
18:20 18.05.2024
Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək
18:00 18.05.2024
Slovakiya Baş nazirinə qarşı hücum edən şəxs günahını etiraf edib
17:39 18.05.2024
Prezident və Birinci xanım Zəngilanda “Ağalı” otelinin açılışında - YENİLƏNİB
17:20 18.05.2024
Rusiya Ukraynada daha bir yaşayış məntəqəsini ələ keçirdi
17:00 18.05.2024
Türkiyənin İranla sərhədində hərbi maşın aşıb, 6-sı ağır olmaqla 11 nəfər yaralanıb
16:29 18.05.2024
Qəzzaya dənizdən humanitar yolu açılıb
Qəzzaya dənizdən humanitar yolu açılıb
16:00 18.05.2024
"ChatGPT-40" insanlarla mübahisə edir OpenAİ işçisi
"ChatGPT-40" insanlarla mübahisə edir OpenAİ işçisi
15:40 18.05.2024
Azərbaycan paraatleti Yaponiyada dünya çempionu OLDU
15:20 18.05.2024
Fransa Yeni Kaledoniyada hərbi vəziyyət ELAN ETDİ
Fransa Yeni Kaledoniyada hərbi vəziyyət ELAN ETDİ
15:00 18.05.2024
İlham Əliyev Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoyub
14:45 18.05.2024
Filippində zəlzələ oldu
14:40 18.05.2024
Zəngilanda yeni inşa olunan məscidin açılışı olacaq
14:36 18.05.2024
Rabatda Azərbaycanla bağlı sənədli filmin təqdimatı keçirilib
14:04 18.05.2024
Sabahın HAVA PROQNOZU
13:50 18.05.2024
İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyub
13:27 18.05.2024
Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoyub
13:20 18.05.2024
İşğaldan azad edilmiş ərazilərdə neçə hektar sahə minalardan TƏMİZLƏNİB? - VİDEO
12:45 18.05.2024
Şərqi Avropada enerji təhlükəsi yaranıb
Şərqi Avropada enerji təhlükəsi yaranıb
12:40 18.05.2024
"Qarsdan Naxçıvana dəmir yolu bu tarixdə HAZIR OLACAQ" – Türkiyəli nazir
12:05 18.05.2024
Hərbi Hava Qüvvələrinə yeni komandan TƏYİN EDİLDİ
11:41 18.05.2024
Ukrayna Prezidenti Çini sülh konfransına dəvət edib
Ukrayna Prezidenti Çini sülh konfransına dəvət edib
11:28 18.05.2024
Avropa ölkələri TAP ilə Azərbaycandan 35 milyard kubmetrdən çox qaz alıb
11:21 18.05.2024
Bu rayonlara qar yağıb – FAKTİKİ HAVA
Bu rayonlara qar yağıb – FAKTİKİ HAVA
11:11 18.05.2024
Ehtiyatda olan hərbçilərin təlimlərə çağırılması ilə bağlı RƏSMİ AÇIQLAMA
Ehtiyatda olan hərbçilərin təlimlərə çağırılması ilə bağlı RƏSMİ AÇIQLAMA
11:04 18.05.2024
Hamısı