Maradona azərbaycanlının etdiyi sürprizdən şoka düşüb

Müsahibələr 10:48 24.01.2018

Azərbaycanlı rəssam Elnur Mahmudov bu günlərdə dünya şöhrətli argentinalı futbol ulduzu Dieqo Maradonanın portretini çəkərək canlı əfsanənin özünə hədiyyə edib. Rəssam Maradona ilə görüşü barədə Sputnik Azərbaycan-a müsahibəsində ətraflı danışıb.

— Elnur, özünüz barədə danışın, neçə ildir bu sənətdəsiniz?

— Özümü dərk edəndən çəkirəm. Uşaq yaşlarından şəkil çəkməyə başlamışam və zamanla başa düşmüşəm ki, öz yolumu yalnız bu sənətlə davam etdirə bilərəm. Bundan başqa skripka dərslərinə də getmişəm. Çünki atam çox istəyirdi ki, mən bu alətdə çalmağı öyrənim. Təəssüf ki, özümü musiqidə tapa bilmədim. Atam mənimlə bağlı narahatlıq keçirirdi ki, əgər rəssam olsam, həyatım çətin olacaq. Mən isə tamamilə əksini düşünürdüm. Beləliklə, hər şey alındı. Şadam ki, düzgün seçim etmişəm və rəssam olmuşam.

1998-ci ildə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini bitirmişəm. 2002-ci ildə Azərbaycan Rəssamlıq Akademiyasına daxil olmuşam və Rəssamlar İttifaqının Gənclər Birliyinin üzvü olmuşam. 2005-ci ildə Peşəkar Rəssamlar İttifaqına daxil olmuşam.

— Artıq sərginizi təşkil etmişiniz?

— İlk sərgim İstanbulda, sonra isə İran, Moskva və Londonda olub. Bütün bunlarla yanaşı tez-tez xarici ekspozisiyalarda iştirak edirəm. İldə bir neçə dəfə xaricdə keçirilən biennal və simpoziumlara dəvət göndərilir.

— Xaricdə sərgi təşkil etmək hər rəssama nəsib olmur. Siz bunu necə etmişiniz?

— Bütün bunlar tam təsadüfən olub. Sərgilərimi, əsasən, o insanlar təşkil edirlər ki, mənim işim onların xoşuna gəlir. Hansısa qalereyaçı, yaxud menecer mənimlə əməkdaşlığa başlamaq üçün işlərimlə şəxsən tanış olur. Təsadüflər müxtəlif olur. Əgər 2-3 dəfə sənin işlərin xaricdə nümayiş edilsə, onda səni tanıyır və dəvət etməyə başlayırlar.

Rəsmlərimin əksəriyyəti hiperrealizm janrındadır. Simpoziumlarda özünü bu istiqamətdə işləyən rəssam kimi təqdim etmək çox çətindir. Belə tədbirlərdə iştirak edən zaman həmişə təxəyyülümdə digər stillər doğulur. Misal üçün, indi mənim elə dövrümdür ki, ancaq portret çəkirəm. Bu ideya mənim ağlıma xaricdəki simpoziumların birində iştirakım zamanı gəlib. Bu janr mənim üçün maraqlı olmağa başlayıb və qərara gəlmişəm ki, Azərbaycana qayıdan kimi bu istiqamətdə işlərimi davam etdirim.

— Sizin ən məşhur portretiniz ümumdünya şöhrətli məşhur futbolçu Maradonanın portreti olub. Onu çəkmək ideyası haradan ağlınıza gəlib?

— Payızda İzmirdə keçirilən simpozium zamanı Dubayda həkim işləyən dostumla görüşdüm. O, yeni işlərimi görüb kiməsə göstərdi. Amma mən onun məhz kim olduğunu bilmədim, bunu mənə demədi. Mənim şəkillərim bu adamın çox xoşuna gəldi və o, mənə Maradonanın portretini sifariş etdi. Onda onlar məni portreti futbolçuya şəxsən verəcəyim barədə xəbərdar etməmişdilər. Düşündüm ki, standart sifarişdir, çəkəcəm və göndərəcəm.

 — Portret üçün fotoşəkil əvvəlcədən seçilmişdi?

— Yox, o, bu seçimi mənim öhdəmə buraxmışdı. Mənə Maradonanın bir neçə fotosunu göndərmişdilər. Baxmayaraq ki, o, məşhur insandır, həmin dövr onun üçün ən çətin dövr idi — o, depressiyada idi. Buna görə də onun pozitiv fotosunu seçmək qərarına gəldim. O, həyatda ciddi insandır və mən onu digər tərəfdən — gülən və xoşbəxt tərəfdən göstərmək istəyirdim. Şəkil on gün müddətində ərsəyə gəldi.

— Siz özünüz Maradonanın fanatı idiniz?

— Düzü futbolla maraqlanmıram. Amma Maradonanı tanımamaq mümkün deyil. Onu bütün dünya tanıyır. Mən ona hörmət edirəm, Maradona adı brendə çevrilib. Uşaq olanda bir neçə dəfə onun iştirak etdiyi matça baxmışam.

— Çoxları bu əfsanəvi şəxslə şəxsən görüşməyi, əlaqə saxlamağı xəyal edir, amma bu şans hər kəsə nəsib olmur. Sizi şanslıların siyahısına daxil etmək olar?

— Bəli. Mən sifarişçiyə xəbər verəndə ki, portret artıq hazırdır, o, mənə sürpriz elədi. Dubayda mənim Maradona ilə görüşümü təşkil elədi ki, portreti ona şəxsən təqdim edim. Bu, mənim üçün gözlənilməz idi. Onun yaxınına düşmək praktiki olaraq mümkün deyildi. Onun hər dəqiqəsi puldur. Maradonaya qabaqcadan zəng edib bildirmişdilər ki, mən onun yanına gedəcəm. Futbolçunun gündəlik qrafiki saatlara bölünür və mənə 30 dəqiqə vaxt ayrıldı. 

Sizə açığını deyim ki, Maradona ilə görüş əvvəlcə rəsmi səviyyədə keçirildi. Futbolçu üçün bu, adi görüşlərdən biri idi, hansı ki, kimsə onun yanına gəlir və tanış olmaq istəyir. Görüşdən 10 dəqiqə sonra mən getmək istədim, çünki özümü o mühitdə yad hiss elədim.

Biz getmək üçün ayağa qalxanda, meneceri Maradonaya xəbər verdi ki, ona sürpriz etmək istəyirəm. Futbolçunun gözü dərhal təəccübdən böyüdü. Mən şəkli açanda o, şokda idi. Mən bunu onun gözlərindən başa düşdüm.

Maradonanı hansısa bahalı hədiyyə ilə təəccübləndirmək olmaz, çünki onun hər şeyi var. O, portreti görəndən sonra məni qucaqlamağa başladı və uzun müddət məni buraxmadı. Şəkil onun çox xoşuna gəldi, çünki o, qeyri-adi texnika ilə çəkilmişdi. Bundan sonra mən qarşımda tamamilə başqa, mənimlə saatlarla danışmaq istəyən Maradonanı gördüm. O, mənimlə maraqlanmağa başladı ki, kiməm, haradan gəlmişəm. Biz, hətta onunla birlikdə evini dolaşdıq ki, portreti hansı divardan asaq. O, şad oldu və təəccübləndi ki, onun evində şəkillərdən başqa bir dənə də olsun rəsm yox idi. Maradonanın meneceri mənə dedi ki, çəkdiyim portret futbolçunun muzeyinə düşəcək.

— Ona özünüz haqqında nə dediniz? 

— Onunla görüşə Kanadada yaşayan dostumla getmişdim. Ona görə də Maradona əvvəl elə başa düşdü ki, mən də Kanadadan gəlmişəm. Mən deyəndə ki, Azərbaycandan gəlmişəm, o bu ölkənin hara olduğunu başa düşmədi. Futbolçu, hətta buna görə utandı. Mən ona Azərbaycan haqqında ətraflı danışdım və fotoşəkillər göstərdim. Söhbətimizdən sonra Maradona məni qucaqladı və dedi ki, hansı millətdən olmağıma baxmayaraq, mənimlə tanış olmaq onun üçün xoşdur. Mən əminəm ki, o, bizə vaxt ayırdığına görə peşman olmadı. Hətta bizə daha çox vaxt ayıra bilmədiyi üçün bizdən üzr də istədi. O, mənə hədiyyə olaraq öz futbol köynəyini verdi və onu mənim üçün imzaladı. Onun meneceri bizə daha yaxından tanış olmaq üçün növbəti gün səhər gəlməyi təklif etdi, amma biz imtina etmək məcburiyyətində qaldıq. Çünki mən növbəti gün İzmirə getməli idim. O, mənə öz nömrəsini verib dedi ki, nə vaxt Dubayda olsam, ona yenidən zəng eləsin.

— Siz məşhurların portretlərini tez-tez çəkirsiniz?

— Olur. Amma onların adını çəkmək istəmirəm. Mənə xəyali insanları çəkmək daha asandır, çünki istənilən üz cizgilərini çəkə bilirsən.

— Gələcəklə bağlı hansı planlarınız var?

— İşimi davam etdirirəm, şəkillər çəkirəm. Mənə yayda İspaniyada keçiriləcək simpoziumda iştiraka dəvət gəlib və hazırda ona hazırlaşıram. Bununla yanaşı, xaricdən bir neçə təklif var.

— Rəssam olduğunuza görə təəssüflənmirsiniz ki?

— Yox. Mən təkcə qazanc barədə düşünən insanlardan deyiləm. Mənim üçün yaradıcılıq əsasdır, amma mən qazancımdan da razıyam.

İlham Əliyev: "Onlar bu torpaqları ermənilərə vəd vermişdilər" - VİDEO

Xəbər xətti

"Kəpəz"in baş məşqçisi: Gələcək oyunlar üçün dərs çıxarmalıyıq
00:11 11.05.2024
Londonda Ulu Öndərin anadan olmasının 101-ci ildönümü qeyd edilib
23:46 10.05.2024
Ermənistanı silahlandıranlara XƏBƏRDARLIQ: "Bizdən heç kəs inciməsin" - VİDEO
23:31 10.05.2024
"Bunun acı nəticəsini Azərbaycan xalqı çəkdi" - İlham Əliyev - VİDEO
"Bunun acı nəticəsini Azərbaycan xalqı çəkdi" - İlham Əliyev - VİDEO
23:23 10.05.2024
Pakistanın Baş naziri COP29-a dəvət olunub
23:23 10.05.2024
İlham Əliyev: "Onlar bu torpaqları ermənilərə vəd vermişdilər" - VİDEO
23:11 10.05.2024
Azərbaycan cüdoçuları Avropa Kata turnirində iştirak edəcək
23:00 10.05.2024
Bayden Ukraynaya 400 milyon dollarlıq hərbi yardımla bağlı əmr imzalayıb
22:45 10.05.2024
Ukrayna ilk F-16-ları yayda alacaq
22:24 10.05.2024
Prezident Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub - YENİLƏNİB
22:11 10.05.2024
Lukaşenko Silahlı Qüvvələrin Baş Qərargah rəisini vəzifəsindən azad edib
22:00 10.05.2024
İlham Əliyev Xankəndi-Şuşa-Laçın avtomobil yolunda görülən işlərlə tanış olub - YENİLƏNİB
21:56 10.05.2024
Mamayı məscidinin bərpadan sonra açılışı olub - YENİLƏNİB
21:49 10.05.2024
Azərbaycanın qadın güləşçisi üçün olimpiadaya lisenziya şansı davam edir
21:40 10.05.2024
Şuşada Şirin su hamamının bərpadan sonra açılışı olub - YENİLƏNİB
21:30 10.05.2024
Daşkəsənə dolu düşüb
21:22 10.05.2024
BMT Fələstinin üzvlüyünün dəstəklənməsi üçün qətnamə qəbul edib - YENİLƏNİB
21:00 10.05.2024
Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti mükafatçılar bəlli olub
20:44 10.05.2024
Putin Mişustini Baş nazir təyin edib
20:20 10.05.2024
Ombudsman BMT-nin komitə üzvünü bölgədəki vəziyyət barədə məlumatlandırıb
20:00 10.05.2024
Gürcüstan parlamentinin sədri Tbilisidə avropalı nümayəndələrlə görüşməyəcək
19:50 10.05.2024
İlham Əliyev və Mehriban Əliyeva Şuşada Çöl Qala məscidində aparılan bərpa işləri ilə tanış olublar - YENİLƏNİB
19:34 10.05.2024
Azərbaycanlı gənc yazıçı vəfat etdi
19:16 10.05.2024
FHN-də Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş tədbir keçirilib
19:00 10.05.2024
Ağdam Sənaye Parkına 195 milyon manat investisiya yatırılması nəzərdə tutulur -YENİLƏNİB
18:50 10.05.2024
Almatıda Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında danışıqlar başa çatıb - YENİLƏNİB-2
18:37 10.05.2024
Prezident İlham Əliyev şuşalılarla görüşdə şəhərdəki tarixi abidələrin bərpasından danışıb
18:20 10.05.2024
Prezident: Fransanın Ermənistana verdiyi öldürücü silahlar kritik həddə çatsa, onda bizdən heç kim inciməsin
18:11 10.05.2024
Mixail Mişustin yenidən Rusiyanın Baş naziri oldu
17:43 10.05.2024
İlham Əliyevin Laçına səfərindən səmimi görüntülər - VİDEO
17:29 10.05.2024
Xarkov ATƏŞƏ TUTULDU - Ölən və yaralananlar var
Xarkov ATƏŞƏ TUTULDU - Ölən və yaralananlar var
17:24 10.05.2024
İlham Əliyev Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoydu
17:10 10.05.2024
Səməd Vəkilov şəhid Cabbar Zeynalovun ailəsini ziyarət edib - FOTOLAR
Səməd Vəkilov şəhid Cabbar Zeynalovun ailəsini ziyarət edib - FOTOLAR
17:09 10.05.2024
Baydendən Çinə iqtisadi ZƏRBƏ
Baydendən Çinə iqtisadi ZƏRBƏ
16:54 10.05.2024
Bəzi rayonlara dolu düşüb - FAKTİKİ HAVA
16:38 10.05.2024
İlham Əliyev Xankəndi-Şuşa-Laçın avtomobil yolunda görülən işlərlə tanış oldu
16:32 10.05.2024
Prezident və Birinci xanım Şuşaya köçmüş ilk sakinlərlə GÖRÜŞDÜ
16:19 10.05.2024
İranlı kinorejissor 8 il HƏBS CƏZASI ALDI
İranlı kinorejissor 8 il HƏBS CƏZASI ALDI
16:11 10.05.2024
İlham Əliyev və Mehriban Əliyeva Mamayı məscidinin bərpadan sonra açılışında
16:06 10.05.2024
Almatı danışıqları 2 gün davam EDƏCƏK
16:02 10.05.2024
Hamısı