"Türkiyə-Amerika müharibəsi baş verərsə..." ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi

Müsahibələr 11:13 30.01.2018

Rusiya Silahlı Qüvvələrinin ehtiyatda olan zabiti Dmitri Trenin və ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş üzvü Ali Soufan Suriyanın Afrin bölgəsində keçirilən “Zeytun budağı” hərəkatını təhlil edib.

Trenin və Soufan bununla bağlı “Habertürk”ə müsahibə verib.

Həmin müsahibəni təqdim edirik:

YPG cavabını alacaq, ABŞ illuziyalardan qurtulacaq

- Rusiyanın Türkiyənin Afrin əməliyyatlarını dayandıra biləcəyini düşünənlər vardı. Moskva niyə buna qarşı çıxmadı?

Trenin: - Rusiyanın Suriyadakı əsas mövqeyi ondan ibarətdir ki, daimi müttəfiqlərimiz, ya da düşmənlərimiz yoxdur. Yalnız milli maraqlarımızı təqib edirik. Rusiyanın məqsədi keçən il əldə edilən hərbi nailiyyətləri siyasi müqavilədə əks etdirməkdir. Rusiyanın Suriyada əsas tələbləri bunlardır: Suriyada əmin-amanlığı bərpa etmək, fərqli siyasi, etnik və dini qruplar arasında tarazlığa əsaslanan mərkəzi hökumət yaratmaq, yeni yaradılmış hökumətin Rusiyanın Suriyadakı hərbi və siyasi varlığına qarşı çıxmasına imkan verməmək, Dəməşq və kürdlərlə yanaşı, İran, Türkiyə, Səudiyyə Ərəbistanı kimi regional güclərlə əməkdaşlıq etmək.

Rusiya Türkiyə ilə qarşı-qarşıya gəlmək istəmədi

Moskva Türkiyənin PKK terror təşkilatı ilə bağlı təhlükəsizlik narahatlığını anlayır. Eyni zamanda, kürdlərin də muxtariyyət istəklərini də başa düşür. Təbii ki, bunun qarşılığında öz istəklərini də nəzərə alır. Buna görə də, ruslar kürdlərə Dəməşqin tərkibində muxtariyyəti qəbul etmə təklifini irəli sürüb. Kürdlər bu istəyi qəbul etsəydi, Türkiyə bura hərbi əməliyyat təşkil etməzdi. Rusiyanın suriyalı kürdlərə simpatiyası var, ancaq təklifini rədd edən qrupun tərəfini heç vaxt saxlamaz. Bu səbəbdən Rusiya əsgərlərini Afrindən çıxardı və Türkiyənin bura girişinə imkan yaratdı. Çünki Rusiya Türkiyə ilə qarşı-qarşıya gəlmək istəmədi.

YPG “Rusiya xəyanət etdi” deyir…

Rusiya heç vaxt müttəfiqlərinə xəyanət etmir. Bunu unutmaq olmaz. Əgər bir müttəfiq Rusiyanın mövqeyinə qarşı çıxsa, əlbəttə onu dəstəkləməz.

Yaxşı, bəs Rusiya kürdlərə kürəyini tam çevirdi?

Trenin: - Rusiyanın bunun üçün heç bir səbəbi yoxdur. Kürdlər Suriyanın əsas tərkib hissələrindən biridir. Moskva kürdləri hər zaman əsas müttəfiqi kimi görüb. Buna görə Rusiya kürdlərin Moskvada ofis açmasına imkan verdi. Kürdlərin dərs götürməsi lazım olan əsas məsələlər budur ki, Rusiyanın dəstəyinə ehtiyacınız varsa, Moskvanın mövqeyinə qarşı çıxmamalısız.

- Rusiyanın PYD-yə “Afrində Dəməşqin hökmranlığını qəbul edin” deməsində əsas məqsəd nədir?

Trenin: - Kürdlər Dəməşqin hökmranlığını qəbul etsəydi, Rusiya Əsədi “kürdləri də siyasi həllin parçası edin” deyə məcbur edəcəkdi. Ancaq bu, hekayənin bir hissəsidir, sonu deyil. Suriyadakı rus-kürd əlaqəsi sona çatmayıb.

- Afrin əməliyyatının başlanması ABŞ-da böyük etiraza səbəb olmadı. Niyə?

Trenin: - ABŞ kürdlərə verdiyi dəstəklə NATO müttəfiqi olan Türkiyəni uzaqlaşdırdığını bilir. Çətinliyə düşdüyü anda Türkiyə ilə əlaqələrin kürdlərlə əlaqələrdən daha vacib olduğunu görəcək. Moskvanın etdiyi kimi: Heç vaxt kürdlərə görə Türkiyə ilə münasibətləri korlamayacaq.

- “Türkiyə Rusiyanın dəstəyini alaraq, YPG ilə döyüşdə böyük üstünlük əldə etdi” deyə bilərik?

Trenin: - Bəli. Türkiyə Afrində istədiyini edir, çünki Rusiya onun arxasında dayanıb.

- ABŞ Rusiyanı NATO müttəfiqi ilə əlaqələrini pozmaqda ittiham etdi. İki böyük güc Türkiyəni yanına çəkmək üçün mübarizə aparır?

Trenin: - Rusiya ABŞ-la yaşadığı problemlərə görə bədbəxt deyil. Ancaq bu, problemlərin Rusiyadan qaynaqlandığını deməyə əsas vermir. Rusiya və ABŞ-ın Türkiyənin dəstəyi üçün mübarizə apardığını deyə bilmərəm. Onlar üçün bu vacib deyil. Vacib olan regionda möhkəmlənməkdir.

Ali Soufan: Türkiyə-ABŞ döyüşsə, NATO məhv olacaq

- Rusiya niyə Afrin əməliyyatlarına dəstək verdi?

Soufan: - Rusiya iki NATO ölkəsinin münasibətlərini düzəltmək niyyətindədir. Ən əsası dünyaya “ABŞ güvəniləcək müttəfiq deyil, baxın, kürdlərin başına nə gəlir” mesajını vermək istəyir. Rusiyanın Türkiyə ilə münasibətləri çox yaxşıdır. Qəribə görünsə də, Afrin əməliyyatlarından sonra Moskvanın kürdlərlə əlaqəsi də çox yaxşı olacaq.

- “Rusiya-kürd əlaqələri daha yaxşı olacaq” fikrini səsləndirdiz, amma PYD “Rusiya bizə xəyanət edir” deyir.

Soufan: - Rusiya tərəf tutmamış kimi görünmək istəyir, ancaq hava sahəsini türk qırıcıları üçün açdı. Bu həqiqətdir. Bəli, Rusiya kürdlərə xəyanət edir. Amma Moskva bunu Vaşinqtonu çətin vəziyyətə salmaq üçün edir. ABŞ türklərin qarşısını almaq üçün kürdlərə kifayət qədər dəstək verir. Bu səbəbdən Rusiya kürdlərə "Amerikalıların inamlı müttəfiq olmadığını" dedizdirmək istəyir

- Bəs ruslar bu məsələdə haqlı olacaq?

Soufan: - Çətin məsələdir, hər bir detala diqqət yetirməliyik. Kürdlər ABŞ üçün İŞİD ilə mübarizədə inamlı tərəfdaşdır. Ancaq artıq İŞİD yoxdur. Keçmişdə də Türkiyə və ABŞ bir çox məsələlərdə birgə fəaliyyət göstəriblər. Hazırda vəziyyət çox çətindir. Məsələ sadəcə kürdlər deyil. Hərbi çevriliş, Zərrab məsələsi, S-400-lər… Bu məsələlər iki tərəf arasında gərginliyə səbəb olur.

- Bütün bunları nəzərə alsaq, ABŞ-ın Türkiyəni müttəfiq kimi itirmə riski nə qədərdir?

Soufan: - Bəzi məsələlərdə ABŞ diqqətli olmalıdır. Məsələn, Vaşiqnton Türkiyə ilə sərhəddə 30 minlik yeni ordu qurmaq istəyirdi. Türk hökuməti buna milli təhlükəsizlik məsələsi kimi baxır. Ona görə bütün məsələlər danışıqlarla həll edilməlidir.

- Tramp-Ərdoğam telefon danışığı baş tutdu. Ağ Evin açıqlamasına Türkiyə sərt reaksiya verdi. Sizcə, görüş necə keçdi?

Soufan: - Fikrimcə, Ərdoğan və Tramp çox vacib diplomatik görüş keçirib. Hər iki tərəf bu danışıqdan razı qalıbsa, demək ki, uğurlu olub.

- Türkiyə və Amerika güvvələri Suriyada, məsələn, Menbiçdə qarşı-qarşıya gələ bilər?

Soufan: - İki NATO ölkəsindən hərbi müdaxilə gözləmirəm. Əgər bu baş versə, NATO məhv olacaq. Ərdoğandan əvvəl də Türkiyə-ABŞ münasibətləri həmişə praqmatizm üzərində qurulmuşdu.(Teleqraf.com)

"Bizim bizdən başqa dostumuz yoxdu" - Elman Nəsirov - VİDEO

Xəbər xətti

Xocavənddə partlayıcı vasitələr aşkarlandı
10:14 26.04.2024
ABŞ-dan Ukraynaya böyük dəstək
ABŞ-dan Ukraynaya böyük dəstək
10:06 26.04.2024
Çin ABŞ-a xəbərdarlıq edib
Çin ABŞ-a xəbərdarlıq edib
09:44 26.04.2024
Musiqi və incəsənət məktəblərinə şagird qəbulunda - Yenilik
09:31 26.04.2024
Azərbaycan nefti ucuzlaşdı
09:20 26.04.2024
Bakıda 29 dərəcə isti olacaq - Günün HAVA PROQNOZU
09:16 26.04.2024
Füzuli şəhərinə növbəti köç karvanı yola düşdü
09:00 26.04.2024
Zelenski: “NATO ölkələri Rusiyadan qorxurlar”
08:00 26.04.2024
"Sabah" Gənclər Liqasının qalibi oldu
06:18 26.04.2024
Cəlilabadda QƏZA - 20 baş qoyun tələf olub
05:17 26.04.2024
Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar AŞKARLANDI
04:05 26.04.2024
Filippində festival zamanı 45 nəfər istidən huşunu itirib
02:00 26.04.2024
Yunanıstan Paris olimpiadasının obyektlərini qorumaq üçün Fransaya “Crotale” HHM sistemləri verə bilər
01:00 26.04.2024
Futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib
00:05 26.04.2024
İsrail HHQ “Hizbullah”ın Livandakı hədəflərinə zərbələr endirib
23:45 25.04.2024
Si Cinpin hərbi həkimləri mümkün müharibəyə hazır olmağa çağırıb
23:23 25.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazanıb
23:00 25.04.2024
Stoltenberq NATO baş katibi postunu tərk edəndən sonra pilot ola bilər
22:40 25.04.2024
ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans keçirilir
22:22 25.04.2024
Britaniya İrana yeni sanksiyalar tətbiq edib
22:00 25.04.2024
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir
21:55 25.04.2024
Avtoxuliqanlıq edən sürücü HƏBS OLUNUB
21:41 25.04.2024
Makron: “Bugünkü Avropa ölümcül vəziyyətdədir”
21:22 25.04.2024
Bu tarixdən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır
21:00 25.04.2024
Ağdam Cümə məscidində ilk Azan VERİLİB
20:50 25.04.2024
Türkmənistan Xəzər dənizində mineral ehtiyatlarının mənimsənilməsi üçün yeni zavod tikir
20:39 25.04.2024
Sahibə Qafarova Monteneqroda rəsmi səfərdədir
20:34 25.04.2024
Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub
20:20 25.04.2024
Qumar oynayanları hansı cəzalar gözləyir? - Hüquqşünas AÇIQLAYIR
20:00 25.04.2024
Azərbaycan Prezidenti Füzuli Hava Limanından ilk dəfə olaraq Berlinə yola düşüb
19:50 25.04.2024
Ali Radanın deputatı: Müharibələr üçün pul kisəsi olan Vardanyan Nobel Sülh Mükafatına layiq görülə bilməz
19:40 25.04.2024
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb
19:30 25.04.2024
Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib - YENİLƏNİB
19:30 25.04.2024
Ərdoğan Türkiyədə Qazaxıstanın baş nazirini qəbul edib
19:20 25.04.2024
Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
19:07 25.04.2024
Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələri quraşdırılır
19:00 25.04.2024
Malıbəylidə aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb
18:35 25.04.2024
Lənkəranda ağır QƏZA – Xəsarət alan var
18:27 25.04.2024
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib
18:19 25.04.2024
Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb
18:08 25.04.2024
Hamısı