Gədəbəyli müəllim statistikanı alt-üst etdi 28 qalibin 21-i onun şagirdidir - FOTOLAR

Müsahibələr 11:54 21.02.2018

27 yaşlı Tural Topçuyev doğulub-böyüdüyü Gədəbəy rayonunda Coğrafiya müəllimi işləyir.

Deyir, Gədəbəy yeganə rayonlardandır ki, orada demək olar ki, bu fənni tədris edən müəllim yoxdur. Çalışır ki, rayondakı bütün məktəblilərə bu sahədə yardımçı olsun. Vəzifəsinin öhdəsindən olduqca gözəl gəlir. Elə bu səbəbdəndir ki, rayonda keçirilən fənn olimpiadalarda qalib gənclərin əksəriyyəti Tural müəllimin şagirdi olur.

Tural Topçuyev Gəncə Dövlət Universitetinin Tarix-Coğrafiya fakültəsini bitirib. 2011-ci ildə universiteti fərqlənmə diplomu qurtarıb və həmin il Gəncə Dövlət Universitetinin Azərbaycanın Fiziki Coğrafiyası ixtisası üzrə magistr təhsili alıb. Magistr təhsilini də fərqlənmə diplomu ilə bitirib. 2012-ci ildə Gədəbəy rayon Qızılqaya kənd tam orta məktəbində kariyerasına başlayıb. 2017-2018-ci tədris ilindən Gədəbəy şəhər 1 saylı tam orta məktəbində həm Coğrafiya həm də iqtisadiyyat təmayüllü siniflərdə bu fənni tədris etməyə başlayıb. Hazırda disertantdır. Elmi işlə məşğuldur.

Gənc müəllimlə müsahibəni təqdim edirik:

- Rayon üzrə keçirilən fənn olimpiadasında qalib gələn 28 nəfərdən 21-i sizin şagirdiniz olub. Fənnlərinizi şagirdlərinizə necə sevdirə bilmisiniz?

- Şagirdə fənnini sevdirmək üçün gərək özün sevəsən. Peşəmi sevirəm, mütailə edirəm. Hər gün dərsi tədris etməyə getməmişdən kitabları vərəqləyirəm. Bundan başqa, şagirdlərimi çox sevirəm. Elə şagirdlərim də məni sevir. Təsadüfi deyil ki, məktəbimizdə mənə “şagirdlərin sevimlisi” titulunu veriblər. Mənim Gədəbəy şəhər məktəbinə gəlməyimə səbəbkar da şagirdlərim olub. Valideynlər direktordan mənim məktəbə gəlməyimi israrla istəyiblər. Onların istəyi ilə bu il şəhər məktəbinə getmişəm. Yəqin ki, dərs proqramı, tədris qaydası şagirdlərə fənni sevdirir. Bir də nəticələrim əsasdır. Repetitor işləməyə başlayandan şagirdlərim 100 % ali məktəblərə qəbul olur. Keçən il Gədəbəydə rekord göstərici olmuşdu. 94 % qəbul vermişdik. Bu il də işin gedişi onu göstərir ki, həmin rekord təzələnə bilər. Keçən il də olimpiadada birincilik məhz coğrafiyanın idi, lakin bu səviyyədə deyildi.

- Sovet dövründə Gədəbəydə çox sayda alim yetişirdi. Çünki təhsil yüksək səviyyədə idi. Amma keçid dövründə yaşanan bəzi durumlara görə, bərbad nəticələr göstərməyə başladı. İndi vəziyyət nə yerdədir? İnkişaf gedirmi?

- Keçin dövründə əhalinin sosial vəziyyətində problemlər yarandı. Maddi sıxıntılar insanları təhsildən uzaqlaşdırdı. Müstəqillik dövründə hər sahədə olduğu kimi təhsildə də inkişaf getdi. Məncə, Gədəbəydə də təhsil əvvəlki vəziyyətinə qayıdır. Mən qəbul olduğum ildəki statistikaya baxsaq, mənim dövrümdə cəmi 1-2 nəfər 600 balı keçmişdi ali təhsil müəssisələrinə qəbul imtahanında. Amma keçən il elə mənim 12 şagirdim 600 balı keçib. II qrupa aşağı balla qəbul olanların əksəriyyəti coğrafiyanın hesabına keçmişdi. Keçən ilk II qrupa verib kəsilən şagirdimiz yox idi. Məncə, bu Gədəbəy təhsilində bir inqilab oldu. Bu səbəbdən təhsil şöbəsi nəzərə aldı ki, mən məhz coğrafiya təmayüllü siniflərə dərs deyim.

- Sosial şəbəkələrdə izləyirik ki, bölgələrdə dərs deyən müəllimlər müəyyən yeniliklər edirlər. Məsələn, biri dərsi tamaşa şəklində təqdim edir, biri təbiət qoynunda təqdim edir və s. Gədəbəy dağ rayonudur. Sizin fikrinizdə maraqlı nələr var?

- Coğrafiyada vacib proses dərsdənkənar təcrübələrin təşkilidir. Hər il təşkil edirəm. İndi daha möhtəşəm məşğələlər planlaşdırıram. Bu il Azərbaycanın geologiyasına, relyefinə uyğun bir məşğələ olacaq. Gədəbəy dağlıq rayondur. Orada yüksəklik landşaftı daha yaxşı nəzərə çarpır. Gədəbəy rayonunda nəzərdə tutduğum bölgələr var ki, şagirdlərimi ora aparmağı düşünürəm. Məktəb də elə yerdədir ki, yüksəklikləri hər gün dərs otağından göstərmək mümkün olur. Elə bu özü əyani vəsaitdir. Dərsim həm də uşaqlara ona görə maraqlıdır ki, hər bölməyə uyğun motivasiya aparıram. Məsələn özümün hazırladığım materiallar var ki, yeni avadanlıqlarla onu şagirdlərimə təqdim edirəm. Bundan başqa, müəllimə inam və psixoloji təsir var. Əksər hallarda bunu riyaziyyat müəllimləri edir. Məsələn şagirdə desən ki, bu fənn çətindir, şagirdin beyninə həkk olunur ki, bu fənni oxumaq mümkün deyil. Mən isə əksinə edirəm və deyirəm ki, coğrafiya çox maraqlı elmdir, dünya görüşünün açarıdır, bu fənni bilən insan nikbin olar, öyrənməmək olmaz ,çünki gündəlik yaşadığımız həyatdır. Bu yöndə öz fənnimə inam, maraq yaratmağa çalışıram.

- Məktəblilər var ki, dərsə neçə km uzaqdan gəlir. Elə şagirdlər var ki, müəllimlər özləri təhsilə cəlb edir. Elə birilərini tanıyırsınızmı oxumağa həvəsi olsun, lakin maddi səbəblərdən təhsildən yayınsın? Yəni şəxsən təhsilə cəlb etdiyiniz, oxuması üçün maddi və mənəvi dəstək göstərdiyiniz şagirdlər var?

- Həmkarlarımızla təşkil etdiyimiz bir təhsil mərkəzi var. Ora kurs kimi fəaliyyət göstərmir. Sadəcə savadlı müəllimlər biraraya toplanıb. Şagirdlər var ki, maddi durumu yaxşı deyil məsələn bir ailədən iki və ya üç, müharibə veteranı övladı və ya şəhid ailəsindən uşaqlar gəlir. Onlar təhsil haqqından tam azaddır. Yeri gələndə onlara maddi dəstək də veririk. Bu il 5-6 şagirdin kitab və xəritələrini öz hesabıma təmin etdim. Keçən il də təhsilinə yardım etdiyimiz şagirdlər var ki, başımızı ucaltdı. Onlara baxıb qürur duyuruq. Kasıb ailələrin övladları vardı ki, 600-dən yuxarı bal yığdı. Bundan başqa ödənişlərində güzəşt etdiyimiz çox şagirdlər var. Uzaq yoldan gəlib, çox pul xərcləyən uşaqları da nəzərə alırıq.

– Dərsdən əlavə uşaqlarla münasibətləriniz necədir? Dost kimisiniz yoxsa standart müəllim kimi?

Müəllimlik tək savaddan, təhsil verməkdən ibarət deyil. Müəllim sinif otağına girəndə müəllim kimi qəbul olunmalıdır. İlk baxışdan necə görünürsə o cür də davam edir. Orada geyimə də, saç düzümünə də, səliqəliliyə də nəzarət olunmalıdır. Bu təbii ki, sinif otağına aid olan prosedurdur. Ən əsası şagirdə şəxsiyyət kimi yanaşılmalıdır, şagird səhv edə bilər. Əsas odur onu səhv yoldan çəkindirəsən. Oxumayan uşağı təhqir etmək olmaz, onun psixologiyasına uyğun üsullar tətbiq etmək lazımdır. Dərs prosesindən sonra sözsüz ki, bütün şagirdlərim mənim dostumdur. Valideynləri məktəbə çağıranda məni göstərib deyirlər ki, valideynim burdadır. Bu mənim üçün baş ucalığıdır. Yəni şagirdlə elə münasibət qurmuşam ki, maddi sıxıntısı olanda bunu mənə deyə bilir. Amma dərs prosesi başqa və daha ciddi anlayışdır. Mənə dərsdə qorxu ilə deyil, hörmətlə yanaşırlar.

-Məktəbinizdə fənn kabinetiniz varmı? Fənninizi tam tədris etmək üçün hər şərait yaradılıbmı?

Bizim məktəb çox köhnə məktəbdir. Sırf rəhbər hesabına qorunub saxlanıb. Yeni avadanlıqlar yoxdur. Lakin işləyən kadra dəstək göstərilir. Mənə coğrafiya otağını qurmaq üçün şərait yaradılıb. Müasir lövhəni özüm gətirmişəm. Mən gedənə qədər orada təbaşir lövhə idi. İndi daha yeni avadanlıqlar təşkil etmək niyyətindəyəm. Bundan başqa, özüm yeni xəritələr də tərtib etmişəm.

İşğaldan azad edilmiş ərazilərdə neçə hektar sahə minalardan TƏMİZLƏNİB? - VİDEO

Xəbər xətti

Rusiya XİN İsveçrədə Ukrayna üzrə sammitin keçirilməsinə münasibət bildirib
00:14 19.05.2024
“Bayer” Almaniya çempionatını məğlubiyyətsiz başa vurub
23:58 18.05.2024
Güləş yığmamız Avropa çempionu oldu
23:31 18.05.2024
Cüdoçularımızın dünya çempionatındakı rəqibləri müəyyənləşdi
22:48 18.05.2024
Şamaxıda 63 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb
22:24 18.05.2024
“Bu il alacağımız F-16-lar müharibədə həlledici rol oynamayacaq” - Zelenski
21:55 18.05.2024
Moldovada demoqrafik vəziyyət pisləşib
21:29 18.05.2024
Latviya Parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib
21:11 18.05.2024
Bolqarıstan Prezidenti Rusiya üzərində qələbəni qeyri-mümkün hesab edir
21:00 18.05.2024
Türkiyə səfirliyi Qırğızıstandakı vətəndaşlarına xəbərdarlıq edib
20:34 18.05.2024
Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda Azərbaycan-Amerika tərəfdaşlığını müzakirə edib
20:20 18.05.2024
BMT-nin Baş katibi: Yaxın Şərqdə sülhə gedən yeganə yol İsrail və Fələstin dövlətinin yaradılmasından keçir
20:00 18.05.2024
"Zamana sığmayan Lider: Heydər Əliyevin idarəçilik və varislik fəlsəfəsi" adlı monoqrafiya Azərbaycanın müstəqil inkişaf yoluna işıq salır
19:59 18.05.2024
Qarabağ Universitetinin bukleti hazırlanıb
19:29 18.05.2024
Azərbaycan boksçuları beynəlxalq turniri 5 medalla başa vurublar
19:00 18.05.2024
Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım edib
18:20 18.05.2024
Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək
18:00 18.05.2024
Slovakiya Baş nazirinə qarşı hücum edən şəxs günahını etiraf edib
17:39 18.05.2024
Prezident və Birinci xanım Zəngilanda “Ağalı” otelinin açılışında - YENİLƏNİB
17:20 18.05.2024
Rusiya Ukraynada daha bir yaşayış məntəqəsini ələ keçirdi
17:00 18.05.2024
Türkiyənin İranla sərhədində hərbi maşın aşıb, 6-sı ağır olmaqla 11 nəfər yaralanıb
16:29 18.05.2024
Qəzzaya dənizdən humanitar yolu açılıb
Qəzzaya dənizdən humanitar yolu açılıb
16:00 18.05.2024
"ChatGPT-40" insanlarla mübahisə edir OpenAİ işçisi
"ChatGPT-40" insanlarla mübahisə edir OpenAİ işçisi
15:40 18.05.2024
Azərbaycan paraatleti Yaponiyada dünya çempionu OLDU
15:20 18.05.2024
Fransa Yeni Kaledoniyada hərbi vəziyyət ELAN ETDİ
Fransa Yeni Kaledoniyada hərbi vəziyyət ELAN ETDİ
15:00 18.05.2024
İlham Əliyev Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoyub
14:45 18.05.2024
Filippində zəlzələ oldu
14:40 18.05.2024
Zəngilanda yeni inşa olunan məscidin açılışı olacaq
14:36 18.05.2024
Rabatda Azərbaycanla bağlı sənədli filmin təqdimatı keçirilib
14:04 18.05.2024
Sabahın HAVA PROQNOZU
13:50 18.05.2024
İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyub
13:27 18.05.2024
Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoyub
13:20 18.05.2024
İşğaldan azad edilmiş ərazilərdə neçə hektar sahə minalardan TƏMİZLƏNİB? - VİDEO
12:45 18.05.2024
Şərqi Avropada enerji təhlükəsi yaranıb
Şərqi Avropada enerji təhlükəsi yaranıb
12:40 18.05.2024
"Qarsdan Naxçıvana dəmir yolu bu tarixdə HAZIR OLACAQ" – Türkiyəli nazir
12:05 18.05.2024
Hərbi Hava Qüvvələrinə yeni komandan TƏYİN EDİLDİ
11:41 18.05.2024
Ukrayna Prezidenti Çini sülh konfransına dəvət edib
Ukrayna Prezidenti Çini sülh konfransına dəvət edib
11:28 18.05.2024
Avropa ölkələri TAP ilə Azərbaycandan 35 milyard kubmetrdən çox qaz alıb
11:21 18.05.2024
Bu rayonlara qar yağıb – FAKTİKİ HAVA
Bu rayonlara qar yağıb – FAKTİKİ HAVA
11:11 18.05.2024
Ehtiyatda olan hərbçilərin təlimlərə çağırılması ilə bağlı RƏSMİ AÇIQLAMA
Ehtiyatda olan hərbçilərin təlimlərə çağırılması ilə bağlı RƏSMİ AÇIQLAMA
11:04 18.05.2024
Hamısı