"Seçkinin nəticəsini kürdlər və AK Parti küskünləri təyin edəcək" Atılgan Bayar - ÖZƏL

Müsahibələr 15:58 24.05.2018

Atılgan bəy, 24 İyun seçkiləri yaxınlaşır. Seçkilərin hər hansı tərəfi ilk turda qazana bilər, yoxsa seçkilər ikinci tura qalacaq?

- Atılgan Bayar: Hal-hazırda məndəki tədqiqatlar göstərir ki, iki ittifaqın səsləri bir-birinə çox yaxındır. Seçkilərin nəticəsini təyin edəcək iki sosial seqment var; onlardan biri kürdlər, ikincisi isə AK Partiyanın küskünləridir. Mənim əlimdə olan rəqəmlərə görə, birinci turda seçkidə nəticə əldə edilməsi mümkün deyil.  

- Kürd dedikdə, burada HDP-yə səs verənləri nəzərdə tutursunuz, yoxsa ümumiyyətlə?

Atılgan Bayar:  Xeyr, ümumiyyətlə kürdlərdən bəhs edirəm, ancaq HDP seçiciləri bunun əhəmiyyətli bir hissəsidir.

- Bəs, HDP seçiciləri ikinci turda Cumhur İttifaqının dəstəkləyər, yoxsa Millət İttifaqını?

Atılgan Bayar: Görünür, CHP-nin siyasəti bunu müəyyən edəcək. Artan səslərdən, iki ittifaqın səslərinin bir-birinə yaxınlaşmasından Məhərrəm İncenin namizədliyinin doğru qərar olduğu görünür. CHP Kürdləri və dindarları özünə çəkə biləcək addımlar atsa, bunun Millət İttifaqının lehinə nəticələnə biləcəyini düşünürəm. Yox, əgər edə bilməsə və AKP bunu MHP-yə baxmayaraq edə bilsə, bunun əksinə olar. MHP ilə ittifaq AK Partiyaya böyük ziyan vurdu. MHP cəmiyyətin digər hissələrindən, məsələn kürdlərdən və milliyyətçi olmayan türklərdən mənfi reaksiya alır. Yəni, MHP ilə ittifaq AK Partiyadan səs aparır.

- Ərdoğanın son dövrlərdə səs faizinin azaldığı deyilir. Xüsusilə, dolların dəyərlənməsinin buna səbəb olduğu iddia olunur. Bununla razısınızmı?

- Atılgan Bayar: Səslərin itirilməsi iqtisadi səbəblərdən əvvəl başlayıb. Hesab edirəm ki, Ərdoğan demokratik bir şəxsdir və buna inanıram. Ancaq iki ildir sözdə çox radikallaşma və cəmiyyətin digər hissəsini kənarda qoyan bir üslub önə çıxmağa başlayıb. Bu, həmçinin 15 iyul çevriliş cəhdinin təşəbbüsü ilə də əlaqədardır. Orada önə çıxarılan kəskin dil qalıcı olmağa başladı. Ərdoğanı mətbuatda dəstəkləyənlər də bu dili paylaşırlar. 15 iyulda hökumətin FETÖ-ya qarşı çox sərt davranması doğru və düzgün bir tədbir idi. Hətta mənə qalsa daha sərt davranılması və sərtliyin davam etdirilməsi lazım idi. Ancaq FETÖ-ya ye qarşı belə sərt cavab verilərkən, cəmiyyətin digər hissəsinə qarşı bir yumşalma gözənilirdi, ancaq  bu reallaşmadı. Bu səbəbdən, bu, insanları AK Partiyadan və Ərdoğandan uzaqlaşdıran bir ifadənin önə çıxmasına səbəb oldu. Bir fikir yayılmağa başladı: Cümhur İttifaqı vətənpərvərdir, qalan heç kim öz ölkəsini onlar qədər sevmir. Bu cəmiyyətdə çox böyük reaksiyaya səbəb oldu və səs itkisinə gətirib çıxardı. İqtisadi böhran və dolların yüksəlməsi də bu səs itkisinə səbəb olur.

- Çevriliş cəhdindən bəhs etdiniz, Fövqəladə haldan da danışmağınızı istəyərdim, 2 ildir ki, ləğv edilməyib. Fövqəladə halın ləğv edilməməsinin səbəblərini nədə görürsünüz?

- Atılgan Bayar: Fövqəladə halın lazım olduğunu düşünürəm. Fövqəladə hal FETO ilə mübarizə aparmaq üçün lazım olan bir şeydir,Amma Fövqəladə halı seçki təbliğatı çevirdikdə bu seçicilərin böyük bir reaksiyasına səbəb olur, yoxsa fövqəladə halın özündə bir problem yoxdur, çünki dövlətin ən kapilyar damarlarına qədər enmiş bir terror təşkilatıyla mübarizə apararkən fövqəladə hal lazımlıdır.

- Fövqəladə haldan bu yana 100 minlərlə insan nəzarətə alınıb. Ərdoğanın öz sözü da var, 'at izi it izinə qarışdırılmamalıdır' deyirdi. Amma hələ iki ildir ki, insanların həbsdə olduğunu görürük.

Atılgan Bayar: Belə ifadə edim, haqsız olaraq həbs edilmiş, haqsız olaraq işindən çıxarılmış insanlar var. Amma bunların hamısı FETÖ ilə mübarizənin nə qədər əhəmiyyətli olduğunu bildiyi üçün dövlətinə və iqtidara reaksiya göstərmirlər. Problem orada deyil.

- Bəs, bunun seçkidən sonra həll ediləcəyini inanırsınızmı?

Atılgan Bayar: Əlbəttə, orada əsas problem OHAL deyil. OHAL üzündən haqsızlığa uğramış insanlar deyil, onlar 'mən Ərdoğana səs verməyəcəyəm" demirlər.


Müsahibəni götürdü: Mirəli Mirhəşimli

DİN-dən qəzalara səbəb olan piyadalarla bağlı MÜRACİƏT – VİDEO

Xəbər xətti

İlham Əliyev Almaniyada keçirilən tədbirdə İŞTİRAK EDƏCƏK
11:10 26.04.2024
Rəsmi İrəvandan XİN rəhbərlərinin Qazaxıstanda mümkün görüşü ilə bağlı AÇIQLAMA
11:09 26.04.2024
ABŞ-ın İran addımı: Sanksiyalar bir-birinin ardınca gəldi
ABŞ-ın İran addımı: Sanksiyalar bir-birinin ardınca gəldi
11:05 26.04.2024
LNG  AB-nin enerji siyasətində Rusiya qazını əvəz etdi
LNG AB-nin enerji siyasətində Rusiya qazını əvəz etdi
10:55 26.04.2024
XV Petersberq İqlim Dialoqunun ikinci günü BAŞLAYIR
10:52 26.04.2024
Azərbaycanda 1000 vahiddən az olan ev təsərrüfatlarının uçotu APARILACAQ
10:43 26.04.2024
Husilərdən təhdid:“Əməliyyatlar Hind okeanına qədər genişlənəcək”
Husilərdən təhdid:“Əməliyyatlar Hind okeanına qədər genişlənəcək”
10:37 26.04.2024
Əgər Rusiya bu ərazini işğal etsə...
Əgər Rusiya bu ərazini işğal etsə...
10:30 26.04.2024
DİN-dən qəzalara səbəb olan piyadalarla bağlı MÜRACİƏT – VİDEO
10:23 26.04.2024
ABŞ-la Çin arasında Ay uğrunda RƏQABƏT - ANALİTİKA
10:20 26.04.2024
Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır - VİDEO
10:19 26.04.2024
Xocavənddə partlayıcı vasitələr aşkarlandı
10:14 26.04.2024
ABŞ-dan Ukraynaya böyük dəstək
ABŞ-dan Ukraynaya böyük dəstək
10:06 26.04.2024
Çin ABŞ-a xəbərdarlıq edib
Çin ABŞ-a xəbərdarlıq edib
09:44 26.04.2024
Musiqi və incəsənət məktəblərinə şagird qəbulunda - Yenilik
09:31 26.04.2024
Azərbaycan nefti ucuzlaşdı
09:20 26.04.2024
Bakıda 29 dərəcə isti olacaq - Günün HAVA PROQNOZU
09:16 26.04.2024
Füzuli şəhərinə növbəti köç karvanı yola düşdü
09:00 26.04.2024
Zelenski: “NATO ölkələri Rusiyadan qorxurlar”
08:00 26.04.2024
"Sabah" Gənclər Liqasının qalibi oldu
06:18 26.04.2024
Cəlilabadda QƏZA - 20 baş qoyun tələf olub
05:17 26.04.2024
Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar AŞKARLANDI
04:05 26.04.2024
Filippində festival zamanı 45 nəfər istidən huşunu itirib
02:00 26.04.2024
Yunanıstan Paris olimpiadasının obyektlərini qorumaq üçün Fransaya “Crotale” HHM sistemləri verə bilər
01:00 26.04.2024
Futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib
00:05 26.04.2024
İsrail HHQ “Hizbullah”ın Livandakı hədəflərinə zərbələr endirib
23:45 25.04.2024
Si Cinpin hərbi həkimləri mümkün müharibəyə hazır olmağa çağırıb
23:23 25.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazanıb
23:00 25.04.2024
Stoltenberq NATO baş katibi postunu tərk edəndən sonra pilot ola bilər
22:40 25.04.2024
ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans keçirilir
22:22 25.04.2024
Britaniya İrana yeni sanksiyalar tətbiq edib
22:00 25.04.2024
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir
21:55 25.04.2024
Avtoxuliqanlıq edən sürücü HƏBS OLUNUB
21:41 25.04.2024
Makron: “Bugünkü Avropa ölümcül vəziyyətdədir”
21:22 25.04.2024
Bu tarixdən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır
21:00 25.04.2024
Ağdam Cümə məscidində ilk Azan VERİLİB
20:50 25.04.2024
Türkmənistan Xəzər dənizində mineral ehtiyatlarının mənimsənilməsi üçün yeni zavod tikir
20:39 25.04.2024
Sahibə Qafarova Monteneqroda rəsmi səfərdədir
20:34 25.04.2024
Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub
20:20 25.04.2024
Qumar oynayanları hansı cəzalar gözləyir? - Hüquqşünas AÇIQLAYIR
20:00 25.04.2024
Hamısı