Əl Cəzirənin azərbaycanlı xanım əməkdaşı “Bura böyük gələcək və uğurlu karyera deməkdi”

Müsahibələr 14:14 02.07.2018

Ayseba Umudlu: “Dünyanın ilk beşliyində olan telekanalda işlədiyim üçün özümü çox şanslı sayıram”

Azərbaycanlı gənclərin xarici platformalarda uğur qazanması, mövqeyə sahiblənməsi həmişə sevin diricidir. Belə gənclərimizdən biri də Aysəba Umudludur. Aysəba xanım bir müddət öncə dünyanın ən məşhur telekanallarından biri olan Əl Cəzirədə işə düzəlib. O, “Yeni Müsavat”ın əməkdaşı ilə söhbətdə bu uğura aparan yoldan, qarşıda duran işlərdən, gözləntilərindən danışıb.

- Əl Cəzirəyə qədər hansı KİV-də çalışmısınız? Xarici yayımçılarla hansısa təcrübəniz olubmu?

- Bəribaşdan deyim ki, məni Əl Cəzirəyə aparan yol heç də rahat olmayıb. Buna qədər mən müxtəlif yerlərdə çalışıb, təcrübə keçmişəm. Həyat məktəbim, sınaqdan keçdiyim ilk məkan isə öz evimiz olub. Belə ki, qurucusu atam olan Beynəlxalq Avrasiya Mətbuat Fondunun yarandığı 90-cı illərin əvvəllərindən bizim evə dünyanın müxtəlif yerlərindən jurnalistlər, beynəlxalq təşkilatların təmsilçiləri gələrdi. (Redaksiyadan xüsusi qeyd: Ayseba Umudlu tanınmış jurnalist, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlunun övladıdı). Evimiz BAMF -ın “baş qərargahı”na çevrilmişdi. Gələn bütün “qonaq”ların səfər proqramları buradan koordinə edilər, görüşləri burdan təşkil olunardı. Burada onların Qarabağa səfərləri təşkil edilər, Ermənistan-Azərbaycan konflikti barədə həqiqətlər tarixi sənədlərlə, kitablarla və xəritələrlə izah olunardı. Qonaqların bir çoxu bəzən bizim evdə qalardılar. Beləcə, mənim uşaqlıq dövrüm qəribə  bir ortamda keçib. Bu da özünəməxsus bir həyat məktəbi idi. Belə bir mühitin mənim ingilis dilini erkən yaşlarımda öyrənməyimdə və jurnalistika peşəsinə meyl salmağımda böyük rolu olub. Bəzən tərcümə işlərində yardım etməyimə atam sevinsə də, hiss edirdim ki, jurnalistikaya meyllənməyimə bir o qədər də xoş yanaşmır. 

- Universiteti bitirdikdən sonra işləməyə qərar verdiz?

ayseba1.JPG (101 KB)

- Ali təhsilimi bitirdikdən sonra Avrasiya Media Şəbəkəsində çalışmağa başladım. Qlobal media qurumu olan Beynəlxalq Mətbuat İnstitutunun dünyanın müxtəlif ölkələrində keçirilən ən müxtəlif tədbirlərinin iştirakçısı oldum. Televiziya jurnalistikasında təcrübəmə gəlincə, öncə Türkiyədə Beyaz TV xəbərlər şöbəsində təcrübə keçmişəm. Yerli kanallarımızdan Space TV, Xəzər TV-də çalışmışam, bir sıra proqramların müəllifi olmuşam. Ancaq böyük həvəs, əziyyət və əzm bu yolda irəliləməyimə kömək etdi.

- İngilis dilini harada öyrənmisiniz? Ümumiyyətlə, ali təhsili harada almısınız?

- İngiliscəyə həvəsim ilk dəfə atama tərcümə etdikcə yaranmağa başladı, sonra orta məktəbdə və əlbəttə ki, daha sonra ali məktəbdə inkişaf etdirdim. Mən Bakalavr təhsilimi BDU Beynəlxalq münasibətlər-beynəlxalq hüquq fakültəsində almışam, magistr dərəcəmi isə London Siti Universitetində, Beynəlxalq siyasət və insan hüquqları üzrə oxumuşam. Düşünürəm ki, ingilis dili və başqa dillərə yiyələnməklə yanaşı, ana dilimizdə səlis danışmaq olduqca vacibdir. İngiliscə sadəcə danışma, çoxlu mütaliələr etmək lazımdır. İnanın ki, hər qapının açarı savad, bilik, əzmdir. Beynəlxalq status almaq, beynəlxalq qurumlarla əməkdaşlıq etmək üçün əcnəbi dilləri daha yaxşı bilmək lazımdır. Bu səbəbdən mən də ingilis dili biliklərimin üzərində daim çalışmışam, özümü inkişaf etdirmişəm.

“Ərəblər öz adət-ənənələrində daha mühafizəkardırlar. Lakin bu, burada çalışanlar üçün heç bir problem yaratmır”


- Əl-Cəzirə ilə əməkdaşlığınız necə başladı? Təsadüfi oldu, yoxsa necə? Hansı sahə üzrə çalışırsınız orada?

- Əslində buna təsadüf deməzdim, çünki illərdir beynimdə bu fikir vardı. Beynəlxalq bir kanalda çalışmağı həmişə arzu etmişəm. İnsan qarşısına məqsəd qoyur və o məqsədə çatana qədər bəzən yorulur, usanır. Amma daha böyük istək olanda və bir şeyi candan, könüldən istəyəndə məqsədinə, arzusuna yetişir. Çox həvəsdən düşdüyüm zamanlar da oldu, ancaq içimdə bir inam mütləq bir gün nəticə olacağını deyirdi. Belə də oldu, çox şükür.

ayseba2.JPG (55 KB)

Əl-Cəzirə ilə də tanışlığım Beynəlxalq Media İnstitutunun təşkil etdiyi tədbirlər zamanı yarandı. Əl-Cəzirənin tədbirlərinə qatıldım. Daha sonra isə bu media qurumunda təcrübə keçmək imkanım yarandı. Onu da deyim ki, təcrübə proqramının əvvəlindən sonuna kimi çox ciddi imtahanlardan, sınaqlardan keçdim. Bəlkə da sadə səslənir, ancaq həqiqətən gecə-gündüz çalışdım. Üç aylıq sınaq dövründən sonra işə cəlb edildim. Əl Cəzirədə işə başlamağımdan çox keçməyib, amma özümə qarşı çox tənqidi yanaşıram, daha çox öyrənmək, daha yaxşı və fərqli olmaq, yavaş-yavaş da irəliləmək istəyirəm. Qeyd etdiyim kimi, burada çalışmaq böyük bir məsuliyyətdir, gələcəkdir, karyeradır.

- Əl Cəzirədə hansı şöbədə işə başlamısınız?

- Onlayn şöbəsində çalışıram. Sosial media səhifəmiz üçün videolar hazırlayıram, bəzən məqalələr yazıram.

- Dünya şöhrətli bir telekanalda işləmək hansı hissləri yaradır? Əl Cəzirə təcrübəsi Azərbaycan TV-ləri üçün nə deməkdir sizcə?

- Dünya şöhrətli kanalda azərbaycanlı olaraq işləmək, əlbəttə ki, mənimçün böyük qurur hissidir. Burada işlədiyim üçün özümü şanslı hesab edirəm. Əl Cəzirə böyük bir media məktəbidir. Dünyanın ilk beşliyində olan beynəlxalq bir media şəbəkəsidir. Bu kimi media şəbəkələrindən öyrənə biləcəyimiz xeyli biliklər, yeniliklər var. Onların təcrübəsindən faydalanmağın böyük üstünlükləri vardır. Düşünürəm ki, bizim media qurumlarımız da peşəkarlığın artırılması üçün  Əl Cəzirə və digər beynəlxalq media qurumları ilə əməkdaşlıq etsə, faydalı olar.

- Azərbaycan TV-lərindən Əl Cəzirə ilə əməkdaşlıq edəni varmı? Belə bir əməkdaşlığın qurulması üçün çalışmalarınız olacaqmı?

ayseba 3.JPG (48 KB)

- Əvvəlki illərdən fərqli olaraq, Azərbaycan media qurumlarının Əl-Cəzirə Media Şəbəkəsi ilə əməkdaşlığı hiss olunur. Amma rəsmi olaraq hər hansı bir kanalla rəsmi anlaşma mövcud deyil. Arzu edirəm, gələcəkdə bu əməkdaşlıq daha da inkişaf etsin. Belə bir əməkdaşlıq hər iki tərəf üçün faydalı ola bilər. Əlbəttə, bu sahədə hər hansı imkanlar olarsa, mən də öz növbəmdə əlimdən gələni əsirgəmərəm. 

- Bir qadın üçün ərəb telekanalında çalışmaq, ərəb ölkəsində yaşamaq hansısa məhdudiyyətlər yaradırmı? Bu telekanala ərəb ənənəsinin, mentalitetinin, cəmiyyətinin təsiri nə qədərdir?

- Düzünü desəm, ərəblərin adət-ənənələri bir neçə spesifik adətləri çıxmaq şərti ilə, Azərbaycan adət-ənənələri ilə çox oxşardır. Sadəcə, ərəblər öz adət-ənənələrində daha mühafizəkardırlar. Lakin bu, burada çalışanlar üçün heç bir problem yaratmır. Əl-Cəzirə beynəlxalq kanaldır. Burada müxtəlif dillərə, dinlərə məxsus peşəkarlar xoş bir ortamda çalışırlar. Burası dünyəvi bir məktəbdir.

ayseba 4.JPG (100 KB)

- Əl Cəzirədə hansı səviyyəyədək yüksəlmək imkanlarınız var? Ümumiyyətlə, başqa tanınmış telekanallara keçmək variantları barədə düşünürsünüzmü?

- Əvvəldə qeyd etdiyim kimi, Əl Cəzirə böyük bir media məktəbdir. Bu həm də öz bacarıqlarını, potensialını ortaya qoymaq, sübut etmək üçün beynəlxalq media platformasıdır. Əl-Cəzirə Media Şəbəkəsi özü elə bir yerdir ki, potensialı olan, əzmkar insanlara yüksəlmək üçün mütləq imkanlar verir. Mən də əlimdən gəldiyi qədər çalışıram ki, bu platformada öz bacarıqlarımı sərgiləyə bilim.

Hələki başqa beynəlxalq telekanallar haqqında düşünmürəm. Əl-cəzirə Media Şəbəkəsi özü elə bir yerdir ki, potensialı olan, əzmkar insanlara yüksəlmək üçün mütləq imkan verir. Mən də əlimdən gəldiyi qədər çalışıram ki, bu kanalda zamanla istədiyim məqama çata bilim.

"Ermənistan sülh yolu ilə getməsə, Azərbaycan başqa üsullar tapacaq" - Aleksey Naumov - VİDEO

Xəbər xətti

Azərbaycan parataekvondoçuları Avropa çempionatında iştirak edəcək
03:19 08.05.2024
Şotlandiyanın yeni hökumət başçısı məlum olub
02:18 08.05.2024
Futzal üzrə Azərbaycan kubokunun qalibi bəlli oldu
01:00 08.05.2024
202 əcnəbinin ölkəyə girişləri məhdudlaşdırılıb - SƏBƏB
00:16 08.05.2024
Paşinyan: “KTMT-nin Ermənistanda qalması üçün müharibə lazımdır”
23:44 07.05.2024
Aygün Bəylərin ailəsi tiktoker Ləmanla bağlı polisə şikayət edib
23:23 07.05.2024
DİQQƏT! Səhiyyə Nazirliyi və Elektron Təhlükəsizlik Xidməti əhaliyə müraciət edib
23:09 07.05.2024
Kilian Mbappenin "Real"da geyinəcəyi forma nömrəsi bəlli olub
23:00 07.05.2024
Polşada ölkənin avroya keçməyə hazırlığı qiymətləndirilib
22:33 07.05.2024
Naxçıvanda ASAN Vəkil Bürosu açılıb
22:12 07.05.2024
Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun yeddinci iclası keçirilib
21:54 07.05.2024
Quterreş: Qəzzada atəşkəs əldə olunmasa, faciə baş verəcək
21:30 07.05.2024
Azərbaycanın iqlim dəyişikliyi üzrə Şəffaflıq Hesabatının hazırlanmasına dəstək təlimi keçirilib
21:14 07.05.2024
“ÖLÜM AXTARAN QADIN” film layihəsi Polşa Kino İnstitutunun dəstəyini qazanıb
20:51 07.05.2024
Brüsseldə Azərbaycan-Ermənistan normallaşma prosesində regional dinamika müzakirə edilib
20:49 07.05.2024
İtaliyanın "Yuventus" klubu heyətini gücləndirib
20:34 07.05.2024
Avstriya XİN başçısı: NATO-ya üzv olmayacağıq
20:05 07.05.2024
Hərbi Prokurorluqda Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib
19:50 07.05.2024
Bakı-Tbilisi-Qars dəmir yolunda hərəkətin bərpa olunacağı vaxt açıqlanıb
19:30 07.05.2024
Həcc vizası olmayan şəxslər cərimə ediləcək
19:19 07.05.2024
Azərbaycan Slovakiya ilə standartlaşdırma üzrə birgə layihə reallaşdıracaq
19:00 07.05.2024
Slovakiyalı nazir: Bakı və Bratislava müdafiə sahəsində mümkün əməkdaşlığın istiqamətlərini müəyyənləşdiriblər
18:44 07.05.2024
Pakistanın Milli Müdafiə Universitetinin nümayəndə heyəti ilə görüş keçirilib
18:33 07.05.2024
Əli Əsədov Ankarada Heydər Əliyevin abidəsini ziyarət edib
18:24 07.05.2024
Denisa Sakova: “Slovakiya tədarükləri şaxələndirmək üçün Azərbaycan təbii qazına ümid edir”
18:07 07.05.2024
Slovakiya Baş nazirinin Azərbaycana səfəri BAŞA ÇATDI
17:50 07.05.2024
Ukraynadan gətirilən 20 ton ət yararsız çıxdı
17:36 07.05.2024
Bu xəstəxananın vəzifəli şəxsi həbs olundu - DETALLAR
17:27 07.05.2024
Zaxarova: "Londonun təhdidləri reallaşarsa, Rusiya Britaniyanın hərbi obyektlərini vura bilər"
Zaxarova: "Londonun təhdidləri reallaşarsa, Rusiya Britaniyanın hərbi obyektlərini vura bilər"
17:11 07.05.2024
Azərbaycanda taksi sayına məhdudiyyət qoyula bilər – RƏSMİ
17:00 07.05.2024
Trampın məxfi sənədləri üzrə məhkəmə prosesi bu vaxt başlayacaq...
Trampın məxfi sənədləri üzrə məhkəmə prosesi bu vaxt başlayacaq...
16:46 07.05.2024
Slovakiyanın baş naziri Şəhidlər xiyabanını ziyarət edib
16:35 07.05.2024
Azərbaycan vasitəçiliyi: Türkiyə ilə İsrail münasibətində yeni dövr? - MÜSAHİBƏ - VİDEO
16:35 07.05.2024
Bakı funikulyorunda gediş haqqı artırılıb? - RƏSMİ CAVAB + FOTO
16:25 07.05.2024
Bolqarıstan Prezidenti Azərbaycana GƏLDİ
16:15 07.05.2024
Sumqayıtda təhsil müəssisəsində 250 minlik MƏNİMSƏMƏ - Cinayət işi açıldı
15:57 07.05.2024
Novruz Məmmədov vəzifəsindən azad edildi
15:53 07.05.2024
"Ermənistan sülh yolu ilə getməsə, Azərbaycan başqa üsullar tapacaq" - Aleksey Naumov - VİDEO
15:45 07.05.2024
Azərbaycan Prezidentinin adından Slovakiya Baş nazirinin şərəfinə rəsmi nahar VERİLDİ
15:34 07.05.2024
Əli Əsədov Kahramanmaraşdakı “Azərbaycan məhəlləsi”ndə
15:26 07.05.2024
Hamısı