"Bəzən operativliyi dəqiqliyə qurban verməyə məcbur oluruq.Buna mediada vicdanlı yanılma deyirlər" Rauf Arifoğlu

Müsahibələr 14:05 14.07.2018

Xəbər verdiyimiz kimi "Yeni Müsavat" media qrupun rəhbəri Rauf Arifoğlu ötən gün Beynəlxalq Avrasiya Mətbuat Fonduunun (BAMF) ofisini ziyarət edib. Son günlər ölkədə baş verən hadisələr, medianın hazırkı durumu ilə bağlı Eurasia Diary analitik informasiya portalına maraqlı müsahibə verib. Müsahibəni sizə təqdim edirik:

Azərbaycanda medianın səviyyəsi sizi qane edirmi?

Tələbkarlıq baxımından təbii ki, yox! İnkişafın sərhəddi yoxdur. İnkişaf etmək imkanları da çox genişdir. Sadəcə olaraq Azərbaycan mediasında bir transformasiya prosesi getdi və uğurla getdi. Azərbaycanda mötəbər informasiya almaq qaynağı daha çox print mediadan idi. Azərbaycanın efir məkanında bir durğunluq var idi. O baxımdan da Azərbaycanda print medianın və print media təmsilçilərinin “new media”ya keçidi və bu keçidi öz çiyinlərində daşıması uğurla nəticələndi. Artıq adını çkdiyiniz “Yeni Müsavat” qrupu bir media qrupdur. Bir qəzet deyil. Bir neçə saytı var. Rus dilində yayımlanan saytları var. Digər qəzetlər də həmçinin. Ya bağlandılar, ya da “new media” sektoruna keçdilər. Bu baş verməli idi. Bu zamanın, günün tələbi idi. Biz də buna can atdıq və nəticədə yekun olaraq deyə bilərəm ki, artıq biz buna nail olmuşuq. Azərbaycan print mediası, çap mediası son 30 il ərzində elə də böyük inkişaf yolu keçə bilmədi. İstər ticari nöqteyi-nəzərindən, istər çap avadanlıqlarının səviyyəsi və texnoloji nöqteyi-nəzərindən çox çətin oldu. Çünki çox baha idi. Amma indi “new media”nın tələbləri də yüksək deyil axı. Bir otaqda gözəl bir sayt yığdırıb, gözəl bir dizayn etdirib 5-6 professional işçi ilə dünyanın belə seyrini dəyişmək olur.

Məsələn, “Wikileaks” saytı 2-3 çalışanı və “Julian assange”ın  xüsusi məlumatları sayəsində dünyadakı siyasi durumu belə dəyişdi. Elə ölkələr var ki, orada iqtidarı dəyişdi. Yəni bu həm də “new media”nın sərhədlərinin olmamasını göstərən faktordur və biz bunu elə “Wikileaks” olaylarından sonra anladıq və çox sürətlə print mediadan “new media”ya keçid etdik. Qəzetimizin sayt versiyasını, sonra da onlayn versiyasını gücləndirdik. Bu bütün ölkədə baş verdi. Artıq son olaylarda da biz gördük ki, tv-lər onlayn fəaliyyət göstərməyə başladı. 2-3 il bundan əvvələ qədər nə görürdük? Bir dəfə biz bunun “skreen”ini də etdik, yayımladıq. Ölkədə döyüş gedir, zabitlərimiz əskərlərimiz şəhid olub, ölkənin taleyi həll olunur həmin anda televiziyalarımızın yayımlarını “screen” etdim. Tərs kimi həmin vaxt bütün televiziyalarda konsert gedirdi. Sanki bir-biri ilə sözləşmişdilər. Deməli “new media” və qəzetlər işləyir, o xəbərləri çatdırır, Azərbaycanın tv-ləri avtopilotda gedir. Hələ canlı yayım yox, hələ xəbər yox. Bir də axşam saat 8-dən sonra başladılar xəbər verməyə. Bu yolverilməzdir. Belə olanda tv-lərin heç əhəmiyyəti yoxdur. Bu əksinə millətə xidmət etmir, millətdə qıcıq yaradır ki, bu nə deməkdir? Ölkədə döyüş gedir amma televiziyasında konsert gedir. Çox şükür bu dəfə elə olmadı. Gecə yarı işıq sönəndə də, ondan sonra Gəncə ŞİH başçısı Elmar Vəliyevə qarşı terror hadisəsi həyata keçiriləndə də, 10 ilyulda Gəncədə qanlı terror olayları olanda da hər franqmentdə biz gördük ki, onlayn mədəniyyət artıq Azərbaycan mediasında oturub, sistemləşib və bu artıq sosial şəbəkələrdən və “new media”dan televiziya efirinə də keçməyə başlayıb. Bu gün hətta AzTv canlı yayıma keçib və hadisəni yayır. Real tv bilirsiz xəbər və onlayn media kimi yaradılıb. İctimai tv-də həmçinin. Başqa televiziyalar da buna keçsə bütün Azərbaycanı əhatə edən sistem qura bilərik. Yəni bazamız, imkanlarımız çox genişdir.

Rauf bəy Gəncə hadisələrindən söz düşmüşkən, bu olaylarla bağlı ölkədə fəaliyyət göstərən saytların hərəsi müxtəlif  xəbərlər yaydılar. Qeyri-rəsmi informasiyalar, hətta icra başçısının vəfat etməsini yazan saytlar da vardı. Rəsmi informasiyanı gözləmədən qeyri-dəqiq informasiya yaymaq istəyi nədən irəli gəlir?

Rəsmi informasiyanın gecikdirilməsindən! Belə məqamlarda gecikdirmək olmaz. Səbəb odur. Düzdür həmin vaxtda güc strukturları gün ərzində bir neçə dəfə açıqlama verdilər. Çox yaxşı bir ənənə yaranıb. Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Xidmətinin mətbuat xidmətləri sinxron işləyirlər. Eyni mətni yayırlar. Bu da haçalanmanı və fikir ayrılıqlarını ortadan qaldırmış olur. Həm də mətbuat üçün materialdır. Biz bu məlumatlarla işləyirik. Amma rəsmi informasiya olmayanda, sosial şəbəkələrdəki dedi-qodular, peşəkar göstəriciləri aşağı olan saytların yaydığı dezinformasiyalar ölkədə “at çapır”. Buna görə də belə məqamlarda rəsmi məlumatlar sürətli verilməlidir. Televiziyalar onlayn rejimdə işləməlidir. Tanınan aparıcı orada olmalıdır. Efirdən düşməməlidir. Hər yarım saatdan bir qonaqlar dəyişməlidir. Ölkənin tanınmış adamları dəvət olunmalıdır. Bax bu son olaylarda biz nəyi müşahidə etdik? Təxribatlara siyasi müxalifətdən bir nəfər də olsun qatılmadı. Bu çox önəmlidir. Müxalifət təmsilçilərini efirə çağırmaq olar. Eybi yox, qoy bir az hakimiyyəti tənqid etsinlər. Onlarında çörəyi ondan çıxır axı. Yəni müxaliftin də işi, oppozisiyası tənqid edən qurum deməkdir. Onu çağırırsan o danışır, amma eyni zamanda təxribatçılara və təxribata uyanlara müraciət edir ki, Etməyin!. Bütün dezinformasiyalara qarşı bunları qoymaq lazımdır.

Heç olubmu ki, rəhbəri olduğunuz “Yeni Müsavat” media qrupu operativlik baxımından rəsmi informasiyanın yayılmasını gözləmədən, qeyri-rəsmi informasiya yayıb?

O qədər olub ki... və hər gün olur. Bundan sonra da olacaq. Bu xəbərin mahiyyətindən doğan, xəbərin fəlsəfəsindən doğan, xəbərçiliyin özünün təbiətində olan bir xüsusiyyətdir. Gözləmək olmaz. Artıq xəbər əvvəllər günlə sayılırdı. Məsələn, biz qəzet çap edəndə bu gün bütün xəbərləri yığırdıq, son xəbərləri 1-ci və 2-ci səhifəyə qoyub çap edib növbəti gün insanlara yayırdıq. Sonra xəbərin vaxtı saatlarla ölçüldü. İndi saniyələr və dəqiqələrlədir. Bu baxımdan, bəli elə olur ki, biz operativliyi dəqiqliyə qurban verməyə məcbur oluruq, sonradan düzəliş edirik. “New media”nın ən gözəl üstünlüyü nədir bilirsizmi? Düzəliş etmək olur.

Bəs inandırıcılıq baxımından vəziyyət necə olur? Axı sizi oxuyanlar inanıb oxuyurlar?

Zədə dəyir. Tamaşaçıda inciklik yaranır. Bir nümunə deyim. Elmar Vəliyevin vəfat etməsi xəbərini “Report“ yaydı. Kifayət qədər ciddi və nüfuzlu agentlikdir. Duşünün ki, operativlik bir xəstəlikdir. Biz çox tərəddüd etik bu xəbər üzərində. Amma gördüm hamı verdi. Bir “APA” agentliyi yaymadı, bir də biz. Niyə yaymadıq? Ona görə ki, bizim yerlərdən də məlumat almaq imkanlarımız oldu, dövlət strukturlarından da, başqa mənbələrdən də. Onu yayanlar bir neçə dəqiqə çox üstün göründü. Yüksək tiraj yığdılar. Amma sonra elə bir zərbə aldılar ki... Dəhşətli səhv idi. Ona görə “Yeni Müsavat “o sınaqdan çıxdı.

Bəs bu məqamda niyə operativliyə can atmadınız?

Şübhələndik! Öz qaynaqlarımız var. Axı “Report” agentliyi kimi biz də xəbər istehsal edirik. Biz yalnız yayıcı deyilik. Sizin dediyiniz kimi, səhər gəlirsiz komputeri açanda niyə “Yeni Müsavat”ı oxuyursuz bilirsizmi? Ona görə ki, agentliklər saat 10-a kim cəmi 3 xəbər qoyur, hamısı bir yerdə. “Yeni Müsavat” isə 120-150 min işarəlik xəbərlər qoyur. Yəni qəzet var arxasında, print media var arxasında, 30 jurnalistin əməyi var arxasında. Buna görə də biz özümüz istehsalçı olduğumuz üçün, əlaqələrimiz olduğu üçün araşdırdıq ki, bu şübhəlidir. 5 dəqiqə keçən kimi saytlardan yığışdırdılar. Belə nümunələr olubmu? Səhv etmişikmi? Əlbəttə etmişik! Bizim 29 yaşımız var. Bu müddət ərzində o qədər səhvlər etmişik ki... acısını da çəkmişik. Oxucu da bizdən küsüb. Çox şükür dəhşətli, bizə travma yaradacaq səhvlər etməmişik. Buna mediada vicdanlı yanılma deyirlər. Belə hallar “Washington post”un da, “New York Times”ın da tərcümeyi-hallarında olur. Əsas odur ki, yanlışı düzəltmək fürsəti olsun. Sonra da zədələr mümkün qədər az olsun. Operativliyin verdiyi fayda, sonradan yaranan yanlışlığın, ziyanın zərərindən gərək çox olsun. Bir də daxili qərar deyilən bir şey var. Biz redaktor olaraq o qərarı veririk ki, xəbəri verəkmi, verməyəkmi? Biz hər 3 dəqiqə yarımdan bir xəbər yeniləyirik. Bu bir prinsipdir. Əsas prinsip nədir? Onlayn medianın bir qızıl qaydası var: oxucu sənin saytına daxil oldusa elə etmək lazımdır ki, 13-15 dəqiqə oradan çıxmasın. Xəbər lentini elə strukturlaşdırmaq lazımdır ki, digər xəbərlər də oxucunun marağını çəksin.

Bir az da istinad mədəniyyətindən danışaq. Sizin rəhbəri olduğunuz media qrupu götürdüyü xəbəri mütləq istinadla təqdim edir. Bəs olubmu ki, “Yeni Müsavat”ın hansısa müəllif yazısını kimsə öz məhsulu kimi təqdim edib?

Bu məsələdə çox şikayətçiyəm. Oğurlayırlar. Bizim saytın tanınan bir müəllifinin yazısını oğurlayırlar, yazırlar ki, filan saytın verdiyi məlumata görə, ortasına yazırlar filan sayt. Bir də görürsən ki, ortada mötərizəni təmizləməyi unudurlar bizim müəllifin adı qalır orada.  Bu hal hər gün baş verir.  Əvvəl bunun üçün ayrıca redaktor təyin etmişdim. Bir-bir saytlara zəng edirdi.

Gülməli bir hadisə danışım. Bir sayt var cəmi bir nəfər işçisi var. Zəng vurduq ki, niyə bizim xəbəri istinadsız yaymısız? Dedi görürsən uşaqlar diqqətsizlik edib. Biz də bilirik ki, sayt bir nəfərdən ibarətdir, o da özüdür. Sonralar gördüm buna əsəbimiz, vaxtımız gedir artıq qadağa qoydum. Dedim biz dominantıq, hər kəsə material sabah-sabah bizdən gedir. Bunu artıq yığışdıraq. Kim oğurlayır, oğurlasın. Mən özüm də diqqətsizlik etmiş əməkdaşımı danlayıram belə hal olduqda. Deyirəm biz oğru deyilik. İnsanların intellektual əmlakını oğurlamaq olmaz. Ümumilikdə isə bir sayt başqasından xəbər götürməməlidir. Hərə öz məhsulunu qoymalıdır. Dünya standartları ilə yanaşdıqda heç bir sayt digərinin xəbərini qoyub istinad etmir.

Dövlət son illər çap mediasına kifayət qədər dəstək göstərir, maliyyə yardımı ayırır. Bəs onlayn mediada vəziyyət necədir? Hər hansı bir dəstək varmı?

Bu məsələ ilə bağlı vəziyyət olduqca mürəkkəbdir. Hökümət və prezident medianın ayaqda qalması və bu ənənəviliyin,1875-ci ildən üzü bəri gələn qəzetçilik tarixinin qorunması üçün fədakarlıq edir. Milyonlarla pul ayrılır ki, çap mediası ayaqda qalsın. Bu çox yaxşıdır. Amma bu gün “new media” Azərbaycan dövlətinin istənilən strukturu qədər əhəmiyyətlidir. Müdafiə nazirliyini təsəvvür edin. Ancaq onunla müqayisə oluna bilər. Çünki artıq müharibə yalnız ölkənin sərhədləri və daxilində getmir. Ölkənin informasiya məkanında da müharibə gedir və hücumlar olur. Onun qarşısını ənənəvi media almır. Dediyimiz kimi artıq qəzetlər ənənəviliyin göstəricisi və qalığıdır. İstər rus, istər ingilis, istərsə də Azərbaycan dilində olsun fərq etmir bu sahəyə diqqət artırılmalıdır. Aylardır, illərdir deyirik. Cənab prezidentlə iki il öncəki görüşümüzdə də dedi ki, bu sahə güclənməlidir. Siz mənə təkiflrinizi verin. Mən bu layihələrə dəstk verəcəm. Təəssüf ki, bir az biz tənbəllik etdik. Bir az da araya işlər düşdü. Bu məsələ uzandı. Hesab edirəm ki, son hadisələr də bir göstəricidir ki, Azərbaycan məkanında həm daxili auditoriyaya xitab edən yeni media kompoentləri gücləndirilməlidir, həm də xaricə yayımlanan əsas da rus və ingilis dillərində “new media” nümunələri gücləndirilməlidir. Buna xüsusi fond ayrılmalıdır. Neftin qiyməti də artıb. İmkanlarımız artıb. Dövlətimiz güclüdür. Varlıdır. Zəngindir.

Niyə biz dövlətdən dəstək istəyirik? Çünki Azərbaycanda reklam bazarı dardı. Auditoriyamızın kiçikliyi qədər biznes və bazar imkanlarımız da kiçikdir. Mənim hesablarıma görə, jurnalist gərək heç olmasa 2 min dollar civarında maaş alsın ki, o yazan makinaya çevrilməsin. O ağıllı bir yazan makina olsun. İstirahət etməyə zamanı olsun. Özünə, geyim-keçiminə baxa bilsin. İstədiyi vaxt təklif versin ki, mən bu pulla gedib yaxın Avropa ölkələrinin birində mühacirətlə bağlı araşdırma aparacam. O maaş onu saxlaya bilsin ki, 20 gün heç nə yazmasa da ac qalmasın. Biz bunu edə bilmirik. Bizim bunu etməyimiz üçün gərək özümüz də qazanaq. 10-15 min biz qazanaq, 2 min də jurnalist qazansın. Bunun iki yolu var. Birinci reklam haqqında qanun dəyişdirilməlidir, bazara uyğunlaşdırılmalıdır, reklam verənlər təşviq olunmalıdır, onların reklam vəsaitləri ƏDV-dən azad olunmalıdır. İkincisi o vaxta çatana kimi dövlət özü dəstək verməlidir. Ən azından çap mediaya verdiyi dəstək qədər də saytlara dəstək verməlidir.

Qarşıdan mətbuat günü gəlir? Hansısa bir dəstək gözlənilirmi?

Hər il mətbuat günündə dövlət redaksiyalara  müəyyən  vəsait verir. Köməklik edir. Məsələn ötən il biz 40 min manat aldıq. Onun da alınma səbəbi o idi ki, kağız vəsaitləri ƏDV-nə cəlb olunmuşdu. Hesab edin ki, dövlət bizə bu ƏDV-ni artıqlaması ilə qaytardı. Bu il isə kağızın qiyməti 920 dollara qədər qalxıb. Keçən ilin bu vaxtı 600 dolar civarında idi. Sonra 720-yə qalxdı. Bir var birdəfəlik kömək, bir var tarixlərə yönəlik kömək, bir də var ki, konseptual olaraq medianı gücləndirmək. Hesab edin ki, bu ordunu gücləndirmək kimi bir şeydir. Onlayn medianı gücləndirmək və onları dünya mediasına rəqbət şəklinə gətirmək üçün dəstək lazımdır. Azərbaycanda son hadisələr nəyi göstərir? Sosial şəbəkələr və YouTube üzərindən xalqın psixikasına təsir edə biləcək çağırışlar edirlər. Hər kəsin əlində də artıq bir ekran var. Hamı bir-birinə xəbər göndərir ki, YouTube də filankəs video yayıb. Hamı açır baxır. Belə olanda həmin şəxs “Yeni Müsavat” və ya başqa saytları açmalıdır, televiziyalara baxıb dəqiqləşdirməlidir ki, o deyənlə bu deyən arasında heç olmasa müqayisə yaradacaq material olsun. Material olmadıqda isə birmənalı şəkildə düşəcək birincinin təsiri altına. Mən hazırda ən primitiv metodlarla saytımızda canlı yayım təşkil etmişəm. Çox yüksək diqqət var. Amma ora gələnlər bizim texnikanı görəndə məyus olurlar. Normal texnika qurmaq üçün isə mən vəsait tapa bilmirəm. Bilirsiz ki, qəzetlərin satışı manatla həyata keçirilir. Reklamı manatla alırıq. Əvvəlki pulu qazanırıq. Amma 3 dəfə dollara nisbətdə onun dəyəri aşağı düşüb. Əvvəllər özümüzü orta redaksiya zəncirinə hesab edirik. İndi çox kasıbıq.

Səmimi müsahibə üçün təşəkkür edirəm!


Sevinc İsgəndərova

 

"Bizim bizdən başqa dostumuz yoxdu" - Elman Nəsirov - VİDEO

Xəbər xətti

"Sabah" Gənclər Liqasının qalibi oldu
06:18 26.04.2024
Cəlilabadda QƏZA - 20 baş qoyun tələf olub
05:17 26.04.2024
Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar AŞKARLANDI
04:05 26.04.2024
Zelenski: “NATO ölkələri Rusiyadan qorxurlar”
03:00 26.04.2024
Filippində festival zamanı 45 nəfər istidən huşunu itirib
02:00 26.04.2024
Yunanıstan Paris olimpiadasının obyektlərini qorumaq üçün Fransaya “Crotale” HHM sistemləri verə bilər
01:00 26.04.2024
Futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib
00:05 26.04.2024
İsrail HHQ “Hizbullah”ın Livandakı hədəflərinə zərbələr endirib
23:45 25.04.2024
Si Cinpin hərbi həkimləri mümkün müharibəyə hazır olmağa çağırıb
23:23 25.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazanıb
23:00 25.04.2024
Stoltenberq NATO baş katibi postunu tərk edəndən sonra pilot ola bilər
22:40 25.04.2024
ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans keçirilir
22:22 25.04.2024
Britaniya İrana yeni sanksiyalar tətbiq edib
22:00 25.04.2024
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir
21:55 25.04.2024
Avtoxuliqanlıq edən sürücü HƏBS OLUNUB
21:41 25.04.2024
Makron: “Bugünkü Avropa ölümcül vəziyyətdədir”
21:22 25.04.2024
Bu tarixdən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır
21:00 25.04.2024
Ağdam Cümə məscidində ilk Azan VERİLİB
20:50 25.04.2024
Türkmənistan Xəzər dənizində mineral ehtiyatlarının mənimsənilməsi üçün yeni zavod tikir
20:39 25.04.2024
Sahibə Qafarova Monteneqroda rəsmi səfərdədir
20:34 25.04.2024
Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub
20:20 25.04.2024
Qumar oynayanları hansı cəzalar gözləyir? - Hüquqşünas AÇIQLAYIR
20:00 25.04.2024
Azərbaycan Prezidenti Füzuli Hava Limanından ilk dəfə olaraq Berlinə yola düşüb
19:50 25.04.2024
Ali Radanın deputatı: Müharibələr üçün pul kisəsi olan Vardanyan Nobel Sülh Mükafatına layiq görülə bilməz
19:40 25.04.2024
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb
19:30 25.04.2024
Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib - YENİLƏNİB
19:30 25.04.2024
Ərdoğan Türkiyədə Qazaxıstanın baş nazirini qəbul edib
19:20 25.04.2024
Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
19:07 25.04.2024
Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələri quraşdırılır
19:00 25.04.2024
Malıbəylidə aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb
18:35 25.04.2024
Lənkəranda ağır QƏZA – Xəsarət alan var
18:27 25.04.2024
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib
18:19 25.04.2024
Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb
18:08 25.04.2024
ABŞ HƏMAS-a çağırış edib
ABŞ HƏMAS-a çağırış edib
17:53 25.04.2024
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
17:53 25.04.2024
Laçında ilk dəfə peşə yarmarkası keçirilir
17:50 25.04.2024
Buraxılış imtahanlarında ən yüksək nəticə göstərən RAYONLAR
17:45 25.04.2024
PSJ-nin prezidenti “Qarabağ”ı təbrik etdi
17:40 25.04.2024
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
17:28 25.04.2024
Prezident İlham Əliyev Sadır Japarova Qarabağ atı hədiyyə edib
17:04 25.04.2024
Hamısı