"Xəzərin statusu ilə bağlı imzalanmış saziş Azərbaycan üçün böyük uğurdur" Oleq Kuznetsov

Müsahibələr 14:25 16.08.2018

Xəzəryanı ölkələrin Aktauda keçirilən toplantısında əsrin dörddə birindən artıq davam edən tərəflərin mövqelərinin razılaşdırılması prosesi başa çatdı.

Zirvə toplantısından əvvəl mövcud olan bütün mübahisəli məsələlər həll olundu. İlk növbədə, bu əlbəttə ki, bioloji ehtiyatların bölüşdürülməsi məsələsi və şelfdə (qitənin quruya bitişik sualtı hissəsidir və onunla bütövlük təşkil edən geoloji quruluş kimi xarakterizə olunur. red.) yerləşən neft və qaz ehtiyatları ilə bağlıdır.

Bu barədə məşhur rus tarixçisi, Qafqazşünas Oleq Kuznetsov Eurasia Diary-ə özəl  müsahibəsində bildirib.

Tarixçi avqustun 12-də Aktau (Qazaxıstan) şəhərində keçirilmiş Xəzəryanı ölkələrin zirvə toplantısının maraqlı məqamlarına toxundu. Həmçinin, Oleq Kuznetsov  İranın mövcud müqavilələrdəki rolunu qeyd etdi.

- Qeyd olunur ki, Xəzərin daha kiçik hissəsi İranın payına düşür. Bir çoxları İranın bu məsələdə uduzduğunu iddia edir, amma iranlılar belə düşünmür.

- Başa düşmək lazımdır ki, bu razılaşma əvvəlki razılaşmaların davamıdır. Daha əvvəl Sovet İttifaqı ilə İran arasında (1921-ci və 1940-cı il) iki saziş imzalanmışdır. Bu müqavilələr sərhədləri, iqtisadi zonaları və balıqçılıq rejimini müəyyənləşdirirdi.

Son müqaviləni nəzərə alsaq, bəli, İranın payına daha kiçik sahə düşür. Amma mövcud müqaviləni 1940-cı ildə bağlanmış müqavilə ilə müqayisə etsək, təbii ki, İran ciddi üstünlük qazanmış, ərazilərini və iqtisadi bölgələrini ciddi şəkildə artırmışdır. Buna görə demək olar ki, İran əlbəttə ki, qazanıb.

İranın maraqları toplantıda iştirak edənlərin hamısı tərəfindən nəzərə alındı və razılaşdırıldı. Burada Xəzəryanı ölkələrin maraqlarınıın çoxillik müddət ərzində razılaşdırılması prosesində son nöqtə qoyuldu. Ən vacib maraqlar elə razılaşdırıldı ki, hamı bundan razı qalıb. İlk növbədə, əlbəttə ki, Azərbaycan.

Müqavilənin nəticələrinə görə, Azərbaycan təşəbbüskar olmasa da, ən azından bu prosesdə əsas fikir yürüdən roluna malikdir. Bu, çox ciddi nəticədir, Azərbaycan Respublikasının praktik diplomatiyasının böyük qələbəsidir. Bu yalnız regional deyil, həm də qitə miqyasında qazanılmış qələbədir.

Mən bu görüşün nəticələri barədə hesabata baxdım. Beş ölkənin prezidentlərinin çıxışına diqqətlə qulaq asdım. Zirvə toplantısında yeganə mənalı çıxış Azərbaycan prezidenti İlham Əliyevin çıxışı idi. Xəzəryanı ölkələrin bütün digər liderləri işlərin başa çatması, regional dostluq və əməkdaşlıq haqqında ümumi ifadələr söylədilər. İlham Əliyev "Şimal-Cənub" nəqliyyat dəhlizinin dəmir yolu və dənizlə yük dövriyyəsinin tənzimlənməsini də qeyd etdi. Azərbaycan prezidenti çıxışında Xəzər dənizinin dibi ilə qaz və neft boru kəmərlərinin çəkilməsi üçün heç bir problem olmadığını bildirib.

- Xəzəryanı ölkələrin 5-ci zirvə toplantısının yekunları üzrə Azərbaycan hansı nəticəni əldə etdi?

- Təbii ki, Azərbaycan quruda və dənizdə böyük tranzit ölkəyə çevrilir. Bu mənada o, iqtisadi planda ən çox qazanan tərəfdir. Azərbaycan 25 il ərzində ümumi razılığa gəlmək üçün ayrı-ayrı tərəflərin ziddiyyətli maraqlarını əlaqələndirdi. Hesab edirəm ki, Xəzərin statusu ilə bağlı imzalanmış saziş Azərbaycan üçün böyük uğurdur.

- Türkmənistan Özbəkistana  Xəzər dənizində öz dəniz limanlarınından istifadə etməyi təklif etdi. Belə ki, Türkmənistan, Özbəkistan - Türkmənistan - Xəzər dənizi - Cənub dəhlizi marşrutu üzrə dəhliz yaratmaq üçün birlikdə işləməyə hazır idi. Rusiya əvvəlcə bu qərara qarşı çıxdı, amma sonra fikrini dəyişdi.

- Rusiya daha qlobal bir məsələdə razılaşdı, bu barədə deyil. O, şelf zonasının bölünməsi ilə razılaşdı. Yəni hər bir Xəzəryanı dövlətin Xəzər dənizində öz suveren ərazisi var.

Dövlətlər arasında sərhədlər indi dəniz koordinatları üzrə keçir. Buna uyğun olaraq, Xəzər dənizinin statusu həll edilmədikdə, o, ümumi sayılırdı. İndi hər bir sektorun öz sahibi var. Xəzər dənizinin dibindən boru kəmərinin keçməsi məsələsinə gəlincə, Türkmənistandan Azərbaycana və bundan sonra Türkiyəyə və Avropaya, bu beştərəfli saziş məsələsi deyil, yalnız ikitərəfli sazişlərdir. Buna uyğun olaraq Türkmənistan, Azərbaycan və Özbəkistan arasında qazın sonuncu istehlakçılara nəql olunacağı bir anlaşmadır.
 
Qaz istehsalçıları arasında hüquqi vasitələrlə həll olun ikitərəfli və ya üçtərəfli müqaviləni imzalamaq imkanı yarandı.
 
- Bildiyiniz kimi, Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin müavinləri bu ilin payızında Azərbaycanda görüş keçirməyi planlaşdırırlar. Bu görüşdə hansı məsələlər müzakirə olunacaq və hansı nəticələr gözlənilir?
 
- Qeyd etmək istərdim ki, siyasi qərar qəbul olunduqda və indiki halda artıq qəbul olunub, bir sıra praktiki suallar yaranır. Məsələn, gəmiçiliyin necə təşkil ediləcəyi, hansı naviqasiya sistemlərinin olacağı ilə bağlı suallar yaranır. Bioloji ehtiyatların birgə monitorinqi məsələləri qaldırıla bilər. Bütün bu məsələlər dövlətlərarası səviyyədə deyil, hökumətlərarası səviyyədə həll olunur. Buna görə, hər hansı bir dövlətin Xarici İşlər Nazirliyi ölkələr arasında digər şöbələrin qarşılıqlı əlaqəsi üçün hüquqi əsaslar formalaşdırır.
 
Azərbaycanda keçirilən görüş əsas icraçıların görüşü olacaq. Onlar bu və ya digər sənədlər üzərində işləyəcək dövlətlərarası işçi qruplarını formalaşdırmaq üçün toplaşacaqlar. Şübhəsiz ki, siyasi müqavilənin nəticələrinin praktiki həyata keçirilməsindən sonra müddətlər və gələcək perspektivlər müəyyən ediləcək. Bu, Xəzəryanı ölkələrin liderlərinin altıncı zirvə toplantısı və ya baş nazirlər səviyyəsində görüş ola bilər ki, bununla da bütün hökumətlərarası təşkilatlar arasında müqavilələr imzalanacaq. Deyə bilərəm ki, bu görüş prosedur xarakteri daşıyır və əvvəlcədən planlaşdırılıb. Düşünürəm ki, Azərbaycanda keçirilən görüş siyasi deyil, tətbiqi xarakter daşıyacaq. Azərbaycan Xəzər dənizində razılaşmanın bütün digər dörd tərəfi ilə ərazi sərhədlərinə malik yeganə ölkədir. Digər iştirakçıların iki sərhədi var. Əslində, Bakıda, faktiki olaraq Xəzər dənizinin mərkəzində olmaqla tez bir zamanda, vaxt itirmədən Xəzərin statusu ilə bağlı razılaşmanın bütün digər tərəflərinin qarşılıqlı əlaqələrini kooordinasiya etmək olar.
 
Emil Vəliyev
"Bizim bizdən başqa dostumuz yoxdu" - Elman Nəsirov - VİDEO

Xəbər xətti

"Sabah" Gənclər Liqasının qalibi oldu
06:18 26.04.2024
Cəlilabadda QƏZA - 20 baş qoyun tələf olub
05:17 26.04.2024
Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar AŞKARLANDI
04:05 26.04.2024
Zelenski: “NATO ölkələri Rusiyadan qorxurlar”
03:00 26.04.2024
Filippində festival zamanı 45 nəfər istidən huşunu itirib
02:00 26.04.2024
Yunanıstan Paris olimpiadasının obyektlərini qorumaq üçün Fransaya “Crotale” HHM sistemləri verə bilər
01:00 26.04.2024
Futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib
00:05 26.04.2024
İsrail HHQ “Hizbullah”ın Livandakı hədəflərinə zərbələr endirib
23:45 25.04.2024
Si Cinpin hərbi həkimləri mümkün müharibəyə hazır olmağa çağırıb
23:23 25.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazanıb
23:00 25.04.2024
Stoltenberq NATO baş katibi postunu tərk edəndən sonra pilot ola bilər
22:40 25.04.2024
ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans keçirilir
22:22 25.04.2024
Britaniya İrana yeni sanksiyalar tətbiq edib
22:00 25.04.2024
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir
21:55 25.04.2024
Avtoxuliqanlıq edən sürücü HƏBS OLUNUB
21:41 25.04.2024
Makron: “Bugünkü Avropa ölümcül vəziyyətdədir”
21:22 25.04.2024
Bu tarixdən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır
21:00 25.04.2024
Ağdam Cümə məscidində ilk Azan VERİLİB
20:50 25.04.2024
Türkmənistan Xəzər dənizində mineral ehtiyatlarının mənimsənilməsi üçün yeni zavod tikir
20:39 25.04.2024
Sahibə Qafarova Monteneqroda rəsmi səfərdədir
20:34 25.04.2024
Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub
20:20 25.04.2024
Qumar oynayanları hansı cəzalar gözləyir? - Hüquqşünas AÇIQLAYIR
20:00 25.04.2024
Azərbaycan Prezidenti Füzuli Hava Limanından ilk dəfə olaraq Berlinə yola düşüb
19:50 25.04.2024
Ali Radanın deputatı: Müharibələr üçün pul kisəsi olan Vardanyan Nobel Sülh Mükafatına layiq görülə bilməz
19:40 25.04.2024
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb
19:30 25.04.2024
Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib - YENİLƏNİB
19:30 25.04.2024
Ərdoğan Türkiyədə Qazaxıstanın baş nazirini qəbul edib
19:20 25.04.2024
Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
19:07 25.04.2024
Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələri quraşdırılır
19:00 25.04.2024
Malıbəylidə aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb
18:35 25.04.2024
Lənkəranda ağır QƏZA – Xəsarət alan var
18:27 25.04.2024
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib
18:19 25.04.2024
Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb
18:08 25.04.2024
ABŞ HƏMAS-a çağırış edib
ABŞ HƏMAS-a çağırış edib
17:53 25.04.2024
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
17:53 25.04.2024
Laçında ilk dəfə peşə yarmarkası keçirilir
17:50 25.04.2024
Buraxılış imtahanlarında ən yüksək nəticə göstərən RAYONLAR
17:45 25.04.2024
PSJ-nin prezidenti “Qarabağ”ı təbrik etdi
17:40 25.04.2024
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
17:28 25.04.2024
Prezident İlham Əliyev Sadır Japarova Qarabağ atı hədiyyə edib
17:04 25.04.2024
Hamısı