"Şimali Koreya dünyanı təhdid etmir, o sadəcə öz sistemini və ölkəsini qorumağa çalışır" Ekspert - ÖZƏL

Müsahibələr 09:46 16.09.2018

Son günlər beynəlxalq tribunalarda ən çox müzakirə olunan mövzulardan biri Şimali Koreya problemidir. Mövzu ilə bağlı siyasi ekspert Samir Həmidov Eurasia Diary-nin suallarını cavablandırıb.

-  Koreya probleminin meydana gəlmə səbəbləri nələrdir?

- Koreya problemi Soyuq müharibənin bir təzahürü idi. Lakin hələ soyuq müharibədən əvvəl də bu ərazi bir çox böyük dövlətlərin təsir dairəsinə çevrilmişdi. Parçalanma meylləri o dövrdən meydana gəlib. Lakin real parçalanma soyuq müharibədən sonra ideoloji ziddiyətlərin kəskinləşməsi nəticəsində baş verdi.

Koreya bu gün dünyanı öz nüvə gücü ilə təhdid edir. Bəs ABŞ bu təhdidi illər öncə necə görmədi?

- Əslində Koreya dünyanı təhdid etmir. O sadəcə özünü və öz sistemini qorumağa çalışır. ABŞ-a qaldıqda isə Soyuq müharibə dövründə əsas diqqət SSRİ-ə yönəlmişdi. Amerikalılar elə zənn edirdilər ki, Sovet imperiyası dağılsa digər təhdidlər də ortadan qalxacaq. Bu düşüncə məhz İran və Şimali Koreya kimi dövlətlərin diqqətdən yayınmasına səbəb oldu. Digər bir səbəb isə ABŞ-ın başının beynəlxalq miqyasda terrorizm probleminə qarışması idi.

-  Şimali və Cənubi Koreya arasında kəskin münaqişə birdən-birə yerini mülayimləşmə xəttinə ötürdü. Kim Çen İn-in bu strateji dəyişiminin hansı səbəbləri var?

-  Bu dəyişim bir neçə faktordan asılı olaraq baş verdi. Birinci factor odur ki, Kim Çen İn anladı ki, qarşıdurma siyasəti ilə heç nəyi əldə etmək mümkün deyil. O və ölkəsi getdikcə daha da yalnızlaşır, təcrid olunur. Və Şimali Koreya iqtisadiyyatı daha çox bu vəziyyətə dözə bilməyəcək. İkinci faktor odur ki, Ərəb baharı Şimali Koreya rəhbərliyinə ciddi dərs oldu. Kim Çen İn anladı ki, xalq istənilən halda böyük gücdür və xalqın tələbatları cavabsız qalanda o mövcud rejim üçün ciddi təhdidə çevrilə bilər. Üçüncü faktor isə, gec də olsa Kim Çen gördü ki, ondan və ölkəsindən böyük güclər bir-birlərinə qarşı istifadə edirlər. Bütün bu faktorlar Şimali Koreyanın həm Cənubi koreya həm də digər dövlətlərlə mülayim və diplomatik rəftara vadar etdi.

-  Bəs Cənubi və Şimali Koreya arasında mülayimləşmə iki dövlətin bir bayraq altında birləşməsinə şərait yarada bilərmi?

- Əlbəttə ki, əgər Rusiya, Çin və ya ABŞ buna əngəl törətməsələr bu dövlətlərin birləşməsi mümkündür.

-  Bəs ideoloji və siyasi sistemdəki ziddiyətlər bu birləşməyə mane olmayacaq?

-  Çin modeli və ya başqa bir buna bənzər modeldə iki fərqli sistemin bərabər mövcudluğu mümkündür. Əsas məsələ iki xalqın birləşmə istəyi və dövlətlərin qarşılıqlı razılığının əldə edilməsidir.

-  Rusiya və Şimali Koreya münasibətlərində rusların əsas hədəfləri nədən ibarətdir?

- Rusiyanın əsas hədəfi Şimali Koreya ilə eynən SSRİ dövründə olan münasibətlərin davam və inkişaf etdirilməsidir. Rusiyanın Sakit Okean hövzəsindəki təsir və nüfuz dairəsinin genişlənməsində Şimali Koreya mühüm amildir.

-  Şimali Koreyanın diplomatik dəyişimini Trampın uğurlu xarici siyasəti kimi qeyd edə bilərikmi?

Əlbəttə, Tramp bu məsələdə qismən də olsa hədəflərinə çatdı. O, ən əsas Sakit Okean hövzəsində təhdidi ortadan qaldırmaq və əlavə iqtisadi imkanlar yaratmaq üçün zəmin yaratmışdır.

-  Şimali Koreya Sakit Okean hövzəsi ölkələri üçün bir təhdiddir yoxsa ABŞ təzyiqlərindən yayınmaq üçün bir avantaj?

-  Şimali Koreya ABŞ qarşıdurması Sakit Okean ölkələri üçün daha çox bir fürsətdir.

Müsahibəni götürdü: Nicat İsmayılov

"Ermənistan sülh yolu ilə getməsə, Azərbaycan başqa üsullar tapacaq" - Aleksey Naumov - VİDEO

Xəbər xətti

Ukrayna rəsmisi: Rusiyanın “TikTok”dakı üstünlüyündən narahatıq
06:40 08.05.2024
Yeniyetmələr arasında badminton üzrə Azərbaycan birinciliyi keçirilib
05:33 08.05.2024
Zaqatalada 10-dan artıq şəxs dönərdən zəhərlənib
04:21 08.05.2024
Azərbaycan parataekvondoçuları Avropa çempionatında iştirak edəcək
03:19 08.05.2024
Şotlandiyanın yeni hökumət başçısı məlum olub
02:18 08.05.2024
Futzal üzrə Azərbaycan kubokunun qalibi bəlli oldu
01:00 08.05.2024
202 əcnəbinin ölkəyə girişləri məhdudlaşdırılıb - SƏBƏB
00:16 08.05.2024
Paşinyan: “KTMT-nin Ermənistanda qalması üçün müharibə lazımdır”
23:44 07.05.2024
Aygün Bəylərin ailəsi tiktoker Ləmanla bağlı polisə şikayət edib
23:23 07.05.2024
DİQQƏT! Səhiyyə Nazirliyi və Elektron Təhlükəsizlik Xidməti əhaliyə müraciət edib
23:09 07.05.2024
Kilian Mbappenin "Real"da geyinəcəyi forma nömrəsi bəlli olub
23:00 07.05.2024
Polşada ölkənin avroya keçməyə hazırlığı qiymətləndirilib
22:33 07.05.2024
Naxçıvanda ASAN Vəkil Bürosu açılıb
22:12 07.05.2024
Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun yeddinci iclası keçirilib
21:54 07.05.2024
Quterreş: Qəzzada atəşkəs əldə olunmasa, faciə baş verəcək
21:30 07.05.2024
Azərbaycanın iqlim dəyişikliyi üzrə Şəffaflıq Hesabatının hazırlanmasına dəstək təlimi keçirilib
21:14 07.05.2024
“ÖLÜM AXTARAN QADIN” film layihəsi Polşa Kino İnstitutunun dəstəyini qazanıb
20:51 07.05.2024
Brüsseldə Azərbaycan-Ermənistan normallaşma prosesində regional dinamika müzakirə edilib
20:49 07.05.2024
İtaliyanın "Yuventus" klubu heyətini gücləndirib
20:34 07.05.2024
Avstriya XİN başçısı: NATO-ya üzv olmayacağıq
20:05 07.05.2024
Hərbi Prokurorluqda Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib
19:50 07.05.2024
Bakı-Tbilisi-Qars dəmir yolunda hərəkətin bərpa olunacağı vaxt açıqlanıb
19:30 07.05.2024
Həcc vizası olmayan şəxslər cərimə ediləcək
19:19 07.05.2024
Azərbaycan Slovakiya ilə standartlaşdırma üzrə birgə layihə reallaşdıracaq
19:00 07.05.2024
Slovakiyalı nazir: Bakı və Bratislava müdafiə sahəsində mümkün əməkdaşlığın istiqamətlərini müəyyənləşdiriblər
18:44 07.05.2024
Pakistanın Milli Müdafiə Universitetinin nümayəndə heyəti ilə görüş keçirilib
18:33 07.05.2024
Əli Əsədov Ankarada Heydər Əliyevin abidəsini ziyarət edib
18:24 07.05.2024
Denisa Sakova: “Slovakiya tədarükləri şaxələndirmək üçün Azərbaycan təbii qazına ümid edir”
18:07 07.05.2024
Slovakiya Baş nazirinin Azərbaycana səfəri BAŞA ÇATDI
17:50 07.05.2024
Ukraynadan gətirilən 20 ton ət yararsız çıxdı
17:36 07.05.2024
Bu xəstəxananın vəzifəli şəxsi həbs olundu - DETALLAR
17:27 07.05.2024
Zaxarova: "Londonun təhdidləri reallaşarsa, Rusiya Britaniyanın hərbi obyektlərini vura bilər"
Zaxarova: "Londonun təhdidləri reallaşarsa, Rusiya Britaniyanın hərbi obyektlərini vura bilər"
17:11 07.05.2024
Azərbaycanda taksi sayına məhdudiyyət qoyula bilər – RƏSMİ
17:00 07.05.2024
Trampın məxfi sənədləri üzrə məhkəmə prosesi bu vaxt başlayacaq...
Trampın məxfi sənədləri üzrə məhkəmə prosesi bu vaxt başlayacaq...
16:46 07.05.2024
Slovakiyanın baş naziri Şəhidlər xiyabanını ziyarət edib
16:35 07.05.2024
Azərbaycan vasitəçiliyi: Türkiyə ilə İsrail münasibətində yeni dövr? - MÜSAHİBƏ - VİDEO
16:35 07.05.2024
Bakı funikulyorunda gediş haqqı artırılıb? - RƏSMİ CAVAB + FOTO
16:25 07.05.2024
Bolqarıstan Prezidenti Azərbaycana GƏLDİ
16:15 07.05.2024
Sumqayıtda təhsil müəssisəsində 250 minlik MƏNİMSƏMƏ - Cinayət işi açıldı
15:57 07.05.2024
Novruz Məmmədov vəzifəsindən azad edildi
15:53 07.05.2024
Hamısı