İranın adını da biz qoymuşuq Tarixi faktlar açıldı

Müsahibələr 17:20 18.09.2018

Tarixi bilmək, vətənin, xalqın keçmişinə sahib çıxmaq yalnız seçilənlərin qismətinə yazılır. Türk dünyasının böyük oğlu, şöhrətli alim İlbər Ortaylı da tarixin sevib-seçdiklərindəndir.

İlbər Ortaylı 1947-ci il 21 mart tarixində Avstriyanın Bregenz şəhərində Krım tatarı ailəsində dünyaya gəlib. Cəmi iki yaşında ikən ailəsilə birgə Türkiyəyə köçür. Ankara Universitetinin Dil və Tarix-Coğrafiya fakültəsini tarix ixtisası üzrə bitirib, təhsilini Vyana Universitetində, ardınca isə Çikaqo Universitetində davam etdirir. 1982-ci ildə Türkiyə ali məktəblərində aparılan siyasi islahatlara etiraz olaraq istefa edir. Bu müddət ərzində Moskva, Paris, Vyana, Roma, Strazburq, Sofiya, Kembric, Oksford və digər şəhərlərin ali təhsil olacaqlarında seminarlarla çıxış edir.

Professor Ortaylı hazırda Qalatasaray və Bilkend Universitetlərində hüquq dərsi verir. Rus, alman, fransız, italyan, fars və latın dillərini bilir.

İlbər Ortaylı onlarla kitabın, elmi məqalələrin müəllifidir. O, həçminin dünyanın nüfuzlu mükafatlarına layiq görülüb. Hətta 2007-ci ildə Rusiya Prezidenti Vladimir Putin rus dilini və mədəni mirasını yayan, ölkələr və xalqlar arasındakı əlaqənin gücləndirilməsində xüsusi xidmətlərinə görə təqdim olunan Puşkin medalına Türkiyədən yalnız İlbər Ortaylını layiq görmüşdü.

Eurasia Diary publika.az-a istinadən hazırda vətənimizdə qonaq olan İlbər Ortayla müsahibəni təqdim edir:

- İlbər bəy, vətənimizə, vətəninizə xoş gəlmisiniz. Sizi görmək çox böyük qürurdur.

- Təşəkkür edirəm.

- Türkiyə Azərbaycan arasındakı dostluğa, qardaşlığa bu zəfər təntənəsi ilə bir daha şahidlik etdik. Dövlətlərimiz arasındakı münasibəti necə dəyərləndirirsiniz?

- Məmləkətlər arası dostluq, xoş münasibət bütün dövrlərdə olub. Bu baxımdan Türkiyə ilə Azərbaycanın birliyi siyasi birlik deyil. İki dövlətik, amma eyni millətik. İstər mədəniyyət, istərsə də din, dil... Bizi birləşdirən bir çox dəyər var. Bu gün şanlı 15 sentyabr istiqlal gününün 100 illiyini qeyd edirik, 2118-ci ildə birlik simvolunun 200 yaşını birgə keçirəcəyik. Bu tarix bölgədəki varlığımız baxımından çox önəmlidir. Problemlər kökündən həll olunmadı, sadəcə şəkil dəyişdirdi. Ərazi eynidir, tək fərq silahların keyfiyyəti, iqtisadi problemlərdir. Yenə də iqtisadi, siyası bərabərsizlik ucbatından əziyyət çəkən, səfalət içərisində yaşayan insanlarımız var. Bəlkə də bu problemlər getdikcə daha da qloballaşacaq. Bu baxımdan belə bir dünyada əl-ələ olmağın sonsuz faydası var. Birliyimiz adına məni Bakıya dəvət edən əziz dostlarımıza ürəkdən təşəkkür edirəm.

- Bir çox dildə danışırsınız. Hər birinin də sizin üçün özünəxas xüsusiyyətləri, doğmalığı var. Bəs Azərbaycan dilini necə xarakterizə edə bilərsiniz?

- Azərbaycan dili bizim gəncliyimizin dilidir. Ona görə bu ləhcə ruhumuza çox doğmadır. Kim öz gəncliyini sevməz ki? Doğrudur, Azərbaycan dilində fars mənşəli sözlər daha çoxdur. Biz türk dilinin Azərbaycan ləhcəsini Orta Asiya xalqlarının dilindən daha tez anlayırıq. Çünki Orta Asiyalıların dilləri qıpçaq dil qrupuna daxildir. Ümumiyyətlə, ləhcənin ən böyük özəlliyi odur ki, başqa heç kim o şivə ilə danışa bilməz. Təqlid edə bilərsən, amma danışmaq mümkünsüzdür.

- Azərbaycanlı, Azərbaycan türkü, yoxsa azəri?

- Azərbaycanlı, Azərbaycan türkü doğrudur, azəri isə yanlışdır. Azərbaycanlılara türk deməyin turançılıqla heç bir əlaqəsi yoxdur. 1936-cı il sovet konstitusiyasına görə türk adlandırıldılar. Hətta arxivimdə 1928-ci ildə çap edilən rusca-türkcə lüğət var. Cəfər Cabbarlı, Səməd Vurğun kimi ədəbiyyat xadimlərinin əsərlərində türk kəlməsinə rast gəlirik.

"Azəri" sözü var. Təəssüf ki, bu kəlməni qüvvətləndirən olduqca hörmət etdiyim hüquqşünas, tarixçi, dilçi alim, ən əsası türk oğlu Seyyid Əhməd Kəsrəvidir. Kəsrəvi 3 cildlik "İran məşrutə tarixi" əsərinin müəllifidir. Bu əsər bir sıra dillərə tərcümə edilib. Kəsrəvi özünə iranlı deyirdi. Desin, burada qəbahət yoxdur. Çünki İran adını ilk dəfə biz istifadə etmişik, dövlətin adını da biz qoymuşuq. O, əsərlərində fars milliyətçiliyini təbliğ edirdi. Azərbaycanlıların türk yox, azəri adlı ayrı bir millət olduqları fikrini iddia edirdi. Kəsrəviyə görə Azərbaycan dili türk dil ailəsinə mənsub deyil, İran mənşəli dildir. Azərilər Səlcuqluların İrana gəlməsi ilə türkləşməyə başlamışdılar, həmçinin kiçik bir etnik qrupun adıdır. Kəsrəvi həm də xurafatdan uzaq dinin təbliğatçısı idi. Həftədə iki dəfə Sədinin, Hafizin kitablarını yandırırdı. Bu isə İran mollalarının hiddətinə səbəb oldu və Kəvsərini öldürdülər. Məzarını qazıb, içinə atdılar, üstünü də betonladırlar. İndi onun işlətdiyi azəri sözünü İrandakı xırda etnik qruplar da özlərinə aid edirlər. Bu yanlışdır. Çünki belə bir xalq Xəzər dənizinin cənub sahillərində yaşayıb. Mən azərilərin tarixini gözümlə görüb, qulağımla eşitdim və kövrəldim. Çünki mədəniyyət aşiqiyəm. Xüsusən də fars mədəniyyətini çox sevirəm. İndi bizim azərbaycanlıları halaç türkərinin yaşadığı əraziyə aparsam, heyrətlənərlər. Çünki onlar sizin uşaqlıq dilinizdə danışırlar. Farslardan tamamilə fərqli antropologiyaları var. Ləhcələrinin yazı dili yoxdur. Onları bir növ Yunanıstanın cənubunda Spartadan qalma həqiqi yunanlarla da müqaisə edə bilərik. Qısası, bəli, İranda azərilər var. Amma o biz deyilik, siz deyilsiniz, Cənubi azərbaycanlılar deyil. Onların adını bizimlə eyniləşdirmək cahillikdir. Bu sevdadan vaz keçilməlidir. Təəssüflə etiraf edirəm ki, Türkiyədə məktəblərimizdə tarix, coğrafiya elmlərini tədris edən müəllimlər də məlumatsızdırlar. Bunun qarşısını almalıyıq.

- Günümüzün acı mövzusuna toxunduq. Şimali Aəzrbaycan və Türkiyə qardaşlığı bu gün sədaqətini, birliyini dünyaya sübut edir. Amma güneyli qardaşlarımız öz dillərində ədəbiyyatdan tutmuş, ana dilində ünsiyyətə qədər kasadlıq çəkirlər. Belə deyək, dilimizə, mədəniyyətimizə susayıblar. Necə düşünürsünüz, bütövləşmək üçün hansı inamlı addımlar atmalıyıq?

- İran azərbaycanlıları oğuz qruplarına aid olan ən seçilən qrupdur. Onları yaxından tanıdıqca heyranlığım daha çox artdı. İranlı azərbaycanlılar hər iki dildə gözəl danışırlar. Hətta bəziləri buradan İrana köç etdiklər üçün rusca da bilirlər. Təhsil aldıqları dövrdə fransızca, ingiliscə öyrənirlər. Hətta deyim ki, türkcə də gözəl danışırlar. Türkiyənin tarixinə də qatqıları danılmazdır. Doğrudur, ana dillərində məktəbləri yoxdur. Amma mən ümidsiz deyiləm, çünki çağdaş cəmiyyətdə məktəbin önəmi azalıb. Yəni tək məktəbə qalsaydı, işləri çoxdan bitmişdi. Bizsə əksinə şahidlik edirik. Hətta bilirsiniz nəyə diqqət etmişəm? Din adamları belə daha dərin türkdür, türkçüdür. Musiqiçisindən satıcısınadək bambaşqa insanlardır. Ürəkləri Azərbaycan deyir. İstər diplomat olsun, istərsə də memar, hər biri işinin peşəkarıdır. Təbii ki, İrandan da götürdükləri keyfiyyət var. Avstriyanın məşhur iranşünasları da sübut edir ki, İran adı Sasanilər dövründə bir irq kimi istifadə olunub. Məhz bu səbəbdən bu gün İran şəcərələrində də türk köklərinə rastlayırıq. Odur ki, muzeylərin varlığı tarixin unudulmaması baxımından çox önəmlidir. Təəssüf ki, siyasətdə hər şey tədricən baş verir. zaman keçdikcə arzularımız da gerçəkləşəcək.

- Təəssüf ki, övladlarımız məktəblərdə sizin kimi tarix bilicilərindən, türk tarixinə dərindən bələd müəllimlərdən məhrumdurlar. Onlara tariximizi necə mənimsədə bilərik?

- Məktəb çərçivəsində uşaqlarımıza pianoda ifa etməyi öyrədə bilmədiyimiz kimi, tarixi də sırf tədris proqramı ilə dərindən mənimsədə bilmərik. Həftəsonu məşğələlərinə göndərin, özünüz bildiklərinizi paylaşın. Tarix çox önəmlidir. Çünki tarixini bilməyən xalq tarix yaza bilməz. Bu gün tarixçilər ingilislər, macarlar, hindlərdir. Ruslar da onların ardından gedir. Biz də artıq tarixçilər yetişdirməliyik. Hətta bəzilərinə rast gəlirəm ki, heç yaxın tariximizi belə bilmirlər. Bu səbəbdən diqqətli olmalıyıq.

"Bizim bizdən başqa dostumuz yoxdu" - Elman Nəsirov - VİDEO

Xəbər xətti

"Sabah" Gənclər Liqasının qalibi oldu
06:18 26.04.2024
Cəlilabadda QƏZA - 20 baş qoyun tələf olub
05:17 26.04.2024
Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar AŞKARLANDI
04:05 26.04.2024
Zelenski: “NATO ölkələri Rusiyadan qorxurlar”
03:00 26.04.2024
Filippində festival zamanı 45 nəfər istidən huşunu itirib
02:00 26.04.2024
Yunanıstan Paris olimpiadasının obyektlərini qorumaq üçün Fransaya “Crotale” HHM sistemləri verə bilər
01:00 26.04.2024
Futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib
00:05 26.04.2024
İsrail HHQ “Hizbullah”ın Livandakı hədəflərinə zərbələr endirib
23:45 25.04.2024
Si Cinpin hərbi həkimləri mümkün müharibəyə hazır olmağa çağırıb
23:23 25.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazanıb
23:00 25.04.2024
Stoltenberq NATO baş katibi postunu tərk edəndən sonra pilot ola bilər
22:40 25.04.2024
ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans keçirilir
22:22 25.04.2024
Britaniya İrana yeni sanksiyalar tətbiq edib
22:00 25.04.2024
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir
21:55 25.04.2024
Avtoxuliqanlıq edən sürücü HƏBS OLUNUB
21:41 25.04.2024
Makron: “Bugünkü Avropa ölümcül vəziyyətdədir”
21:22 25.04.2024
Bu tarixdən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır
21:00 25.04.2024
Ağdam Cümə məscidində ilk Azan VERİLİB
20:50 25.04.2024
Türkmənistan Xəzər dənizində mineral ehtiyatlarının mənimsənilməsi üçün yeni zavod tikir
20:39 25.04.2024
Sahibə Qafarova Monteneqroda rəsmi səfərdədir
20:34 25.04.2024
Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub
20:20 25.04.2024
Qumar oynayanları hansı cəzalar gözləyir? - Hüquqşünas AÇIQLAYIR
20:00 25.04.2024
Azərbaycan Prezidenti Füzuli Hava Limanından ilk dəfə olaraq Berlinə yola düşüb
19:50 25.04.2024
Ali Radanın deputatı: Müharibələr üçün pul kisəsi olan Vardanyan Nobel Sülh Mükafatına layiq görülə bilməz
19:40 25.04.2024
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb
19:30 25.04.2024
Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib - YENİLƏNİB
19:30 25.04.2024
Ərdoğan Türkiyədə Qazaxıstanın baş nazirini qəbul edib
19:20 25.04.2024
Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
19:07 25.04.2024
Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələri quraşdırılır
19:00 25.04.2024
Malıbəylidə aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb
18:35 25.04.2024
Lənkəranda ağır QƏZA – Xəsarət alan var
18:27 25.04.2024
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib
18:19 25.04.2024
Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb
18:08 25.04.2024
ABŞ HƏMAS-a çağırış edib
ABŞ HƏMAS-a çağırış edib
17:53 25.04.2024
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
17:53 25.04.2024
Laçında ilk dəfə peşə yarmarkası keçirilir
17:50 25.04.2024
Buraxılış imtahanlarında ən yüksək nəticə göstərən RAYONLAR
17:45 25.04.2024
PSJ-nin prezidenti “Qarabağ”ı təbrik etdi
17:40 25.04.2024
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
17:28 25.04.2024
Prezident İlham Əliyev Sadır Japarova Qarabağ atı hədiyyə edib
17:04 25.04.2024
Hamısı