Ərəb dünyasında sosial-iqtisadi vəziyyət “Əl-Cəzirə” media şəbəkəsinin Medianın İnkişafı üzrə İdarəsinin rəhbəri Müntəsir Marai ilə müsahibə

Müsahibələr 16:11 28.12.2018

Eurasia Diary bugün Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) qərargahında Fondun prezidenti Umud Mirzəyevlə görüşən "Əl-Cəzirə" kanalının jurnalisti Müntəsir Maraidən müsahibə alıb. Müsahibənin mətnini oxuculara təqdim edirik:

- Ərəb dünyasında münaqişələr mövcuddur. Bunlardan Tunisi, Suriyanı, İraqı, Yəməni və başqalarını göstərmək olar. Bu münaqişələrdə KİV-in rolunu şərh edə bilərsiniz?

Kütləvi İnformasiya Vasitələri bu münaqişələrdə tərəf kimi çıxış etmir. KİV inqilablar, müharibələr doğurmur. Belə işlərlə onun əlaqəsi yoxdur. Lakin KİV bu işlərə qarışmamaqda məsuliyyət daşıyır. Region böhranlı bir dövr yaşayır, onun da əziyyətini günahsız insanlar çəkir. Jurnailislər də bu halda mənəvi məsuliyyət daşıyırlar. Onlar münaqişələrə yardım etməməli, onlarda iştirak etməməlidirlər. Onlar real vəziyyəti əks etdirməlidirlər, məsələn, Yəməndə hakim olan aclığı göstərməlidirlər. Tunisə və ya İraqa gəlincə deməliyik ki, bunlarda siyasi canlanma var. Biz arzulayırıq ki, gələcəkdə demokratiya qalib gəlsin, demokratiya bütün ölkələrdə bərqərar olsun. Bu da həqiqi sosial əmin-amanlıq deməkdir.

- Ərəb dünyasının Türkiyə, İran, Avropa İttifaqı, Birləşmiş Ştatlar və Rusiya kimi xarici ölkələrlə münasibəti necədir?

- Biz ərəb cəmiyyəti olaraq bu dövlətlərlə münasibətdəyik, onlar bizim əhatəmizdədir. Xüsusilə, İran və Türkiyə ilə bizim mədəni bağlılığımız da vardır. Bizim cəmiyyətimiz birdir, müsəlman cəmiyyətidir, müxtəliflik olsa da. Bütün bu cəmiyyətlər iqtisadi inkişaf və çiçəklənməyə yönəlməlidirlər ki, xalqlar arasında əlaqələr yaxşılaşsın. Biz bir-birimizlə qarşılıqlı anlaşma şəraitində yaşamalıyıq. Onsuz da, bizim yanaşı yaşamağımız labüddür.  Bildiyiniz kimi, ərəb dünyasında şiə də var, sünni də, ərəb də var, kürd də, burda müsəlman da yaşayır, müsəlman olmayan da! Təbii ki, gələcəyimiz birdir. Biz bir-birimizlə qarşılıqlı razılıq içində yaşamalıyıq, əks təqdirdə münaqişələrə qurşanarıq, iqtisadi vəziyyətimiz pisləşər. Biz gələcəyə baxmalıyıq.

- Qaçqın böhranı Ərəb dünyasına necə təsir edir?

- Təbii ki, qaçqın böhranının siyasi və iqtisadi tərəfləri vardır. İqtisadi baxımdan  ərəb ölkələri ciddi təsirə məruz qaldılar. Lakin ərəb cəmiyyəti ərəb xalqları ilə  həmrəylik nümayiş etdirdi. Misal olaraq, İordaniyanı göstərə bilərik. Orada Suriya qaçqınlarını qayğı ilə qarşıladılar. Yerli sakinlər və ailələr arasında, xüsusilə ölkənin şimal bölgələrində yaxın qohumluq əlaqələri də vardır. Həm də bütövlükdə İordaniya cəmiyyəti Suriya xalqına münasibətdə mənəvi məsuliyyət də daşıdığını göstərdi. Bu qaçqın insanlar müharibədən, ölümdən xilas olmaq üçün evlərini tərk edib qaçqın düşmüşdülər. Təbii ki, onlar xoş qarşılanmalı idilər.

- Yaxın Şərqdə mətbuat azadlığının vəziyyətini necə izah edərdiniz?

- Hələ ki, zəifdir, belə də davam edir. Artıq bu sahədə gənc nəsil və sosial şəbəkələr bəzi cəhdlər göstərməkdədir.Yəni, vəziyyət yaxşılığa doğru gedir. Lakin mən deməliyəm ki, daha yaxşı olmalıdır. Jurnalist hələ də öz fikrini tam sərbəstliklə ifadə edə bilmir  .Əgər müstəqil mətbuat olsaydı, o, bunu edə bilərdi. Mətbuat orqanlarının əksəriyyəti iş adamları və ya hökumətlə bağlıdır. Jurnalistlər bu maneəni aradan qaldırmalıdırlar. Mən demirəm ki, mütləq öz ölkələrini vurmalı, onu dağıtmalıdırlar. Xalqın səsi hökumətə çatmalıdır. Hakimiyyətə demokratik şəraitdə nəzarətin olmasını, insanların maariflənməsini istəyirəm. Jurnalistin rolu mənfi ola bilməz. Lakin zaman keçdikcə, sosial vəziyyət yaxşılaşır, yeni mətbuat meydana gəlir. Jurnalistlər daha çox şeyə qadirdilər və məlumatları kütləyə daha çox çatdıra bilirlər.

- Qətərə tətbiq edilən embarqo onun sosial-iqtisadi vəziyyətinə necə təsir edir?

- Allaha şükür ki, mən bildiyim qədər Qətər bu embarqodan çox da zərər görmədi. Ola bilsin ki, ilk dövrlərdə müəyyən çətinliklərlə qarşılaşdı. Allahın köməyilə, Qətər embarqo böhranına üstün gəldi. Bunu Qətərdə yaşayan bir şəxs kimi deyirəm. Allaha şükür ki, qətərlilər bu böhranın nəticələrini hikmətlə və sakitliklə aradan qaldırdılar. Məsələn, embarqodan sonrakı iki ildən az bir müddət ərzində yerli sənaye, yerli istehsal yarandı. Əvvəllər belə bir şey mümkün deyildi. İndi yerli istehsala daha çox etimad edilir. Bundan da məqsəd idxalı  bəzi dövlətlərin, xüsusilə, Səudiyyə və Əmirliyin təsirindən qurtarmaqdır. Güman edirəm ki, bu məsələni həll etdik. Embarqo Qətər üçün arxada qalan bir məsələdir.

Müsahibəni hazırladılar: Z. Qasımov və H. Məmmədov

Ərəb dilindən tərcümə: Z. Qasımov

NİİM əhaliyə müraciət etdi – VİDEO

Xəbər xətti

Azərbaycanda 1000 vahiddən az olan ev təsərrüfatlarının uçotu APARILACAQ
10:43 26.04.2024
Əgər Rusiya bu ərazini işğal etsə...
Əgər Rusiya bu ərazini işğal etsə...
10:30 26.04.2024
NİİM əhaliyə müraciət etdi – VİDEO
10:23 26.04.2024
ABŞ-la Çin arasında Ay uğrunda RƏQABƏT - ANALİTİKA
10:20 26.04.2024
Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır
10:19 26.04.2024
Xocavənddə partlayıcı vasitələr aşkarlandı
10:14 26.04.2024
ABŞ-dan Ukraynaya böyük dəstək
ABŞ-dan Ukraynaya böyük dəstək
10:06 26.04.2024
Çin ABŞ-a xəbərdarlıq edib
Çin ABŞ-a xəbərdarlıq edib
09:44 26.04.2024
Musiqi və incəsənət məktəblərinə şagird qəbulunda - Yenilik
09:31 26.04.2024
Azərbaycan nefti ucuzlaşdı
09:20 26.04.2024
Bakıda 29 dərəcə isti olacaq - Günün HAVA PROQNOZU
09:16 26.04.2024
Füzuli şəhərinə növbəti köç karvanı yola düşdü
09:00 26.04.2024
Zelenski: “NATO ölkələri Rusiyadan qorxurlar”
08:00 26.04.2024
"Sabah" Gənclər Liqasının qalibi oldu
06:18 26.04.2024
Cəlilabadda QƏZA - 20 baş qoyun tələf olub
05:17 26.04.2024
Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar AŞKARLANDI
04:05 26.04.2024
Filippində festival zamanı 45 nəfər istidən huşunu itirib
02:00 26.04.2024
Yunanıstan Paris olimpiadasının obyektlərini qorumaq üçün Fransaya “Crotale” HHM sistemləri verə bilər
01:00 26.04.2024
Futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib
00:05 26.04.2024
İsrail HHQ “Hizbullah”ın Livandakı hədəflərinə zərbələr endirib
23:45 25.04.2024
Si Cinpin hərbi həkimləri mümkün müharibəyə hazır olmağa çağırıb
23:23 25.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazanıb
23:00 25.04.2024
Stoltenberq NATO baş katibi postunu tərk edəndən sonra pilot ola bilər
22:40 25.04.2024
ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans keçirilir
22:22 25.04.2024
Britaniya İrana yeni sanksiyalar tətbiq edib
22:00 25.04.2024
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir
21:55 25.04.2024
Avtoxuliqanlıq edən sürücü HƏBS OLUNUB
21:41 25.04.2024
Makron: “Bugünkü Avropa ölümcül vəziyyətdədir”
21:22 25.04.2024
Bu tarixdən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır
21:00 25.04.2024
Ağdam Cümə məscidində ilk Azan VERİLİB
20:50 25.04.2024
Türkmənistan Xəzər dənizində mineral ehtiyatlarının mənimsənilməsi üçün yeni zavod tikir
20:39 25.04.2024
Sahibə Qafarova Monteneqroda rəsmi səfərdədir
20:34 25.04.2024
Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub
20:20 25.04.2024
Qumar oynayanları hansı cəzalar gözləyir? - Hüquqşünas AÇIQLAYIR
20:00 25.04.2024
Azərbaycan Prezidenti Füzuli Hava Limanından ilk dəfə olaraq Berlinə yola düşüb
19:50 25.04.2024
Ali Radanın deputatı: Müharibələr üçün pul kisəsi olan Vardanyan Nobel Sülh Mükafatına layiq görülə bilməz
19:40 25.04.2024
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb
19:30 25.04.2024
Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib - YENİLƏNİB
19:30 25.04.2024
Ərdoğan Türkiyədə Qazaxıstanın baş nazirini qəbul edib
19:20 25.04.2024
Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
19:07 25.04.2024
Hamısı