Sülh qardaşlığa çağırış deyil, sərfəli "nigah müqaviləsi" kimi bir şeydir Ekspert

Müsahibələr 16:32 11.02.2019

Məlum olduğu kimi, Ermənistan və Azərbaycan arasında istər dövlət başçıları, istərsə də xarici işlər nazirləri səviyyəsində görüşlər intensivləşib. Bu intensivləşmə cəmiyyətdə bir çox fərqli mülahizələrin meydana gəlməsinə səbəb olub.

Humanitar Tədqiqatlar Cəmiyyətinin sədri, konfliktoloq Əvəz Həsənov Eurasia Diary-nin mövzuyla bağlı suallarını cavablandırıb:

 

Ermənistan və Azərbaycan arasında istər dövlət başçıları, istərsə də xarici işlər azirləri səviyyəsində görüşlər intensivləşib. Danışıqlar prosesində hansısa yeniliklər ola bilərmi?

 

Azərbaycanda xarici işlər naziri səviyyəsində Dağlıq Qarabağla danışıqlar prosesi fonunda “xalqları sülhə hazırlamaq” mesajı verilir. Paralel mesaj Ermənistanda verilir. Danışıqlar prosesində daha çox nəzərə çarpacaq güzəştləri etməyə məcbur olan Ermənistanda sülhdən danışmaq indi populyar olmasa da onun mümkünsüz olduğunu çox adam başa düşür. Necə ola bilər ki, 2016-cı il Aprel hadisələrindən sonra danışıqlar prosesində üstün mövqe qazanmış Azərbaycanda sülhdən danışmaq məğlubiyyət kimi qəbul olunsun. Azərbaycan faktiki olaraq status-kvonu şübhə altına alan addımları ilə danışıqlar prosesini daha da intensivləşdirə bilib. Baxmayaraq ki, Paşinyan hakmiyyəti yeni qaydalar ilə bu intensivliyi azaltmaqda maraqlı idi.

 

Qarabağ münaqişəsiylə bağlı ölkə ictimaiyyətində formalaşan dominant fikirləri necə qiymətləndirirsiniz?

 

Azərbaycanda yüzlərlə ictimai fəal vardır ki, onlar Dağlıq Qarabağ münaqişəsinin həllində yalnız müharibə variantını əldə rəhbər tutub, paralel edilə biləcək bütün həmlələri və formaları inkar edirlər. Onların səsləndirdiyi mesajlar çox patriotik olduğundan qulağa xoş gəlsə də, dövlətin müxtəlif variantlardan istifadə edərək münaqişəni həll etmək strategiyasına ziddir. Onların münaqişədən əziyyət çəkən insanlar arasında populyarlığı danılmazdır. Amma, dövlətin strategiyasını onların məntiqi ilə quracağıqsa çox asanlıqla bizi danışıqlar prosesində uduzdura biləcəklər. Danışıqlar prosesi çevik və hərtərəfli addımlara əsaslanaraq atılmalıdır. Paşinyan hakimiyyəti göstərir ki, o indi çevik addımlar variantına keçib. İndi bir qrup adamın sözünə inanıb hökumət özünün çevik addımlarından çəkinəcəksə bu bizim uğurumuz olmayacaq, beynəlxalq aləm bizə daha çox təzyiq edəcək.

 

Yalnız vətəndaş cəmiyyətinin imkanları qalıb ki, xalqa nəsə alternativ mesaj çatdıra bilsin. Çünki, biz danışıqlar prosesini aparan ATƏT-in Minsk Qrupu həmsədrləri ilə birbaşa təmasdayıq. Bir qrup vətəndaş cəmiyyəti təmsilçisi kiçik bir otağa toplaşıb sülhə nail olmağın variantlarını müzakirə edirlərsə burada ölkənin patriotik qüvvələri nədən narahat olur? Patriotik qüvvələrin sözünü eşidib səsləndirdikləri şüarlara əl çalan milyonlarla adam olacaq. Onları istər müxalifət, istərsə də hakimiyyət yönümlü mətbuat reklam edir. Çünki, patriotik mesajlar yaxşı satılır. 15 nəfərdən ibarət bir qrupun mətbuatın belə iştirak etməyə maraq göstərmədiyi bir zalda müzakirə apardığı niyə bunları narahat edir? Əgər münaqişəni Bakıda mediada şuarlar səsləndirməklə həll etməyin mümkün olduğunu hesab edirlərsə burada məntiq axsayır.

 

Ermənistanda bizə və sülhə münasibət necədir?

 

Ermənilər uzun müddətdir ki, Sarkisyan hakimiyyəti zamanında sülhə nail olmaqdan danışırdılar. Bütün beynəlxalq aləm onların bu məntiqinə “bəh-bəh” deyirdi. İndi Ermənistanda hakimiyyətə gələn demokratik qüvvələr “Qarabağ klanı” tərəfindən “Qarabağı satmaqda” ittiham olunur. Ona görə də sülhə çağırış Ermənistanda belə ittihamlar fonunda qarşı tərəfə öz arqumentlərini əsaslandırmağa rəvac verərdi. İndi onlar daha çox sülhdən deyil, birgə güzəştlərin əldə olunmasından danışırlar. Qeyd etdiyim kimi, Ermənistan çevik siyasətə keçib.

Sülh qardaşlığa çağırış deyil, sərfəli "nigah müqaviləsi" kimi bir şeydir. Kimin "vəkili" güclüdürsə o da çoxlu güzəştlər qazanacaq.

 

Paşinyan ziddiyətli bəyanatlar verir. Gah deyir Ağdam bizlik deyil, biz aranda yaşaya bilmərik, gah da deyir ki, problemin həlli Qondarma Dağlıq Qarabağ Respublikasıyla bağlıdır, müzakirələri onunla aparın. Paşinyan nə istəyir?

 

Paşinyan vaxt qazanmaq istəyir. "Qarabağ klanı"nın hədəfinə tuş gəlmək istəmir. Ona görə də bir-biri əlaqəsi olmayan bəyanatlar verir ki, cəmiyyət və beynəlxalq aləm özü onun fikirlərinin "razborka"sı ilə məşğul olsun.

 

Azərbaycanın Qarabağ probleminə yanaşması və Ermənistanla bağlı yürütdüyü siyasəti necə qiymətləndirirsiniz?

 

Azərbaycan tərəfi bütün təhriklərə baxmayaraq, danışıqlar prosesində məğlub vəziyyətdə deyil. Halbuki, bütün dünya maraqlır idi ki, nəticəsindən asılı olmayaraq münaqişə tez bir zamanda həll olunsun, Azərbaycan və Ermənistan arasında diplomatik və iqtisadi münasibətlər bərpa olunsun. Azərbaycan isə daha çox ədalətli sülhün tərəfdarı olduğundan nəticəyə tələsmir. Təbii ki, insanlar əziyyət çəkir, torpaq həsrətində dünyasını dəyişirlər. Amma, münaqişələrin həlli asan görünməsin. Xüsusən də, müharibənin nəticəsini uduzan bir tərəf üçün danışıqlar prosesində təşəbbüsü ələ almaq asan deyil və bu uzun vaxt aparır.

 

Nicat İsmayılov

Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
23:00 26.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionu olub
22:44 26.04.2024
İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Prezident Almaniyanın xarici işlər naziri ilə görüşdü
17:21 26.04.2024
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
17:05 26.04.2024
Qərb Cənubi Qafqazı Ukraynalaşdırmaq istəyir - Deputat Elman Nəsirov-VİDEO
17:00 26.04.2024
36 azərbaycanlı tələbə İsveçin Təqaüd Proqramının QALİBİ OLDU
16:38 26.04.2024
Ailəsi ilə birgə oğlu tərəfindən öldürülən direktorun yerinə TƏYİNAT
16:26 26.04.2024
Dünən 4 il sonra daha bir tarixi hadisəyə şahid olduq! – VİDEO
16:24 26.04.2024
Ukayna hərbi xidmətə məhdud yararlı şəxsləri ordu sıralarına cəlb edəcək
16:20 26.04.2024
“Aİ sırf bu səbəbdən Azərbaycana sanksiya etmək niyyətindədir” – Rus Politoloqdan ÖZƏL AÇIQLAMA
16:10 26.04.2024
Yeni Haiti hökuməti gizli mərasimlə işə başlayıb
Yeni Haiti hökuməti gizli mərasimlə işə başlayıb
16:00 26.04.2024
Hamısı