"Burda korrupsiya, rüşvət, kobudluq sıfırdır" Prezident

Müsahibələr 12:44 13.02.2019

Bugünkü Azərbaycan əvvəlki Azərbaycandan çox fərqlənir. Bugünkü Azərbaycan müasir dövlət kimi özünü artıq təsdiqləyib. Ölkədə aparılan islahatlar bizim niyyətimizi, siyasətimizi əks etdirir. Siz ASAN Xidməti yada saldınız. ASAN Xidmət əslində ictimai xidmətlər sahəsində böyük bir inqilabdır. ASAN Xidmətin əhəmiyyətini bəlkə də bu gün biz tam dərk etmirik. Yəni, bu, sadəcə olaraq, vətəndaşlara gözəl, rahat xidmət mərkəzi deyil. Bu, insanlarda böyük dərəcədə dəyişikliklərə gətirib çıxardı.

Eurasia Diary xəbər verir ki, bu sözləri prezident İlham Əliyev Real TV-yə müsahibəsində deyib.

Dövlət başçısı ASAN Xidmətin məhz özünün təşəbbüsü ilə yaradıldığını bildirib:

“Ancaq onu da bildirməliyəm ki, orada çalışan gənclər ASAN Xidməti çox böyük dərəcədə inkişaf etdirdilər, zənginləşdirdilər, yeni, kreativ ideyaları ilə ASAN Xidməti doğrudan da nadir bir ictimai xidmət mərkəzinə çevirdilər. Hər bir yeni mərkəzə gedəndə, - mən 15 mərkəzin açılışının hər birində olmuşam, - görmüşəm ki, edilən təqdimatlarda hansısa bir yenilik var. Yəni, bu, onu göstərir ki, orada çalışan insanlar, - onların mütləq əksəriyyəti gənclərdir, - çox böyük həvəslə, böyük sevgi ilə bunu edirlər. Onlarda böyük ruh yüksəkliyi var. Onlar istəyirlər ki, ölkəmizdə işlər daha yaxşı getsin, istəyirlər ki, bu işlərə öz töhfələrini versinlər. Yəni, ASAN Xidmət çox geniş və müsbət bir təşəbbüsün təzahürüdür. Orada işləyən gənclər bizim gələcəyimizdir. ASAN Xidmətdə korrupsiya, rüşvətxorluq, kobudluq, bürokratiya sıfırdır. Yəni, mənfi halların qarşısını almaq mümkündür. Bunu biz özümüz etmişik. Hansısa heç bir xarici təşkilat bunu bizə tövsiyə etməmişdir. Qərar da bizimdir, icraçılar da Azərbaycan vətəndaşlarıdır, gənclərdir və nəticəni də Azərbaycan vətəndaşları görürlər. Ona görə bu, ictimai davranış sahəsində, ictimai xidmətlər sahəsində, məmur-vətəndaş münasibətlərində inqilabdır. Sirr deyildir ki, ASAN Xidmətə qədər bizim vətəndaşlar hər hansı bir arayışı almaq üçün nə qədər böyük əziyyət çəkirdilər. Günlərlə, bəlkə həftələrlə vaxt itirirdilər, digər xoşagəlməz hallarla üzləşirdilər. İndi biz bunu bacardıq, bu, artıq keçmişdə qaldı. ASAN Xidmətdə təlim keçmiş 17 min könüllü tam yeni təfəkkürlü insanlardır. Onların amalı vətəndaşlara xidmət etməkdir, özü də təmənnasız. Gələcəkdə bu könüllülər, - artıq onların bir çoxu indi müxtəlif təşkilatlarda işləyirlər, - vətəndaşlarla təmasda tam yeni bir mövqe, tam yeni bir yanaşma nümayiş etdirəcəklər.

Mən demişəm ki, hər bir dövlət məmuru vətəndaşların xidmətçisidir - Prezidentdən tutmuş aşağı səviyyəli məmura qədər. ASAN Könüllüləri, bax, bu prinsiplərlə yaşayırlar. Ona görə bu, böyük bir hərəkatdır. Məhz buna görə bu il 5 yeni ASAN Xidmət mərkəzi açılacaq. ASAN Xidmət mərkəzlərində xidmətlərin sayı da gündən-günə artır, 200-dən çox xidmət göstərilir. Əlbəttə ki, bu, çox qürurverici bir məsələdir.

O ki qaldı “hədəfimiz nədir” sualınıza, deməliyəm ki, hədəfimiz qüdrətli, müasir dövlət qurmaqdır. Hədəfimiz xoşagəlməz hallara qarşı siyasətimizi bundan sonra da aparmaqdır. Burada mübarizənin bir neçə istiqaməti var, həm inzibati yollar, həm də institusional. Yəni, sistem xarakterli islahatlar. İndi ASAN xidmət elə qurulub ki, artıq bu sistem müstəqil formada yaşayır. Gələcəkdə orada çalışacaq vətəndaşlar bu prinsiplərə əməl edəcəklər. Əsas məsələ, əsas hədəf güclü, müasir dövlət qurmaqdır ki, vətəndaşlar özlərini rahat hiss etsinlər, dövlət məmurları vətəndaşlara təmənnasız və sədaqətlə xidmət göstərsinlər”.


Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Prezident Almaniyanın xarici işlər naziri ilə görüşdü
17:21 26.04.2024
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
17:05 26.04.2024
Qərb Cənubi Qafqazı Ukraynalaşdırmaq istəyir - Deputat Elman Nəsirov-VİDEO
17:00 26.04.2024
36 azərbaycanlı tələbə İsveçin Təqaüd Proqramının QALİBİ OLDU
16:38 26.04.2024
Ailəsi ilə birgə oğlu tərəfindən öldürülən direktorun yerinə TƏYİNAT
16:26 26.04.2024
Dünən 4 il sonra daha bir tarixi hadisəyə şahid olduq! – VİDEO
16:24 26.04.2024
Ukayna hərbi xidmətə məhdud yararlı şəxsləri ordu sıralarına cəlb edəcək
16:20 26.04.2024
“Aİ sırf bu səbəbdən Azərbaycana sanksiya etmək niyyətindədir” – Rus Politoloqdan ÖZƏL AÇIQLAMA
16:10 26.04.2024
Yeni Haiti hökuməti gizli mərasimlə işə başlayıb
Yeni Haiti hökuməti gizli mərasimlə işə başlayıb
16:00 26.04.2024
Çin "son texnoloji"  təcrübələr üçün kosmik missiyaya başlayıb
Çin "son texnoloji"  təcrübələr üçün kosmik missiyaya başlayıb
15:55 26.04.2024
Berlində diaspor fəalları Azərbaycana həmrəylik nümayiş etdiriblər -VIDEO
15:51 26.04.2024
Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq
Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq
15:41 26.04.2024
Mina təmizləmə üzrə İşçi qrupunun üzvləri Ağdamda səfərdə olublar - FOTOLAR
15:35 26.04.2024
Prezident İlham Əliyev: Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq
15:32 26.04.2024
Prezident: COP29 qarşıdurma arenası olmayacaq
Prezident: COP29 qarşıdurma arenası olmayacaq
15:28 26.04.2024
Azərbaycan Ordusunda bu il qəsdən adam öldürmə və intihar hadisələri azalıb
15:25 26.04.2024
Prezident: Təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq -VIDEO
15:24 26.04.2024
Azərbaycan Prezidenti: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb
15:18 26.04.2024
Dövlət başçısı: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk - VİDEO
Dövlət başçısı: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk - VİDEO
15:16 26.04.2024
Hamısı