AXC Fələstindəki yəhudiləri dəstəkləyib Yəhudi tədqiqatçıdan maraqlı açıqlamalar

Müsahibələr 15:36 20.02.2019

Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Haqları İnstitutunun aparıcı elmi işçisi Moşe Bekker yeni kitabı üzərində çalışır və yaxın vaxtlarda onun kitabı işıq üzü görəcək.

Bu kitabda diqqətimizi çəkən əsas məqam onun mövzusu və adı oldu. “Azərbaycanın etnik mozaikasında yəhudilər” adlı kitab Azərbaycan tarixi fonunda ölkəmizdə yaşayan yəhudilərin tarixi, həyatı haqqında ətraflı məlumatları özündə ehtiva edir.

Kitabın müəllifi Moşe Bekker kitabla bağlı maraqlı faktları Eurasia Diary-ə verdiyi özəl müsahibədə açıqlayıb.

“Azərbaycanın etnik mozaikasında yəhudilər” kitabı nədən bəhs edir və nə zaman işıq üzü görəcək?

Əvvəlcə onu deyim ki, Azərbaycan ilk müsəlman ölkəsi olacaq ki, yəhudilərin tarixi, həyat tərzi və onların ölkənin ictimai-siyasi həyatındakı rolundan bəhs edən kitab dərc olunur. Kitabda Azərbaycan tarixi fonunda yəhudi millətinin tarixi və onlar haqqında ətraflı və maraqlı məlumatlar yer alır. Oxucu burada yəhudi tarixi və Azərbaycan tarixinin paralel sürətdə tədqiq edildiyini görəcək. Çünki iki xalq uzun illərdir bu regionda birgə yaşayır və onların tarixini bir-birindən ayrı tədqiq etmək düzgün olmazdı. Bundan başqa kitabda Azərbaycanda yaşayan yəhudilər haqqında statistik məlumatlar, burada yaşayan məşhur yəhudilər və onlarla bağlı müxtəlif maraqlı faktlara rast gəlinə biləcək. Kitabın nə zaman nəşr ediləcəyinə gəlincə, sözün düzü kitabın əsas hissəsi hazırdır, nəşr və bəzi maliyyə problemləri həll edilən kimi kitab işıq üzü görəcək. Düşünürəm ki, 2019-ci ilin sonlarına yaxın artıq mağazalarda bu kitabı ala biləcəksiniz.

Belə bir kitab yazmağa qərar verməyinizə səbəb nə oldu?

Düzü, mən bu kitab haqqında uzun illərdir düşünürdüm. Nəhayət son dövrlərdə vaxt tapıb üzərində çalışmağa başladım. Bilirsiniz ki, yəhudi xalqı çox böyük xalqdır və dünyanın hər yerində siz bu xalqın nümayəndələrinə rast gələ bilərsiniz. Düşünürəm ki, yəhudilər yaşadıqları yerdən asılı olmayaraq bir-birilə əlaqədə olmalıdırlar. Ancaq təəssüf edirəm ki, illər öncə mən Avropa yəhudiləri icmasının sədri olduğum zaman ABŞ-da yaşayan soydaşlarımızla görüşəndə onlar Azərbaycan və burada yaşayan yəhudilər haqqında heç nə bilmirdilər. Mən elə həmin vaxt məhz bu mövzu haqqında kitab yazmaq qərarına gəldim. Həmçinin düşünürəm ki, Azərbaycan müsəlman ölkəsi olmaqla birlikdə çox humanist və multukultural cəmiyyətə malikdir. Ona görə də, belə bir kitab yazmaqla mən əslində bütün ölkələrə Azərbaycanı örnək göstərmək qərarına gəldim.

Bu kitabın dərc edilməsi yəhudi və azərbaycanlılar arasındakı münasibətlərə necə təsir göstərəcək?

Əslində, iki xalq arasında tarixi bağ var və bu xalqlar bir-birlərinə qarşı çox yaxşı münasibətdədir. Tarixən də bu belə olub. Kitabda da qeyd etmişəm ki, ardıcıl tədqiqatlar aparmağıma baxmayaraq bir dəfə belə olsun Azərbaycanda yaşayan yəhudilərə qarşı təzyiq, repressiya və ya hər hansısa düşmənçilik faktoruna rast gəlməmişəm. Əksinə, tarix bizə bu xalqların dostluğundan xəbər verir. İstər qədim dövrlərdə, istərsə də AXC dövründə yəhudilərə eynən ölkədə yaşayan digər xalqlar kimi xüsusi ehtiram və hörmət olub. Hazırda üzərində çalışdığım kitabda da məhz bu dostluq münasibətləri qabardılıb. Belə hesab edirəm ki, kitab iki xalq arasındakı münasibətlərə öz müsbət təsirini göstərəcək.

Siz kitabınızda Azərbaycan Xalq Cumhuriyyəti dövrünü xüsusi olaraq araşdırmısınız. Bu dövr barədə kitabda hansı maraqlı məlumatlar yer alır?

Ümumiyyətlə qeyd etmək lazımdır ki, AXC sözün həqiqi mənasında demokratik dövlət quruculuğunun bariz nümunəsi idi. AXC dövrünü araşdırdığımız zaman görürük ki, bu dövrdə bütün xalqlara, o cümlədən yəhudilərə öz siyasi hüquqlarından istifadə etmək hüququ verilib. AXC dövrünü nəzərdən keçirdiyimiz zaman görürük ki, bu dövlət daxilindəki milli məsələləri tam demokratik və hüquqi yollarla həll edir. AXC dövründə heç bir xalqın hüquqları tapdalanmır və onların dini inanclarına hörmətlə yanaşılırdı. Hətta AXC-nin səhiyyə naziri Yevsey Qindes milliyətcə yəhudi idi. Onun AXC və sonrakı dövrdə diqqətə layiq xidmətləri olub. Qindes Azərbaycanda pulsuz xidmət göstərən poliklinikalar açmış və “tif” virusuna qarşı effektiv mübarizə aparıb. AXC ümumilikdə yəhudi dostu olan liderlər tərəfindən idarə edilirdi. O dövrlərdə AXC hətta Fələstindəki yəhudiləri də dəstəkləmişdi. Ona görə də bu gün AXC-nin siyasi ardıcılı olan Azərbaycan Respublikası və İsrail arasında sıx dostluq və müttəfiqlik münasibətəri mövcuddur.

 

Nicat İsmayılov

Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

İsrailin milli təhlükəsizlik nazirinin olduğu avtomobil qəzaya uğradı
23:23 26.04.2024
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
23:00 26.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionu olub
22:44 26.04.2024
İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Prezident Almaniyanın xarici işlər naziri ilə görüşdü
17:21 26.04.2024
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
17:05 26.04.2024
Qərb Cənubi Qafqazı Ukraynalaşdırmaq istəyir - Deputat Elman Nəsirov-VİDEO
17:00 26.04.2024
36 azərbaycanlı tələbə İsveçin Təqaüd Proqramının QALİBİ OLDU
16:38 26.04.2024
Ailəsi ilə birgə oğlu tərəfindən öldürülən direktorun yerinə TƏYİNAT
16:26 26.04.2024
Dünən 4 il sonra daha bir tarixi hadisəyə şahid olduq! – VİDEO
16:24 26.04.2024
Ukayna hərbi xidmətə məhdud yararlı şəxsləri ordu sıralarına cəlb edəcək
16:20 26.04.2024
“Aİ sırf bu səbəbdən Azərbaycana sanksiya etmək niyyətindədir” – Rus Politoloqdan ÖZƏL AÇIQLAMA
16:10 26.04.2024
Hamısı