Manata çevrilmiş kredit borcları da kompensasiya alacaq Ekspert

Müsahibələr 16:17 02.03.2019

Prezident İlham Əliyevin problemli kreditlərlə bağlı imzaladığı fərman 800 mindən çox insanı əhatə edəcək. Vətəndaşlarda kompensasiya və güzəştlərin tətbiqi ilə bağlı bəzi suallar yaranıb.

Eurasia Diary publika.az-a istinadən xəbər verir ki, iqtisadçı ekspert Vüqar Bayramov fərmanla əlaqədar yaranan bir sıra suallara aydınlıq gətirib.

- Kompensasiya kredit xəttinə, yoxsa əsas kredit borclarının qalıq məbləğinə əsasən hesablanacaq?

- Fərman kredit xətti 10 min dollardan çox olan kreditlər üçün bir sıra hallarda kompensasiya əldə etmək imkanı yaradır. Sənədə əsasən, kompensasiya məbləği hesablanan zaman kredit xətti deyil, əsas məbləğ üzrə kredit qalığı əsas götürüləcək. Məsələn, vətəndaşımız 2014-cü ildə 12 min dollar kredit götürüb və 2015-ci il fevralın 21-dək əsas məbləğin 2 min dollarını ödəyib. Yəni, onun birinci devalvasiya baş verən zaman əsas məbləğ üzrə borc 10 min dollar olub. Birinci devalvasiya baş verən zaman onun 12 min dollarlıq kredit xətti üzrə əsas qalıq məbləği 10 min dollaradək azaldığı üçün o kompensasiya ala biləcək. Bu isə o deməkdir ki, vətəndaşımızın 10 min dollardan artıq kredit götürməsinə baxmayaraq devalvasiya zamanı əsas məbləğ 10 min dollaradək azaldığı üçün onun kreditinə kompensasiya hesablanacaq.

- 10 min dollardan artıq kredit xəttinin birinci deyil, ikinci devalvasiya zamanı əsas məbləğ üzrə qalığı 10 min dollaradək azalıbsa, həmin kreditə kompensasiya ödəniləcəkmi?

- Məsələn, vətəndaşımız 2014-cü ildə 12 min dollar kredit götürüb. Onun krediti üzrə əsas məbləği 2015-ci ilin fevralın 21-dək, yəni birinci devalvasiya baş verənədək, 11 min dollaradək azalıb (yəni 10 min dollardan çox olub), həmin ilin dekabrın 21-dək, yəni ikinci devalvasiya baş verənədək, 10 min dollaradək azalıb. Bu halda həmin kreditə də kompensasiya hesablanacaq və ikinci devalvasiyadək əsas məbləğ üzrə qalıq borc 10 min dollar olduğu üçün ödəniş ediləcək.

- Devalvasiyalardan sonra manata çevrilmiş kredit borcları kompensasiya alacaqmı?

- Məsələn, vətəndaşımız 2015-ci ilin yanvarında 9 min dollar kredit götürüb və iki devalvasiyadan sonra, 2016-cı ildə bankla razılaşaraq onu 1.6 kursu ilə manata çevirib və milli valyuta ilə ödənişlər edib. Belə kreditlər də dollar krediti kimi kompensasiya alacaqlar. Həmin kreditlər üzrə əsas məbləğin milli valyutaya çevrilməsinə və ödənişlərin manatla olmasına baxmayaraq o borc dollarda olan borc kimi qəbul olunur və devalvasiya nəticəsində yaranan fərq sənəddə öz əksini tapan mexanizmə uyğun olaraq tam ödənilir. Yəni, tam kompensasiya ödəniləcək.

- Rəsmi olaraq kreditlər üzrə ödəniləcək kompensasiya məbləğini hər bir vətəndaş özü necə hesablaya bilər?

-Maliyyə Bazarlarına Nəzarət Palatası elektron kalkulyatorun hazırlammasını həyata keçirir. Güman olunur ki, həmin kalkulyator gələn həftə palatanın internet səhifəsində yerləşdiriləcək. Hər bir vətəndaş kalkulyatora kredit ilə bağlı məlumatları daxil etməklə ala biləcəyi kompensasiyanın məbləğini özü elektron hesablaya biləcək.

- Kompensasiyanı almaq üçün banka müraciət etmək lazımdırmı?

- Siyahılar dəqiqləşdirildikdən sonra banklar vətəndaşlar ilə əlaqə saxlayıb onlara kompensasiya ödənişi həyata keçirəcəklər. Kompensasiyalar ödənilən zaman sizinlə əlaqə saxlanılmasa o zaman banka müraciət edin. Nəzərə almaq lazımdır ki, bütün kompensasiyalar bu il mayın 28-dək tam ödənilməlidir. Eyni zamanda, xüsusi suallarınız olduğu halda Maliyyə Bazarlarına Nəzarət Palatasının 966 Çağrı Mərkəzi ilə əlaqə saxlmağı da unutmayın.

 

"Bizim bizdən başqa dostumuz yoxdu" - Elman Nəsirov - VİDEO

Xəbər xətti

"Sabah" Gənclər Liqasının qalibi oldu
06:18 26.04.2024
Cəlilabadda QƏZA - 20 baş qoyun tələf olub
05:17 26.04.2024
Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar AŞKARLANDI
04:05 26.04.2024
Zelenski: “NATO ölkələri Rusiyadan qorxurlar”
03:00 26.04.2024
Filippində festival zamanı 45 nəfər istidən huşunu itirib
02:00 26.04.2024
Yunanıstan Paris olimpiadasının obyektlərini qorumaq üçün Fransaya “Crotale” HHM sistemləri verə bilər
01:00 26.04.2024
Futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib
00:05 26.04.2024
İsrail HHQ “Hizbullah”ın Livandakı hədəflərinə zərbələr endirib
23:45 25.04.2024
Si Cinpin hərbi həkimləri mümkün müharibəyə hazır olmağa çağırıb
23:23 25.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazanıb
23:00 25.04.2024
Stoltenberq NATO baş katibi postunu tərk edəndən sonra pilot ola bilər
22:40 25.04.2024
ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans keçirilir
22:22 25.04.2024
Britaniya İrana yeni sanksiyalar tətbiq edib
22:00 25.04.2024
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir
21:55 25.04.2024
Avtoxuliqanlıq edən sürücü HƏBS OLUNUB
21:41 25.04.2024
Makron: “Bugünkü Avropa ölümcül vəziyyətdədir”
21:22 25.04.2024
Bu tarixdən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır
21:00 25.04.2024
Ağdam Cümə məscidində ilk Azan VERİLİB
20:50 25.04.2024
Türkmənistan Xəzər dənizində mineral ehtiyatlarının mənimsənilməsi üçün yeni zavod tikir
20:39 25.04.2024
Sahibə Qafarova Monteneqroda rəsmi səfərdədir
20:34 25.04.2024
Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub
20:20 25.04.2024
Qumar oynayanları hansı cəzalar gözləyir? - Hüquqşünas AÇIQLAYIR
20:00 25.04.2024
Azərbaycan Prezidenti Füzuli Hava Limanından ilk dəfə olaraq Berlinə yola düşüb
19:50 25.04.2024
Ali Radanın deputatı: Müharibələr üçün pul kisəsi olan Vardanyan Nobel Sülh Mükafatına layiq görülə bilməz
19:40 25.04.2024
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb
19:30 25.04.2024
Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib - YENİLƏNİB
19:30 25.04.2024
Ərdoğan Türkiyədə Qazaxıstanın baş nazirini qəbul edib
19:20 25.04.2024
Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
19:07 25.04.2024
Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələri quraşdırılır
19:00 25.04.2024
Malıbəylidə aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb
18:35 25.04.2024
Lənkəranda ağır QƏZA – Xəsarət alan var
18:27 25.04.2024
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib
18:19 25.04.2024
Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb
18:08 25.04.2024
ABŞ HƏMAS-a çağırış edib
ABŞ HƏMAS-a çağırış edib
17:53 25.04.2024
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
17:53 25.04.2024
Laçında ilk dəfə peşə yarmarkası keçirilir
17:50 25.04.2024
Buraxılış imtahanlarında ən yüksək nəticə göstərən RAYONLAR
17:45 25.04.2024
PSJ-nin prezidenti “Qarabağ”ı təbrik etdi
17:40 25.04.2024
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
17:28 25.04.2024
Prezident İlham Əliyev Sadır Japarova Qarabağ atı hədiyyə edib
17:04 25.04.2024
Hamısı