"İlahiyyat İnstitutu tələbələrini savadlı və intellektual mütəxəssislər kimi yetişdirir" Aİİ-nin rektoru Ceyhun Məmmədovla MÜSAHİBƏ

Müsahibələr 13:30 03.10.2019

Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov Eurasia Diary-ə müsahibə verib. Həmin müsahibəni təqdim edirik:

– Ceyhun müəllim, Azərbaycan İlahiyyat  İnstitutu bir ildir ki, fəaliyyət göstərir. İlk – 2018-2019 tədris ili üçün qarşıya hansı hədəflər qoyulmuşdu və onlara çatmaq mümkün oldumu?

- Qeyd etdiyiniz kimi, institut bir ilini arxada qoyub. Vaxtımızın məhdudluğuna baxmayaraq, sentyabra – tədris ilinin başlanmasınadək tədrisə aid bir çox məsələləri həll etdik. İnstitutda təhsil standartlarının müəyyənləşdirilməsi, strukturun təşkili, tələbə qəbulu, ilk tədris ilinə hazırlıq, ali tədris müəssisəsinin tanıdılması istiqamətində ardıcıl və məqsədyönlü işlər gördük.

Tələbələrimizin rəqabətədavamlı, peşəkar mütəxəssis kimi yetişmələri üçün səy göstəririk. Onların güclü təhsil almaları ilə yanaşı, sosialyönümlü layihələrə, maarifləndirmə tədbirlərinə cəlb olunmalarına başladıq, eləcə də bölgələrimizə səfərlər təşkil etdik. Ölkəmizdəki multikultural, tolerant mühitlə, eyni zamanda, tarixi-dini abidələrimizlə yaxından tanış olmaları, biliklərini daha da gücləndirmələri üçün etdiyimiz səfərlərdə tələbələrimizin dini və dünyəvi biliklərinin, mənəvi dünyalarının, dünyagörüşlərinin zənginləşdiyinin, natiq kimi yetişmələrinin şahidi olduq.

Ötən müddət ərzində dərslərdə, imtahanlarda şəffaflığın qorunması üçün əlimizdən gələni etdik. Tələbələrin tədris edilən fənləri sevmələri, hazırlıqlı olmaları üçün əlimizdən gələni əsirgəmədik.

Azərbaycan İlahiyyat İnstitutu olaraq, tələbələrə öz övladlarımız kimi yanaşırıq, onların hər biri bizim gələcəyimizdir. Gələcəyimizin etibarlı təməllər üzərində qurulmasını istəyiriksə, gənclərimizi sağlam mühitdə, Vətəninə, millətinə xeyirli övlad kimi yetişdirməliyik.

“Tələbələrimiz üçün daha nələr edə bilərik?” düşüncəsi  bir anlıq olsa belə bizi tərk etmir. Onların daha bacarıqlı, savadlı, zəngin dünyagörüşlü olmalarını təmin etmək üçün  ali tədris müəssisəsində seminarlar, görüşlər, “dəyirmi masa”lar, müxtəlif tədbirlər təşkil edirik. Düşünürəm, müəssisəsimizi bitirib hər hansı bir təşkilatda, qurumda işləyən gəncimiz həm dini savadını, həm də dünyəvi elmləri dərindən bilən, yüksək dil biliklərinə malik olduğunu hər kəsə nümayiş etdirsin.

– Yeni yaranmış institutunuz keçən dövr ərzində problemlər yaşayıbmı? Əgər olubsa, nədən ibarət idi?

– İnstitut yeni yarandığından, təbii ki, çətinliklər də oldu, buna problemlər deməzdim. Yeni yarandığı üçün tədrislə bağlı hər şey hazırlanmalı idi. İki aya yaxın müddətimiz var idi və sentyabrda tədris başlayırdı. Bu səbəbdən, vaxtında hazır olmalı idik...

– Ceyhun müəllim, builki tədris planında hansı yeniliklər nəzərdə tutulub?

– Ümumiyyətlə, İnstitutda tədris planının hazırlanması böyük vaxt tələb edir. Plan hazırlanarkən  qabaqcıl xarici ölkə universitetlərinin tədris planlarını nəzərdən keçirdik. Bura təkcə qonşu ölkələrimiz daxil deyil, eləcə də Avropa və Amerikada İslamşünaslıq və Dinşünaslıq sahələri üzrə elmi tədqiqat və təhsil müəssisələrinin tədris planları aiddir. Bununla yanaşı,  Azərbaycan həqiqətlərini, tolerant və multikultural mühitimizi də nəzərə aldıq; məsələn: bizdə “Azərbaycanda dini azlıqlar”, “Yəhudilik və Xristianlıq”, eyni zamanda, “Qərbdə İslam tədqiqatları”, “İslam tədris üsulu”, “Müqəddəs mətnlərin hermenevtikası” kimi fənlər də tədris edilir. Davamlı və mütəmadi olaraq üzərimizdə işləyirik. Tədris proqramları və təhsillə bağlı yeniliklər öyrənilir. Hazırda sistemli və güclü şəkildə elektron təhsil üzərində çalışırıq ki, bu sahədə, artıq xeyli iş görülüb. İnstitutda təhsilin tamamilə elektronlaşdırılmasına çalışırıq.

– Aİİ ölkə daxilində hansı qurumlarla əməkdaşlıq edir? Xarici universitetlərlə işbirliyi varmı?

– İnstitut ölkə daxilində bir sıra ali təhsil müəssisələri ilə əməkdaşlıq əlaqələri qurub. Bu əməkdaşlıqlarda, əsasən, birlikdə konfransların təşkili, tələbə, müəllim mübadiləsi nəzərdə tutulub. Eyni zamanda, ötən il ərzində xarici universitetlərlə əlaqələr qurub, bir sıra ölkələrin ali təhsil müəssisələrində görüşlər keçirib, orada olan mühit ilə əyani tanış olduq. Bunların hər biri Azərbaycan İlahiyyat İnstitutunun tanıdılması, xarici təcrübənin öyrənilməsi, onun Azərbaycan həqiqətlərinə uyğunlaşdırılaraq, tolerant və multikultural mühitimizi nəzərə alaraq tətbiqi üçün nəzərdə tutulub.

Hazırda xarici universitetlərlə işbirliklərimiz davam edir; məsələn: bir neçə gün əvvəl İstanbul Universitetinin Türkiyat Araşdırmaları İnstitutu ilə birgə Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinə həsr olunmuş konfrans keçirdik. Gələcəkdə tələbə və müəllimlər mübadiləsi, eyni zamanda, birgə təşkilatçılıqla ilahiyyat sahəsinə aid kitabların nəşri, konfransların təşkili planlaşdırılır.

– İlahiyyat İnstitutunu bitirən məzunlar hansı sahələrdə çalışa bilərlər?

– Müəssisəmizi bitirən tələbələrimiz müxtəlif dövlət qurumlarında işləmək imkanına malikdirlər. Şərti olaraq ixtisaslarımızı bölsək, islamşünaslarımız din xadimi kimi məscidlərdə fəaliyyət göstərəcəklər, dinşünaslar isə daha çox dövlət qurumlarında, ali təhsil müəssisələrində işləmək imkanı qazanacaqlar. Biz öz işinin peşəkarı olan, rəqabətədavamlı mütəxəssislər hazırlayırıq ki, onlar əmək bazarında daha fəal iş yerləri ilə təmin olunmaq imkanı qazansınlar. Hazırda Karyera Mərkəzinin işinin qurulması ilə bağlı fəaliyyətimiz davam edir. Bir sıra müəssisələrlə əməkdaşlıq əlaqələri qururuq. Çalışırıq, tələbələrimiz buradan məzun olduğu zaman öz ixtisaslarına dərindən yiyələnsinlər.

– Aİİ-nin yaradılması ideyası həm də dinlə bağlı yanlış təsəvvürlərin aradan qaldırılmasına xidmət edir...

– Ümumiyyətlə, dünyada gedən proseslərə nəzər saldıqda görürük ki, dinlə bağlı yanlış təsəvvürlər bütün dünyada mövcuddur. Ölkəmizdə isə  dinlə bağlı yanlış təsəvvürlər kənar müdaxilələrin təsiri nəticəsində  yaranır. Bu yanlış təsəvvürlərin aradan qaldırılması üçün cəmiyyət maarifləndirilməlidir. Gənclərimizin dini bilikləri zəif olduğu üçün onlar zaman-zaman zərərli vərdişlərin qurbanına çevrilirlər. Bu baxımdan, gənclərimizi maarifləndirib, zərərli vərdişlərdən qorumaq üçün mühüm addımlar atmalıyıq. Hazırda dövlət bu istiqamətdə lazımi addımlar atır. Hesab edirəm ki, bir neçə ildən sonra bütün atılan addımların müsbət nəticəsini görəcəyik

.İlahiyyat İnstitutu tələbələrinin savadlı, yüksək intellektuallı din xadimləri olmaları üçün əlindən gələni edir. Düşünürəm, gənc nəslimiz din xadimi kimi çalışacağı zaman daha intellektuallı, Vətənini sevən, cəmiyyətimiz üçün faydalı vətəndaş olmalıdır.

 

– Dini bilgilər elmi, elmi biliklər də öz növbəsində, dini tamamlayır. Aİİ mahiyyəti etibarilə bu ikili vahidi  özündə cəmləyir. Necə düşünürsünüz, elm və dini bir-birinə bağlayan nədir?

– Bəzən elmlə-din qarşı-qarşıya gətirilir, hətta birinin digərinə zidd olması ilə bağlı fikirlər də səsləndirilir. Elm və din, əslində, vəhdət şəklində olan məsələlərdir. Müqəddəs kitablarda elmdən geniş bəhs olunur. Müəyyən hallarda belə fikirlərlə rastlaşırıq ki, dinlə-elm arasında bir ziddiyyət mövcuddur. Əslində, bu məsələni araşdırdıqda onlar arasında çox böyük, maraqlı əlaqələrin olduğunu görürük. Din və elm bir-birini təkzib etmir.  Keçmişə nəzər salsaq görərik ki, din xadimləri elm adamları olmuşlar. Onlar hər hansı elmi kəşflər edir, cəmiyyət üçün xeyirli işlər görürdülər. İslamda, Quranda elmlə bağlı bir çox məqam var.

Azərbaycan İlahiyyat İnstitutu dövlət müəssisəsi olub, din təhsili verən təhsil ocağıdır. Bəziləri düşünür ki, burada yalnız din dərsləri keçirilir, əslində, belə deyil. Tələbələrə dini biliklərlə yanaşı, elmi biliklər də öyrədilir. Dördillik tədris müddətində təhsilalanlara Fəlsəfə, Sosiologiya, Psixologiya, Metodologiya, eyni zamanda, humanitar fənn blokuna daxil olan, yəni bütün təhsil müəssisələrinin tədris etdiyi Azərbaycan dili və nitq mədəniyyəti, İnformatika, Mülki müdafiə, Multikulturalizmə giriş fənləri də tədris olunur.  

Dinlərin fəlsəfəsinə baxdıqda görürük ki, onların bəşəriyyətə göndərilməsində məqsəd insanları saflaşdırmaq və kamilləşdirməkdir, birliyə səsləməkdir. Dinin özü müasir dövrdə elmin araşdırdığı sahədir. Məlumat üçün bildirim ki, dünyanın bir çox universitetlərində ilahiyyat fakültələri mövcuddur.

Həşim Məmmədov

"Bizim bizdən başqa dostumuz yoxdu" - Elman Nəsirov - VİDEO

Xəbər xətti

"Sabah" Gənclər Liqasının qalibi oldu
06:18 26.04.2024
Cəlilabadda QƏZA - 20 baş qoyun tələf olub
05:17 26.04.2024
Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar AŞKARLANDI
04:05 26.04.2024
Zelenski: “NATO ölkələri Rusiyadan qorxurlar”
03:00 26.04.2024
Filippində festival zamanı 45 nəfər istidən huşunu itirib
02:00 26.04.2024
Yunanıstan Paris olimpiadasının obyektlərini qorumaq üçün Fransaya “Crotale” HHM sistemləri verə bilər
01:00 26.04.2024
Futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib
00:05 26.04.2024
İsrail HHQ “Hizbullah”ın Livandakı hədəflərinə zərbələr endirib
23:45 25.04.2024
Si Cinpin hərbi həkimləri mümkün müharibəyə hazır olmağa çağırıb
23:23 25.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazanıb
23:00 25.04.2024
Stoltenberq NATO baş katibi postunu tərk edəndən sonra pilot ola bilər
22:40 25.04.2024
ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans keçirilir
22:22 25.04.2024
Britaniya İrana yeni sanksiyalar tətbiq edib
22:00 25.04.2024
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir
21:55 25.04.2024
Avtoxuliqanlıq edən sürücü HƏBS OLUNUB
21:41 25.04.2024
Makron: “Bugünkü Avropa ölümcül vəziyyətdədir”
21:22 25.04.2024
Bu tarixdən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır
21:00 25.04.2024
Ağdam Cümə məscidində ilk Azan VERİLİB
20:50 25.04.2024
Türkmənistan Xəzər dənizində mineral ehtiyatlarının mənimsənilməsi üçün yeni zavod tikir
20:39 25.04.2024
Sahibə Qafarova Monteneqroda rəsmi səfərdədir
20:34 25.04.2024
Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub
20:20 25.04.2024
Qumar oynayanları hansı cəzalar gözləyir? - Hüquqşünas AÇIQLAYIR
20:00 25.04.2024
Azərbaycan Prezidenti Füzuli Hava Limanından ilk dəfə olaraq Berlinə yola düşüb
19:50 25.04.2024
Ali Radanın deputatı: Müharibələr üçün pul kisəsi olan Vardanyan Nobel Sülh Mükafatına layiq görülə bilməz
19:40 25.04.2024
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb
19:30 25.04.2024
Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib - YENİLƏNİB
19:30 25.04.2024
Ərdoğan Türkiyədə Qazaxıstanın baş nazirini qəbul edib
19:20 25.04.2024
Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
19:07 25.04.2024
Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələri quraşdırılır
19:00 25.04.2024
Malıbəylidə aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb
18:35 25.04.2024
Lənkəranda ağır QƏZA – Xəsarət alan var
18:27 25.04.2024
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib
18:19 25.04.2024
Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb
18:08 25.04.2024
ABŞ HƏMAS-a çağırış edib
ABŞ HƏMAS-a çağırış edib
17:53 25.04.2024
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
17:53 25.04.2024
Laçında ilk dəfə peşə yarmarkası keçirilir
17:50 25.04.2024
Buraxılış imtahanlarında ən yüksək nəticə göstərən RAYONLAR
17:45 25.04.2024
PSJ-nin prezidenti “Qarabağ”ı təbrik etdi
17:40 25.04.2024
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
17:28 25.04.2024
Prezident İlham Əliyev Sadır Japarova Qarabağ atı hədiyyə edib
17:04 25.04.2024
Hamısı