“Məmnuniyyətlə universitetdə dərs deyərəm, amma...” Akif Əlizadə

Müsahibələr 20:56 26.10.2019

“Akademiya Ramiz müəllim və Rəyasət Heyətinin rəhbərliyi ilə fəaliyyətini yüksək səviyyədə davam etdirəcək”.

Eurasia Diary xəbər verir ki, bu sözləri AzEdu.az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidenti (2013-2019),akademik, Əməkdar Elm Xadimi Akif Əlizadə söyləyib.

Bir neçə gün öncə AMEA prezidenti vəzifəsinə xitam verilən akademik hazırda Geologiya və Geofizika İnstitutunun direktoru vəzifəsində çalışır. Qeyd edək ki, Akif Əlizadə işdən uzaqlaşmaq üçün özü ərizə yazmış və buna səbəb olaraq, səhhət-yaş amilini göstərmişdi.

O, AMEA-nın qarşıda duran fəaliyyət prinsipləri haqqında fikirlərini bölüşüb:

“Güman edirəm ki, gələcəkdə  Azərbaycan Milli Elmlər Akademiyası  aktiv və dinamik şəkildə  fəaliyyət göstərəcək. Bu  fəaliyyət nəticəsində islahatlar apardığımız istiqamətlər daha də dərinləşəcək.

Akademiyanın qarşısında bir necə məsələ dayanır: Bunlardan ilki fundamental elmin inkişafıdır. İkincisi isə  innovativ elmi və tətbiqi  istiqaməti  inkişaf etdirmək  və bu inkişafı davamlı sürətdə həyata keçirməkdir. Çünki akademiyada  fəaliyyət göstərən Texnoparkın gələcəyi olduqca parlaqdır. Texnopark fundamental  tədqiqatları beynəlxalq arenaya  aparmaq üçün  çox böyük vasitə olacaq.

Akademiyanın beynəlxalq əlaqələri olduqca möhkəmlənib. Bu təməlin üzərində inkişaf həyata keçirilməlidir. Çünki elmin sərhəd və hüdudu yoxdur. Beynəlxalq aləmdə Azərbaycan elmini yüksək səviyyədə təmsil edən  gənc alimlər yetişdirmək lazımdır. Nəhayət, kadr hazırlığı istiqamətində magistratura səviyyəsindən aktiv və dinamik şəkildə bəhrələnmək lazımdır. Bunlar möhtərəm Cənab Prezidentin dəstəyi ilə yaranan istiqamətlərdir. O, bütün bu istiqamətlərə dəstək verir. Hesab edirəm ki, bunların hamısı gələcəkdə də inkişaf etdiriləcəkdir”.

Qocaman akademik özünün bundan sonrakı elmi fəaliyyəti haqqında da danışıb. O, bundan sonra bütün diqqətini geologiya ilə bağlı elmi məsələlərə yönəldəcək:

“Mən hazırda AMEA-nın Geologiya və Geofizika İnstitutunda direktor vəzifəsini yerinə yetirirəm. Bizim   qarşımızda çox mühüm geoloji problemlər dayanır. Ən çox rastlaşdığımız problem böyük dərinliklərdəki neft problemidi. Azərbaycan nefti iqtisadiyyatın aparıcı istiqamətlərindən biridir. Bu gün Azərbaycan nefti ölkəmizin inkişafına çox böyük dəstək verir və böyük imkanlar yaradır.

Neft geologiyası aktual  və prioritet olaraq qalır. Biz   geologiya və geofizikanın vəhdətindən istifadə edərək, onu inkişaf etdirməyi planlayırıq. İnstitutda uzun illər ərzində toplanan gözəl kolleksiyalar var. Bunlar geoloji və paleontoloji istiqamətləri əhatə edir. Biz geologiya elminin əsası olan paleontologiyanın yəni,  keçmişdə yaşayan heyvanların qalıqlarını öyrənmək üçün böyük bir atlas yaradacağıq. Bu atlasda indiyə kimi əldə edilən bütün nümunələr olacaq. 2 və ya 3 cildlik paleontoloji atlas yaratmaq istəyirik. Həmin atlasları Azərbaycan, rus və ingilis dilində çap etdirməyi düşünürük. Çünki  elmmetrik bazalar ingilis dilində fəaliyyət göstərir. Bu kimi bazalarda nəşrlərimizin olması Azərbaycan elminin təbliğinə yaxından kömək edir”.

Akif Əlizadə açıqlamasında həm də elmlə təhsilin vəhdətinin vacibliyindən, eləcə də gələcəkdə buna xüsusi diqqət etməyin əhəmiyyətindən də danışıb:

“Təhsil sahəsində Mikayıl Cabbarovla  bərabər təhsil və elmin inteqrasiyasını həyata keçirməyə başladıq. Bu ideya Cənab Prezident tərəfindən də dəstəkləndi. Hesab edirəm ki,  təhsil və elmi   bir-birindən ayırmaq olmaz. Onlar bir-biri ilə vəhdətdədir və  can qardaşıdırlar. Gələcəkdə akademiyada aparılan reformaların  ardı olaraq  institutlar  universitet fakültələri ilə birlikdə  elm və təhsil mərkəzləri  yaratmalı və bu da  Azərbaycan təhsilinin və elminin  inkişafına töhfə verməlidir”.

“Hər hansı universitetdən təklif alsanız, orada dərs demək istərdinizmi?” sualını akademik bu cür  cavablayır:

 “Mən məmnuniyyətlə universitetdə dərs deyərəm. Gənclərlə işləmək  və onlara tövsiyələr vermək istəyirəm. Lakin indi burada  çox məsələləri nizamlamaq lazımdır. Mən istəyirəm ki, bir-iki il burada  inkişaf prosesi ilə məşğul olum. Sonra isə Allah  qismət etsə, universitetə gedib, və orada  mühazirələr oxuyaram”.

"Bizim bizdən başqa dostumuz yoxdu" - Elman Nəsirov - VİDEO

Xəbər xətti

"Sabah" Gənclər Liqasının qalibi oldu
06:18 26.04.2024
Cəlilabadda QƏZA - 20 baş qoyun tələf olub
05:17 26.04.2024
Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar AŞKARLANDI
04:05 26.04.2024
Zelenski: “NATO ölkələri Rusiyadan qorxurlar”
03:00 26.04.2024
Filippində festival zamanı 45 nəfər istidən huşunu itirib
02:00 26.04.2024
Yunanıstan Paris olimpiadasının obyektlərini qorumaq üçün Fransaya “Crotale” HHM sistemləri verə bilər
01:00 26.04.2024
Futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib
00:05 26.04.2024
İsrail HHQ “Hizbullah”ın Livandakı hədəflərinə zərbələr endirib
23:45 25.04.2024
Si Cinpin hərbi həkimləri mümkün müharibəyə hazır olmağa çağırıb
23:23 25.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazanıb
23:00 25.04.2024
Stoltenberq NATO baş katibi postunu tərk edəndən sonra pilot ola bilər
22:40 25.04.2024
ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans keçirilir
22:22 25.04.2024
Britaniya İrana yeni sanksiyalar tətbiq edib
22:00 25.04.2024
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir
21:55 25.04.2024
Avtoxuliqanlıq edən sürücü HƏBS OLUNUB
21:41 25.04.2024
Makron: “Bugünkü Avropa ölümcül vəziyyətdədir”
21:22 25.04.2024
Bu tarixdən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır
21:00 25.04.2024
Ağdam Cümə məscidində ilk Azan VERİLİB
20:50 25.04.2024
Türkmənistan Xəzər dənizində mineral ehtiyatlarının mənimsənilməsi üçün yeni zavod tikir
20:39 25.04.2024
Sahibə Qafarova Monteneqroda rəsmi səfərdədir
20:34 25.04.2024
Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub
20:20 25.04.2024
Qumar oynayanları hansı cəzalar gözləyir? - Hüquqşünas AÇIQLAYIR
20:00 25.04.2024
Azərbaycan Prezidenti Füzuli Hava Limanından ilk dəfə olaraq Berlinə yola düşüb
19:50 25.04.2024
Ali Radanın deputatı: Müharibələr üçün pul kisəsi olan Vardanyan Nobel Sülh Mükafatına layiq görülə bilməz
19:40 25.04.2024
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb
19:30 25.04.2024
Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib - YENİLƏNİB
19:30 25.04.2024
Ərdoğan Türkiyədə Qazaxıstanın baş nazirini qəbul edib
19:20 25.04.2024
Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
19:07 25.04.2024
Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələri quraşdırılır
19:00 25.04.2024
Malıbəylidə aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb
18:35 25.04.2024
Lənkəranda ağır QƏZA – Xəsarət alan var
18:27 25.04.2024
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib
18:19 25.04.2024
Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb
18:08 25.04.2024
ABŞ HƏMAS-a çağırış edib
ABŞ HƏMAS-a çağırış edib
17:53 25.04.2024
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
17:53 25.04.2024
Laçında ilk dəfə peşə yarmarkası keçirilir
17:50 25.04.2024
Buraxılış imtahanlarında ən yüksək nəticə göstərən RAYONLAR
17:45 25.04.2024
PSJ-nin prezidenti “Qarabağ”ı təbrik etdi
17:40 25.04.2024
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
17:28 25.04.2024
Prezident İlham Əliyev Sadır Japarova Qarabağ atı hədiyyə edib
17:04 25.04.2024
Hamısı