Pakistan Azərbaycan Silahlı Qüvvələrinə dəstəkdir Pakistanın Azərbaycandakı səfiri – Müsahibə

Müsahibələr 16:29 31.01.2020

Pakistan İslam Respublikasının Azərbaycandakı səfiri Səid Xan Mohmand və səfirliyin Azərbaycan və Gürcüstandakı hərbi attaşesi Nadim Yaqub Çaudri Beynəlxalq Avrasiya Mətbuat Fondunun ofisində qonaq olub. 

Təşkilatla səfirlik arasında uzun illərdir davam edən dostluq münasibətlərindən və qarşılıqlı əməkdaşlıqdan məmnun olduğunu bildirən səfir, BAMF prezidenti Umud Mirzəyevə və Eurasia Diary redaksiyasına dərin təşəkkürünü bildirib.

Görüş sonrasında səfir Eurasia Diary-yə eksklüziv müsahibə verib:

- Kəşmir problemi üçün 2019 gərginliklərlə dolu bir il oldu. Həm fevral ayında baş tutan hərbi toqquşmalar, həm də avqust ayında Kəşmirin “Yüksək Muxtariyyat” statusunun Hindistan tərəfindən ləğv edilməsi Kəşmirdə və regionda münaqişə riskini daha da artırdı. 2020-ci ildə rəsmi İslamabad bu problemin həlli üçün hansı konkret və praktiki addımlar atmağı düşünür?

- Qeyd etdiyiniz kimi, 2019-cu il, xüsusilə Pakistan və Hindistan arasında gərginliklərlə dolu bir il oldu. Biz istər nazir, istərsə də prezident səviyyəsində dəfələrlə sülh danışıqları ilə bağlı çağırışlar etsək də, Hindistan rəsmiləri həmişə konstitusiya baxımından haqlı olduqlarını, Kəşmiri Hind İttifaqının bir hissəsi hesab etdikləri üçün bu məsələdə bizimlə görüşməkdən imtina etdilər. Əlbəttə ki, sülhsevər bir ölkə olaraq bütün münaqişə və problemlərin yalnız danışıqlar masasında həll edilə biləcəyini anlayırıq. Kəşmir münaqişəsinə gəldikdə, heç vaxt mövqeyimizi dəyişdirməmişik. Həmişə Kəşmir məsələsinin Təhlükəsizlik Şurasının 11-ci qətnaməsinə uyğun olaraq həll edilməli olduğunu müdafiə etmiş və bəyan etmişik, və bu  bizim nəinki bölgədə, həm də qlobal miqyasda sülh və təhlükəsizliyin təmin edilməsilə bağlı mövqeyimizdir.

Biz Beynəlxalq ictimaiyyətdən, Beynəlxalq İnsan Haqları Təşkilatlarından Kəşmirə getmələrini və vəziyyətə şahid olmalarını istəyərək həll yollarını axtarırıq. Təəssüf ki, Hindistanın Kəşmirlə bağlı iddialarına dair həqiqətləri söyləmələrindən çəkindikləri, siyasətçilərin belə getməsinə icazə verilmədiyi bu bölgəyə onların səfər etməsi bu günə qədər mümkün deyil. Bu məsələnin nəinki regionda, hətta regiondan kənarda ciddi fəsadlara səbəb olacağından narahat olaraq beynəlxalq ictimaiyyətə, sivil cəmiyyətlərə və vətəndaş cəmiyyətlərinə durmadan müraciətlər edirik.

- Bu yaxınlarda Pakistan Baş Naziri cənab İmran Xan və Azərbaycan Prezidenti cənab İlham Əliyevin Davos forumu çərçivəsində baş tutmuş görüşünü xatırladmaq istərdim. Dövlət rəhbərlərinin görüşündən sonra iki ölkə arasındakı münasibətlərin inkişafını necə qiymətləndirirsiniz?

- Aydındır ki, Pakistan və Azərbaycan arasında rəhbərlik səviyyəsində hər zaman çox səmimi, qardaş və dost münasibətlər olmub. Bir məqamı da deyim ki, iki ölkə rəhbərlərinin görüşü zamanı Pakistan prezidenti iki baş nazirin səfərlərindən savayı, Azərbaycana səfər edən ölkəsinin 5-ci prezidenti olduğunu qeyd etmişdi. Beləliklə, bu, Azərbaycan Respublikasının müstəqillik qazandığı 29 il ərzində Pakistandan Azərbaycana ən yüksək səviyyədə edilən yeddinci səfər idi.

Ümumiyyətlə, Davos görüşü bizi bir araya gətirən ölkələr üçün fikir mübadiləsi aparmaq və təkcə Kəşmirdə deyil, Əfqanıstanda da münaqişənin sülh yolu ilə həllini tapmaq baxımdan çox faydalı oldu. Görüşdə Baş Nazir İmran Xan və Prezident İlham Əliyev bir sıra digər qlobal problemlərə toxunmaqla yanaşı, Kəşmir və Dağlıq Qarabağ münaqişələrini sülh yolu ilə həlli perspektivləri də müzakirə etdilər. Bundan əlavə, bu il iki liderin ölkələr arasındakı əlaqələrin daha da inkişaf etdirilməsi üçün qarşılıqlı səfərlər planlaşdırmaları gözlənilir.

- Pakistanla Azərbaycan arasında 2016-cı ildən bu günədək hərbi əməkdaşlıq ilbəil inkişaf edir, genişlənir. 2020-ci ildə hərbi əməkdaşlıq üçün əsas prioritetlər nələr olacaq? Super Mushaklardan sonra Pakistan Azərbaycana yeni tipli qırıcılar və ya roket sistemləri sata bilərmi?

- Pakistan həmişə Azərbaycanla müxtəlif sahələrdə münasibətləri inkişaf etdirmək istəyir. Əlbəttə ki, hərbi sahə onlardan biridir. Buna baxmayaraq ki, biz Azərbaycanın bütün haqlı narahatlıqlarını və tələblərini həll etmək istəyirik. Bildiyiniz kimi, bu ilin əvvəlində, 16 yanvarda Azərbaycan Müdafiə Nazirliyinin nümayəndələri Pakistana səfər etmişdilər. Danışıqların müzakirə mövzusu Azərbaycanın müdafiə sistemindəki əsas ehtiyaclarını əhatə edirdi. Pakistan Azərbaycanın ehtiyaclarına qarşı diqqətlidir.  Rəsmi İslamabad Azərbaycanın silahlı qüvvələrini həm siyasi, həm də hərbi-texniki baxımdan daim dəstəkləməyə hazırdır.

Bir daha əlavə etmək istərdim ki, Pakistan və Azərbaycan münaqişəni alovlandıran ölkələr deyil və xüsusilə Pakistan öz hərbi gücünü qanuni müdafiə ehtiyacları üçün inkişaf etdirir, hücum üçün deyil. Biz sülhsevər ölkələrik və hər məsələdə sülhü dəstəkləyirik. Buna görə də, hərbi qüvvəmizi yalnız ölkəmizin qorunması, eləcə də təhlükəsizlik və sabitliyin təmin edilməsi üçün gücləndirməyə çalışırıq.

- Biz hər zaman Qarabağ məsələsində Pakistandan tam dəstək görmüşük, istər aprel döyüşləri zamanı, istər avqust hadisələri zamanı, istərsə də digər dönəmlərdə. Bəs rəsmi İslamabad Bakının “Kəşmir mövqeyi”ndən razıdırmı? Bakı gərəkli qədər müttəfiqinə bu və ya digər məsələlərdə dəstək ola bilirmi?

- Azərbaycan digər dörd ölkə ilə birlikdə İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Kəşmir üzrə işçi qrupunun önəmli üzvüdür. Qeyd etmək lazımdır ki, Azərbaycan həmişə İƏT kontekstində lazım olanda bu məsələ ilə bağlı press-relizlərlə çıxış edib.

Bir çox problemlemlərin beynəlxalq səviyyədə müzakirəsi zamanı Azərbaycan qərəzli mövqe sərgiliyənlərə qarşı çıxaraq Pakistanın lehinə səs verib. Buna görə də, biz hər zaman Azərbaycanın Kəşmir məsələsində mövqeyini yüksək qiymətləndirmişik.

- Niyə Pakistan Beynəlxalq Şimal-Cənub-Nəqliyyat Dəhlizində iştirak etmir? Azərbaycan 2005-ci ildən bəri Pakistanın bu layihədə gərəkli olduğunu qeyd edir. Türkiyə və İran da Gvadar limanının layihənin davamlılığı üçün zəruri olduğunu bildirərək Pakistanı bu layihəyə qoşmaq üçün diplomatik cəhdlər edirlər. Bəs Pakistan bu layihəyə qoşulmaq arzusundadırmı?

- Pakistan bu layihəyə qoşulmağa çox can atır, və bunun üçün çox səy göstərir. Ancaq layihəyə qoşulmaq üçün təkcə biz yox, İran, Rusiya və Azərbaycan da təşəbbüs göstərməlidir. Digər tərəfdən, İrana qarşı tədbiq edilən  sanksiyalar və beynəlxalq münasibətlərdəki gərginlik kimi problemlər layihənin sürətli inkişafının ləngiməsinə səbəb olur. Bütün bunları nəzərə alaraq, layihənin nə zaman bitəcəyini bilməsək də, layihədə iştirak etməkdə maraqlıyıq və eyni zamanda Cavhar limanının da bu layihəyə qoşulmasını istəyirik, bu da bütün ölkələr üçün çox faydalı olacaq.

Bundan əlavə, Azərbaycanın hökumət nümayəndələri ilə görüşlərdə mən təxminən  400 milyon tona qədər yük qəbul edə bilən Gvadar limanının perspektivləri barədə məlumat verdim. Gvadar əslində Azərbaycan və Rusiyanın mallarının dəniz yolu ilə bir-iki gün ərzində Çinə çatdırılması üçün alternativ bir nəqliyyat dəhlizi mərkəzinə çevrilə bilər.

- Pakistan və Azərbaycan inkişaf etməkdə olan ölkələrdir və müxtəlif sahələrdə bir-birindən faydalana bilər. Son 3 ildə ticarət sektorunda irəliləyişlər olsa da, iqtisadi əlaqələrimizi daha da inkişaf etdirmək üçün nə kimi addımların atılmasını təklif edərdiniz?

- Məlum olduğu kimi, Azərbaycanın enerji sahəsində böyük təcrübəsi var və bu baxımdan Pakistan bu sahəyə də investisiya qoymaqda maraqlıdır. Yaxşı xəbər ondan ibarətdir ki, Pakistanda maye qaz ilə təmin edən YDM-lərin yaradılması ilə bağlı artıq SOCAR-la danışıqlar gedir.

Alternativ olaraq, Pakistan böyük sənayeləşmiş zonaya malikdir və azərbaycanlıların Pakistana gələrək onun iqtisadi və sənaye tipli rayonlarında, xüsusən də Çin sərhədinə yaxın dəhliz zonasında hökumət səviyyəsində razılaşdırılaraq investisiya qoyması üçün münbit şərait yaradılır.

Əlavə etmək istərdim ki, Pakistan Azərbaycanla təhsil, turizm, əczaçılıq və bir çox müxtəlif sahələrdə əlaqələri inkişaf etdirməyə hazırdır.

Nəzərinizə çatdırım ki, bu səhər Xarici İşlər Nazirinin müavini Ramiz Həsənovla bir sıra faydalı layihələri, o cümlədən Pakistan və Azərbaycana gedən insanlar üçün daha ucuz yükdaşıma və səyahəti təmin edə bilən hava əlaqəsi qurmağı müzakirə etdik.

Bundan əlavə, Pakistan Azərbaycanda tez-tez bir sıra sərgilər keçirir. Keçən il burada Pakistan məhsullarını nümayiş etdirən üç sərgi keçirdik. Həmçinin ötən ilin mart ayında Türkiyə, Azərbaycan və Pakistan da daxil olmaqla üçtərəfi sərgi təşkil etdik. Bundan sonra noyabr ayında Pakistanın Əczaçılıq Federasiyası tərəfindən başqa bir sərgimiz də təşkil olundu.

Pakistan Azərbaycanın sarsılmaz tərəfdaşıdır və Azərbaycanla iqtisadi əlaqələrin davamlı inkişafı üçün bir çox layihələr üzərində işləyirik.

Müsahibəni götürdü: Elnur Ənvəroğlu

Eurasia Diary-nin baş redaktoru

 

Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Prezident Almaniyanın xarici işlər naziri ilə görüşdü
17:21 26.04.2024
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
17:05 26.04.2024
Qərb Cənubi Qafqazı Ukraynalaşdırmaq istəyir - Deputat Elman Nəsirov-VİDEO
17:00 26.04.2024
36 azərbaycanlı tələbə İsveçin Təqaüd Proqramının QALİBİ OLDU
16:38 26.04.2024
Ailəsi ilə birgə oğlu tərəfindən öldürülən direktorun yerinə TƏYİNAT
16:26 26.04.2024
Dünən 4 il sonra daha bir tarixi hadisəyə şahid olduq! – VİDEO
16:24 26.04.2024
Ukayna hərbi xidmətə məhdud yararlı şəxsləri ordu sıralarına cəlb edəcək
16:20 26.04.2024
“Aİ sırf bu səbəbdən Azərbaycana sanksiya etmək niyyətindədir” – Rus Politoloqdan ÖZƏL AÇIQLAMA
16:10 26.04.2024
Yeni Haiti hökuməti gizli mərasimlə işə başlayıb
Yeni Haiti hökuməti gizli mərasimlə işə başlayıb
16:00 26.04.2024
Çin "son texnoloji"  təcrübələr üçün kosmik missiyaya başlayıb
Çin "son texnoloji"  təcrübələr üçün kosmik missiyaya başlayıb
15:55 26.04.2024
Berlində diaspor fəalları Azərbaycana həmrəylik nümayiş etdiriblər -VIDEO
15:51 26.04.2024
Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq
Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq
15:41 26.04.2024
Mina təmizləmə üzrə İşçi qrupunun üzvləri Ağdamda səfərdə olublar - FOTOLAR
15:35 26.04.2024
Prezident İlham Əliyev: Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq
15:32 26.04.2024
Prezident: COP29 qarşıdurma arenası olmayacaq
Prezident: COP29 qarşıdurma arenası olmayacaq
15:28 26.04.2024
Hamısı