Xəbər verdiyimiz kimi bu gün Laçın rayonunun erməni silahlı birləşmələri tərəfindən işğalının 28-ci ildönümüdür. Sirr deyil ki, Ermənistanla həmsərhəd olması baxımından bu rayon ermənilər üçün strateji əhəmiyyətə malik idi. Təəssüflər olsun ki, Laçın da eynilə Şuşa kimi güclü müqavimət olmadan, daxili xəyanət və təxribatlarla düşmənə təslim edildi.
Bəs Laçın xəyanətinin arxasında hansı qüvvələr dururdu? Hansı hərbi fiqurun Laçından uzaqlaşdırılması rayonun süqutuna səbəb oldu? Laçının işğalından sonra həyata keçirilən Laçın dəhlizi əməliyyatı nə üçün dayandırıldı?
Bu və digər suallara Qarabağ qazisi, Laçın uğrunda gedən döyüşlərdə fəal iştirak etmiş hərbçi Ədalət Mustafayev saytımıza verdiyi müsahibədə ətraflı cavab verib:
EDNews.net sözügedən müsahibəni sizə təqdim edir:
Nicat İsmayılov