İşğaldan azad edilmiş ərazilərdə bir müddət terror və diversiya hadisələrinin olacağı istisna edilmir ekspert

Müsahibələr 13:51 15.12.2020

Noyabrın 26-da və dekabrın 8-də işğaldan azad edilmiş ərazilərdə erməni silahlılarının təxribatı nəticəsində 4 hərbi qulluqçumuz həlak oldu, 3 nəfər yaralandı. Mövzu ilə bağlı Eurasia Diary beynəlxalq münasibətlər üzrə ekspert Zəfər Nəcəfovdan müsahibə alıb.

 

Hadrutda erməni hərbçilərinin törətdiyi təxribat nəyə hesablanıb və rəsmi İrəvanın mövqeyini hansı formada əks etdirir?

- Hadrutda baş vermiş hərbi insidentin bir neçə səbəbdən qaynaqlanması istisna edilmir.

Birincisi, Azərbaycanda Zəfər Paradının keçirilməsindən, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və türk hərbçilərinin həmin parada qatıldığından, habelə ayın 12-də İlham Əliyevin ATƏT-in Minsk Qrupunu yuyub-sərdiyi çıxışından sonra Hadrut hadisələrinin ortaya çıxması təsadüfi deyil. Bu, Azərbaycanın qələbəsinə olan qısqanclığın əyani təzahürüdür.

İkincisi, Ermənistanda narazı qüvvələrin Baş nazir Paşinyanın istefası tələblərindən fikirləri yayındırmaq. Adətən hakimiyyət böhranı yaşayan ölkələr çıxış yolu qismində xarici düşmən və ya xarici təhdid mənbəyi “tapmaqla” ölkədaxili narazılığı bu yolla neytrallaşdırmaq məqsədi güdür. Digər tərəfdən, ölkədə 44 günlük müharibənin nəticələrinə qarşı yaranmış etiraz və müqavimətin davam etdirilməsi obrazını yaratmaqla, Paşinyan həm də dolayısı ilə erməni ictimaiyyəti tərəfindən həmin sənədin dəstəklənmədiyini nümayiş etdirir. Ölkə prezidentinin Hadrut hadisələri ilə bağlı parlamentin təcili sessiyasını çağırmaq təklifi bu məsələ ətrafında süni ajiotaj yaratmaq və bu yolla problemi istər ölkə daxilində, istərsə də ölkə hüdudlarından kənarda qabartmağa səy göstərmək məqsədindən irəli gəlir.

Üçüncüsü, Ermənistan bu təxribatı Azərbaycanın ayağına yazmaqla ölkəmizi Rusiyanın sülhməramlı fəaliyyətinə etimadsızlığı kimi qələməyə verməyə və bu yolla    rəsmi Moskvanı bizə qarşı çıxmağa təhrik etmək istəyir.

Dördüncüsü, Paşinyan Hadrutda erməni terror-diversantlarına qarşı  Azərbaycan hərbçiləri ilə yanaşı türk birliklərinin də yer alması faktını dilə gətirməklə, rəsmi Ankaraya qarşı qarayaxma kampaniyasını davam etdirmək, onun Dağlıq Qarabağda rəsmi Moskvanın sülməramlı fəaliyyətinin təsirini heçə endirmək, post-konflikt mərhələsində Rusiya ilə Türkiyə əlaqələrini zədələmək məqsədi güdür. Bir neçə gün əvvəl Ermənistanın yeni Xarici İşlər naziri Ara Ayvazyanın Moskva səfəri zamanı  Türkiyənin  hərbi texnikasının və cəlb edilən müzdluların hələ də münaqişə bölgəsində qalması haqqında qərəzli fikirləri Türkiyənin əleyhdarlarına (ABŞ və Avropa İttifaqının bəzi ölkələri) kozır vermək anlamına gəlir.  

Beçincisi, bu problem ətrafında Ermənistan hakimiyyəti geniş və məqsədyönlü informasiya müharibəsi aparır. Onlar sosial şəbəkələrdə erməni hərbçilərinin qətlə yetirilməsi və Azərbaycan hərbçilərinin Bəyanatda nəzərdə tutulmayan ermənilərə aid ərazilərə daxil olub oranı boşaltması, Azərbaycanın qondarma “DQR”ə doğru irəliləməsi barədə feyk xəbərlər yaymaqla məşğuldurlar. Ermənistan XİN-i isə Azərbaycan ərazilərinin deokupasiyasında separatçı rejimin prioritet təşkil etdiyini bəyan edir. Xüsusən də bu kampaniyanı daha çox noyabrın 10-da “de-yure” məhv edilmiş separatçı rejimin rəsmilərinin aparması diqqəti cəlb edir. Bu yolla onlar öz ənənəvi taktikalarını – qondarma rejimin statusuna və əhalisinə qarşı Azərbaycanın dözümsüzlüyü” fikrini ortaya atmaqla beynəlxalq aləmdə ölkəmizə qarşı mənfi kampaniyanı davam etdirirlər. Minsk Qrupunun həmsədrlərini İrəvanda qəbul edərkən həm Nikol Paşinyan, həm də A.Ayvazyan ““DQR”-in statusunun müəyyən edilməsinin ən önəmli şərt olduğunu” bəyan edib.

Altıncısı, hərbi insidentin Hadrutda baş verməsi heç də təsadüfi deyil. Hadrut Dağlıq Qarabağın inzibati ərazi sərhədlərinə daxil olsa da, 44 günlük müharibə zamanı ordumuz tərəfindən azad edilib və sülhməramlıların fəaliyyətinə daxil deyil. Hazırda bununla barışmayan Ermənistan hakimiyyəti hərbi təxribatı ora keçirməklə, həmin ərazini Rusiya sülhməramlılarının fəaliyyət arealına daxil etməyə çalşırlar.  Hadisələrin bu istiqamətdə inkişafından Rusiyanın maraqsız olduğunu söyləmək sadəlövhlük olar.

Bu cür təxribatlar erməni terrorunun regionda yenidən baş qaldırmasına gətirib çıxara bilərmi?

- Şübhəsiz hazırda hərbi-siyasi vəziyyət post-konflikt reabilitasiyası kimi xarakterizə edilir. Bu prosesin uğurlu olması bir sıra amillərdən: tərksilah və silahlı birləşmələrin buraxılması, demilitarizasiya, demarkasiya,  qaçqınların repatriasiyası, hərbi əsirlərin və məhbusların azad edilməsi, nəqliyyat və ya alternativ kommunikasiya xətlərinin yaradılması, sosial, siyasi və iqtisadi  infrastrukturun bərpası və islahatların aparılması və s. asılıdır. Sadalanan faktorlardan demək olar ki, xeyli hissəsi hələ həll edilməyib. Erməni işğlına son qoyulsa da, bu tip məsələlərin tam şəkildə həll edilməməsi münaqişə zonasında atəşkəsi hər an pozmağa, maraqlı qüvvələrin geosiyasi planlarının lehinə işləyə bilər.

Ermənistan kimi şüuru zədələnmiş bir cəmiyyətdə asanlıqla ictimai-siyasi, hərbi, mənəvi-ideoloji transformasiyaya nail olmaq olduqca çətin və mürəkkəb bir prosesdir. Məhz bu səbəbdən onların qısa müddətdə Miatsumdan, enozisdən və “Böyük Ermənistan”dan əl çəkəcəyi hələ ki, az inandırıcıdır.  10 noyabr Bəyanatından heç bir ay keçməmiş baş vermiş Hadrut hadisələri Ermənistanın hakimiyyətinin yeni reallığa adaptasiya oluna bilməməsinə dəlalət edir. 

Dağlıq Qarabağ ərazisində silahlı ermənilərin qalmasının qarşısını necə almaq olar? Bu məsələdə Rusiya sülhməramlılarının üzərinə hansı vəzifələr düşür?

- Sülhməramlı fəaliyyət davamlı sülh üçün əlverişli şərait yaratmağa və eyni zamanda yenidən hərbi əməliyyatlar riskini azaltmağa yönəlmiş komleks prosesdir. Bu prosesin ən önəmli hissəsi demobilizasiya üzrə əməliyyatlardır. Bu tip əməliyyatlar vuruşan tərəflərin ayrılmasına, əvvəllər döyüşlərdə iştirak etmiş kombatantların (hazırda isə qanunsuz silahlı birləşmələrdə iştirak edənlər) məcburən tərksilah edilməsinə xidmət etməlidir. Xüsusən də, erməni silahlı birləşmələrinin ərazilərimizdə gizlənib qəfil Silahlı Qüvvələrimizə və mülki vətəndaşlarımıza hücumlar təşkil etməsi işğaldan azad edilmiş bəzi ərazilərimizdə, xüsusən də meşəlik və dağlıq hissələrdə diversiya-terror  təhlükəsinin yüksək olduğunu deməyə əsas verir.

Azərbaycanın işğaldan azad edilmiş digər ərazilərində (Paşinyan Zəngilan və Qubadlının adını çəkib) də, xüsusən strateji nəqliyyat-kommunikasiya xətlərinin üzərində yerləşən bölgələrdə belə təxribat diversiya hadisələrinin olacağı istisna edilmir. Lakin erməni təxribatçılarının əsasən rus sülhməramlılarının dayandıqları yerlərdə də diversiya törədəcəyi ehtimalı yüksəkdir.

Şübhəsiz, sülhməramlı fəaliyyət adından göründüyü kimi beynəlxalq miqyasda mütərəqqi bir proses olsa da, o da siyasətin realizə vasitələrindən biridir. MDB məkanını özünün “həyati mühüm zonası” elan etməklə, rəsmi Moskva bu ərazidəki münaqişələrin həllini öz monopoliyasında saxlamaq istəyir. Belə olan təqdirdə, Rusiyanın Dağlıq Qarabağda qərəzsiz və neytral sülhməramlı fəaliyyət göstərəcəyi şübhə doğurur. Bir sözlə, Rusiya Dağlıq Qarabağda sülhməramlı adı altında öz oyununu oynamaqdadır. Maraq doğuran məqam ondan ibarətdir ki, Türkiyəli hərbçilər öz fəaliyyətinin icrasına başlayandan sonra atəşkəsin pozulması istiqamətində maraqlı oyunçular hansı kartlardan istifadə edəcəklər?

Müsahibəni aldı: Gülnar Səlimova

"Bizim bizdən başqa dostumuz yoxdu" - Elman Nəsirov - VİDEO

Xəbər xətti

NİİM əhaliyə müraciət etdi – VİDEO
10:23 26.04.2024
ABŞ-la Çin arasında Ay uğrunda RƏQABƏT - ANALİTİKA
10:20 26.04.2024
Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır
10:19 26.04.2024
Xocavənddə partlayıcı vasitələr aşkarlandı
10:14 26.04.2024
ABŞ-dan Ukraynaya böyük dəstək
ABŞ-dan Ukraynaya böyük dəstək
10:06 26.04.2024
Çin ABŞ-a xəbərdarlıq edib
Çin ABŞ-a xəbərdarlıq edib
09:44 26.04.2024
Musiqi və incəsənət məktəblərinə şagird qəbulunda - Yenilik
09:31 26.04.2024
Azərbaycan nefti ucuzlaşdı
09:20 26.04.2024
Bakıda 29 dərəcə isti olacaq - Günün HAVA PROQNOZU
09:16 26.04.2024
Füzuli şəhərinə növbəti köç karvanı yola düşdü
09:00 26.04.2024
Zelenski: “NATO ölkələri Rusiyadan qorxurlar”
08:00 26.04.2024
"Sabah" Gənclər Liqasının qalibi oldu
06:18 26.04.2024
Cəlilabadda QƏZA - 20 baş qoyun tələf olub
05:17 26.04.2024
Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar AŞKARLANDI
04:05 26.04.2024
Filippində festival zamanı 45 nəfər istidən huşunu itirib
02:00 26.04.2024
Yunanıstan Paris olimpiadasının obyektlərini qorumaq üçün Fransaya “Crotale” HHM sistemləri verə bilər
01:00 26.04.2024
Futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib
00:05 26.04.2024
İsrail HHQ “Hizbullah”ın Livandakı hədəflərinə zərbələr endirib
23:45 25.04.2024
Si Cinpin hərbi həkimləri mümkün müharibəyə hazır olmağa çağırıb
23:23 25.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazanıb
23:00 25.04.2024
Stoltenberq NATO baş katibi postunu tərk edəndən sonra pilot ola bilər
22:40 25.04.2024
ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans keçirilir
22:22 25.04.2024
Britaniya İrana yeni sanksiyalar tətbiq edib
22:00 25.04.2024
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir
21:55 25.04.2024
Avtoxuliqanlıq edən sürücü HƏBS OLUNUB
21:41 25.04.2024
Makron: “Bugünkü Avropa ölümcül vəziyyətdədir”
21:22 25.04.2024
Bu tarixdən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır
21:00 25.04.2024
Ağdam Cümə məscidində ilk Azan VERİLİB
20:50 25.04.2024
Türkmənistan Xəzər dənizində mineral ehtiyatlarının mənimsənilməsi üçün yeni zavod tikir
20:39 25.04.2024
Sahibə Qafarova Monteneqroda rəsmi səfərdədir
20:34 25.04.2024
Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub
20:20 25.04.2024
Qumar oynayanları hansı cəzalar gözləyir? - Hüquqşünas AÇIQLAYIR
20:00 25.04.2024
Azərbaycan Prezidenti Füzuli Hava Limanından ilk dəfə olaraq Berlinə yola düşüb
19:50 25.04.2024
Ali Radanın deputatı: Müharibələr üçün pul kisəsi olan Vardanyan Nobel Sülh Mükafatına layiq görülə bilməz
19:40 25.04.2024
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb
19:30 25.04.2024
Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib - YENİLƏNİB
19:30 25.04.2024
Ərdoğan Türkiyədə Qazaxıstanın baş nazirini qəbul edib
19:20 25.04.2024
Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
19:07 25.04.2024
Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələri quraşdırılır
19:00 25.04.2024
Malıbəylidə aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb
18:35 25.04.2024
Hamısı