Putinin zəifləməsi faktdır, amma buna sevinməyin Müsahibə

"Putinin gedişi Rusiyada daha da şovinist bir rejimin hakimiyyətə gəlməsi ilə nəticələnə bilər"

Müsahibələr 13:07 05.02.2021

Bu gün ABŞ və Rusiya arasında olan münasibətlər 1980-ci illərdəkindən daha pisdir. Xüsusilə də, Moskvanın ABŞ-dakı seçki kampaniyasına müdaxiləsi, Rusiyanın məramını və necə təhlükəli olduğunu göstərir.

Ümumiyyətlə, Rusiyanın Krımı ilhaq etməsi və Ukraynanın cənub-şərqində müharibəyə başlaması, üstəlik Suriyada amansız vətəndaş müharibəsində Bəşər Əsədə dəstək olması və Qafqazda təsir gücünü artırması ABŞ-la münasibətləri gərginləşdirdi. Nəticədə, yeni seçilən prezident Co Bayden kürsüyə oturar-oturmaz Rusiyanı ittiham edərək, xəbərdar etməkdən belə çəkinmədi.

Siyasi ekspert Patrik Uolş Eurasia Diary-yə müsahibəsində Rusiya-ABŞ münasibətləri, eləcə də müxalifət lideri Aleksey Navalnının həbs edilməsindən sonra Rusiyada başlayan geniş etiraz aksiyaları ilə bağlı məsələlərə aydınlıq gətirib. O, həmçinin Rusiyanın Qafqazda və xüsusən də Azərbaycanda gələcək rolu barədə də söz açıb.

2021-ci il, Co Baydenin prezident seçkilərində qalib gəlməsindən sonra rusiyalı həmkarı Putinlə soyuq münasibətlə başladı. Rusiyadakı xaos, xüsusən müxalifət lideri A.Navalnının həbsi qərbi Kremlə qarşı hərəkətə keçməyə sövq etdi. Ölkədəki gərginliyin artması fonunda Putin administrasiyasını nə kimi aqibət gözləyə bilər?

2021-ci il bəzi mühüm beynəlxalq hadisələrlə başladı. Co Bayden, ABŞ-ın yeni prezidenti olaraq Ağ Evdə kürsüyə əyləşdi. Əlbəttə, yeni prezidentlə Kremldəki həmkarı Putin arasında münasibətlərin daha soyuq olacağı gözlənilir. Rusiyada müxalifət lideri Aleksey Navalnının həbs edilməsindən sonra keçirilən etirazlar, Qərbdəki anti-Rusiya meyllərinin güclənməsinə gətirib çıxardı. Ölkədəki artan gərginlik və Qərbin reaksiyası çox güman ki, Putin administrasiyası üçün ağır nəticələri səbəb ola bilər.

Donald Tramp hakimiyyətdə olduğu dövrdə Putinlə aralarında iş birliyi yaratmışdı. Trampın 2020-ci il prezident seçkilərində məğlubiyyətini qəbul etməməsi eynilə Demokrat Partiyasının nümayəndəsinin 2016-cı ildə Trampa məğlubiyyətini qəbul etməməsinə oxşadı. Lakin o zaman Hilları Klintonun bu addımı diqqəti o qədər də cəlb etməmişdi. Halbuki, Demokrat Partiyası tərəfdarları Trampın seçilməsini qanunsuz hesab edirdilər və hətta onun Moskvanın dəstəyi ilə hakimiyyətə gəldiyini, eyni zamanda Hillari Klintonun səslərini mənimsədiyini iddia edirdilər. Bu ittiham Konqres sorğularının və ilk impiçment cəhdinin əsasını təşkil etdi. Deməli, Prezident Bayden ilə Putin arasındakı münasibətlərin yaxşı olacağı ehtimalı çox azdır. Onu da əlavə edim ki, Tramp prezidentliyi dönəmində ABŞ əsas geosiyasi diqqətini Rusiyaya deyil, məhz Çinə yönəltdi. Bu çox aydın başa düşülür. Çünki Çin, ABŞ-ın dünyadakı iqtisadi hegemonluğu üçün Putinin yenidən ayağa qaldırdığı, lakin hələ də Sovet İttifaqının gücünə çatdıra bilmədiyi nisbətən zəif Rusiyadan daha böyük təhlükədir.

Aleksey Navalnı 2021-ci ildə Rusiya üçün hansı anlamı daşıyır?

Navalnı, Putinə qarşı son 20 ildə ortaya çıxan ən ciddi müxalifətdir. Bu, onu Qərbə daha cazibədar göstərən əsas amildir. Əslində, Navalnının Rusiyadakı tərəfdarlarının əksəriyyətində Navalnının Putinin postuna yiyələnməsindən çox, Rusiya prezidentinin nüfuzunu sarsıtmaq üçün daha faydalı olduğuna inanmaları müşahidə olunur. Navalnı populyar bir personaj kimi görünmür və daha çox rus şovinismini özündə ehtiva edir. Buna baxmayaraq, o, feminist anarxistlərdən burjua liberallarına qədər geniş bir siyasi spektr tərəfindən dəstəklənir. ABŞ-la Rusiya müxalifəti arasında olan fərq sadəcə odur ki, Vaşinqton Navalnının Rusiyanı sıradan çıxaracağına və demokratik xaosa sürükləyə biləcəyinə ümid bəsləyir, lakin Rusiyadakı müxalifət hələ də potensial liberal bir demokratik dövlət olacağına inanır. Tarix isə onların səhv etdiklərini və ABŞ-ın daha möhkəm bir mövqedə olduğunu göstərir.

Bir çox siyasətçi Putinin əvvəlki qədər güclü olmadığını söyləyir. Putin iqtidarı tərk edərsə, onun yerini tutacaq ən real namizəd kim ola bilər?

Əlbəttə, bu fikirlə razıyam ki, bir çox müşahidəçilər də Putinin əvvəlki qədər güclü olmadığına inanır. Bu, bəlkə də qaçılmazdır. Putin siyasi arenada zəiflədi, çünki onun gücünü sürdürəcək varisi yoxdur. Putinin hakimiyyətdən gedəcəyi təqdirdə Rusiyanın zəifləyəcəyi qaçılmazdır. Amma Putinə qarşı müxalifət çox dağınıqdır və Rusiya heç vaxt Qərb xəttində funksional bir partiya sistemi inkişaf etdirməyib. Yəni effektiv alternativ hökuməti yoxdur. Bütün bunlar Putinin istefası ilə Rusiya hakimiyyətinin iflic vəziyyətə düşəcəyini və Yeltsin dönəminə geri dönəcəyini göstərir. Rusiyanın qərbyönümlü bir rəhbər tərəfindən düzgün idarə edilə bilməsi qeyri-realdır. Rusiyanın tarixi inkişafı və Qərbin ona qarşı olan geosiyasi münasibəti çətin ki belə bir inkişafı mümkün etsin.

Rusiya hakimiyyətini qərbyönümlü bir lider idarə etsəydi, bu, Rusiyanın Qafqazdakı rolunu necə dəyişdirərdi?

Qafqazda çoxları Putin hakimiyyətinin süquta uğramasından məmnun ola bilər. Ancaq burada ehtiyatlı olmaq da lazımdır. İrlandiyada belə bir məsəl var: "Yoldaş olduğun şeytan tanımadığından daha yaxşıdır". Azərbaycanın Qarabağ müharibəsində Rusiyanın müdaxiləsi olmadan qalib gəlməsi Putinlə yaxşı münasibətin olması ilə əlaqədardır. Təbii ki, Putin digər tərəfdən ermənilərin tam məğlubiyyətinin qarşısını aldı, lakin bu, Ermənistanın təslim olaraq orada daha çox qan tökülməsindənsə, yenidənqurma və infrastruktur işlərinin başlanmasına zəmin yaratdı. Putin hər şeydən əvvəl praqmatikdir. Azərbaycanın yüksələn iqtisadi və hərbi qüdrətini tanıdı və bunun üçün şərait yaratdı. Həmçinin o, Ermənistan kimi qeyri-sabit, asılı və funksional olmayan bir siyasi varlıqdan daha güclü, sabit və sülhsevər qonşu olan Azərbaycana hörmət edir. Putinin süqutu hazırkı administrasiyadan daha çox rus şovinisti ola biləcək və İrəvanı Moskvanın təsiri altına salmaq üçün yeni imkanlar axtaracaq rejimin meydana gəlməsi ilə nəticələnə bilər. 

Müəllif: Elnur Ənvəroğlu 

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bağlanır – VİDEO

Xəbər xətti

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bağlanır – VİDEO
11:22 26.04.2024
ABŞ-da Fələstin tərəfdarı tələbə etirazları böyüyür: Ən azı 570 nəfər saxlanılıb
ABŞ-da Fələstin tərəfdarı tələbə etirazları böyüyür: Ən azı 570 nəfər saxlanılıb
11:20 26.04.2024
İlham Əliyev Almaniyada keçirilən tədbirdə İŞTİRAK EDƏCƏK
11:10 26.04.2024
Rəsmi İrəvandan XİN rəhbərlərinin Qazaxıstanda mümkün görüşü ilə bağlı AÇIQLAMA
11:09 26.04.2024
ABŞ-ın İran addımı: Sanksiyalar bir-birinin ardınca gəldi
ABŞ-ın İran addımı: Sanksiyalar bir-birinin ardınca gəldi
11:05 26.04.2024
LNG  AB-nin enerji siyasətində Rusiya qazını əvəz etdi
LNG AB-nin enerji siyasətində Rusiya qazını əvəz etdi
10:55 26.04.2024
XV Petersberq İqlim Dialoqunun ikinci günü BAŞLAYIR
10:52 26.04.2024
Azərbaycanda 1000 vahiddən az olan ev təsərrüfatlarının uçotu APARILACAQ
10:43 26.04.2024
Husilərdən təhdid:“Əməliyyatlar Hind okeanına qədər genişlənəcək”
Husilərdən təhdid:“Əməliyyatlar Hind okeanına qədər genişlənəcək”
10:37 26.04.2024
Əgər Rusiya bu ərazini işğal etsə...
Əgər Rusiya bu ərazini işğal etsə...
10:30 26.04.2024
DİN-dən qəzalara səbəb olan piyadalarla bağlı MÜRACİƏT – VİDEO
10:23 26.04.2024
ABŞ-la Çin arasında Ay uğrunda RƏQABƏT - ANALİTİKA
10:20 26.04.2024
Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır
10:19 26.04.2024
Xocavənddə partlayıcı vasitələr aşkarlandı
10:14 26.04.2024
ABŞ-dan Ukraynaya böyük dəstək
ABŞ-dan Ukraynaya böyük dəstək
10:06 26.04.2024
Çin ABŞ-a xəbərdarlıq edib
Çin ABŞ-a xəbərdarlıq edib
09:44 26.04.2024
Musiqi və incəsənət məktəblərinə şagird qəbulunda - Yenilik
09:31 26.04.2024
Azərbaycan nefti ucuzlaşdı
09:20 26.04.2024
Bakıda 29 dərəcə isti olacaq - Günün HAVA PROQNOZU
09:16 26.04.2024
Füzuli şəhərinə növbəti köç karvanı yola düşdü
09:00 26.04.2024
Zelenski: “NATO ölkələri Rusiyadan qorxurlar”
08:00 26.04.2024
"Sabah" Gənclər Liqasının qalibi oldu
06:18 26.04.2024
Cəlilabadda QƏZA - 20 baş qoyun tələf olub
05:17 26.04.2024
Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar AŞKARLANDI
04:05 26.04.2024
Filippində festival zamanı 45 nəfər istidən huşunu itirib
02:00 26.04.2024
Yunanıstan Paris olimpiadasının obyektlərini qorumaq üçün Fransaya “Crotale” HHM sistemləri verə bilər
01:00 26.04.2024
Futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib
00:05 26.04.2024
İsrail HHQ “Hizbullah”ın Livandakı hədəflərinə zərbələr endirib
23:45 25.04.2024
Si Cinpin hərbi həkimləri mümkün müharibəyə hazır olmağa çağırıb
23:23 25.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazanıb
23:00 25.04.2024
Stoltenberq NATO baş katibi postunu tərk edəndən sonra pilot ola bilər
22:40 25.04.2024
ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans keçirilir
22:22 25.04.2024
Britaniya İrana yeni sanksiyalar tətbiq edib
22:00 25.04.2024
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir
21:55 25.04.2024
Avtoxuliqanlıq edən sürücü HƏBS OLUNUB
21:41 25.04.2024
Makron: “Bugünkü Avropa ölümcül vəziyyətdədir”
21:22 25.04.2024
Bu tarixdən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır
21:00 25.04.2024
Ağdam Cümə məscidində ilk Azan VERİLİB
20:50 25.04.2024
Türkmənistan Xəzər dənizində mineral ehtiyatlarının mənimsənilməsi üçün yeni zavod tikir
20:39 25.04.2024
Sahibə Qafarova Monteneqroda rəsmi səfərdədir
20:34 25.04.2024
Hamısı