S. Aleksandroviç bildirdi ki, distant təhsil təhsilin forması deyil, texnologiyadır: "Texnologiyalar müxtəlif olur. Onların bəziləri insanları maksimal dərəcədə yaxınlaşdırır. Ənənəvi təhsil ilə distant təhsil arasında ciddi fərq var. Distant təhsilə xüsusilə böyüklər üstünlük verir".
O, distant təhsilin üstünlüklərindən danışarkən bunları dedi: "Elə olur ki, insan texniki təhsil alır, lakin özünü hüquq, maliyyə başqa sahələrdə tapır. Bunun üçün təhsilə ehtiyac yaranır. Böyüklər işlədiklərinə görə distant təhsil onlar üçün sərfəli olur.
Distant təhsilin digər bir üstünlüyü isə odur ki, insan özünə lazım olanı seçir. Onun müəllimləri, vaxtı, ödənişi seçmək imkanı var. Həmçinin bu seçimi istənilən coğrafiyada edə bilər".
Daha ətraflı videoda:
Müsahibəni aldı: Cəmilə Çebotareva
Tərcümə: Gülnar Səlimova