"Elmi ixtiraların bəhrəsini “Bayraktar” insansız hava sistemleri ilə gördük" Ekspert

Müsahibələr 11:16 13.02.2021

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2023-cü ilin sonunda Türkiyənin kosmosa raket buraxmağı və Aya enməyi planlaşdırdığını açıqladı. Ərdoğan Yerdə söz sahibi olmağın göylərdən keçdiyini dedi. Türkiyə prezidentinin bəyanatından sonra Gebzelidəki göytürk əlifbasında “Göy üzünə bax, Ayı gör" yazılı sirli metal blok bununla əlaqədar və reklam məqsədli idi.

Qeyd edək ki, Aya sərt eniş Türkiyə Cümhuriyyətinin 100-cü ildönümünə təsadüf edir.

Türkiyə Kosmik Agentliyinin (TUA) rəhbəri Serdar Hüseyin Yıldırımın sözlərinə görə, Aya ilk səyahət 10 gün çəkəcək və orada Türkiyə bayrağı sancılacaq. İkinci səyahət 2028-ci il üçün planlaşdırılır. Aya yumşaq eniş geniş elmi araşdırmaları nəzərdə tutur. Türkiyə “İmece” adlanan peykində kosmosa öz vətəndaşını göndərəcək. TUA rəhbəri bildirib ki, əvvəl bu şəxsin seçilməsi üçün müraciətlərə baxılacaq. Kosmosa səyahət zamanı yüksək fiziki göstəricilərin önəmli olduğunu nəzərə alsaq, üstünlük kişi və ya qadın pilotlara veriləcək. Növbəti iki ildə onların arasından seçilmiş bir neçəsi təlimlərdə iştirak edəcək və sonda bir və ya iki nəfər seçilərək Aya göndəriləcək.

Bundan əlavə, Türkiyənin sənaye və texnologiyalar naziri Mustafa Varank, Türkiyə, Azərbaycan və Pakistan arasında kosmik fəaliyyət sahəsində müqavilələrin imzalanacağı açıqlaması ilə çıxış edib. Bu, üç qardaş ölkə arasında əməkdaşlığının yeni mərhələsidir.

Eurasia Diary Türkiyənin kosmik səyahəti və Türkiyə-Azərbaycan-Pakistanın kosmik sahədə fəaliyyəti barədə Beynəlxalq münasibətlər üzrə fəlsəfə doktoruna namizəd Aynurə Bağırovadan müsahibə alıb.

Türkiyə, Azərbaycan və Pakistanın kosmik sahədə imzaladığı müqavilə hərbi, yoxsa elmi sahəni əhatə edir? Bu əməkdaşlığın perspektivləri nə olacaq?

- Pakistan və Azərbaycan ilə əməkdaşlıq haqqında sənəd artıq hazırdır və qısa zamanda imzalar atılacaq. Bu Türkiyə Kosmik Agentliyi tərəfindən hazırlanan 10 illik kosmik planıdır və vaxt keçdikcə ortaq ölkələrin iqtisadiyyatının inkişafında ciddi rol oynayacaq. Demək olar ki, bu iqtisadi və elmi layihədir, ancaq bunu da yaddan çıxarmamaq lazımdır ki, siyasi güc də iqtisadi gücə bağlıdır. Əgər siyasi cəhəti “qütbləşmə” olaraq nəzərdə tutursunuzsa, onda bunu da qeyd edim ki,  ABŞ, Rusiya, Yaponiya, Hindistan, Çin və bu ölkələrdəki şirkətlərlə danışıqlar hələ davam edir, bu ölkələrin də əməkdaşlığa qoşulacağını nəzərdə tutan bir layihədir. Ona görə də elmi cəhəti üstündür.

Azərbaycanın artıq kosmik peyki var. Bu əməkdaşlıqda kimlər bizə kömək ola bilər və ya əksinə mane ola bilər?

- Bu əməkdaşlığın fraqmentini İkinci Qarabağ müharibəsi zamanı yaşadıq. Türkiyənin mənəvi dəstəyi tək olmadığımızı, birlikdə daha güclü olduğumuzu (olacağımızı) siyasi arenada bir daha nümayiş etdirdi. Eyni zamanda, Pakistanın nüvə gücü olarak yanımızda olması da çox vacib idi. Ümumiyətlə, Sovetlər Birliyi dağıldıqdan sonra ikiqütblü dünya sistemi artıq çoxqütblüdür. Türkiyə və Azərbaycan da bu çoxqütblü dünya siteminin tələbi olan çoxtərəfli əməkdaşlıqları uğurla yerinə yetirir. Necə deyərlər tək əldən səs çıxmaz.

Ərdoğanın Aya enmək planı Türkiyəyə nə gətirəcək? Nəzərə alsaq ki, Avropanın aparıcı dövlətləri bunu etmir, Türkiyəni nə vadar etdi ki, buna getsin? Türkiyənin hazırki böhran zamanında bu maliyyə xərcləri bu layihənin həyata keçirilməsi və davam etdirilməsinə kifayət edəcəkmi? 

Bəli, Prezident Rəcəb Tayyib Ərdoğan ötən gün Türkiyənin Milli Kosmik Proqramının hədəflərini açıqlamışdı. Kosmik sahədə strateji proqramı yeni nəsil milli peyklər istehsal etmək, kosmosla əlaqə qurmaq, kosmik liman yaratmaq kimi mühüm sahələri əhatə etməktədir. 1 ildən artıq bir müddətdir ki, bütün dünyanı iflic edən koronavirus pandemiyası ilə qarşı-qarşıya ikən, elmi tədqiqatların, elmi cəhətdən asılı olmamağın dəyərini yəqin ki, daha yaxşı anladıq.

Avropanın aparıcı dövlətləri ilə Türkiyəni müqayisə etmək hansı cəhətdən lazımdır? Avropa İttifaqı bir neçə yüz min Suriya qaçqınının ölkələri üçün iqtisadi böhrana səbəb olacağını ifadə etdiyi dövrdə, Ərdoğan ölkəsinin qapılarını 4 milyon Suriyalı qaçqına açdı. 2020-ci ilin mart ayında Yunanıstan sərhəddində yaşananları və eyni zamanda Türkiyənin bu insanlara maddi və mənəvi sahib çıxmasını nəzərə alsaq, Avropa ilə Türkiyəni müqayisə etməyə ehtiyac qalmır.

Aya enməyə gəlincə isə, bunu ABŞ və SSRİ arasında yaşanan Soyuq müharibə dövründəki kosmik yarışı yadımıza salsaq (ABŞ və SSRİ arasında süni peyklərin buraxılması, kosmosa heyvanların və insanın göndərilməsi, avtomatik stansiyaların Ay, Mars və Veneraya göndərilməsi və insanın Aya ayaq basması ilə xarakterizə olunur) bütün bir dünya sistemini dəyişəcək əhəmiyyətdə olduğunu görərik. Elmi araşdırmaların və ixtiraların bəhrəsini yaxın zamanda İkinci Qarabağ Müharibəsində “Bayraktar” insansız hava sistemleri ilə gördük.

Gülnar Səlimova

"Ermənistan sülh yolu ilə getməsə, Azərbaycan başqa üsullar tapacaq" - Aleksey Naumov - VİDEO

Xəbər xətti

Zaqatalada 10-dan artıq şəxs dönərdən zəhərlənib
04:21 08.05.2024
Azərbaycan parataekvondoçuları Avropa çempionatında iştirak edəcək
03:19 08.05.2024
Şotlandiyanın yeni hökumət başçısı məlum olub
02:18 08.05.2024
Futzal üzrə Azərbaycan kubokunun qalibi bəlli oldu
01:00 08.05.2024
202 əcnəbinin ölkəyə girişləri məhdudlaşdırılıb - SƏBƏB
00:16 08.05.2024
Paşinyan: “KTMT-nin Ermənistanda qalması üçün müharibə lazımdır”
23:44 07.05.2024
Aygün Bəylərin ailəsi tiktoker Ləmanla bağlı polisə şikayət edib
23:23 07.05.2024
DİQQƏT! Səhiyyə Nazirliyi və Elektron Təhlükəsizlik Xidməti əhaliyə müraciət edib
23:09 07.05.2024
Kilian Mbappenin "Real"da geyinəcəyi forma nömrəsi bəlli olub
23:00 07.05.2024
Polşada ölkənin avroya keçməyə hazırlığı qiymətləndirilib
22:33 07.05.2024
Naxçıvanda ASAN Vəkil Bürosu açılıb
22:12 07.05.2024
Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun yeddinci iclası keçirilib
21:54 07.05.2024
Quterreş: Qəzzada atəşkəs əldə olunmasa, faciə baş verəcək
21:30 07.05.2024
Azərbaycanın iqlim dəyişikliyi üzrə Şəffaflıq Hesabatının hazırlanmasına dəstək təlimi keçirilib
21:14 07.05.2024
“ÖLÜM AXTARAN QADIN” film layihəsi Polşa Kino İnstitutunun dəstəyini qazanıb
20:51 07.05.2024
Brüsseldə Azərbaycan-Ermənistan normallaşma prosesində regional dinamika müzakirə edilib
20:49 07.05.2024
İtaliyanın "Yuventus" klubu heyətini gücləndirib
20:34 07.05.2024
Avstriya XİN başçısı: NATO-ya üzv olmayacağıq
20:05 07.05.2024
Hərbi Prokurorluqda Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib
19:50 07.05.2024
Bakı-Tbilisi-Qars dəmir yolunda hərəkətin bərpa olunacağı vaxt açıqlanıb
19:30 07.05.2024
Həcc vizası olmayan şəxslər cərimə ediləcək
19:19 07.05.2024
Azərbaycan Slovakiya ilə standartlaşdırma üzrə birgə layihə reallaşdıracaq
19:00 07.05.2024
Slovakiyalı nazir: Bakı və Bratislava müdafiə sahəsində mümkün əməkdaşlığın istiqamətlərini müəyyənləşdiriblər
18:44 07.05.2024
Pakistanın Milli Müdafiə Universitetinin nümayəndə heyəti ilə görüş keçirilib
18:33 07.05.2024
Əli Əsədov Ankarada Heydər Əliyevin abidəsini ziyarət edib
18:24 07.05.2024
Denisa Sakova: “Slovakiya tədarükləri şaxələndirmək üçün Azərbaycan təbii qazına ümid edir”
18:07 07.05.2024
Slovakiya Baş nazirinin Azərbaycana səfəri BAŞA ÇATDI
17:50 07.05.2024
Ukraynadan gətirilən 20 ton ət yararsız çıxdı
17:36 07.05.2024
Bu xəstəxananın vəzifəli şəxsi həbs olundu - DETALLAR
17:27 07.05.2024
Zaxarova: "Londonun təhdidləri reallaşarsa, Rusiya Britaniyanın hərbi obyektlərini vura bilər"
Zaxarova: "Londonun təhdidləri reallaşarsa, Rusiya Britaniyanın hərbi obyektlərini vura bilər"
17:11 07.05.2024
Azərbaycanda taksi sayına məhdudiyyət qoyula bilər – RƏSMİ
17:00 07.05.2024
Trampın məxfi sənədləri üzrə məhkəmə prosesi bu vaxt başlayacaq...
Trampın məxfi sənədləri üzrə məhkəmə prosesi bu vaxt başlayacaq...
16:46 07.05.2024
Slovakiyanın baş naziri Şəhidlər xiyabanını ziyarət edib
16:35 07.05.2024
Azərbaycan vasitəçiliyi: Türkiyə ilə İsrail münasibətində yeni dövr? - MÜSAHİBƏ - VİDEO
16:35 07.05.2024
Bakı funikulyorunda gediş haqqı artırılıb? - RƏSMİ CAVAB + FOTO
16:25 07.05.2024
Bolqarıstan Prezidenti Azərbaycana GƏLDİ
16:15 07.05.2024
Sumqayıtda təhsil müəssisəsində 250 minlik MƏNİMSƏMƏ - Cinayət işi açıldı
15:57 07.05.2024
Novruz Məmmədov vəzifəsindən azad edildi
15:53 07.05.2024
"Ermənistan sülh yolu ilə getməsə, Azərbaycan başqa üsullar tapacaq" - Aleksey Naumov - VİDEO
15:45 07.05.2024
Azərbaycan Prezidentinin adından Slovakiya Baş nazirinin şərəfinə rəsmi nahar VERİLDİ
15:34 07.05.2024
Hamısı