"Mən Qarabağ dərdini bölüşən azərbaycanlıyam" Reza Deqati - FOTO

Müsahibələr 09:59 18.02.2021

Tanınmış fotomüxbir, National Geographic-in tədqiqatçısı və Ashoka Fondunun baş mütəxəssisi Reza Deqati Eurasia Diary-nin qonağıdır.

Reza Deqati 1952-ci ildə İranın Təbriz şəhərində anadan olub. Milliyyətcə azərbaycanlıdır. Reza dünyanın ən məşhur fotoqraflarından biridir. Onun fotoları National Geographic, GEO, Time Photo və bir çox digər nəşrlərin üz qabığını bəzəyir. S. Ya. Maksimişinin fikrincə, o, zəmanəmizin ən yaxşı reportajçı fotoqraflarından biridir.

Deqati, 1979-cu ildə radikal islamçıları hakimiyyətə gətirən çevrilişdən sonra İranı tərk edib.

Reza Deqati humanist fotoqrafdır. O, insanların faciəsini və qarşıdurmaları, bəşəriyyətin gözəlliyini işıqlandırır. Fotoqraflıqla yanaşı, xeyriyyəçilik fəaliyyəti ilə də məşğul olur. 2001-ci ildə uşaqların təhsili məsələləri ilə məşğul olan AINA xeyriyyə assosiasiyasını yaradıb.

2014-cü ildə Azərbaycana həsr olunmuş 2 kitabı qələmə alıb: Qara Yanvar hadisələri, Dağlıq Qarabağ müharibəsi və Xocalıdakı qətliamla əlaqəli "Atəşin zərifliyi" və "Körpələrin qətliamı". Həmçinin Petit Palais-də sərgi açıb.

- Cənab Reza, tez-tez Azərbaycana gəlirsiniz, xahiş edirəm deyəsiniz, hər dəfə bura gələndə nə hiss edirsiniz?

Reza Deqati: Azərbaycan mənim Vətənimdir. Burada hər şey mənim üçün əzizdir: doğma torpaq, doğma havası, ana dili. Mən çox şey görmüşəm, xüsusən son otuz ildə. Azərbaycan xalqının əzab-əziyyətini, alçaldıldığı illəri. Doxsanıncı illərdə Xocalıda baş verənlər, bütün bunlar yaddaşıma həkk olunub. İndi bir ekspert kimi danışmıram, ağrılarımı, adi bir insanın ağrılarını sizinlə bölüşürəm. Azərbaycan xalqı çox ağrı keçirdi, onların payına çox əzab düşdü. Bütün bunlar həm şeirdə, həm də bu ecazkar insanların musiqisində geniş əks olunur. Ancaq indi ürəyimdə tam əminliklə və sevinərək deyə bilərəm ki, azadıq, torpaqlarımız geri qaytarıldı. Bundan sonra da çiçəklənməyə və sevinməyə davam edəcəyik.

- Bu yaxınlarda Kəlbəcərdə olmusunuz. Gəlin səfəriniz barədə danışaq.

Reza Deqati: Bu, Kəlbəcərə ikinci səfərimdir. Məni həqiqətən heyrətləndirən ilk şey landşaftın gözəl mənzərəsi oldu, dağları sevirəm, dağlarda böyümüşəm, dağları gəzdim. Heyrətamiz mənzərə məni hər zaman özünə heyran qoyub.

Azad edilmiş ərazilərdə on gün səyahət etdim. Təəssüratlar əlbəttə ki, yalnız yaxşı şeylər deyil, yaddaşımda əzabların səsi eşidilir - dağılan evlər, tarixi abidələr və s.

Bilirsiniz, mən bu "insanları" hələ də anlaya bilmirəm, onların barbar hərəkətlərinin əsl izahını tapa bilmirəm. Axı baxın, onlar torpaqlarımızı işğal etdilər, özlərindən əvvəl orada yaşayanların evlərinə girdilər. Özləri üçün yaşayırdılar, ancaq torpaqlarımızdan çıxmaq üçün vədə tamam olanda, sadəcə olaraq özlərini qeyri-insan kimi aparmağa başladılar. Özlərinə aid olmayan evlər, dini ziyarətgahları, tarixi abidələri və s. yandırdılar.

İndi azad edilmiş bu gözəl ərazilərdə nə var? Onlardan sonra bir yığın daş və dağıntıdan başqa heç nə yoxdur. Bu, mədəni və tarixi irsimizin qəsdən məhv edilməsi idi. Bir daha soruşmaq istəyirəm ki, bu insanlar kimdir və hansı dinə aiddirlər? Onları bəsləyən heyvanları öldürdülər, əkmədikləri ağacları kəsdilər. Axı sadaladıqlarımın heç biri onlara aid deyil. Dünya birliyi buna susmamalıdır. Dünya həqiqəti bilməlidir.

Onlarla indi tanış olsaydım, ilk soruşacağım şey o olardı ki, bunu niyə edirsiniz? Nəyi və kimə sübut etməyə çalışırsınız?

- Reza müəllim, xahiş edirəm deyin, ermənilər niyə azərbaycanlılara bu qədər nifrət edirlər?

Reza Deqati: Söhbət əsnasında tam olaraq elə bunun üstünə gəlirdik. Bilirsiniz, hər şey tərbiyədən asılıdır. Mən populyar fotoqrafam, dünyanın bir çox media qurumu mənimlə əməkdaşlıq etməkdən məmnundur. Məşhur sənətkarlar, yazıçılar, kinorejissorlardan ibarət intellektual insanların daxil olduğu cəmiyyətin yüksək dairəsinə aidəm. Bir dəfə tədbirlərdən birində çox məşhur bir şəxsə sual verdim, indi onun barədə danışmayacam, hansı sual olduğunu da deməyəcəm. Mənə hər şeyin erkən uşaqlıqdan, tərbiyədən irəli gəldiyini deyəndə mənə təəccüblü gəldi. O mənə sözbəsöz bunları dedi: Reza, mən uşaq olanda təxminən 3-4 yaşım olardı, babam məni yanına çağırdı və dizləri üstə oturdub dedi: “Unutma oğlum, sən yalnız o zaman əsl kişi olacaqsan ki, bir türkün başını kəsəsən". Və bu şəxs hazırda ən aparıcı KİV-lərdən birinin baş redaktorudur.

Əslində, onlar yalnız bir fikrə - “Böyük Ermənistanı - dənizdən dənizə” yaratmaq fikrinə xidmət edirlər. Dinləmək və həqiqəti eşitmək istəmirlər. Bu anlaşılmazlıqları sülh yolu ilə həll etmək üçün dünyanın bütün arxivlərini açmaq lazımdır. Ədalətin bərpasının yeganə yolu budur, burada nəyin necə olduğu aydın şəkildə yazılıb. Ancaq problem məhz Ermənistanın arxivləri açmaqdan imtina etməsindədir. İndi sual yaranır, niyə? Deməli gizlədiləcək nəsə var, demək qorxacaq nəsə var. Axı, ədalətli olduğuna güvənən biri əsla həqiqəti açıqlamaqdan çəkinməz. Türkiyə, Rusiya, Gürcüstan və Azərbaycan kimi dövlətlər arxivlərini açmağa hazırdır. Ermənistan bundan çəkinir və burada mənzərə aydındır.

- Azərbaycana tez-tez səfər edirsiniz, xahiş edirəm deyəsiniz, hələ çəkmədiyiniz lakin çəkmək istədiyiniz yerlər varmı?

Reza Deqati: Sizinlə səmimi olacağam, qaçqınların öz torpaqlarına, evlərinə qayıtdıqları anı çəkməyi ürəkdən istəyirəm. Bu mənim üçün ən gözəl an olacaq. Ədalətin bərqərar olmasına şahid olacağam.

- Cənab Reza, gəlin bir az da fransız mediası haqqında danışaq. Çox vaxt, yumşaq desək, ermənilərin yalnız ən yaxşı tərəflərini göstərən məlumatlar yayımlanır, lakin Azərbaycan xalqı ilə bağlı obyektivlik yoxdur. Bu barədə nə düşünürsünüz?

Reza Deqati: Gəlin düzünü danışaq. Fransada 500 mindən çox erməni yaşayır. Orada yaşayırlar, oxuyurlar, işləyirlər və təbii ki, siyasətçilər, yüksək rütbəli məmurlar və media arasında çoxluq təşkil edirlər. Maraqlı bir faktı deyim. Ermənilər heç vaxt qazanacaqları nəsə olmasa bir şeyi etməzlər. Onlar zamanla cəmiyyətin şüuruna təsir göstərməyin mümkün olduğunu anlayıblar və onun bəzi təbəqələrinə media vasitəsi ilə təsir etməyə çalışıblar. Onların arasında elələri çoxdur. Beləliklə, saxta xəbər yaymaq, cəmiyyətə biz azərbaycanlılar haqqında yalan məlumatlar vermək onlar üçün daha asandır. İndi məndən soruşacaqsız, insanlar onlara inanır?

Bəli, inanırlar. Medianın necə işlədiyini özünüz də yaxşı bilirsiniz. Ancaq vacib olan odur ki, biz susmamalıyıq. Bütün söylənilənlərə faktlarla cavab verməliyik, çünki həqiqət bizim tərəfimizdədir. Çox mərhəmətli, səbirli, dürüst bir xalqıq. Heç vaxt heç kimə zülm etmirik, əksinə hər zaman hər kəsə hörmətlə yanaşırıq. Məndən Dağlıq Qarabağ münaqişəsi barədə soruşduqda açıq şəkildə cavab verirəm ki, bu barədə bildikləriniz doğru deyil. Bütün bunlar erməni tərəfinin uydurma "faktları"dır. İctimai rəy medianın təsiri ilə formalaşır, amma bir daha qeyd etmək istərdim ki, susmaq lazım deyil, insanları maarifləndirmək, xalqımıza və ölkəmizə ağrı-acını yaşadan ermənilərin işğalçı olduqlarını açıq-aşkar göstərən faktlar gətirmək lazımdır.

- Verilişdə olurmu ki, sizə nəyin deyilə biləcəyini və nədən çəkinməli olduğnuzu desinlər?

Reza Deqati: Xeyr, Fransada belə bir şey yoxdur.

Azərbaycan xalqına arzularınız:

Reza Deqati: Gələcək yalnız arzularının gözəl olduğuna inananlarındır. Uzun sürən otuz il ərzində torpağınızın qaytarılmasını gözləyirdiniz və bu arzunuz gerçəkləşdi. Açıq səma və uşaqlarınız üçün firavan bir gələcək arzulamağa davam edin. Şübhəniz olmasın, Azərbaycan hər zaman zirvədə olacaq. 

https://www.facebook.com/search/top?q=reza%20photojournalist

https://www.instagram.com/rezaphotography/

Müsahibəni aldı: Cəmilə Çebotareva

Tərcümə: Gülnar Səlimova

1
 
1
 
1
 
1
 
1
 
1
 
1
 
1
 
1

Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
23:00 26.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionu olub
22:44 26.04.2024
İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Prezident Almaniyanın xarici işlər naziri ilə görüşdü
17:21 26.04.2024
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
17:05 26.04.2024
Qərb Cənubi Qafqazı Ukraynalaşdırmaq istəyir - Deputat Elman Nəsirov-VİDEO
17:00 26.04.2024
36 azərbaycanlı tələbə İsveçin Təqaüd Proqramının QALİBİ OLDU
16:38 26.04.2024
Ailəsi ilə birgə oğlu tərəfindən öldürülən direktorun yerinə TƏYİNAT
16:26 26.04.2024
Dünən 4 il sonra daha bir tarixi hadisəyə şahid olduq! – VİDEO
16:24 26.04.2024
Ukayna hərbi xidmətə məhdud yararlı şəxsləri ordu sıralarına cəlb edəcək
16:20 26.04.2024
“Aİ sırf bu səbəbdən Azərbaycana sanksiya etmək niyyətindədir” – Rus Politoloqdan ÖZƏL AÇIQLAMA
16:10 26.04.2024
Yeni Haiti hökuməti gizli mərasimlə işə başlayıb
Yeni Haiti hökuməti gizli mərasimlə işə başlayıb
16:00 26.04.2024
Hamısı