Xocalı, dərdim mənim! Şahidlər danışırlar...

Müsahibələr 09:00 26.02.2021

O qanlı, faciəli gecədən 29 il keçib. Amma hələ də vurulan yara sağalmayıb. Yəqin ki, yüz il keçsə də, yenə sağalmayacaq. Xocalı yarası dünya durduqca yaddaşlarımızda qalacaq.

Eurasia Diary soyqırımın növbəti ildönümündə xüsusi material hazırlayıb. Həmin dəhşətli günlərin şahidləri, iştirakçıları, Azərbaycanın dostları erməni faşizminin törətdiyi qətliamla bağlı fikirlərini bölüşürlər.

“Soyqırım insanlıq əleyhinə ağır cinayətdir”, İsrailli jurnalist, politoloq Avraam Reyçel deyir: “1992-ci ildə 613 nəfər günahsız insan – qadın, kişi və uşaq yalnız azərbaycanlı olduğuna görə qətlə yetirildi. Çox sayda insan zorlandı, işgəncə verildi. Əsirlərə qar yedizdirirdilər. Xocalıda əhaliyə verilən humanitar koridor mahiyyətcə tələ idi. Bu ölüm marşına oxşayırdı. Əgər biz soyqırım və kütləvi qırğınlarla mübarizə aparmaq istəyiriksə, qətiyyətli mövqeyimiz olmalıdır. Bu barədə susmamalıyıq və indi soyqırıma qarşı çıxış etməsək, gələcəkdə bu faciə başqa bir millətin başına gələcək. Hesab edirəm ki, bu gün Qərbdə bu problem kifayət qədər yaxşı işıqlandırılmır. Bu vəziyyəti mütləq dəyişmək lazımdır”.

Xocalı şahidi, hərbi jurnalist Riçardas Lapaitis həmin günün dəhşətini hələ də unuda bilmir: “Xocalı öz qəddarlığı ilə bütün müharibələri geridə qoyur. Bu mənim üçün ağrılı mövzudur. Həmin vaxt 23 yaşım vardı. İlk dəfəydi ki, müharibədə idim və buna hazır deyildim. Xocalıya hücum adi hücum deyildi, öncədən tam hazırlıq görülmüşdü. Bütün Ermənistanda axşamdan komendant saatı elan olunmuşdu. Fevralın 25-dən atışma bilərəkdən dayandırılmışdı ki, insanlar sakitləşsin, bu aldadıcı bir sükut idi. Xocalının təqribən 7 min əhalisi vardı... Hava çox soyuq idi. Möcüzə nəticəsində Ağdam mehmanxanasına getdim. Orada da su, işıq yox idi. Mənim kimi möcüzə sayəsində xilas ola bilən Xocalı sakinlərinin arasındaydım. Səhər dəhşətli idi. Ağdam məscidi - hansı ki, indi dağıntılar altındadır - onun ətrafı müqəddəs yerdir, çünki Azərbaycan xalqının qanı və göz yaşları ilə yuyulub. Məscidə ölüləri gətirdilər. Mən hər şeyi gözləyərdim, ancaq onlar sadəcə öldürülməmişdi. 70 yaşında qadın və uşaqlar vardı aralarında. Meyitlərdən birinin başı yox idi, kəllə sümüyünün bir hissəsi, gözlər çıxarılmışdı. 5-6 yaşlarında qız uşaqlarını tam çılpaq halda gətirdilər. Onların kürək və boyun hissələrində kəsilmiş-deşilmiş yaralar, böyrəklər sallanmış vəziyyətdə, balta ilə başın arxa hissəsi kəsilmişdi, yanıq izi vardı. Meyitlərin çoxu yanmışdı. 598 əl və ayaq amputasiya olunmuşdu. Bir qadın meyitinə baxdım, o nə gəldi geyinmişdi, bilinmirdi nə geyinib. Çoxunun əlləri donmuş halda yuxarıya qalxıb, gözlər açıq vəziyyətdə idi. Görünür, yerdə uzanıqlı halda müdafiəyə çalışıb, qışqırıblar. Meyitləri yuyanda aşağıya, küçəyə doğru qan axırdı. Ətrafda çox adam, həmçinin hərbçilər ağlayırdı. Ağdam hospitalında dəhşətli mənzərə vardı. Donmuş, yaralı, döyülmüş insanlar, təsadüfən blokadaya düşüb çıxa bilməmiş gənc qızlar... Mən hələ də onları axtarıram və bəzən tapıram. Onlar danışmağa razıdırlar, ancaq mətbuata çıxmaq istəmirlər, hələ də o yara sağalmayıb. Hər il bu günlər onlar üçün əzabvericidir, hətta mart ayı başlayanda hava qızınanda belə. Ermənilər eybəcər hala salınmış meyitləri onların ailələrinə, yaxın qohumlarına taxıl və benzin qarşılığında satırdılar. Əsirlikdə olanlar sanki insan deyildi, gəzən məxluq idilər, onların qəlbi incidilmiş, inancı sınmış, ruhu əzilmişdi. Ermənilər əsirlər içində hərbiçi olanları və əhaliyə kömək edənləri tapıb öldürürdülər. Xocalılar öz müəllimlərini və uşaqları bir sinifdə oxuyan qonşularını, erməni polisi, erməni həkimi qatilləri arasında görəndə bunun necə baş verdiyini anlaya bilmirdilər. Ermənilər buna illərlə hazırlaşmışdılar. Əsirlikdən qayıdan insanların çoxu intihar edirdilər. Qadınlar ailə qurmadılar...”

Trend İnformasiya Agentliyinin Baş direktorunun müavini Gülnarə Məmmədzadə bildirib ki, indi çox məsuliyyətli zamandır: "Dünya erməni faşizmini tanımalıdır. Azərbaycanlılar özlərinə aid olan torpaqlara qayıdır. İndi Xocalı cinayətini törədənlər məsuliyyətə cəlb edilməsi zamanıdır. Erməni cəmiyyəti revanşist əhval-ruhiyyədədir. Törətdiyi cinayətlərin məsuliyyətini anlamır. Ermənilər qanunsuz yaşadıqları rayonlarımızı tərk edərkən Azərbaycan onlar üçün humanist şərtlər yaratdı. Ermənilər isə onlara aid olmayanı yandıraraq və minalayaraq çıxdılar. Onlar yenə regionda xaos və müharibə səbəbkarıdır. Hesab edirəm ki, beynəlxalq ictimaiyyət erməni hərbçilərini cinayət məsuliyyətinə cəlb etməlidir və bu bütün bəşəriyyət üçün vacibdir".

Rusiyalı tarixçi və hüquqşünas Oleq Kuzneçov bildirib ki, bu təkcə bəşəriyyətə qarşı cinayət deyil, həm də Suriyadakı terror aysberqinin görünən tərəfidir. "Xocalı soyqırımında Yaxın Şərqdən, xüsusilə Livan və Suriyadan olan terrorçulardan ibarət “Arabo” batalyonunun komandiri ABŞ vətəndaşı, erməni əsilli Monte Melkonyan və onun sağ əli Jirayr Sefilyan erməni terrorizminin başında gəlirdi.  Onlar Qərbin dəstəiylə Sovetin dağılması üçün fəaliyyət göstərirdi".

Xocalı şahidi, ehtiyatda olan polkovnik Əsəd Fərəcov danışır: “Mən Əfqanıstanda xüsusi bölmələrdə terroristlərlə mübarizə şöbəsinə rəhbərlik etmişəm. Qarabağ üzrə hərbi ekspert kimi Prezidentin yanında fəaliyyət göstərmişəm. Xocalı faciəsi günü biz Ağdamda idik. Erməni batalyonlarından birinə Seyran Ohanyan rəhbərlik edirdi. Sarkisyan dinc əhaliyə qarşı törətdiyi cinayət barədə danışanda “Biz streotipləri dəyişdik. Azərbaycanlılar elə düşünürdü ki, biz mülki əhaliyə qarşı cinayət törətmərik” deyir. Bu şəxs terrorizmdən danışır. Onların verdiyi humanitar koridor da sadəcə tələ idi.

Sonradan Çingiz Mustafayevlə birlikdə vertolyotla həmin əraziyə gəldik, çəkiliş etdik. Biz gördüklərimizdən şokdaydıq. Növbəti dəfə Çingizlə birgə fransız, iranlı, türk, rus jurnalistlər də gəldi. Jurnalistlər şokdaydı, operatorlar ağlayırdılar. İkinci dəfə gələndə meyitlərin bəzilərinin başının skalpı çıxarılmış, qulaqları, barmaqları qoparılmış, eybəcər hala salınmışdı. Sonradan erməni qatillərdən əsir götürəndə niyə yenidən gəldiklərini soruşdum. Dedi ki, ermənilər bizə əlavə pul verirdilər bunu etmək üçün.

Biz qisas almaq istəyirdik. Komandir Allahverdi Bağırovun rəhbərliyi ilə Xocalı özünü müdafiə dəstəsinin başçısı Şirin Mirzəyev, Yaqub adlı Qatır Məmməd, İlham Orucov hərbi əsirləri azad etdilər. Qatır Məmmədin oğlu Canpolad döyüşdə həlak oldu. O oğlunun meyitini dəfn etmək üçün döyüş meydanını tərk etmədi.

Bir epizodu Leyla xanıma danışanda ona çox təsir etmişdi. Orada bir qadın meyiti uşağını bərk qucaqlamışdı. Biz uşağı götürdük. Ağdam məscidində uşaq ayıldı, o, sağ idi. Leyla xanım istədi o uşağı tapaq və taleyini öyrənək. Elə bir günün içində onu tapdıq. O, Bakıda onu övladlığa götürən valideynləri ilə yaşayır. İnstitutda oxuyur. Yaxşı bir qız kimi böyüyür", deyə Ə.Fərəcov bildirib.  

İsrailli beynəlxalq münasibətlər üzrə ekspert Arye Qut: “Hər il özümə sual edirəm, biz Xocalı ilə əlaqədar nə edə bildik, nəyi edə bilmədik. Deyə bilərəm ki, çox şey edə bilmişik. Mən və İsraildəki Azərbaycan Evi tərəfindən son dövrdə 20-25 məqalə yazılıb. Atamla birgə Heydər Əliyev Fondunun dəstəyilə “Ağrı” adlı 5 dildə çap edilən roman işıq üzü görüb. Bu kitab Xocalı şahidlərinin dedikləri əsasında qələmə alınıb. Xocalı cinayətkarları beynəlxalq məhkəməyə verilməlidir. Biz bu missiyanı üzərimizə götürməliyik", deyə A.Qut qeyd edib.

Moldova Respublikasının ombudsmanı, Moldova vəkillər Kolleqiyasını üzvü Aureliu Qriqoriu da həmçinin bildirib ki, Azərbaycan Xocalı ilə bağlı cinayət işinin açılması üçün qətiyyətli addımlar atmalıdır: “Bütün subutlar var. Bu işi axıra çatdırmaq lazımdır”.


"Bizim bizdən başqa dostumuz yoxdu" - Elman Nəsirov - VİDEO

Xəbər xətti

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar AŞKARLANDI
04:05 26.04.2024
Zelenski: “NATO ölkələri Rusiyadan qorxurlar”
03:00 26.04.2024
Filippində festival zamanı 45 nəfər istidən huşunu itirib
02:00 26.04.2024
Yunanıstan Paris olimpiadasının obyektlərini qorumaq üçün Fransaya “Crotale” HHM sistemləri verə bilər
01:00 26.04.2024
Futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib
00:05 26.04.2024
İsrail HHQ “Hizbullah”ın Livandakı hədəflərinə zərbələr endirib
23:45 25.04.2024
Si Cinpin hərbi həkimləri mümkün müharibəyə hazır olmağa çağırıb
23:23 25.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazanıb
23:00 25.04.2024
Stoltenberq NATO baş katibi postunu tərk edəndən sonra pilot ola bilər
22:40 25.04.2024
ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans keçirilir
22:22 25.04.2024
Britaniya İrana yeni sanksiyalar tətbiq edib
22:00 25.04.2024
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir
21:55 25.04.2024
Avtoxuliqanlıq edən sürücü HƏBS OLUNUB
21:41 25.04.2024
Makron: “Bugünkü Avropa ölümcül vəziyyətdədir”
21:22 25.04.2024
Bu tarixdən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır
21:00 25.04.2024
Ağdam Cümə məscidində ilk Azan VERİLİB
20:50 25.04.2024
Türkmənistan Xəzər dənizində mineral ehtiyatlarının mənimsənilməsi üçün yeni zavod tikir
20:39 25.04.2024
Sahibə Qafarova Monteneqroda rəsmi səfərdədir
20:34 25.04.2024
Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub
20:20 25.04.2024
Qumar oynayanları hansı cəzalar gözləyir? - Hüquqşünas AÇIQLAYIR
20:00 25.04.2024
Azərbaycan Prezidenti Füzuli Hava Limanından ilk dəfə olaraq Berlinə yola düşüb
19:50 25.04.2024
Ali Radanın deputatı: Müharibələr üçün pul kisəsi olan Vardanyan Nobel Sülh Mükafatına layiq görülə bilməz
19:40 25.04.2024
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb
19:30 25.04.2024
Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib - YENİLƏNİB
19:30 25.04.2024
Ərdoğan Türkiyədə Qazaxıstanın baş nazirini qəbul edib
19:20 25.04.2024
Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
19:07 25.04.2024
Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələri quraşdırılır
19:00 25.04.2024
Malıbəylidə aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb
18:35 25.04.2024
Lənkəranda ağır QƏZA – Xəsarət alan var
18:27 25.04.2024
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib
18:19 25.04.2024
Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb
18:08 25.04.2024
ABŞ HƏMAS-a çağırış edib
ABŞ HƏMAS-a çağırış edib
17:53 25.04.2024
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
17:53 25.04.2024
Laçında ilk dəfə peşə yarmarkası keçirilir
17:50 25.04.2024
Buraxılış imtahanlarında ən yüksək nəticə göstərən RAYONLAR
17:45 25.04.2024
PSJ-nin prezidenti “Qarabağ”ı təbrik etdi
17:40 25.04.2024
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
17:28 25.04.2024
Prezident İlham Əliyev Sadır Japarova Qarabağ atı hədiyyə edib
17:04 25.04.2024
Qarabağa may ayı üçün avtobus biletləri satışa ÇIXARILIR
16:58 25.04.2024
Ukraynadan Azərbaycana qarşı təxribat
Ukraynadan Azərbaycana qarşı təxribat
16:54 25.04.2024
Hamısı