“Soyqırım” məsələsinin əsl kökü Rusiyaya dayanır Türkiyənin İranla münasibəti ABŞ-ı yerindən oynadacaq

Türkiyənin İran və Çinlə yaxınlaşması Qərbi silkələməklə yanaşı, həm də ABŞ-la Türkiyə arasındakı bağları tamamən qopara bilər

Müsahibələr 15:41 26.04.2021

ABŞ 21-ci əsrin növbəti utancverici qərarını qəbul edib. Qoca Cozef Bayden 40 il öncə hakimiyyətdəki sələfi olan Ronald Reyqanın “soyqırım” kəlməsini yenidən gündəmə gətirib. 

ABŞ-ın bu qərarından sonra eyni zamanda bir çox suallar da meydana çıxıb. Bu suallar əsasən Türkiyənin diplomatik sahədə bundan sonra atacağı addımlar, ABŞ-ın qanlı rəqibi olan Rusiya, habelə İranla münasibətlərinin sonrakı gedişatı, eləcə də həm Orta Şərq, həm də Qafqaz regionunda ABŞ-ın aqibəti barədə qaranlıq fikirləri əhatə edir. 

Əslində ABŞ-ın qondarma soyqırımını tanımasının arxasında siyasi oyunun olması bəllidir. Daha ağrılı tərəf, Amerikaya cavab olsun deyə, Türkiyənin bu saxta iddianı ilk meydana gətirən ölkələrdən olan Rusiya ilə məcburiyyətdən dolayı münasibətlər qurub-qurmamasıdır. Türkiyə heç şübhəsiz Amerikanın bu cür hərdəmxəyal qərarlarından dolayı bütün diplomatik münasibətlərə son verəcək qədər düşüncəsiz dövlət deyil. Lakin maraqlı olan bu münasibətlərin hansı müstəvi üzərində davam etməsidir. 

Türkiyəli politoloq Engin Özer Eurasia Diary-yə müsahibəsində bu məsələlərə aydınlıq gətirib. 

May be an image of Engin Ozer and standing

- Amerika hökumətinin qondarma erməni soy qırımını tanıması Türkiyə ilə Rusiya əlaqələrinin daha da möhkəmlənməsinə apara bilərmi?

- Əslində məlumdur ki, Rusiya 1995-ci ildə qondarma erməni soyqırımını tanıyıb və məhz 1915-ci ildən öncə Rusiyanın Osmanlıya işğalçı hücumundan daha sonra ilham alan ermənilər Türklərə qarşı hücum etdi. Yəni soyqırımı anlayışının ilk meydana gəlməsi Rusiyanın adı ilə bağlıdır. O üzdən də Rusiya ABŞ-la müqayisə edilərsə, Türkiyənin gözündə o qədər də təmiz bir dövlət deyil. 

Beləliklə, Türkiyə ABŞ-a cavab olaraq və Rusiya ilə yaxınlaşmaq əvəzinə amerikalıları bərk narahat edən “tək kəmər, tək yol” layihəsini gerçəkləşdirmək üçün Çinlə əlaqələrini möhkəmləndirmək istədiyini elan etdi. Hesab edirəm, bu, ABŞ-a veriləcək tək cavab sayıla bilər.   

- Türkiyə ABŞ-ın Orta Şərq və Qafqaz regionuna asanlıqla daxil olması üçün yeganə vasitəsidir. Bəzi ekspertlərin fikrincə, ABŞ-ın bu yanlış addımı diplomatik əlaqələrə xələl gətirməyə bilər. Siz necə düşünürsünüz, ABŞ-la Türkiyənin münasibətləri hansı müstəvidə davam edəcək? 

- Türkiyə bildiyiniz kimi Qafqaz altılığı adlanan Rusiya, İran, Türkiyə, Azərbaycan, Gürcüstan və Ermənistanla birgə bir platforma layihəsini təşəbbüs kimi irəli sürdü. Burada sadəcə Gürcüstanla Rusiya arasındakı soyuqluq baxımından bir qədər problemlər mövcuddur. Lakin ümumilikdə Türkiyənin bu təşəbbüsü regiondakı dövlətlərin idarəetmənin başında dayanmasını, kənar qüvvələrin müdaxiləsinin qarşısının alınmasını təmin etmək kimi bir məqsəd daşıyır. 

O ki qaldı ABŞ-ın Qafqaza girə bilməsində tək Türkiyənin vasitəçi olmasına, hesab edirəm burada tək bir vasitə Türkiyə deyil, artıq Gürcüstandır. Türkiyənin ABŞ-la əlaqələrinə gəlincə, düşünmürəm ki, burada kəskin nəsə baş versin. Fikrimcə, ilin sonuna qədər münasibətlər yenidən əvvəlki tempi ilə davam edəcək. Lakin ABŞ-ın Qafqaz bölgəsinə müdaxilə etməsinə gəlincə, Türkiyənin buna əsla izin verməmək kimi siyasəti dəyişməz olaraq qalacaq. 

- Regionda ABŞ-ın digər rəqibi olan İranın da Türkiyə ilə yaxınlaşmasının mümkünlüyü geniş müzakirəyə çevrilib. Sizcə Türkiyə İranla hansı sahədə ortaq razılığa gələ bilərlər?   

- ABŞ üçün regionda əsl təhlükə Türkiyə-Rusiya münasibətlərinin inkişafı deyil. Türkiyə ilə Rusiya arasında S-400 raket qurğusunu alınması və “Cənub axını” anlaşması xaricində o qədər də ciddi strateji yaxınlaşma olmayıb. Lakin düşünürəm Türkiyənin İranla bərabər hərəkət etməsi ABŞ üçün böyük bir risk yarada bilər. Yəni, qeyd etdiyim kimi Rusiya ilə münasibətlər ABŞ-a o qədər də təsir etməyə bilər. Lakin İran, eləcə də Çinlə yaxınlıq həm Qərblə böhrana gətirə, həm də Türkiyə ilə ABŞ arasındakı bağların tamamən qopmasına səbəb ola bilər. 

Elnur Ənvəroğlu 

"Bizim bizdən başqa dostumuz yoxdu" - Elman Nəsirov - VİDEO

Xəbər xətti

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar AŞKARLANDI
04:05 26.04.2024
Zelenski: “NATO ölkələri Rusiyadan qorxurlar”
03:00 26.04.2024
Filippində festival zamanı 45 nəfər istidən huşunu itirib
02:00 26.04.2024
Yunanıstan Paris olimpiadasının obyektlərini qorumaq üçün Fransaya “Crotale” HHM sistemləri verə bilər
01:00 26.04.2024
Futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib
00:05 26.04.2024
İsrail HHQ “Hizbullah”ın Livandakı hədəflərinə zərbələr endirib
23:45 25.04.2024
Si Cinpin hərbi həkimləri mümkün müharibəyə hazır olmağa çağırıb
23:23 25.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazanıb
23:00 25.04.2024
Stoltenberq NATO baş katibi postunu tərk edəndən sonra pilot ola bilər
22:40 25.04.2024
ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans keçirilir
22:22 25.04.2024
Britaniya İrana yeni sanksiyalar tətbiq edib
22:00 25.04.2024
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir
21:55 25.04.2024
Avtoxuliqanlıq edən sürücü HƏBS OLUNUB
21:41 25.04.2024
Makron: “Bugünkü Avropa ölümcül vəziyyətdədir”
21:22 25.04.2024
Bu tarixdən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır
21:00 25.04.2024
Ağdam Cümə məscidində ilk Azan VERİLİB
20:50 25.04.2024
Türkmənistan Xəzər dənizində mineral ehtiyatlarının mənimsənilməsi üçün yeni zavod tikir
20:39 25.04.2024
Sahibə Qafarova Monteneqroda rəsmi səfərdədir
20:34 25.04.2024
Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub
20:20 25.04.2024
Qumar oynayanları hansı cəzalar gözləyir? - Hüquqşünas AÇIQLAYIR
20:00 25.04.2024
Azərbaycan Prezidenti Füzuli Hava Limanından ilk dəfə olaraq Berlinə yola düşüb
19:50 25.04.2024
Ali Radanın deputatı: Müharibələr üçün pul kisəsi olan Vardanyan Nobel Sülh Mükafatına layiq görülə bilməz
19:40 25.04.2024
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb
19:30 25.04.2024
Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib - YENİLƏNİB
19:30 25.04.2024
Ərdoğan Türkiyədə Qazaxıstanın baş nazirini qəbul edib
19:20 25.04.2024
Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
19:07 25.04.2024
Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələri quraşdırılır
19:00 25.04.2024
Malıbəylidə aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb
18:35 25.04.2024
Lənkəranda ağır QƏZA – Xəsarət alan var
18:27 25.04.2024
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib
18:19 25.04.2024
Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb
18:08 25.04.2024
ABŞ HƏMAS-a çağırış edib
ABŞ HƏMAS-a çağırış edib
17:53 25.04.2024
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
17:53 25.04.2024
Laçında ilk dəfə peşə yarmarkası keçirilir
17:50 25.04.2024
Buraxılış imtahanlarında ən yüksək nəticə göstərən RAYONLAR
17:45 25.04.2024
PSJ-nin prezidenti “Qarabağ”ı təbrik etdi
17:40 25.04.2024
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
17:28 25.04.2024
Prezident İlham Əliyev Sadır Japarova Qarabağ atı hədiyyə edib
17:04 25.04.2024
Qarabağa may ayı üçün avtobus biletləri satışa ÇIXARILIR
16:58 25.04.2024
Ukraynadan Azərbaycana qarşı təxribat
Ukraynadan Azərbaycana qarşı təxribat
16:54 25.04.2024
Hamısı