Eurasia Diary İsrail Hayom qəzetinin məşhur İsrail müxbiri Din Şmuel Elmas ilə müsahibəni təqdim edir.
"Bu, Azərbaycana və işğaldan azad edilmiş ərazilərə ilk səfərimdir və gördüklərimdən yumşaq desəm, şoka düşdüm. Ağdam, Füzuli, Zəngilan və digər ərazilərdə gördüklərimi dünyaya danışmaq mənim üçün vacib idi. "Mən jurnalistəm və bu mənim işimdir. Şəxsən mənim üçün bu çox duyğusal bir səyahət idi. Hər şey demək olar ki, dağılmış vəziyyətdədir və xarabalığa çevrilib. Azərbaycan mediasına verdiyim müsahibələrdə Azərbaycanın ləyaqətli qələbə çaldığını dəfələrlə təkrar etmişəm, müharibə geridə qalıb. Siz lazım olanı etdiniz. Qələbə ədalətli idi, amma artıq keçmişə və indiyə nəzər salmadan gələcəyə cəsarətlə baxmağın vaxtı gəlib", o qeyd edib.
Cəmilə Çebotareva