Yaxın Şərqdə Fələstin naminə “beşli” koalisiya? Politoloq hərbi həlli istisna edir

Müsahibələr 20:23 19.05.2021

Aprel ayından bəri davam edən İsraıl-Fələstin münaqişəsi durmadan böyüyür. Artıq sərhədlərini aşan münaqişə dünya ölkələrini də iki yerə bölüb. Bir tərəfdə İsraili, digər tərəfdə isə Fələstinin tərəfini tutan ölkələr durub. 

Qeyd edək ki, hazırda Fələstini dəstəkləyən ölkələrin başında Türkiyə durur. Prezident Ərdoğan ən müxtəlif tribunalardan çıxış edərək, Ankaranın Fələstinə kömək edəcəyini vurğulayır. Bəzi məlumatlara görə, Türkiyə Fələstini İsraildən qorumaq üçün müsəlman ölkələrə müraciət edərək, beşli koalisiya yaratmağı təklif edib. İddiaya görə, beşli koalisiyaya İran, Qətər, Malayziya və Pakistanın orduları daxil olmalıdır. İlkin məlumatda həmin koalisiya qüvvələrinin bir sıra səbəblərdən İordaniya və Livanda yerləşdiriləcəyi qeyd olunur. 

Bəs bu koalisiyanın yaradılacağı versiyası nə dərəcədə doğrudur? Adları çəkilən ölkələr bir araya gələ bilərlərmi? 

İran ziyalıları rejimə qarşı: “Hakimiyyət özünü qorumaq üçün İranı məhvə  sürükləyir”-Sədrəddin Soltan

Eurasia Diary məsələyə aydınlıq gətirmək üçün Orta Şərq Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltandan müsahibə alıb. 

- Bəzi mənbəlin verdiyi məlumata görə, İsrail-Fələstin münaqişəsi ilə əlaqədar bölgəyə koalisiya qüvvələri yerləşdirilə bilər. Belə ki, məlumatda deyilir ki, Türkiyənin təşəbbüsü ilə Fələstinin, eləcə də müqəddəs məkanların və bəzi strateji nöqtələrin müdafiəsi üçün Türkiyə, İran, Qətər, Malayziya və Pakistan kimi müsəlman ölkələrin orduları İordaniya və Livana yerləşdirilsin. Sizcə bu məntiqi olaraq nə dərəcə mümkün ola bilər? Eyni zamanda, BMT TŞ bu təklifi təsdiqləyəcəkmi? 

- Məşhur bir deyim var: Şərq dünyanın ən incə nöqtəsidir. Məncə burada dünyanın ən düyünlü nöqtələrindən biri Fələstindir. Fələstin həmçinin, dünyada ən böyük münaqişələrin, anlaşılmazlıqların və siyasi maraqların toqquşduğu yerdir. Fələstin məsələsinin həlli, hesab edirəm dünyanın böyük bir yük və ziddiyyətdən xilas olması deməkdir. O üzdən də Fələsin probleminin hansısa təşəbbüslə qısa bir müddətdə həll olunacağını ehtimal etmək bir az sadəlövhlük olar. Düzdür, əvvəllər də bir sıra təşəbbüslər göstərilib. Məsələn, ərəb dövlətləri arasında ordunun yaradılması və birgə fəaliyyəti. Lakin bunların heç birinin Fələstin məsələsinin həllinə müsbət təsiri olmayıb. Artıq 74 ilə yaxındır ki, Fələstin məsələsi dünyanın aparıcı ölkələrinin və dünya siyasətinin gündəliyində yer alır. O ki qaldı Türkiyə, İran və digər adı çəkilən üç ölkənin ordularını formalaşdırıb İordaniya və Livana yerləşdirməsinə, mən qəti şəkildə deyə bilərəm ki, bu, qeyri-mümkündür. Çünki İordaniya və Livan xarici ölkələrin ordularını öz ölkəsinə dəvət etməlidir və burada sual meydana çıxır: Bu dəvət nəyə görədir? Yaxud da, bununla İsraili mühasirəyəmi almaq məqsədi güdürlər?  

Hesab edirəm bu təşəbbüs məntiqə uyğun görünmür və baş tutan da deyil. 

Qeyd edim ki, BMT Təhlükəsizlik Şurasının ötən gün keçirilən toplantısında bu məsələdə ortaq mövqe barədə hər hansı bir razılıq əldə olunmayıb. O üzdən də, bu təşəbbüsün baş tuta bilmə ehtimalı çox azdır. 

- Hipotetik olaraq belə bir koalisiyanın yaradılacağını qəbul etsək, burada Türkiyə və koalisiyaya daxil olan ölkələr üçün dividentlər nə ola bilər? 

- Türkiyə əslinə qalanda regionun oyunçu dövlətidir və Fələstin məsələsi də daim gündəliyində olub. Məsələn, Türkiyənin keçmiş Baş naziri rəhmətlik Bülənt Ecevit İsrail və Fələstin məsələsi ilə məşğul olan dövlətlərə bəyan etdi ki, bu ərazilər tarixən Osmanlının tabeliyində olub və əgər bu ərazi ilə bağlı mübahisəli məsələləri müzakirə etmək istəyirsinizsə, Türkiyə Osmanlıdan qalma xəritəni tərəflərə təqdim edə bilər. Görünür həmin o xəritə tərəflərə o qədər də vacib deyil. Ona görə də hələ ki bu məsələ açıq olaraq qalmaqdadır. 

O ki qaldı koalisiya qurmaq və bununla Fələstinə yardım etmək, bunun baş tutma ehtimalı çox azdır. Əksinə bu, tərəflər arasında ziddiyyətləri daha da dərinləşdirə bilər. Fikrimcə bundan sonra Fələstin məsələsinə yanaşma dəyişməlidir və burada 74 illik zaman prosesi onu deməyə əsas verir ki, bu məsələlərdə əlavə qüvvələr artdıqca Fələstin ərəblərinə bir o qədər də təzyiqlər artır və ərazi zəbt olunmağa başlayır. Odur ki, Fələstinlə bağlı dövlətlərin taktika və strategiya baxımdan yanaşması dəyişməlidir. Çünki güc yolu və yaxud da hansısa hərbi birləşmələrin yaradılması yolu ilə bu məsələnin həlli mümkün deyil. Əksinə bu addımlar istənilən tərəfi uğursuzluğa doğru aparacaq.    

- Koalisiya qüvvələrinin məhz İordaniya və Livanda yerləşdirilməsinin məntiqi əsası nə ola bilər? 

- Koalisiya qüvvələrinin İordaniya və Livanda yerləşdirilməsi iddiasının birinci səbəbi onların İsrailə yaxın ölkələr olması ilə əlaqədardır. Digər səbəblərdən biri isə Fələstindən olan qaçqınların yarıdan çoxunun məhz elə bu ərazilərdə məskunlaşmasıdır. Ən son ehtimal isə münaqişə zamanı İordaniya və Livandan İsrail tərəfindən edilə biləcək hücumun qarşını ala bilmək üçün orada strateji perspektivlərin mövcud olmasıdır. Lakin mənim fikrimcə beynəlxalq ictimaiyyət hərbi yollara əl atmaqdansa, İsraillə ortaq dil taparaq İordaniya və Livana sığınan fələstinlilərin öz yurd-yuvalarına qayıtmasına yardım etsinlər. Çünki dünya artıq İsraildə iki millət, iki dövlət prinsipini qəbul edib. Bu istiqamətdə bölgədəki dövlətlərin birgə fəaliyyəti, eləcə də regionda marağı olan ölkələrin bu məsələyə dəstək verməsi daha yaxşı olar. Lakin təəssüf ki, dünya dövlətləri başqa münaqişələrin həllində olduğu kimi bu problemin üzərindən təxminən 74 il keçməsinə baxmayaraq, hələ də maraqlı görünmürlər. Halbuki, bu məslə çoxdan həll oluna bilərdi. 

- Beynəlxalq təşkilatlar buna razılıq versələr belə, diplomatiya və bir çox sahələrdə Türkiyə və İran kimi bir-birinə zidd olan dövlətlərin bu koalisiyada qarşılıqlı anlaşması nə dərəcədə mümkün ola bilər?

- Baxmayaraq ki, Türkiyə kimi İran da fələstinlilərin haqqını müdafiə etməyə çalışır, amma bir daha qeyd edim ki, bu koalisiya baş tutmayacaq. Hər ikisinin İsrail hökuməti ilə münasibətlərdə problemlərinin olduğundan onların bu məsələyə münasibəti də bir qədər qərəzli görünür. Məsələn belə anlaşılır ki, Türkiyə və İranın İsrail hakimiyyəti ilə problemlərinin olduğuna görə, Fələstin ərəblərinin düşdükləri vəziyyətdən sui-istifadə etmək istəyirlər. Ona görə də ilk növbədə məncə region dövlətləri İsrail hakimiyyəti ilə də münasibətləri normallaşdırmalıdırlar. Çünki bu normallaşdırma perspektivdə Fələstin ərəblərinin problemlərinin həllinə də yardım edə bilər. Yəni hadisələr onu göstərir ki, güc yolu ilə bu münaqişənin həlli mümkünsüzdür. Çünki regionda İsrail Fələstindən və ətrafdakı ona yaxın olan ölkələrdən daha güclüdür. Bunu fələstinlilərin bundan əvvəl Lot şəhərini almağa çalışmalarında, sonda İsrailin oranı tərki-silah edərək fövqəladə vəziyyət elan etməsində də görmək olar. Bu münaqişədə də, Fələstinin gücü bu konflikti silah yolu ilə həll etmək üçün yetərli deyil. Ərəblər bölgədə bu münaqişəni güc yolu ilə həll etməyə çalışsalar da, sonda məğlub olacaqlar. Çünki burada zor tətbiq etməklə hər hansı bir problemi həll etmək qeyri-mümkündür. Əksinə digər dövlətlərin iştirakı ilə İsraillə danışıqların aparılması fələstinlilərin haqlarının müdafiə olunmasında və bu sahədə müəyyən razılığa gəlməkdə yardım edə bilər. 

Elnur Ənvəroğlu 

İlham Əliyev Berlində XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində çıxış edir - VİDEO

Xəbər xətti

“Tibbi arayışların elektronlaşması həm də kağıza qənaət etməyə şərait yaradacaq” – Vüqar Qurbanov
11:53 26.04.2024
COP29-un rəhbər heyəti ispaniyalı nazirlə görüşdü
11:50 26.04.2024
İranda qondarma “erməni soyqırımı”nın ildönümü keçirilib - FOTOLAR
İranda qondarma “erməni soyqırımı”nın ildönümü keçirilib - FOTOLAR
11:45 26.04.2024
İlham Əliyev Berlində XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində çıxış edir - VİDEO
11:41 26.04.2024
İlham Əliyev Berlində tədbirdə iştirak edir
11:33 26.04.2024
Nigerdən sonra Çad... - ABŞ Afrikadan qovulur
Nigerdən sonra Çad... - ABŞ Afrikadan qovulur
11:30 26.04.2024
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bağlanır – VİDEO
11:22 26.04.2024
ABŞ-da Fələstin tərəfdarı tələbə etirazları böyüyür: Ən azı 570 nəfər saxlanılıb
ABŞ-da Fələstin tərəfdarı tələbə etirazları böyüyür: Ən azı 570 nəfər saxlanılıb
11:20 26.04.2024
İlham Əliyev Almaniyada keçirilən tədbirdə İŞTİRAK EDƏCƏK
11:10 26.04.2024
Rəsmi İrəvandan XİN rəhbərlərinin Qazaxıstanda mümkün görüşü ilə bağlı AÇIQLAMA
11:09 26.04.2024
ABŞ-ın İran addımı: Sanksiyalar bir-birinin ardınca gəldi
ABŞ-ın İran addımı: Sanksiyalar bir-birinin ardınca gəldi
11:05 26.04.2024
LNG  AB-nin enerji siyasətində Rusiya qazını əvəz etdi
LNG AB-nin enerji siyasətində Rusiya qazını əvəz etdi
10:55 26.04.2024
XV Petersberq İqlim Dialoqunun ikinci günü BAŞLAYIB - VİDEO
10:52 26.04.2024
Azərbaycanda 1000 vahiddən az olan ev təsərrüfatlarının uçotu APARILACAQ
10:43 26.04.2024
Husilərdən təhdid:“Əməliyyatlar Hind okeanına qədər genişlənəcək”
Husilərdən təhdid:“Əməliyyatlar Hind okeanına qədər genişlənəcək”
10:37 26.04.2024
Əgər Rusiya bu ərazini işğal etsə...
Əgər Rusiya bu ərazini işğal etsə...
10:30 26.04.2024
DİN-dən qəzalara səbəb olan piyadalarla bağlı MÜRACİƏT – VİDEO
10:23 26.04.2024
ABŞ-la Çin arasında Ay uğrunda RƏQABƏT - ANALİTİKA
10:20 26.04.2024
Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır
10:19 26.04.2024
Xocavənddə partlayıcı vasitələr aşkarlandı
10:14 26.04.2024
ABŞ-dan Ukraynaya böyük dəstək
ABŞ-dan Ukraynaya böyük dəstək
10:06 26.04.2024
Çin ABŞ-a xəbərdarlıq edib
Çin ABŞ-a xəbərdarlıq edib
09:44 26.04.2024
Musiqi və incəsənət məktəblərinə şagird qəbulunda - Yenilik
09:31 26.04.2024
Azərbaycan nefti ucuzlaşdı
09:20 26.04.2024
Bakıda 29 dərəcə isti olacaq - Günün HAVA PROQNOZU
09:16 26.04.2024
Füzuli şəhərinə növbəti köç karvanı yola düşdü
09:00 26.04.2024
Zelenski: “NATO ölkələri Rusiyadan qorxurlar”
08:00 26.04.2024
"Sabah" Gənclər Liqasının qalibi oldu
06:18 26.04.2024
Cəlilabadda QƏZA - 20 baş qoyun tələf olub
05:17 26.04.2024
Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar AŞKARLANDI
04:05 26.04.2024
Filippində festival zamanı 45 nəfər istidən huşunu itirib
02:00 26.04.2024
Yunanıstan Paris olimpiadasının obyektlərini qorumaq üçün Fransaya “Crotale” HHM sistemləri verə bilər
01:00 26.04.2024
Futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib
00:05 26.04.2024
İsrail HHQ “Hizbullah”ın Livandakı hədəflərinə zərbələr endirib
23:45 25.04.2024
Si Cinpin hərbi həkimləri mümkün müharibəyə hazır olmağa çağırıb
23:23 25.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazanıb
23:00 25.04.2024
Stoltenberq NATO baş katibi postunu tərk edəndən sonra pilot ola bilər
22:40 25.04.2024
ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans keçirilir
22:22 25.04.2024
Britaniya İrana yeni sanksiyalar tətbiq edib
22:00 25.04.2024
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir
21:55 25.04.2024
Hamısı