Rəisinin bəyanatı İranın Talibanla Orta Asiyaya uzanan yolu

Müsahibələr 16:11 18.08.2021

Taliban hərəkatının Əfqanıstanda hakimiyyəti ələ keçirməsi son günlər dünyanın siyasi gündəmini zəbt edib. Artıq bütün dünya bu reallığı qəbul edib, bir çox dövlətlər və siyasi liderlər də davranışlarını yeni reallığa uyğun qurmağa başlayıblar. Regionun və milyonlarla insanın müqəddəratını dəyişən hərəkat əqidəcə heç bir bağlılığı olmadığı yaxın və uzaq dövlətləri maqnit kimi özünə tərəf çəkməyə başlayıb. 

Bu yaxınlarda vəzifəsinin icrasına başlayan İranın yeni prezidenti İbrahim Rəsi Talibanla əlaqələrin qurulması və bu sahədə ciddi səylər göstəriləcəyi barədə bəyanat verib. Maraqlı budur ki, ölkəsində əhalisinin say etibarı ilə çoxu şiə olan İran dövləti təriqətinə tam zidd olan Talibanla ortaq razılığa gəlmək niyyətini açıqlayıb. Burada ən maraqlı sual isə İranın Taliban Əfqanıstanı ilə qurmaq istədiyi münasibətlərin hansı maraqlar çərçivəsində mümkün ola bilməsidir.

Mövzu ilə bağlı pakistanlı professor, doktor Mahmud Ul Həsən Xan Eurasia Diary-yə müsahibə verib.   

No description available.

- İran prezidenti Rəisi İranla Taliban arasında münasibətlərin yaxşılaşdırılması üçün maksimum səylərin göstəriləcəyini bildirdi. İranla Əfqanıstandakı taliblər arasında münasibətlər hansı maraqlar əsasında olacaq?

- İran və Taliban tarix boyu müxtəlif mədəni, etnik və məzhəb istiqamətləri baxımından heç bir zaman səmimi münasibətdə olmayıblar. Hər ikisi İslamın iki fərqli simasını təmsil edir və uzun əsrlər boyu keçilməz bir uçurum yaşayır.

Amma hazırda yeni seçilmiş İran prezidenti Rəisinin kabinetində, müəyyən siyasi fiqurların da istəyilə Taliban-İran dostluğu kimi yeni bir diplomatik konsepsiyanın reallaşdırılması ortaya çıxıb. Bunun səbəbi isə bölgədə və xüsusən Əfqanıstanda sürətlə dəyişən geosiyasi və geostrateji şərtlərdir. 

Bu diplomatik addımın müəyyən sosial-iqtisadi, geosiyasi və geostrateji təsirləri və məcburi şərtlərə dayanan səbəbləri var. Çünki İran Əfqanıstandan keçən marşrut xəttini bütün Orta Asiya ölkələrinə uzanan "Çıxış Yolu Siyasəti" olaraq istifadə edir. İran hətta əvvəldən Əfqanıstanın bir çox bölgəsi və əyaləti ilə davamlı nəqliyyat və dəmir yolu əlaqələri inkişaf etdirib. 

Görünür Taliban Kabili asanlıqla tutduqdan və özünü ölkənin "əsl sahibi" və "siyasi qəyyumu" olaraq təyin etdikən sonra İran əvvəlki "etnik mənsubiyyət" və "nifrət" siyasətini kəskin şəkildə dəyişdirməyə məcbur olub. Bundan başqa, hesab edirəm ki, bu addım hər iki münaqişə tərəfinin mənfəəti üçün müəyyən harmoniya yarada biləcək.

- İrandakı kəsimin 80%-i şiə, Taliban Əfqanıstanının isə eyni faizlə sünni olduğu təqdirdə ortaq anlaşma necə mümkün olacaq? 

- Bu çox mürəkkəb bir məsələdir. Təəssüf ki, qloballaşmanın oyanması yumşaq güc konsepsiyasına və beynəlxalq siyasətin prinsiplərinə kəskin zərər vurdu. Xüsusilə, bu oyanış sosial-iqtisadi sanksiyaların birtərəfli tətbiqi, hegemonluq həvəsinin artması və son olaraq başqalarına qarşı hibrid müharibənin başladılmasına geniş vüsət verdi.

Bu gün dünyanın güclü və zəif millətləri arasında ciddi və xoşa gəlməyən siyasi oyunlar gedir. Ədalətli dünya və iqtisadiyyat anlayışı sönməkdədir. O cümlədən, təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, iqtisadiyyat dini düşüncələri, etnoloji əlaqələri və güzəştləri sıxışdıraraq tamamən sıradan çıxarıb.

Bununla əlaqədar olaraq, hesab edirəm yumşaq diplomatiya İranla Taliban arasındakı keçilməz uçurumu aşmaq üçün ideal bir yol olardı. Bu xüsusda Taliban, ABŞ-ın sosial-iqtisadi sanksiyalarından sonra İrana bir qədər iqtisadi rahatlıq bəxş edə bilər. Bir sözlə regional yanaşma hər iki tərəf üçün faydalı olardı, çünki hər ikisinin ABŞ kimi ortaq düşməni var. 

- Ümumiyyətlə İranın Əfqanıstana təsir imkanları necə olacaq?

- İran vaxtilə Talibana qarşı yaradılmış Şimali İttifaqına çox yaxın olub. Keçmişdə Taliban hücumları ilə mübarizə aparan xəzərlərləri və şiələrdən olan qrupları maliyyələşdirməklə yanaşı, onlara təlimlər verib.

İran Əfqanıstan ətrafında yaşayan bir çox etnik kimliklə "xilas ittifaqı" yaradıb ki, bu da önümüzdəki günlərdə narahatedici amillərə səbəb ola bilər.

Azərbaycan və MDB üzrə bir mütəxəssis olaraq İranın Əfqanıstandakı sosial-iqtisadi düzəni poza biləcəyini düşünürəm. Çünki İran Əfqanıstanın müəyyən hissəsini elektrik enerjisi və həyat üçün ən zəruri ehtiyaclarla təmin edir və İranla Taliban arasında heç bir uyğunlaşma əldə edilmədiyi təqdirdə bu, Tehran tərəfindən bir alət kimi istifadə edilə bilər. 

Son olaraq qeyd etmək istəyirəm ki, hər iki fərqli tərəf üçün bir növ qarşılıqlı yaşamaq haqqında fikir birliyi yaratmaq üçün "tarixi" bir fürsət var və bu fürsətdən istifadə etməklə tərəflə sui-qəsd nəzəriyyələrinin asan bir qurbanı olmamalıdır.

Elnur Ənvəroğlu 

İlham Əliyev Berlində XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində çıxış edir - VİDEO

Xəbər xətti

Hansı şəxslərə tibbi arayışlar ödənişsiz verilir? - TƏBİB-in direktorundan AÇIQLAMA
11:55 26.04.2024
“Tibbi arayışların elektronlaşması həm də kağıza qənaət etməyə şərait yaradacaq” – Vüqar Qurbanov
11:53 26.04.2024
COP29-un rəhbər heyəti ispaniyalı nazirlə görüşdü
11:50 26.04.2024
İranda qondarma “erməni soyqırımı”nın ildönümü keçirilib - FOTOLAR
İranda qondarma “erməni soyqırımı”nın ildönümü keçirilib - FOTOLAR
11:45 26.04.2024
İlham Əliyev Berlində XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində çıxış edir - VİDEO
11:41 26.04.2024
İlham Əliyev Berlində tədbirdə iştirak edir
11:33 26.04.2024
Nigerdən sonra Çad... - ABŞ Afrikadan qovulur
Nigerdən sonra Çad... - ABŞ Afrikadan qovulur
11:30 26.04.2024
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bağlanır – VİDEO
11:22 26.04.2024
ABŞ-da Fələstin tərəfdarı tələbə etirazları böyüyür: Ən azı 570 nəfər saxlanılıb
ABŞ-da Fələstin tərəfdarı tələbə etirazları böyüyür: Ən azı 570 nəfər saxlanılıb
11:20 26.04.2024
İlham Əliyev Almaniyada keçirilən tədbirdə İŞTİRAK EDƏCƏK
11:10 26.04.2024
Rəsmi İrəvandan XİN rəhbərlərinin Qazaxıstanda mümkün görüşü ilə bağlı AÇIQLAMA
11:09 26.04.2024
ABŞ-ın İran addımı: Sanksiyalar bir-birinin ardınca gəldi
ABŞ-ın İran addımı: Sanksiyalar bir-birinin ardınca gəldi
11:05 26.04.2024
LNG  AB-nin enerji siyasətində Rusiya qazını əvəz etdi
LNG AB-nin enerji siyasətində Rusiya qazını əvəz etdi
10:55 26.04.2024
XV Petersberq İqlim Dialoqunun ikinci günü BAŞLAYIB - VİDEO
10:52 26.04.2024
Azərbaycanda 1000 vahiddən az olan ev təsərrüfatlarının uçotu APARILACAQ
10:43 26.04.2024
Husilərdən təhdid:“Əməliyyatlar Hind okeanına qədər genişlənəcək”
Husilərdən təhdid:“Əməliyyatlar Hind okeanına qədər genişlənəcək”
10:37 26.04.2024
Əgər Rusiya bu ərazini işğal etsə...
Əgər Rusiya bu ərazini işğal etsə...
10:30 26.04.2024
DİN-dən qəzalara səbəb olan piyadalarla bağlı MÜRACİƏT – VİDEO
10:23 26.04.2024
ABŞ-la Çin arasında Ay uğrunda RƏQABƏT - ANALİTİKA
10:20 26.04.2024
Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır
10:19 26.04.2024
Xocavənddə partlayıcı vasitələr aşkarlandı
10:14 26.04.2024
ABŞ-dan Ukraynaya böyük dəstək
ABŞ-dan Ukraynaya böyük dəstək
10:06 26.04.2024
Çin ABŞ-a xəbərdarlıq edib
Çin ABŞ-a xəbərdarlıq edib
09:44 26.04.2024
Musiqi və incəsənət məktəblərinə şagird qəbulunda - Yenilik
09:31 26.04.2024
Azərbaycan nefti ucuzlaşdı
09:20 26.04.2024
Bakıda 29 dərəcə isti olacaq - Günün HAVA PROQNOZU
09:16 26.04.2024
Füzuli şəhərinə növbəti köç karvanı yola düşdü
09:00 26.04.2024
Zelenski: “NATO ölkələri Rusiyadan qorxurlar”
08:00 26.04.2024
"Sabah" Gənclər Liqasının qalibi oldu
06:18 26.04.2024
Cəlilabadda QƏZA - 20 baş qoyun tələf olub
05:17 26.04.2024
Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar AŞKARLANDI
04:05 26.04.2024
Filippində festival zamanı 45 nəfər istidən huşunu itirib
02:00 26.04.2024
Yunanıstan Paris olimpiadasının obyektlərini qorumaq üçün Fransaya “Crotale” HHM sistemləri verə bilər
01:00 26.04.2024
Futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib
00:05 26.04.2024
İsrail HHQ “Hizbullah”ın Livandakı hədəflərinə zərbələr endirib
23:45 25.04.2024
Si Cinpin hərbi həkimləri mümkün müharibəyə hazır olmağa çağırıb
23:23 25.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazanıb
23:00 25.04.2024
Stoltenberq NATO baş katibi postunu tərk edəndən sonra pilot ola bilər
22:40 25.04.2024
ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans keçirilir
22:22 25.04.2024
Britaniya İrana yeni sanksiyalar tətbiq edib
22:00 25.04.2024
Hamısı