Ölümə meydan oxuyan həkimlər “Şuşa boyda oğulların qanı üstümüzə bulaşmışdı” – MÜSAHİBƏ

Müsahibələr 13:39 30.08.2021

Vətən müharibəsi deyəndə, hamımızın gözü önünə əlində silah tutaraq döyüşən əsgərlər gəlir. Təbiidir, çünki müharibənin ən ağır işini onlar – ölümün gözünə dik baxanlar görüblər. Amma həmin əsgərlərlə yanaşı müharibənin gizli, gözə görünməyən qəhrəmanları da var. Ölümlə çarpışan həkimlər...

Məhz onların sayəsində bu gün yüzlərlə, minlərlə əsgərimiz, insanımız yenidən həyata qayıdıb, ikinci dəfə yaşamaq şansı əldə edib. Onlar olmasaydı, bu gün şəhidlərimizin sayı çox, daha çox olardı. Onlar həqiqətən də müharibənin gözə görünməyən qəhrəmanlardır. Bunu onlara deyəndə isə bir qədər etiraz edən kimi də olurlar - “Biz daha çox adamı xilas edə bilərdik, bacarmadıq...”

Bugünkü müsahibimiz Azərbaycan Tibb Universitetinin Ağız və Üz Çənə Cərrahiyyəsi kafedrasının assistenti, Azərbaycan Könüllü Həkimlər Assosiasiyasının sədri, hər iki Qarabağ müharibəsinin iştirakçısı Oktay Mehdiyevdir.

(Əvvəli ötən yazıda)

https://ednews.net/az/news/interview/475758-ecelle-doyusen-hekim

- Vətən sevgisi, döyüş əzmi... Bizləri qələbəyə də aparan bu olmadımı?

- Bəli, bu idi bizə qələbə qazandıran. Ən maraqlısı isə bilirsiz nə idi? Sonradan mən Şuşa şəhərinə gedəndə, təsadüfən haqqında danışdığım polkovnik-leytenantın xidmət etdiyi hərbi hissənin komandiri ilə görüşdüm. Görüş əsnasında ondan soruşdum ki, siz yəqin ki, bu hərbi hissədə yenisiz. Cavab verdi ki, yox, mən müharibədə bu hərbi hissənin komandiri kimi iştirak etmişəm. Daşaltını əsgərimlə birlikdə almışam. Dedim, ola bilməz axı, bu hərbi hissənin komandiri şəhid olub, mənə bunu şəxsən onun müavini deyib. Hətta, cənab polkovnik-leytenant mənə komandirinin necə şəhid olduğunu da deyib. Deməli, onun sözlərinə görə, ermənilər Daşaltı ətəyində mövqe tutmuş hərbçilərimizi intensiv minomyot atəşinə tutub. Bu zaman komandir yubandıqlarını görüb, qəzəblənərək “bu gün Daşaltı bizim olmalıdır, Ya Allah irəli” deyib, avtomatını götürüb, ermənilərin üstünə gedəndə minomyot düz yanına düşüb və onu qayalıqlar tərəfə tullayıb. Mən bunları danışdıqca N saylı hərbi hissə komandiri məni təəccüblə izləyib bildirdi ki, bəli bu adam onun özüdür. Lakin minomyot onun yanına yox, bir qədər aralı düşüb və dalğa onu qayalıqların arasındakı dərəyə tullayıb. Nəticədə sağ qalıb. Sonra o məndən bütün bunları haradan öyrəndiyimi soruşdu. Mən də dedim ki, müavini olan polkovnik-leytenant deyib. Zəng edib çağırdı yanına. Sonra hər şey aydın oldu. Polkovnik-leytenant komandirin şəhid olduğunu düşünüb, özü də dərhal sonra snayperlə vurulub...

- Maraqlı və tükürpədici hadisədir. Şəhid olan həmkarlarınız da oldu bu müharibədə. Onların arasında tanıdığınız, birgə çalışdığınız var idimi?

- Bəli, iki tələbəm şəhid oldu (bu cümləni elə bir səs tonu ilə dedi ki, sanki qarşımda az öncə bir komandir ədası ilə danışan həkim yox, övladını itirmiş məzlum bir ata var idi). Hər ikisi döyüş bölgəsində idi. Onlar Səfərbərlik Xidmətindən müharibəyə çağırılmışdılar. İkisi də minomyot zərbəsindən həlak oldu. Biri ümumiyyətlə tanınmaz hala düşmüşdü, DNK analizi edərək kimliyini müəyyənləşdirdilər. Digəri isə...  (Danışa bilmir, sonra bir siqaret yandırır və onun da maşında minomyotla vurularaq həlak olduğunu öyrənirik.)

- Müharibədən sonra Könüllü Həkimlər Assosiasiyası nəylə məşğuldur? Hazırda sizin və həmkarlarınızın əsas məqsədi nədir?

- Müharibə həkimlər üçün bitməyib axı (köks ötürür). Bilirsiniz ki, qəlpə və güllə yaraları bədəndə ciddi deformasiyalar yaradır və bu yaraların müalicəsi üçün uzun zaman lazımdır. Ona görə də, nə qədər sağalmamış qazilərimiz var, bizim müharibəmiz hələ də davam edir. Biz Könüllü Həkimlər Assosiasiyası olaraq həm Bakıda, həm də işğaldan azad olunmuş rayonlarımızda aktiv fəaliyyət göstəririk. Xüsusilə, stomatoloq və travmatoloqlar üçün bu gün də çox iş var.

Biz müharibədən sonra II korpusun ərazisində, Hadrut, Qubadlı, Zəngilanda, daha sonra isə Şuşada qazilərimizə və hərbçilərimizə pulsuz xidmət göstərən stomatoloji klinikalar açdıq. Əvvəlcə stomatoloji yardımlar edirdik, sonra dəri xəstəlikləri, bakterial xəstəliklər, qoturluq və müharibədən sonra tez-tez müşahidə edilən digər xəstəlikləri aşkarladıqda dərhal Bakıda və regionlarda fəaliyyət göstərən həmkarlarımızı dəvət etdik. Hətta işğaldan azad olunmuş rayonlarda fəaliyyət göstərən həkim və feldşerlər üçün bu xəstəliklərin müayinəsi və müalicəsi ilə bağlı təlimlər təşkil etdik.

Əsas məqsədimiz isə həmkarlarımızdan ibarət şəbəkəmizi daha da genişləndirməklə respublikamızın hər yerində, hər bölgəsində şəhid ailəsi və qazilərə pulsuz tibbi xidmət göstərməkdir. Və hazırda da bu fəaliyyətlə məşğuluq. Məsələn, XTQ komandirlərindən birini ötən günlərdə pulsuz əməliyyat etdirmişik, başqa bir qazimizin ürəyində problem var idi, damarları tıxanmışdı, onun uğurlu əməliyyatını təşkil etmişik. Leyla Şıxlınskaya adına xəstəxanada bir qazimizin əməliyyatı və tam müalicəsini təşkil edib, birbaşa xəstəxanadan orduya yola salmışıq. Belə nümunələr çox göstərə bilərəm...

- Bəs bir qrup könüllü həkim bu qədər işi necə görür, necə çatdırırsız?

Bir Oktay Mehdiyev dahil 4 kişi, ayakta duran insanlar ve iç mekan görseli olabilir

- Növbəli şəkildə, cədvəl əsasında. Bizim könüllü həkimlərimiz daim bir-birin əvəz edir və cədvəllər əsasında işimizi qurmuşuq. Məsələn, hazırda oktyabr ayına qədər həkimlərimizin cədvəlləri tamamilə dolub. Biz hər həftə Qarabağda çalışan qrupu yeni qrupla əvəz edirik. Beləliklə, nə həkimlərimiz öz işlərindən qalır, nə də könüllü fəaliyyətlərdən.

- Özəl sektordakı xəstəxanalardan sizlərə qoşulan həkimlər çoxdurmu?

- Əlbəttə çoxdur. Leyla Şıxlınskaya adına xəstəxana və City Hospitalın həkimlərini burada xüsusi qeyd etməliyəm. Bayram doktor başda olmaqla City Hospitalın bütün kollektivi hər zaman köməyimizdə olublar və indi də onlarla birlikdə şəhid ailələri və qazilərimizin müalicəsində çiyin-çiyinə çalışırıq.

Xüsusilə bəzi yerli sahibkarlar var ki, həm texniki təminatımıza, həm də işlərimizə çox dəstək olurlar. Onların başında Əlibala müəllim gəlir. Əlibala müəllim çox vətənpərvər insandır. Onun Quba rayonunda fəaliyyət göstərən bir bərpa və istirahət mərkəzi var. Hazırda o bizdən hər ayda 10 nəfər olmaqla qazilərimiz və şəhid ailələrini sözügedən mərkəzə göndərməyimizi istəyir. Yenə, buradakı xidmətlər də onlar üçün pulsuz olacaq.

- Artıq bir ilə yaxındır ki, siz və təşkilatınız təmənnasız ordumuza, qazilərimizə xidmət edirsiz, onları müalicə edir, sağlamlıqlarının qayğısına qalırsız. Bəs bu müddət ərzində dövlətin, müxtəlif qurumların, Müdafiə Nazirliyinin sizə, sədri olduğunuz quruma bir rəsmi təşəkkürü, fəxri fərmanı, medalı təqdim edilibmi?

- Xeyr, olmayıb və heç vaxt bunun arzusunda olmamışıq. Bizim devizimiz medal, təşəkkür deyil axı. Mən diplom, fəxri fərman istəsəm, oturub bütün günü institutda çalışaram. Bizim məqsədimiz başqadır, biz bu ölkədə bir nəfər belə olsun sağlamlığından narazı qazimizin, şəhid ailəsinin qalmasını istəmirik. Dişindən dırnağına, saçından, daxili orqanlarına kimi qazilərimizin, şəhid ailələrinin sağlamlıqları ilə bağlı nə problemi varsa biz onları təmənnasız olaraq həll etmək arzusundayıq. Və əvəzində heç nə istəmirik, nə pul nə medal, heç çox sağ ol da lazım deyil.

Bir Oktay Mehdiyev dahil 4 kişi, ayakta duran insanlar, askeri üniforma ve açık hava görseli olabilir

- Niyə? Təşəkkürdən niyə imtina edirsiz?

- Niyə? Çünki bu bizim borcumuzdur. Biz vətənə bununla xidmət edirik. İnanın Allaha, bilirsiniz mən müharibəni nə qədər gözləmişəm? Mən illərlə özümə yer tapa bilmirdim, bu son illərdə ümumiyyətlə ümidimi üzmüşdüm. Vətən müharibəsi başlayanda isə elə bil mənə dünyaları verdilər. Mən, həmçinin yüzlərlə həmkarım illərdir xəyalını qurduğumuz işi reallaşdırdıq. Biz elə bunun üçün yaşayırdıq, elə amalımız bu idi. Bir Vətən müharibəsində həkimin işi nə ola bilər? Özünə vətənpərvər deyən həkim nə etməlidi? Biz də onu etmişik, ordumuz döyüşüb, biz də ordumuzun hər əsgərini, hər nəfərini xilas etmək üçün əcəllə döyüşmüşük. Bizim üçün Qarabağdan böyük mükafat yoxdur, ola bilməz. Şuşaya bayrağımızı asan Ali Baş Komandan ərazilərimizin azad edilməsiylə bağlı hər mesajında, hər müraciətində bizə dünyaları verib. Daha nə verməlidir ki?!

Bir Oktay Mehdiyev dahil 3 kişi ve ayakta duran insanlar görseli olabilir

- Sizin və həmkarlarınızın sayəsində Vətənimizi işğaldan azad edən minlərlə qəhrəman komandirlərimiz, əsgərlərimiz bu gün sağ-salamatdır. Onlara nə qədər minnətdarıqsa, onları sağaldan, müalicə edən, qayğısına qalan sizlərə də bir o qədər minnətdarıq. Lakin mən burada bir sual daha vermək istəyirəm. Şuşaya olan xüsusi məhəbbətinizi bildiyim üçün bunu soruşuram, Şuşa azad edildiyi gün yaşadığınız sevinci bəlkə bizimlə bölüşəsiz?

- Mən bilirəm ki, Ali Baş Komandan Şuşanın azad edildiyini elan edəndə hər kəs bayram etmiş, sevinmişdi. Lakin həmin gün həm də mənim həyatımda ən ağır günlərdən biri idi. Şuşa uğrunda döyüşən uşaqların cənazələri məhz ayın 8-i bizə göndərildi (gözləri dolur). O gün həddindən artıq çox şəhid qəbul etdik və mən bəlkə də müharibə başlayandan bu yana ilk dəfə hönkür-hönkür ağladım.

Şuşa uğrunda, Şuşa boyda oğullar canından keçmişdi. Çətin gün idi, içimdə bir sevinc vardı, lakin üstüm-başım Şuşa uğrunda döyüşənlərin qanına bulanmışdı... (Sonuncu siqaretini yandırır).

Nicat İsmayılov

 

Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır

6.3.10. gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi

Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Kobaxidze Avropa Parlamentini sərt tənqid etdi
04:02 27.04.2024
Putin Bakıda doğulan şəxsin namizədliyini dəstəklədi
03:00 27.04.2024
Məşhur Rusiya aktyorları Bakıda gəzintiyə çıxdı
02:00 27.04.2024
Trampla debat üçün həyəcanlanıram - Bayden
01:00 27.04.2024
Ərdoğan Qüds Konfransında Netanyahu üçün dua edib
00:15 27.04.2024
Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib
23:45 26.04.2024
İsrailin milli təhlükəsizlik nazirinin olduğu avtomobil qəzaya uğradı
23:23 26.04.2024
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
23:00 26.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionu olub
22:44 26.04.2024
İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Prezident Almaniyanın xarici işlər naziri ilə görüşdü
17:21 26.04.2024
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
17:05 26.04.2024
Hamısı