Rusiya Belarusla birləşir Növbəti qurban olacaqmı?

Müsahibələr 15:17 10.09.2021

Rusiya prezidenti Vladimir Putinin Belarus prezidenti Aleksandr Lukaşenka ilə üç saat yarımlıq görüşü uzun zamandan bəri nəzərdə tutulan Birgə Dövlət proqramının baş tutmasını reallaşdırdı. İki dövlət arasında imzalanan 28 bənddən ibarət birgə dövlət proqramı həm iqtisadi, həm də hərbi gücün artırılmasına yönəldiləcək. Bununla yanaşı, imzalanan sənəd hərbi təlimlərin həyata keçiriləcəyini nəzərdə tutur. Bu xüsusda prezident Putin görüş zamanı “Zapad-2021” hərbi təliminin bu il mütləq şəkildə keçirlməsini vurğulayıb. 

Əslində keçmiş kommunist sovet hakimiyyətini birbaşa dəstəkləməsə də, sovetlər birliyindəki birgə dövlətlər sistemini formalaşdırmağa çalışan Rusiya qitənin böyük bir hissəsinə təkbaşına sahib çıxa bilməyəcəyini anlamağa başlayıb. Bir tərəfdən federasiyanın tərkibindəki türkdilli dövlətlər, digər tərəfdən Qafqaz dövlətləri, Ukrayna və şərqdə Çin hər an ölkənin ərazi bütövlüyünə təhdid yarada biləcəyi halda, Rusiya bununla baş etmək üçün güc imkanlarını genlişləndirməyə çalışır. Hazırda Qərbin qara siyahısında yer alan Belarus Rusiyanın qanadı altına sığınır. Lakin bu birliyə qatılacaq növbəti qurbanların kimlər olacağı hələ bəlli deyil. Digər ortaya çıxan sual isə sinerji gücə sahib olmağa çalışan Rusiyanın aqressiv siyasətinin artması və bunun bilavasitə Qafqazda təzahür edə bilməsidir.  

Siyasi şərhçi Mətin Məmmədli məsələ ilə bağlı EdNews-a müsahibə verib. 

- Rusiya Belarusla uzun illər müzakirə mövzusu olan Birgə Dövlət proqramı barədə razılığa gəlib. Beynəlxalq arenada sıxışdırılan və təcrid edilən bu iki dövlətin məhz bu gün razılığa gəlməsini həmin təzyiqin nəticəsi saymaq olarmı?

- Son mübahisəli prezident seçkilərindən sonra daxildə ciddi xalq etirazları, xaricdən isə Qərbin təzyiqləri ilə üzləşən Lukaşenko hakimiyyətinin Rusiya ilə münasibətləri daha da dərinləşdirmək siyasətinin məntiqini anlamaq olar. Bununla Lukaşenko Moskvanın köməyi ilə hakimiyyətini bir müddət də qorumaq, iqtidardan getdikdən sonra isə özünün və yaxın ətrafının təhlükəsizliyini təmin etmək istəyir. Bu baxımdan iki ölkə arasında sazişlər paketinin imzalanmasında Qərbin Minskə təzyiqlərinin rolu böyükdür. Belə demək mümkündürsə Qərbin Lukaşenko hakimiyyətinə təzyiqləri rəsmi Minskin birtərəfli xarici siyasət prioritetinin müəyyənləşməsində ciddi rol oynadı. Proseslərin bu formada cərəyan etməsindən geosiyasi baxımdan udan tərəf hələ ki, Rusiyadır. Ancaq Moskvanın da sevincinin bu kontekstdə uzun müddət çəkəcəyini də düşünmürəm. 

- Sirr deyil ki, Putin SSRİ-nin dağılmasını ən böyük səhv və bəla hesab edərək, keçmiş sovet respublikalarının yenidən hansısa formada bir araya gəlməsini zəruri hesab edir. Bu mənada, Moskvanın Birgə Dövlətə yeni ölkələri cəlb etmək cəhdi nə qədər realdır? Növbəti qurban hansı dövlət ola bilər?

- Aydındır ki, postsovet məkanını Rusiya özünün birbaşa nüfuz dairəsi hesab edir və son 30 ildə bölgə ilə bağlı siyasətinin əsas məqsədi bu məkan üzərində təsir gücünü qoruyub saxlamaqdır. Xüsusilə də Putin hakimiyyətə gəldikdən sonra son 20 ildə bu siyasət daha fəal həyata keçirilir və Moskva post sovet məkanında strateji məqsədlərini reallışdarmaq üçün müəyyən geosiyasi layihələrə müəlliflik edir. Bu sırada Avrasiya İqtisadi İttifaqını, KTMT-ni və s. birlikləri misal göstərmək olar. Təbii ki, Rusiya SSRİ-ni əvvəlki kimi mümkün olmasa da hər hansı formada bərpa etmək istəyir, qeyd etdiyimiz geosiyasi layihələr də, Belarusla imzalanan son sazişlər də Moskvanın bu məqsədinin reallaşdırılmasına xidmət edir. Ancaq mən Moskvanın postsovet məkanı ilə bağlı böyük iddialarını reallaşdıracağına skeptik yanaşıram. Əsas səbəblər kimi isə Rusiyanın iqtisadi-texnoloji imkanlarının məhdudluğunu, daxildə ciddi iqtisadi-siyasi problemlərinin mövcudluğunu, ideoloji çəkiciliyinin olmamasını, bölgə dövlətlərinin fərqli xarici siyasət həyata keçirmələrini, beynəlxalq konyukturu göstərə bilərəm. Bu baxımdan Moskvanın Belarusla planlaşdırdığı birgə dövlətə başqa hansı dövləti daxil edəcəyi perspektivini qeyri-müəyyən hesab edirəm. 

- Rusiyanın Belarusla birləşməsi hərbi potensialın da güclənməsinə gətirib çıxaracaq. Bu mənada, Kremlin bu gün apardığı aqressiv siyasət növbəti hərbi müdaxilələrə gətirib çıxara bilərmi? Bu, bizə ilk növbədə Qafqaz acısından maraqlıdır. 

- Təbii ki, Rusiya Belarusla birləşmə prosesini uğurla başa çatdırmağa nail olarsa bu onun həm də hərbi baxımdan gücünün artmasına səbəb ola bilər. Hərbi baxımdan daha da güclənən Rusiyanın aqressiv siyasətinin artması da gözləniləndir. Bu baxımdan qeyd olunan məqam bizi də Qafqaz və post sovet ölkəsi olaraq narahat etməyə bilməz. Xüsusilə də Qərbin son illərdə Rusiyanın aqressiv siyasətinə adekvat olmayan “dişsiz” siyasəti də bu narahatlıqlarımızı artırır. Ancaq bütün hallarda düşünürəm ki, Rusiyanın da bölgədə gücü hüdudsuz deyil və Moskva da bu amili nəzərə alaraq region dövlətləri ilə münasibətlərində rasional qərarlar verəcək. Moskvanın post sovet məkanında yeni hərbi siyasi avantüralara getməsi ilk növbədə özünün həyati maraqları üçün ciddi təhdidlər yarada bilər.

Elnur Ənvəroğlu 

"Bizim bizdən başqa dostumuz yoxdu" - Elman Nəsirov - VİDEO

Xəbər xətti

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar AŞKARLANDI
04:05 26.04.2024
Zelenski: “NATO ölkələri Rusiyadan qorxurlar”
03:00 26.04.2024
Filippində festival zamanı 45 nəfər istidən huşunu itirib
02:00 26.04.2024
Yunanıstan Paris olimpiadasının obyektlərini qorumaq üçün Fransaya “Crotale” HHM sistemləri verə bilər
01:00 26.04.2024
Futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib
00:05 26.04.2024
İsrail HHQ “Hizbullah”ın Livandakı hədəflərinə zərbələr endirib
23:45 25.04.2024
Si Cinpin hərbi həkimləri mümkün müharibəyə hazır olmağa çağırıb
23:23 25.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazanıb
23:00 25.04.2024
Stoltenberq NATO baş katibi postunu tərk edəndən sonra pilot ola bilər
22:40 25.04.2024
ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans keçirilir
22:22 25.04.2024
Britaniya İrana yeni sanksiyalar tətbiq edib
22:00 25.04.2024
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir
21:55 25.04.2024
Avtoxuliqanlıq edən sürücü HƏBS OLUNUB
21:41 25.04.2024
Makron: “Bugünkü Avropa ölümcül vəziyyətdədir”
21:22 25.04.2024
Bu tarixdən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır
21:00 25.04.2024
Ağdam Cümə məscidində ilk Azan VERİLİB
20:50 25.04.2024
Türkmənistan Xəzər dənizində mineral ehtiyatlarının mənimsənilməsi üçün yeni zavod tikir
20:39 25.04.2024
Sahibə Qafarova Monteneqroda rəsmi səfərdədir
20:34 25.04.2024
Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub
20:20 25.04.2024
Qumar oynayanları hansı cəzalar gözləyir? - Hüquqşünas AÇIQLAYIR
20:00 25.04.2024
Azərbaycan Prezidenti Füzuli Hava Limanından ilk dəfə olaraq Berlinə yola düşüb
19:50 25.04.2024
Ali Radanın deputatı: Müharibələr üçün pul kisəsi olan Vardanyan Nobel Sülh Mükafatına layiq görülə bilməz
19:40 25.04.2024
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb
19:30 25.04.2024
Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib - YENİLƏNİB
19:30 25.04.2024
Ərdoğan Türkiyədə Qazaxıstanın baş nazirini qəbul edib
19:20 25.04.2024
Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
19:07 25.04.2024
Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələri quraşdırılır
19:00 25.04.2024
Malıbəylidə aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb
18:35 25.04.2024
Lənkəranda ağır QƏZA – Xəsarət alan var
18:27 25.04.2024
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib
18:19 25.04.2024
Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb
18:08 25.04.2024
ABŞ HƏMAS-a çağırış edib
ABŞ HƏMAS-a çağırış edib
17:53 25.04.2024
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
17:53 25.04.2024
Laçında ilk dəfə peşə yarmarkası keçirilir
17:50 25.04.2024
Buraxılış imtahanlarında ən yüksək nəticə göstərən RAYONLAR
17:45 25.04.2024
PSJ-nin prezidenti “Qarabağ”ı təbrik etdi
17:40 25.04.2024
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
17:28 25.04.2024
Prezident İlham Əliyev Sadır Japarova Qarabağ atı hədiyyə edib
17:04 25.04.2024
Qarabağa may ayı üçün avtobus biletləri satışa ÇIXARILIR
16:58 25.04.2024
Ukraynadan Azərbaycana qarşı təxribat
Ukraynadan Azərbaycana qarşı təxribat
16:54 25.04.2024
Hamısı