ABŞ-ın qəzəbi, Türkiyənin rus manevri Ərdoğanın Soçi görüşü nələr vəd edir?

Müsahibələr 16:55 28.09.2021

Son günlər yenidən kəskinləşən İdlib problemi Türkiyə ilə Rusiya arasında maraqlı bir siyasi manevrin yaranmasına səbəb olub. NATO üzvü olan Türkiyənin həmlələri ABŞ-ı belə çaşqın vəziyyətdə buraxıb. Türkiyənin Rusiyadan ikinci hissə S-400 raketləri alma qərarına sərt reaksiya bildirən ABŞ Konqresi bu dəfə Türkiyəyə qırmızı kart göstərib. Belə ki, ABŞ Konqresinin Xarici Məsələlər üzrə rəhbəri, senator Bob Menendez Türkiyəni bir çox imtiyazlardan məhrum edə bilən sanksiyalar tətbiq edilməli olduğunu təkidlə qeyd edib. O, bunu Türkiyənin S-400-lərin ikinci hissəsini alacağı barədə qəti qərarından sonra deyib.

“Biz Amerikaya qarşı gələn qüvvələrə dair sanksiya aktımızda bunu açıq aydın qeyd etmişik. Rusiya ilə hərbi və kəşfiyyat sahəsində hər hansı anlaşma əldə edən ölkə və ya biznes qurumu bizim sanksiya siyahımıza daxil edilir,” deyə Menendez söyləyib.

Maraqlıdır, bəs NATO üzvü olduğu halda çox məhrumiyyətləri gözə alan Türkiyə hansı səbəbdən Rusiyanın yanındadır? Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sabah həmkarı Putinlə Soçidə görüş planlayıb. S-400-lərin alınmasından başqa Suriya, Əfqanıstan və Liviya məsələsinin də müzakirədə yer alacağı bu görüşdən müəyyən gözləntilər var.

Məsələ ilə daha ətraflı Türkiyəli siyasi şərhçi Engin Özər EDNews.net-ə müsahibə verib.

- ABŞ Konqresinin Xarici Əlaqələr üzrə komitə rəhbəri Bob Menendez Türkiyənin Rusiyadan yeni S-400-lər alacağını pisləyib və Türkiyəni yeni sanksiyalarla hədələyib. Bu sanksiyalar Türkiyəni nədən məhrum edə bilər?

- Böyük ehtimalla, ilk mərhələdə ABŞ Türkiyənin NATO-dakı ortaq mühafizə radarına giriş iznini məhdudlaşdırmağa çalışacaq. Hazırda NATO daxilində bu məsələ gündəmə gətirilib. Onu da qeyd edim ki, ABŞ-ın bunu tətbiq etməyə tam səlahiyyəti çatır.

İkinci mərhələdə sanksiyalar Türkiyəni hərbi aləmdə məşhurlaşdıran PUA-larla bağlı ola bilər. Bilirsiniz ki, Türkiyənin istehsal etdiyi PUA-ların çoxu NATO dövlətlərindən idxal olunan hissələrdən hazırlanır. Bu PUA-lar hər nə qədər türk malı kimi tanıdılsa da, onun optik sistemlərindən, radar-naviqator sistemlərinə qədər bir çox hissələri Almaniya, İngiltərə və Kanada kimi ölkələrdən idxal edilir. Beləliklə, ABŞ digər bir ehtimalla həmin hissələrin Türkiyəyə idxalına qadağa qoyulması haqda qərar verə bilər.

Üçüncü ehtimala gəlincə, qeyd edim ki, Türkiyənin ABŞ-la tekstil və polad ixracatı ilə bağlı xüsusi güzəştli vergi anlaşması var. ABŞ çox güman ki, Türkiyəyə etdiyi güzəştli vergi anlaşmasını ləğv etsin.

- Türkiyə prezidenti Ərdoğan ABŞ Konqresinin sanksiya hədələrinə baxmayaraq, Rusiyadan ikinci komplekt S-400 alacağını bildirib. Bu və digər ticarət əlaqələri, o cümlədən Suriya, Əfqanıstan və Liviya məsələlərini müzakirə etmək üçün o, rusiyalı həmkarı Putinlə Soçidə görüş planladığını deyib. Bu görüşdən nələr gözlənə bilər? 

- Bu məsələ çox maraqlıdır. Sabah Soçidə baş tutacaq görüşdə Ərdoğanla Putin ilk öncə nəyi müzakirə edəcək. Hesab edirəm hər iki tərəf üçün gündəm məsələ İdlibdir. Lakin mən İdlib məsələsinə digərlərindən fərqli yanaşıram. Ruslar İdlibdə Türkiyənin hazırki durumdan xilas olmasını istəmirlər. Rusiyanın Əsəd rejimi ilə radikal terror qruplaşmaları arasında birgə formalaşdırdığı hərbi sistem Türkiyə əsgərinə son dərəcə ciddi təhlükə yarada bilər. Türkiyəni sərhədlərdə çıxılmaz vəziyyətə salmaq istəyən Rusiya vəziyyəti gözəl anlayaraq Türkiyənin mövqelərinə doğru bilərəkdən raket atəşi yağdırır. Hazırda Türkiyə İdlibdə hərtərəfli sıxışdırılmış vəziyyətdədir və Rusiya da bunu bildiyi üçün onun vəziyyətdən xilas olmasını istəmir. Bu səbəbdən də sabahkı görüşdə Putinin İdliblə bağlı hər hansı bir həll təklifi gözlənilmir. Təbii ki, kameraların qarşısında Putin həmkarı Ərdoğana Türkiyə hərbi qüvvələrinin bölgəni boşaltmalı olduğunu səsləndirəcək. 

Yenə də qeyd edirəm ki, Türkiyənin İdlibdəki hazırki durumu Rusiyanın xeyrinədir. Bu səbəbdən də sabahkı görüşdə İdliblə bağlı hər hansı bir müsbət nəticə gözləmirəm. Əfqanıstana gəlincə, Türkiyə bu məsələdə Rusiyaya təkliflər irəli sürə bilər. 

- ABŞ kimi müttəfiqlə münasibətlərin korlanacağını bilərək Rusiyadan hələ də istifadə etmədiyi S400-ləri alacağına qərar verən Türkiyə nə kimi siyasət yürütməyə çalışır? 

- Qeyd edim ki, S-400-lərin alınması ilə bağlı öncədən razılaşma mövcud idi. Öncə birinci hissə, daha sonra ikinci hissənin alınması anlaşmada yer alırdı. Rusiyanın RosTex şirkəti Türkiyə ilə texnoloji transfer və S-400 sisteminin bir hissəsinin Türkiyədə tətbiq edilməsi barədə danışıqlar aparmışdı. Lakin məhz bu danışıqlar səbəbindən S400-lərin ikinci hissə alışı gecikirdi. 

S-400-lərin alınmasının nə dərəcə məntiqə uyğun olub-olmadığına gəldikdə onu deyə bilərəm ki, prezident Ərdoğan burada Rusiyanı adi dillə desək, bir qədər yola verməyə çalışır. Təbii ki, Türkiyə nə birinci hissədə aldığı S-400-ləri istifadə edir, nə də növbəti ikinci hissəni istifadə etmək üçün onları sistemə daxil edib. Ərdoğan sadəcə bu addımı atmaqla Rusiyanı bir müddət idarə etmək üçün həmlə etməyə çalışır. Bundan əlavə, Türkiyə Soçi görüşündən sonra Rusiyadan yeni nəsil Su-57-lər, habelə yanğınsöndürmə təyyarələrinin alınması barədə danışıq apara bilər. Lakin Suriya məsələsinə gəlincə Rusiya qərarından dönmədən Türkiyənin İdlibdə düşdüyü çətin durumdan çıxmasına əngəl olmağa çalışacaq.

Elnur Ənvəroğlu

"Bizim bizdən başqa dostumuz yoxdu" - Elman Nəsirov - VİDEO

Xəbər xətti

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar AŞKARLANDI
04:05 26.04.2024
Zelenski: “NATO ölkələri Rusiyadan qorxurlar”
03:00 26.04.2024
Filippində festival zamanı 45 nəfər istidən huşunu itirib
02:00 26.04.2024
Yunanıstan Paris olimpiadasının obyektlərini qorumaq üçün Fransaya “Crotale” HHM sistemləri verə bilər
01:00 26.04.2024
Futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib
00:05 26.04.2024
İsrail HHQ “Hizbullah”ın Livandakı hədəflərinə zərbələr endirib
23:45 25.04.2024
Si Cinpin hərbi həkimləri mümkün müharibəyə hazır olmağa çağırıb
23:23 25.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazanıb
23:00 25.04.2024
Stoltenberq NATO baş katibi postunu tərk edəndən sonra pilot ola bilər
22:40 25.04.2024
ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans keçirilir
22:22 25.04.2024
Britaniya İrana yeni sanksiyalar tətbiq edib
22:00 25.04.2024
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir
21:55 25.04.2024
Avtoxuliqanlıq edən sürücü HƏBS OLUNUB
21:41 25.04.2024
Makron: “Bugünkü Avropa ölümcül vəziyyətdədir”
21:22 25.04.2024
Bu tarixdən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır
21:00 25.04.2024
Ağdam Cümə məscidində ilk Azan VERİLİB
20:50 25.04.2024
Türkmənistan Xəzər dənizində mineral ehtiyatlarının mənimsənilməsi üçün yeni zavod tikir
20:39 25.04.2024
Sahibə Qafarova Monteneqroda rəsmi səfərdədir
20:34 25.04.2024
Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub
20:20 25.04.2024
Qumar oynayanları hansı cəzalar gözləyir? - Hüquqşünas AÇIQLAYIR
20:00 25.04.2024
Azərbaycan Prezidenti Füzuli Hava Limanından ilk dəfə olaraq Berlinə yola düşüb
19:50 25.04.2024
Ali Radanın deputatı: Müharibələr üçün pul kisəsi olan Vardanyan Nobel Sülh Mükafatına layiq görülə bilməz
19:40 25.04.2024
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb
19:30 25.04.2024
Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib - YENİLƏNİB
19:30 25.04.2024
Ərdoğan Türkiyədə Qazaxıstanın baş nazirini qəbul edib
19:20 25.04.2024
Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
19:07 25.04.2024
Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələri quraşdırılır
19:00 25.04.2024
Malıbəylidə aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb
18:35 25.04.2024
Lənkəranda ağır QƏZA – Xəsarət alan var
18:27 25.04.2024
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib
18:19 25.04.2024
Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb
18:08 25.04.2024
ABŞ HƏMAS-a çağırış edib
ABŞ HƏMAS-a çağırış edib
17:53 25.04.2024
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
17:53 25.04.2024
Laçında ilk dəfə peşə yarmarkası keçirilir
17:50 25.04.2024
Buraxılış imtahanlarında ən yüksək nəticə göstərən RAYONLAR
17:45 25.04.2024
PSJ-nin prezidenti “Qarabağ”ı təbrik etdi
17:40 25.04.2024
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
17:28 25.04.2024
Prezident İlham Əliyev Sadır Japarova Qarabağ atı hədiyyə edib
17:04 25.04.2024
Qarabağa may ayı üçün avtobus biletləri satışa ÇIXARILIR
16:58 25.04.2024
Ukraynadan Azərbaycana qarşı təxribat
Ukraynadan Azərbaycana qarşı təxribat
16:54 25.04.2024
Hamısı