“Biz Azərbaycan adında dövlət tanımırıq” İranın 100 illik siyasəti

Müsahibələr 14:29 04.10.2021

Azərbaycanla İran arasındakı gərginlik nəyinki səngimir, əksinə gün keçdikcə daha da kəskinləşən bir hal alır. Artıq iki dövlətin bir-birindən narazılıqları dövlət başçıları tərəfindən dilə gətirilir, qarşılıqlı sərt və tənqidi mesajlar səsləndirilir.

Azərbaycanla İran arasında yaşanan bu gərginliyin səbəblərini müəyyənləşdirmək iki dövlət arasındakı münasibətlərin tarixini kompleks şəkildə təhlil etməyi tələb edir. Beləliklə, son 30 ildə Azərbaycan-İran münasibətlərini nəzərdən keçirdiyimiz zaman tərəflər arasında dəfələrlə diplomatik böhranların, problemlərin yaşandığını müşahidə edirik.

Bəs niyə? Nə üçün cənub qonşumuzla aramızda bu qədər intensiv problemlər yaşanır?

Bu və digər suallara cavab tapmaq üçün iki dövlət arasındakı münasibətlərin təməlinə diqqət yetirmək zəruridir. Qeyd edək ki, Azərbaycan və İran arasındakı münasibətlərin təməli Azərbaycan Xalq Cümhuriyyətinin qurulması ilə qoyulub. Bəs İranın yeni yaranmış cümhuriyyətə münasibəti necə olub?

Tarixçi alim, professor Solmaz Rüstəmova-Tohidi EDNews-a verdiyi eksklüziv müsahibədə bu və bizləri maraqlandıran digər suallara maraqlı cavablar verib.

Solmaz Tohidi Rəsulzadəni tənqid edən tarixçini rəzil etdi - FOTO | Eurasia  Diary

- Solmaz xanım, son günlər Azərbaycan və İran münasibətlərində müşahidə edilən gərginlik əslində yeni bir hadisə deyil. Azərbaycan müstəqilliyini elan etdiyi gündən bu günə, yəni son 30 ildə İranla münasibətlər müxtəlif səbəblərdən dəfələrlə kəskinləşib. Bu fakt belə bir sualın yaranmasına səbəb olur: Bəs iki dövlət arasındakı münasibətlərin özəyi necə qurulub? Azərbaycan Xalq Cümhuriyyəti istiqlalını elan etdikdən sonra İranın bu istiqlala necə yanaşıb? Və ümumiyyətlə Xalq Cümhuriyyəti və İran münasibətlərini necə qiymətləndirərdiniz?

- Azərbaycan-İran dövlətlərarası münasibətlərinin əsası sözsüz ki, Cümhuriyyətin yaranması ilə qoyulub. Lakin elə ilk andan, daha doğrusu hələ bu hadisə baş verməmişdən əvvəl Cənubi Qafqazın müsəlman-türk əhalisinin öz dövlətlərini yaratmaq ehtimalı İran dövləti tərəfindən böyük narahatlıqla qarşılanıb. Bu narahatlığı doğuran ilkin amil isə hələ 1917-ci ildə “Azərbaycan muxtariyyəti”  tələbi ilə çıxış edən Cümhuriyyət qurucularının yaradacaqları yeni dövlətə məhz “Azərbaycan” adı verəcəyi ilə bağlı olub. Belə ki, bu şüar, ümumiyyətlə “Azərbaycan” adının bu tayda işlədilməsi və xüsusilə siyasi məna kəsb etməsi İran Azərbaycanı nəzərdə tutulmaqla İranın ərazi bütövlüyünə təhdid, Osmanlı dövlətinin də dəstəyi ilə Cənubi Azərbaycanın İrandan ayrılması və bütöv Azərbaycan yaradılması kimi planların mövcudluğu kimi qəbul edilib. Azərbaycan Cümhuriyyəti elan edildikdən sonra İran mətbuatı, İranın Qafqazdakı konsulluqları, İranın və Cənubi Azərbaycanın siyasi  qüvvələri (Xiyabani hərəkatı), hətta Bakıdakı “İranlı” icması tərəfindən Cümhuriyyətin real qurucusu kimi qəbul edilən Müsavat Partiyasına və onun liderinə qarşı başlanan hücumlar artıq kampaniya halını alıb. “Azərbaycan” adı, Azərbaycan tarixi, coğrafiyası, xalqı, milləti, ədəbiyyatı, mədəniyyəti və digər mövzularda İran mətbuatı və Məhəmməd Əmin Rəsulzadə arasında 1917-1919-cu illərdə davam edən polemika həmin dövr Azərbaycan-İran münasibətlərinin tərkib hissəsinə çevrilib. Cümhuriyyət hökumətinin İrana qarşı hər hansı ərazi iddiaları olmadığı, “Azərbaycan” deyərkən yalnız cənubi-şərqi Qafqaz əraziləri nəzərdə tutulduğu kimi davamlı bəyanatlarına baxmayaraq, İranla diplomatik münasibətlər qurmaq cəhdlərinin gedişində “Azərbaycan” adı məsələsi daim diqqət mərkəzinə gətirilib.  M.Ə.Rəsulzadənin 1918-ci ildə İstanbuldakı İran konsulluğuna göndərilən və içində “İstiqlal” bəyannaməsinin surəti və digər  sənədlər olan zərfin açılmadan  “Biz Azərbaycan adında dövlət tanımırıq” iddiası ilə geri göndərilməsi, 1919-cu ildə Ə.M. Topçubaşovun İstanbulda və Parisdə İran rəsmiləri ilə məhz bu ad ətrafında çox ağır keçən danışıqları, İsmayıl Xan Ziyadxanovun ilk diplomatik missiyanın başçısı kimi Tehrana səfəri zamanı artıq açıq şəkildə ölkənin adının dəyişilməsi kimi təkliflə üzləşməsi, nəhayət İran dövlətinin Paris Sülh Konfransında Qafqaz Azərbaycanı ərazilərinin İrana qaytarılması kimi şərtlər irəli sürməsi İran-Azərbaycan münasibətlərinin nə qədər ağır şəraitdə formalaşdığını göstərir.  Bununla belə, Cümhuriyyətin bütün bu etirazlara baxmayaraq böyük uzaqgörənliklə verdiyi “Azərbaycan” adı ilə məhz öz dövlət quruculuğunda qazandığı uğurlar son nəticədə həmin münasibətlərin tənzimlənməsinə səbəb olub. Burada Cümhuriyyət hökumətinin atdığı bir sıra konkret iqtisadi addımlar da öz rolunu oynayıb. Məsələn, Cümhuriyyət hökumətinin gömrük məsələləri ilə bağlı keçmiş Rusiya-İran deyil, yeni Azərbaycan-İran dövlətlərarası müqavilə əsasında işləmək tələbi, belə bir müqavilə bağlanmayana qədər Qafqaz və Rusiya ilə geniş ticarət aparan iranlı tacirlərin fəaliyyətinə icazə verilməməsi İranda ciddi gərginlik yaratmış və bu zümrənin  Azərbaycana qarşı münasibəti dəyişmək tələbi ilə öz ölkə rəhbərliyinə təzyiqlərini gücləndirmişdi.

Lakin əsas amil, təbii ki, İran tərəfinin Azərbaycanı bir dövlət kimi özünü təsdiq etməsi reallığı ilə barışmaq məcburiyyəti idi. Cümhuriyyətin bütün çətinliklərə baxmayaraq “tam müstəqil şəkildə öz işləri ilə məşğul olub qanunlar qəbul etdiyi”, “qədim dövlətlərin də çəkindiyi addımlar atdığı”, “böyük dövlətlərin siyasi komissiyalar göndərib bu hökumətlə müqavilələr bağladığı” kimi İran rəsmilərinin gəldiyi nəticələr iki ölkə arasında üç ildən artıq davam edən siyasi-ideoloji çəkişmələrə son qoydu. 1920-ci ilin yanvarında Cümhuriyyətin müstəqilliyinin böyük dövlətlər tərəfindən tanınması fonunda, həmin ilin martında AXC ilə İran arasında dostluq müqaviləsi və bir neçə saziş bağlandı. Bu mühüm hadisə, eləcə də  həmin günlər Tehranda Adil Xan Ziyadxanovun başçılığı ilə Azərbaycanın səfirliyinin açılması ilə iki qonşu dövlət arasında dostluq, əməkdaşlıq və diplomatik münasibətlərin əsası qoyuldu.

Yaxın tarixə edilən bu kiçik ekskursdan alınan nəticə - İran da daxil olmaqla xarici dövlətlərlə münasibətlərdə Azərbaycanın yalnız bir müstəqil yaşar dövlət olaraq özünü təsdiq etməsi amilinin önəmidir ki, bugünkü dövlətimiz də məhz bu amilin gücünə öz sözünü deyə bilir.   

- Belə anlaşılır ki, İran Azərbaycan adlı bir dövlətin varlığını 103 ildir qəbul edə bilmir. Lakin burada bizi maraqlandıran daha bir məqam üzə çıxır. 651-ci ildən 1924-cü ilədək azərbaycanlıların hökm etdiyi, dünyada ən çox türkün yaşadığı ikinci məmləkət olan İran bu gün niyə və necə fars dövləti kimi qələmə verilir? İranın farslaşması hansı hadisədən sonra başladı? Və ümumiyyətlə, bir tarixçi kimi siz İranı fars dövləti hesab edirsinizmi?

- Məsələyə çox uzaqdan və çox ümumi baxırsınız, gəlin yanaşmanı dəqiqləşdirək. İranın əsasən xarici mənbələrdə “Persiya” adlandırılması bu dövlətin guya “fars” dövləti olduğu haqda əslində yanlış təsəvvür yaradıb. Belə ki, hələ qədim zamanlardan başlayaraq ölkənin özünü ərazi və məkan anlamında “İran” adlandırdığını təsdiq edən saysız sənədlər var. Orta əsrlərdə müxtəlif dövrlərdə bu ölkənin tərkibində müxtəlif müstəqil dövlətlər – şahlıqlar, sülalə dövlətləri mövcud olanda belə, ölkənin ümumi adında “İran” kəlməsi yazılıb. Məsələn, “Məmalik-i Şahənşahi Məhruse-yi İran”, yəni bir neçə məmləkətdən (şahlıqdan) ibarət “himayə olunan” (məhruse)  ümumi (Şahənşah) İran dövləti. Qədim “ariyan” (arilər) fars əsilli tayfa adından gələn “İran” məfhumu sonralar  – ölkə (dövlət) adı kimi (Dövlət-i Məhruse-yi İran) yalnız özü tərəfindən deyil, digər ölkələrin də siyasi, elmi ədəbiyyatında, mətbuatında və s. işlədilib. Bizim XX əsrin əvvəlləri milli mətbuatımıza baxın. Belə ki, bu adın ölkəyə guya yalnız  1935-ci ildə Rza şah Pəhləvi tərəfindən verildiyi yanlış fikirdir, çünki Rza şahın “İran” adının rəsmiləşdirilməsinə dair qəbul etdiyi qərar əslində ölkəni “Persian” - Persiya adlandıran xarici dövlətlərə yönəlmişdi. Hələ bu tarixdən xeyli əvvəl, Cümhuriyyət dövrü İranla bağlı yazışmalar və iki ölkə arasında bağlanan müqavilələrdə məhz İran adının işlənməsi deyilənlərə daha bir sübutdur.     

Türklərin İranda say çoxluğu təşkil etdiyi və hakimiyyətdə olduğu məsələsinə gəldikdə, burada bir məqam dəqiqləşdirilməlidir ki, tarixən çox geniş ərazilərə malik bu dövlətin əhalisi ən müxtəlif  qəbilələr, tayfalar, etnos və xalqlardan ibarət olsa da İranın müasir anlamda bir dövlət kimi formalaşmasında iki xalqın – türklərin və farsların iştirak etdiyi dünya iranşünaslığında da birmənalı qəbul edilən elmi yanaşmadır. Lakin əsrlər boyu bu ölkəni idarə etmiş İran türklərinin öz hakim mövqelərini itirməsinin və etnik-milli və dil baxımdan bu gün ölkənin həyatında önəmli  yer tutmamasının tarixi səbəbləri var. Uzağa getməyərək, yenə də bu məsələyə ilk dəfə diqqət yetirmiş M.Ə.Rəsulzadəyə müraciət edək. “İran türkləri” (1912-ci il) adlı əsərində 5 əsrdən bəri İran hökmdarlarının türk olmasının türklərə hər hansı bir imtiyaz vermədiyi və farslarla eyni statusda qaldığı, türk hökmdarlarının farsların milli mənsubiyyətinə qarşı çıxmadıqları üçün, onlar tərəfindən də “milli İran padşahları” kimi qəbul edildiyi, öz növbəsində türklərin də fars mədəniyyətini və fars dilini milli ədəbi dil kimi qəbul etdikləri, beləliklə farslara mənəvi cəhətdən məğlub olduqları kimi məqamlar vurğulanır. Beləliklə ilk növbədə dil, daha sonra şiəlik amilləri, İran türklərinin “iranlılaşmasında” mühüm rol oynayıb.

Xatirimdədir ki, böyük Azərbaycanlı, mərhum prof. Cavad Heyət də bu mövzuda danışarkən İran dövlətinin türklərin qılıncı, farsların qələmi ilə yaradıldığını, qılınc dövrü bitəndən sonra türklərin öz hakim mövqelərini itirdiyini, qələmin isə farsların əlində qaldığını söyləyirdi. 

Lakin burada türklərin fars dilini rəsmi dil statusunda qəbul etməsinə rəğmən söhbət onların farslaşmasından deyil, məhz “iranlılaşmasından” gedə bilər. Belə ki, yenə də Rəsulzadənin ibarəsi ilə İran türklərinin nə Rusiyadakı kimi məhkum, nə də Türkiyədəki kimi hakim millət olmadığı nəzərə alınarsa onların farslarla eyni, bərabər statusa malik, bilavasitə İran dövlətini yaradan bir millət olduğu anlamı qarşısında nə üçün İranı Vətən,  özlərini isə “iranlı” bilməsi səbəbi aydınlaşar. Məhz bu amil bu günün özündə də İran azərbaycanlılarının “iranlı” kimliyini bir çox hallarda “vətəndaş” deyil, az qala “milli kimlik”, türklüyü isə “etnik kimlik” kimi qəbul etməsini şərtləndirir.

Həmin bu amil müasir İran dövlətinin sırf fars dövləti kimi qəbul  edilməsini məntiqsiz edir, çünki bu dövlətdə yaşayan və öz milli hüquqlarını anlayaraq müxtəlif səviyyələrdə mübarizə aparan İran xalqlarını hələ də bu dövlət tərkibində saxlayan həmin o ümumi anlamda “iranlı” adı və “iranlı kimliyi” məsələsidir. Lakin bu amil heç də İranda fars şovinizmi siyasətinin həyata keçirildiyi faktını danmır. Bu siyasətin əsası isə 1930-cu illərin ortalarında, xariciləri ölkəni “İran” adlandırmağa  məcbur edən, lakin ölkənin ideologiyasında “farslaşma” kursuna rəvac verən Rza şah Pəhləvi tərəfindən qoyulub. Dövlət siyasəti həddinə qaldırılmış bu proses onun oğlu – Məhəmməd Rza Pəhləvinin hakimiyyəti illərində davam etdirilib. Təəssüf ki, İran İslam İnqilabından sonra da,  hətta ölkə Konstitusiyasına milli siyasət və dil sahəsində mövcud maddələr salındığına baxmayaraq, real olaraq bu istiqamətdə nəzərəçarpacaq bir dəyişiklik baş verməyib.

- Solmaz xanım, İran tarixçilərinin, siyasi xadimlərinin ritorikasında tez-tez Şimali Azərbaycan İranın tarixi əyaləti kimi nəzərdən keçirilir. Bu arqumentə münasibətiniz necədir?

- Bir iranşünas alim kimi necə ola bilər... Hər halda tarixi gerçəkliklərlə hesablaşıb obyektiv mövqe tutmağa və məsələyə geniş anlamda yanaşmağa çalışıram. Və təbii ki, bu yanaşma fərqlidir. İranlı siyasi xadimlərin dilində həmin arqumentlər daha çox qədim və zəngin keçmişi olan “Böyük İran” imperiyası xülyalarının hələ də saxlanılması və mümkün qədər, ən azı ritorika səviyyəsində gündəmdə qalması arzusundan irəli gəlir. Amma təəssüf ki, bu sıradan arqumentlər və düşüncə tərzi hər dövrün öz reallıqları nəzərə alınmadan iranlı alimlərin əsərlərinə də xasdır. Bu əsərlərdə nə Azərbaycanın və Azərbaycan türklərinin İran tarixində yeri, nə də bu diyarın ərazi, əhali, idarəçilik və s. baxımdan siyasi-ictimai inkişafında baş vermiş dinamika görməməzliyə vurulur. Yeri gəlmişkən, Rəsulzadə ilə İran mətbuatı arasında 3 il davam edən həmin tarixi polemikada bütün bu məsələlər geniş nəzərdən keçirilir və Məhəmməd Əmin bəyin gətirdiyi arqumentlər bu gün də tarixçilər üçün öz aktuallığını saxlayır. Lakin burada bir məqama da diqqət çəkmək lazımdır. Belə ki, Azərbaycan tarixinə bu yanaşma, yəni Azərbaycanın tarixən İranın bir əyaləti olduğundan çıxış edərək başqa arqumentləri ciddi almayan yalnız iranlı alimlər deyil. Bu sırada bir çox tanınmış xarici ölkə iranşünaslarının da (hələ erməni tarixçilərini bir kənara qoyaq) adı var. Bu məqam, əlbəttə bizi, Azərbaycan alimlərini, təbii ki, tarixi faktları danmadan, bu gün ortaya qoyduğumuz yeni konseptual yanaşmanı məhz elmi əsaslarla sübut etmək zərurəti ilə qarşılaşdırır. Belə ki, Azərbaycanın  bilavasitə İran siyasi çevrəsindən ayrılaraq ərazi və xalq baxımından formalaşdığı, Şimali Azərbaycanın isə müstəqil dövlətçiliyə gedən yolunun nə zaman, necə başlandığı, hansı şəraitdə və şərtlər daxilində  inkişaf etdiyi və müasir məntiqi reallıqla tamamlandığı bu gün ciddi tədqiqata  və geniş elmi müstəvidə təqdimə ehtiyacı olan ən mühüm mövzulardandır.

Nicat İsmayılov

Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır

6.3.10. gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi;

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bağlanır – VİDEO

Xəbər xətti

Nigerdən sonra Çad... - ABŞ Afrikadan qovulur
Nigerdən sonra Çad... - ABŞ Afrikadan qovulur
11:30 26.04.2024
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bağlanır – VİDEO
11:22 26.04.2024
ABŞ-da Fələstin tərəfdarı tələbə etirazları böyüyür: Ən azı 570 nəfər saxlanılıb
ABŞ-da Fələstin tərəfdarı tələbə etirazları böyüyür: Ən azı 570 nəfər saxlanılıb
11:20 26.04.2024
İlham Əliyev Almaniyada keçirilən tədbirdə İŞTİRAK EDƏCƏK
11:10 26.04.2024
Rəsmi İrəvandan XİN rəhbərlərinin Qazaxıstanda mümkün görüşü ilə bağlı AÇIQLAMA
11:09 26.04.2024
ABŞ-ın İran addımı: Sanksiyalar bir-birinin ardınca gəldi
ABŞ-ın İran addımı: Sanksiyalar bir-birinin ardınca gəldi
11:05 26.04.2024
LNG  AB-nin enerji siyasətində Rusiya qazını əvəz etdi
LNG AB-nin enerji siyasətində Rusiya qazını əvəz etdi
10:55 26.04.2024
XV Petersberq İqlim Dialoqunun ikinci günü BAŞLAYIB - VİDEO
10:52 26.04.2024
Azərbaycanda 1000 vahiddən az olan ev təsərrüfatlarının uçotu APARILACAQ
10:43 26.04.2024
Husilərdən təhdid:“Əməliyyatlar Hind okeanına qədər genişlənəcək”
Husilərdən təhdid:“Əməliyyatlar Hind okeanına qədər genişlənəcək”
10:37 26.04.2024
Əgər Rusiya bu ərazini işğal etsə...
Əgər Rusiya bu ərazini işğal etsə...
10:30 26.04.2024
DİN-dən qəzalara səbəb olan piyadalarla bağlı MÜRACİƏT – VİDEO
10:23 26.04.2024
ABŞ-la Çin arasında Ay uğrunda RƏQABƏT - ANALİTİKA
10:20 26.04.2024
Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır
10:19 26.04.2024
Xocavənddə partlayıcı vasitələr aşkarlandı
10:14 26.04.2024
ABŞ-dan Ukraynaya böyük dəstək
ABŞ-dan Ukraynaya böyük dəstək
10:06 26.04.2024
Çin ABŞ-a xəbərdarlıq edib
Çin ABŞ-a xəbərdarlıq edib
09:44 26.04.2024
Musiqi və incəsənət məktəblərinə şagird qəbulunda - Yenilik
09:31 26.04.2024
Azərbaycan nefti ucuzlaşdı
09:20 26.04.2024
Bakıda 29 dərəcə isti olacaq - Günün HAVA PROQNOZU
09:16 26.04.2024
Füzuli şəhərinə növbəti köç karvanı yola düşdü
09:00 26.04.2024
Zelenski: “NATO ölkələri Rusiyadan qorxurlar”
08:00 26.04.2024
"Sabah" Gənclər Liqasının qalibi oldu
06:18 26.04.2024
Cəlilabadda QƏZA - 20 baş qoyun tələf olub
05:17 26.04.2024
Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar AŞKARLANDI
04:05 26.04.2024
Filippində festival zamanı 45 nəfər istidən huşunu itirib
02:00 26.04.2024
Yunanıstan Paris olimpiadasının obyektlərini qorumaq üçün Fransaya “Crotale” HHM sistemləri verə bilər
01:00 26.04.2024
Futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib
00:05 26.04.2024
İsrail HHQ “Hizbullah”ın Livandakı hədəflərinə zərbələr endirib
23:45 25.04.2024
Si Cinpin hərbi həkimləri mümkün müharibəyə hazır olmağa çağırıb
23:23 25.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazanıb
23:00 25.04.2024
Stoltenberq NATO baş katibi postunu tərk edəndən sonra pilot ola bilər
22:40 25.04.2024
ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans keçirilir
22:22 25.04.2024
Britaniya İrana yeni sanksiyalar tətbiq edib
22:00 25.04.2024
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir
21:55 25.04.2024
Avtoxuliqanlıq edən sürücü HƏBS OLUNUB
21:41 25.04.2024
Makron: “Bugünkü Avropa ölümcül vəziyyətdədir”
21:22 25.04.2024
Bu tarixdən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır
21:00 25.04.2024
Ağdam Cümə məscidində ilk Azan VERİLİB
20:50 25.04.2024
Türkmənistan Xəzər dənizində mineral ehtiyatlarının mənimsənilməsi üçün yeni zavod tikir
20:39 25.04.2024
Hamısı