Azərbaycanlılar Moskvada necə ayağa qalxdı? “Ruslar “Von otsyuda”,- deyə qışqırırdı”

Müsahibələr 12:20 20.01.2022

20 Yanvar faciəsindən 32 il ötür. 32 il əvvəl, məhz bu gün səhər saatlarında Moskvada bir qrup azərbaycanlı ziyalı sovet qoşunlarının Bakıda qırğın törətdiyi xəbərini alır və bu qırğına reaksiya vermək üçün bir neçə vacib addımlar atırlar. O ziyalılardan biri, Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsinin katibi, Nəsib Nəbioğludur. N.Nəbioğlu 32 il əvvəl Moskvada baş verən hadisələr barədə EDNews oxucuları üçün danışıb:

“20 Yanvar səhəri bir azərbaycanlı dostum mənə yaxınlaşdı və dedi ki, sovet qoşunları gecə Bakıda dinc əhaliyə qarşı qırğın törədib. Televizya və mətbuatda bu barədə heç bir məlumat yox idi. Biz qərara aldıq ki, Moskvadakı Azərbaycanın daimi nümayənəliyinə yollanaq. Nümayəndəliyə çatanda orada minlərlə azərbaycanlının toplaşdığını gördük. Məşhur simalardan Alla Axundova, Tofiq Məlikli, Abuzər Bağırov, Cəfər Sadıq Abbasov, İlham Bədəlbəyli və digərləri orada idi. Və həmin gün adı çəkilən ziyalılar Bakıdakı 20 yanvar qırğını ilə bağlı Mərkəzi Komitəyə böyük və kəskin bir müraciət yazdılar.

Sonra qərara alındı ki, böyük bir yürüş keçirilsin. Yürüşün təşkilatılarından və öndə gedənlərdən biri də mən idim. Moskvadakı Azərbaycan nümayəndəliyindən Mərkəzi Komitəyə qədər etiraz yürüşü keçirib, sözügedən müraciəti komitə üzvlərinə təqdim etdik. Yol boyu bəzi provakasiyalarla üzləşdik. Daş atanlar, söyüş söyənlər, “von otsyuda” – deyə, qışqıranlar var idi. Lakin biz çalışırdıq ki, provakasiyaya getməyək və şəhərdə yeni bir toqquşma yaratmayaq. Komitəyə müraciətimizi təqdim etdikdən sonra bizdən dağılışmaq tələb edildi. Lakin biz yenə nümayəndəliyə qayıtdıq. O nümayəndəlik Moskvadakı azərbaycanlıların qərargahına çevrilmişdi. Hətta bəzi dostlarımız orada yatıb dururdu".

Nəsib Nəbioğlu ümummilli lider Heydər Əliyevin o zamanlar Moskvada keçirdiyi mətbuat konfransından da danışıb. Onun sözlərinə görə, Heydər Əliyev İlham Əliyevlə birlikdə nümayəndəliyə gələrək sovet qoşunlarının Bakıda törətdiyi qırğınlara kəskin etirazını bildirib. O, həmçinin Heydər Əliyev başda olmaqla Rusiyadakı azərbaycanlı ziyalıların 20 Yanvar həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə çatdırmaq üçün atdıqları addımlardan da bəhs edib.

“O zamanlar Heydər Əliyevin mətbuat konfransı SSRİ miqyasında böyük rezonansa səbəb oldu. Heydər Əliyevdən savayı Rusiyadakı azərbaycanlı ziyalılar çalışırdılar ki, bütün dünyanın diqqətini Bakıda törədilmiş qırğına yönəltsinlər. Onlardan biri məşhur kinorejissor Rüstəm İbrahimbəyov idi. Rüstəm bəy, hadisədən xəbər tutan kimi Parisdə çalışan məşhur azərbaycanlı diplomat Ramiz Abutalıbova zəng etdi. Eşitdiyi xəbərdən sarsılan Ramiz bəy kritik və bir o qədər də riskli bir qərar verdi. Fransadakı jurnalistləri Bakıya göncərəcəkdi"

Lakin...

Nəsib Nəbioğlu söhbətinə davam edir...

"Məlum olduğu kimi sovet qoşunlarının Bakıda qırğın törətdiyi bir zamanda Bakıya fransız jurnalistləri göndərmək qeyri-mümkün idi. Lakin Ramiz bəy bu məsələdə öz diplomatik zəkasını nümayiş etdirdi. Əvvəlcə, onlar üçün Azərbaycan passportları düzəltdirdi, daha sonra isə Bakıdakı dostlarından onları qarşılamağı xahiş etdi. Ramiz bəyi o dövrdə bu əməlinə görə öldürə bilərdilər. Lakin o həyatı bahasına bu addımı atdı və 20 Yanvar faciəsini dünya ictimaiyyətinin diqqətinə çatdırdı.

Zamanla hadisələr səngidi, lakin 32 ildir Rusiyada yaşayan azərbaycanlılar hər il 20 Yanvar qurbanlarını anmaq üçün yenə o nümayəndəliyin binasına, hazırda Azərbaycan səfirlliyin yerləşdiyi məkana üz tuturlar...” – dəyə, şair Nəbioğlu qeyd edib.

Bir 2 kişi, oturan insanlar ve iç mekan görseli olabilir

Nicat İsmayılov

"Bizim bizdən başqa dostumuz yoxdu" - Elman Nəsirov - VİDEO

Xəbər xətti

"Sabah" Gənclər Liqasının qalibi oldu
06:18 26.04.2024
Cəlilabadda QƏZA - 20 baş qoyun tələf olub
05:17 26.04.2024
Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar AŞKARLANDI
04:05 26.04.2024
Zelenski: “NATO ölkələri Rusiyadan qorxurlar”
03:00 26.04.2024
Filippində festival zamanı 45 nəfər istidən huşunu itirib
02:00 26.04.2024
Yunanıstan Paris olimpiadasının obyektlərini qorumaq üçün Fransaya “Crotale” HHM sistemləri verə bilər
01:00 26.04.2024
Futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib
00:05 26.04.2024
İsrail HHQ “Hizbullah”ın Livandakı hədəflərinə zərbələr endirib
23:45 25.04.2024
Si Cinpin hərbi həkimləri mümkün müharibəyə hazır olmağa çağırıb
23:23 25.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazanıb
23:00 25.04.2024
Stoltenberq NATO baş katibi postunu tərk edəndən sonra pilot ola bilər
22:40 25.04.2024
ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans keçirilir
22:22 25.04.2024
Britaniya İrana yeni sanksiyalar tətbiq edib
22:00 25.04.2024
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir
21:55 25.04.2024
Avtoxuliqanlıq edən sürücü HƏBS OLUNUB
21:41 25.04.2024
Makron: “Bugünkü Avropa ölümcül vəziyyətdədir”
21:22 25.04.2024
Bu tarixdən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır
21:00 25.04.2024
Ağdam Cümə məscidində ilk Azan VERİLİB
20:50 25.04.2024
Türkmənistan Xəzər dənizində mineral ehtiyatlarının mənimsənilməsi üçün yeni zavod tikir
20:39 25.04.2024
Sahibə Qafarova Monteneqroda rəsmi səfərdədir
20:34 25.04.2024
Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub
20:20 25.04.2024
Qumar oynayanları hansı cəzalar gözləyir? - Hüquqşünas AÇIQLAYIR
20:00 25.04.2024
Azərbaycan Prezidenti Füzuli Hava Limanından ilk dəfə olaraq Berlinə yola düşüb
19:50 25.04.2024
Ali Radanın deputatı: Müharibələr üçün pul kisəsi olan Vardanyan Nobel Sülh Mükafatına layiq görülə bilməz
19:40 25.04.2024
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb
19:30 25.04.2024
Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib - YENİLƏNİB
19:30 25.04.2024
Ərdoğan Türkiyədə Qazaxıstanın baş nazirini qəbul edib
19:20 25.04.2024
Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
19:07 25.04.2024
Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələri quraşdırılır
19:00 25.04.2024
Malıbəylidə aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb
18:35 25.04.2024
Lənkəranda ağır QƏZA – Xəsarət alan var
18:27 25.04.2024
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib
18:19 25.04.2024
Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb
18:08 25.04.2024
ABŞ HƏMAS-a çağırış edib
ABŞ HƏMAS-a çağırış edib
17:53 25.04.2024
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
17:53 25.04.2024
Laçında ilk dəfə peşə yarmarkası keçirilir
17:50 25.04.2024
Buraxılış imtahanlarında ən yüksək nəticə göstərən RAYONLAR
17:45 25.04.2024
PSJ-nin prezidenti “Qarabağ”ı təbrik etdi
17:40 25.04.2024
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
17:28 25.04.2024
Prezident İlham Əliyev Sadır Japarova Qarabağ atı hədiyyə edib
17:04 25.04.2024
Hamısı