“Azərbaycana qarşı sistemli dezinformasiya daha da intensivləşib” ZAHİD ORUC

Müsahibələr 13:30 19.02.2022

Sosial Tədqiqatlar Mərkəzi (STM) “Qlobal araşdırmaçı jurnalist və insan hüquqları şəbəkəsinin Azərbaycana qarşı fəaliyətində erməni faktoru” adlı jurnal nəşr etdirib. Hesabatın ideya və məzmunu ilə bağlı STM İdarə Heyətinin sədri Zahid Oruc Ednews-a müsahibə verib.

Təqdim olunan analitik hesabatın mahiyyəti, daşıdığı önəm barədə olan suallarımıza Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc ilə cavab tapmağa çalışdıq.

- Zahid bəy, “Qlobal araşdırmaçı jurnalist və insan hüquqları şəbəkəsinin Azərbaycana qarşı fəaliyətində erməni faktoru” analitik hesabatı hansı ideya əsasında hazırlanıb və məqsədi nədir? Sizcə, bu hesabat bizə hansı imkanları verəcək?

- Bu kitab yeni informasiya əsrində və post-müharibə dövründə rəqəmsal inqilab, texnoloji inkişaf və süni intellekt platfotmalarından ölkəmiz əleyhinə sistemli informasiya terrorunu həyata keçirən qrupları təyin etməyə imkan verir, sifarişçiləri, iştirakçıları, maliyyələşmə mənbələrini və coğrafiyasını müəyyənləşdirir, yeni çağırış və həll yollarına işıq salır. Aparılan tədqiqatda Azərbaycan xalqının ordu və dövlətimizlə birliyini, parlaq Qələbəmizi təmsil edən Prezident İlham Əliyevin qlobal “araşdırma” şəbəkəsinin ardıcıl hədəfinə gəlməsində erməni faktorunun yeri və rolu peşəkarlıqla təhlil edilir, 44 günlük Vətən müharibəsində hərbi meydanda məğlub olan qüvvələrin informasiya savaşında total hücuma keçməsinə dair faktlara, “səlibçi jurnalist”lərin haker yürüşlərinin mahiyyətinə aydınlıq gətirir.

- Qlobal araşdırmaçı jurnalist və insan hüquqları şəbəkəsinin fəaliyyətini həqiqi araşdırmaçı jurnalistika üçün təhdid hesab etmək olarmı?

- Onu da xatırladım ki, müstəqil jurnalist Julian Assanjın Wikileaks hadisəsi yeni informasiya müharibəsi kanallarına ehtiyacı daha da artırdı. Qlobal informasiya məkanına nəzarət etməyə və milli dövlətlərin rəqəmsal-informasiya suverenliyini parçalamağa çalışan qüvvələr “müstəqil virtual dövlətlərə” çevrilən İT şirkətləri ilə birləşərək yeni ideoloji kursu elan etdilər: Qədim Romada “parçala və hökm sür” siyasəti 21-ci əsrin rəqəmsal çağırışlarına uyğunlaşaraq, idarə olunan xaosun yeni şüarı “Sındır.Sızdır.Parçala” şəklində irəli sürüldü.

Qeyd edim ki, araşdırmaçı jurnalistika adı altında 2006-cı ildə yaranan qlobal miqyaslı “Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Araşdırmaları Layihəsi” artıq 80 ölkədə 160 jurnalisti birləşdirir və 8 direktordan biri də Xədicə İsmayıldır. Hamısı “P” hərfi ilə başlayan, mənbələri heç vaxt açıqlanmayan “offşor dosyeləri” yayanlar içərisində adları jurnalist, reallıqda isə developer-hakerlərin Panama, Paradise, Pandora sənədləri, Pegasus adlı məlumat sızdırma fəaliyyəti konkret ölkələrdə müstəqil siyasət yürüdən iqtidarlara qarşı təzyiq silahıdır, əsas xammalı saxta xəbər olmaqla yazıçı Corc Oruelin “böyük televizor”undan ölkələri təsir dairələrində saxlamaq vasitəsidir.

- Qlobal araşdırmaçı jurnalist və insan hüquqları şəbəkəsinin Azərbaycanda hansı fəaliyyəti var və hədəfləri nədir? Ümumiyyətlə, bu şəbəkə daha hansı ölkələrdə fəaliyyət göstərməkdədir?

- Cənab Prezident media nümayəndələrinə son müsahibədə və 2 fevralda gənclərlə görüşdə əvvəlki dünya siyasi arxitekturasının çökdürüldüyünü və yenisinə ölkəmizin hazır olduğunu bəyan edib. Bir sözlə, beynəlxalq şantajın səbəb və hədəfləri təkcə biz deyilik. İnformasiya hücumları həm də Avropa ölkələrinə, Türkiyəyə, keçmiş sovet resublikalarına qarşı da eyni təhdidləri yaradır. 2016-cı ildə “post-həqiqət” (post-truth) ifadəsi Oxford dictionary tərəfindən “ilin sözü” elan olundu. İndi dünyada dəyərsizləşdirilən siyasi ideallar-demokratiya və Azadlıq haqda bigilər rəqəmsal despotizmin və faşizimin dekorasiyasına çevrilib.

- Sözügedən qlobal şəbəkənin Azərbaycana qarşı fəaliyyətində erməni faktorundan danışardınız.

- Bu gün, Vətən müharibəsindən məğlubiyyətlə çıxan dünya erməniləri, Qərb mediasının siyasi korrupsiyaya uğrayan dairələri və onların yerli uzantıları tərəfindən Azərbaycana qarşı sistemli dezinformasiya daha da intensivləşib. Qarabağı itirənlər kiberməkanda kütlələri və siyasi beyinləri ələ alır.

Dövlət başçısının qlobal tribunalarda çıxışları bu müharibəyə qarşı aşkar müqavimətdir. Münxen Təhlükəsizlik Konfransında Prezidentin nitqini yaxşı xatırlayırıq. Ondan sonra baş verənlər pərdəarxası ssenarini görməyə imkan verir. Malta jurnalistinin işində ölkəmizi günahlandıranlar, onun övladları üçün şəbəkə təsis edənlər “Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Araşdırmaları Layihəsi” çərçivəsində həyata keçirilən planlardır. İnformasiya müharibəsinin növbəti əməliyyatı-ölkəmizə qarşı böhtançı mövqeyinə görə Bakıda qısamüddətli həbsdə olan, Azərbaycanın məhkəməyə verdiyi adam üçün ayrıca “Forbidden stories” layihəsi də bir güc mərkəzindən idarə olunan, saxta məlumatların müxtəlif şəbəkə adları altında “ictimailəşdirilməsi”dir. Beləliklə, qlobal informasiya hücumunun 4 “P” (Panama, Paradise, Pegasus və Pandora) hərfindən sonuncu əməliyyatı bu gün də davam edir. 

Beləliklə, 30 il əvvəl olduğu kimi zori balayanları, yaxud abel aqenbekyanları daha təhlükəli aleksandr papaxristolar, pyer omidyarlar, harri kasparovlar əvəzləyib. Sabiq prezident Armen Sarkisyanın dediyi “ermənilər kiçik dövlət, dünyəvi millətdir” devizi altında saxta xəbər sənayesi “bum” dövrünü yaşayır. Bəşəriyyət omikronla yanaşı, infodemiyadan əziyyət çəkir.

Biz əlbəttə, erməniçilyi dünya gücü elan etməyə toplaşmamışıq, əsla, lakin bir sıra Qərb dövlətləri, onların qlobal siyasət alətlərini bilməliyik. Bu məsələdə hibrid hücum aparanların səngərinə keçib hakimiyyət əleyhinə vuruşan qüvvələr silahlı döyüş meydanında milətimizə qarşı atəş açanlarla eyni işi görürlər. 27 ildə yaşadığımız atəşkəsdən fərqli olaraq, informasiya müharibəsində heç vaxt atəşkəs olmayıb. Halbuki indi dövlət rəhbəri nəinki Ermənistana, eləcə də bütün erməniçiliyə sülh təklif edib, lakin qlobal şəbəkəni barış düşündürmür.

Bizim reaksiyamız assimetrik, sərt və dəqiq olmalıdır. “Qlobal Araşdırmaçıları” ifşa edən kitabın başlıca ideyasına söykənərək, ölkəmizdə ekspertlər, araşdırmaçı jurnalist və media sahəsində analitiklərdən ibarət “Dezinformasiya ilə Mübarizə və Kommunikasiya Mərkəzi”nin yaradılmasını təklif edirik. 44 günlük savaşda olduğu kimi Vətəninin müdafiəsini genişləndirib, hava və dəniz məkanı kimi rəqəmsal coğrafiyamızı, “kibervətəni” də 44 günlük Zəfərdəki kimi qorumalıyıq. Bu həm də müqəddəs Şuşanın müdafiəsi deməkdir!

Gülnar Səlimova

Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Prezident Almaniyanın xarici işlər naziri ilə görüşdü
17:21 26.04.2024
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
17:05 26.04.2024
Qərb Cənubi Qafqazı Ukraynalaşdırmaq istəyir - Deputat Elman Nəsirov-VİDEO
17:00 26.04.2024
36 azərbaycanlı tələbə İsveçin Təqaüd Proqramının QALİBİ OLDU
16:38 26.04.2024
Ailəsi ilə birgə oğlu tərəfindən öldürülən direktorun yerinə TƏYİNAT
16:26 26.04.2024
Dünən 4 il sonra daha bir tarixi hadisəyə şahid olduq! – VİDEO
16:24 26.04.2024
Ukayna hərbi xidmətə məhdud yararlı şəxsləri ordu sıralarına cəlb edəcək
16:20 26.04.2024
“Aİ sırf bu səbəbdən Azərbaycana sanksiya etmək niyyətindədir” – Rus Politoloqdan ÖZƏL AÇIQLAMA
16:10 26.04.2024
Yeni Haiti hökuməti gizli mərasimlə işə başlayıb
Yeni Haiti hökuməti gizli mərasimlə işə başlayıb
16:00 26.04.2024
Çin "son texnoloji"  təcrübələr üçün kosmik missiyaya başlayıb
Çin "son texnoloji"  təcrübələr üçün kosmik missiyaya başlayıb
15:55 26.04.2024
Berlində diaspor fəalları Azərbaycana həmrəylik nümayiş etdiriblər -VIDEO
15:51 26.04.2024
Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq
Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq
15:41 26.04.2024
Mina təmizləmə üzrə İşçi qrupunun üzvləri Ağdamda səfərdə olublar - FOTOLAR
15:35 26.04.2024
Prezident İlham Əliyev: Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq
15:32 26.04.2024
Prezident: COP29 qarşıdurma arenası olmayacaq
Prezident: COP29 qarşıdurma arenası olmayacaq
15:28 26.04.2024
Azərbaycan Ordusunda bu il qəsdən adam öldürmə və intihar hadisələri azalıb
15:25 26.04.2024
Prezident: Təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq -VIDEO
15:24 26.04.2024
Azərbaycan Prezidenti: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb
15:18 26.04.2024
Dövlət başçısı: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk - VİDEO
Dövlət başçısı: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk - VİDEO
15:16 26.04.2024
Si Tsinpin: ABŞ-la Çin rəqib yox, tərəfdaş olmalıdır
Si Tsinpin: ABŞ-la Çin rəqib yox, tərəfdaş olmalıdır
15:10 26.04.2024
İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər – VİDEO
15:07 26.04.2024
Səfir: Dürüst danışıqlar Azərbaycan və Ermənistan arasında müsbət nəticə verə bilər VİDEO
15:05 26.04.2024
Hamısı