Azərbaycanda qəzet və jurnallara niyə maraq yoxdur? Dəb arxası ilə qaçan müasir medianın SİRRLƏRİ - MÜSAHİBƏ

Müsahibələr 15:30 06.05.2022

Mətbuatımızın banisi və “Hər bir vilayətin qəzeti onun güzgüsüdür” - deyən Həsən bəy Zərdabi bizə mədəni bir irs qoyub. Əvvəllər insanlar maariflənmək, xəbər oxumaq üçün çap mediasına üz tuturdusa, indi sanki bundan uzaqlaşıblar. Qəzet almaq üçün köşklərdə sıra gözləyən insanlar isə tamamilə yoxa çıxıblar.

Bəs, bunun əsas səbəbi nədir? Cəmiyyətin çap mediasına olan marağının azalmasının kökündə hansı amillər dayanır?

Bu və digər maraqlı sullara cavab tapmaq üçün “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı ilə söhbətləşdik. Müsahibə zamanı A.Aşırlı maraqlı məqamlara da toxunub. Söhbət əsnasında o, gənc jurnalistlərdən öz tövsiyyələrini də əsirgəməyib.

Ednews Akif Aşırlı ilə müsahibəni təqdim edir:

- Akif müəllim, çap mediasının Azərbaycandakı müasir vəziyyətini necə xarakterizə edərdiniz?

- Hazırda, çap mediasının Azərbaycandakı vəziyyəti təəssüf ki, ürək açan deyil. Çünki, müasir informasiya texnologiyalarının gətirdiyi yeniliklər çap mediasının imkanlarını məhdudlaşdırır. Əgər, 20 il əvvələ nəzər salsaq, vəziyyətin tamamilə fərqli olduğunu görərik. O zamanlar qəzet və jurnallara  tələbat çox idi. Oxucular operativ olaraq məlumatları qəzetlərdən, radiodan və televiziyadan alırdılar. İndi isə, çap mediası müasir mətbuat ilə daim rəqabətdədir və bu isə heç də çap mediasının xeyrinə deyil.

- Çap mediasının müasir mediadan geri qalmasının əsas səbəbi nədir?

- Ümumilikdə, çap mediası ən çox maliyyə tələb edən sahədir. İndiki dövrdə bu sahədə reklam mühitinin formalaşmaması, yayım şəbəkələrinin zəif fəaliyyət göstərməsi ilə əlaqəlıdir. Çap mediası zamanla ayaqlaşa bilmir. Bundan əlavə olaraq, qəzetlər özünü dolandıra bilmir, hazırda çox böyük maliyyə sıxıntısı içərisindədirlər. Qəzetlərin reklamı üçün demək olar ki maliyyə ayrılmır.

-Qəzet çapı zamanı ən çox hansı çətinliklərlə üzləşirsiz?

- Bir müddət əvvəl yeni mediaya keçid prossessində mətbəələrdə xüsusi ixtisar halları baş verdi. Ən böyük problemlərdən biri isə rəng problemidir. Rənglərin müəyyən balansı var ki, həmin balans pozulsa qəzetin çapı zamanı rənglərdə qarışıqlıq olur. Mətbəənin də düzgün seçilməsi əsas tələblərdəndir. Məsələn, elə özəl mətbəələr var ki, xüsusi rəng seçimləri yoxdur, bu amil də qəzetin dizaynına öz mənfi təsirini göstərir.

-Dövrümüzün çap mediasındakı geriləmə onun hansı növlərinə daha çox təsir edir?

-Qəzetlərə olan tələbat nə qədər azalsa da, düşünürəm ki, jurnallarda vəziyyət daha pisdir. Məsələn, keçmişdə “Azərbaycan” jurnalı var idi ki, ölkənin hər bir ucqar nöqtəsinə çata bilirdi. Poçt sisteminin inzibati baxımdan nizamlanması olsa belə bu yaxşı hal idi. Müstəqilliyimizin bərpasından sonra, jurnalların sayında artım müşahidə olundu. 1988-ci ildə Məmməd İsmayılın təsis etdiyi “Gənclik” jurnalı o dövrdə çox böyük tirajla çap edilirdi. Sonradan demək olar ki, jurnallara maraq tamamilə azaldı. Bunun əsas səbəbi isə zamanla, zamanın dəyişməsi ilə əlaqədardır. Jurnal redaksiyalarında sadəcə dövlətin verdiyi vəsaitlərdir, müəyyən istiqamətdə verilən informasiyalar toplanıb. Düşünürəm ki, jurnalların mövzusu ilə yanaşı dizaynı da tamamilə dəyişilməlidir.

-Regional qəzetlərinin fəaliyyəti barədə nə deyə bilərsiniz?

-Əgər dünyadakı mətbuat sisteminə nəzər yetirsək, regional mətbuatın ən çox diqqət cəlb edən olduğunu görərik. Xaricdə hər bir rayonun, qəsəbənin və digər bölgələrin özünəməxsus mətbuat orqanı var. Həmin mətbuat orqanları təkcə regional xəbərləri deyil, eyni zamanda qlobal əhəmiyyət kəsb edən informasiyanı da oxuculara çatdırır. Ancaq bizdə vəziyyət tamamilə fərqlidir. Çünki Azərbaycandakı regional qəzetlərinin çoxu Rayon İcra Hakimiyyətlərinin nəzarətindədir. Həmin nəşrlərdə də ayda bir dəfə “quru” hesabatlardan ibarət olan qəzet çap edirlər. Amma dərk etmirlər ki, mətbuatın əsasını sırf regionlarda baş verən mühüm hadisələr təşkil edir. 

- Bəs, regional mətbuatı necə inkişaf etdirmək olar? Bunun üçün hansı vasitələr tətbiq olunmalıdır? 

- Mənim fikrimcə, regional mətbuat inkişaf etmək üçün birinci növbədə  müstəqil olmalıdır. Əlavə olaraq, rayonlarda keyfiyyətli qəzet çap edən kiçik mətbəələr yaradılmalıdır. Təkcə regional yox, eləcə də ölkədəki bütün mətbuat orqanlarında çalışan insanlar jurnalistika məktəbini bitirmiş şəxslər olmalıdırlar. Mən jurnalistika üzrə təhsil almayanları “natamam” jurnalistlət hesab edirəm.Çünki bizim jurnalistikada əsas gücümüz sözdür və mətnlə işləyə bilməyən, yazı bacarıqları olmayan şəxslər jurnalist deyil.

- Çap mediası nə üçün yaşamalıdır?

 - Çap mediası, qəzetçilik jurnalistikanın sütunudur. Yazmaq, müəyyən mövzu üzərində işləmək, analitik təhlil və dəqiqlik çap mediasında daha yüksək səviyyədədir. Bunu da qeyd edim ki, çap mediası Azərbaycanın ədəbi dil və qrammatik normalarını qoruyub saxlayır.

-Çap mediasındakı bu geriliyi necə aradan qaldırmaq olar?

-Biz çap mediasına olan baxışımızı dəyişməsək, heç nə dəyişməyəcək. Mətbuatı insan həyatından, sosial problemlərdən uzaqlaşdırdıqca, öz əhəmiyyətini itirir. İlk olaraq, jurnalistikanın standartlarına uyğun yazılar yazılmalıdır. Məlumdur ki, cəmiyyət düzgün xəbər axtarışındadır. Düzgün xəbər də, məhz peşəkar jurnalistlər tərəfindən verilir. Jurnalistika, xəbər duyumu olan şəxslərin sahəsidir. Əsasən, gəncləri çap mediasına cəlb etməliyik. Çox təəssüf hissi ilə vurğulayıram ki, müasir gənclərimiz qəzetdən sözün həqiqi mənasında qaçırlar. Qəzet redaksiyalarında fəaliyyət göstərən şəxslərə nəzər salsaq, əksəriyyəti orta nəslin nümayəndələridir. Bu gün çap mediasında fəaliyyət göstərən jurnalistləri fədakar hesab etmək olar. Əlavə olaraq, mən gəncləri bu sahəyə səsləyirəm.

Nəzrin Beydiyeva

Xocalıya köç başlayır: Evlərin təhvilvermə prosesinin vaxtı AÇIQLANDI – VİDEO

Xəbər xətti

Antalyada meşədə yanğın başlayıb
23:00 13.05.2024
Bəzi rayonlarda yağış intensivləşib, qar yağıb, dolu düşüb - FAKTİKİ HAVA
22:50 13.05.2024
Azərbaycan və Ukrayna XİN rəhbərləri strateji tərəfdaşlıq münasibətlərini müzakirə edib
22:46 13.05.2024
Allahşükür Paşazadə Dünya İslam Alimlərinin Məşvərət Toplantısında iştirak edib
22:40 13.05.2024
Paşinyan Kopenhagen Demokratiya Sammitində iştirak etmək üçün Danimarkaya gedib
22:22 13.05.2024
Polşa öz vətəndaşlarını Gürcüstanda etiraz aksiyalarında iştirakdan çəkinməyə çağırıb
22:00 13.05.2024
BMT-nin iki əməkdaşı "Rəfah" keçid məntəqəsi yaxınlığında yaralanıb
21:42 13.05.2024
Ərdoğan yunan Baş nazirlə birgə brifinqdə: Kipr probleminin ədalətli və qalıcı həllinin tapılması vacibdir
21:21 13.05.2024
Avropalı parlamentari Qərbi azərbaycanlıların yaşadıqları bəlaları tarixi faciə adlandırıb
21:00 13.05.2024
Aİ Moldovadan gələn mallara rüsum və kvotaların dayandırılmasını bir il müddətinə uzadıb
20:40 13.05.2024
Berlində Azərbaycanlı Mühəndislərin Avropa Forumu təşkil olunacaq
20:20 13.05.2024
“Müasir dünyada bəzi qurumlar istədiklərini edirlər” – İspan fotoqraf
“Müasir dünyada bəzi qurumlar istədiklərini edirlər” – İspan fotoqraf
20:00 13.05.2024
“Xarıbülbül” festivalı “Sələflər və xələflər”lə Laçında
19:51 13.05.2024
Yan Borq: ATƏT Ermənistan-Azərbaycan sülh prosesini dəstəkləməyə hazırdır
19:30 13.05.2024
Azərbaycana idxal olunan avtonəqliyyat vasitələrinə “Avro-5”in tətbiqi araşdırılır
19:15 13.05.2024
İspan foto-jurnalist Fransanın Ruandadakı soyqrımından danışdı - VİDEO
19:00 13.05.2024
Sabahdan bəzi yaşayış məntəqələrinə içməli suyun verilməsi dayandırılacaq
18:50 13.05.2024
COP28-in Baş danışıqçısı şəffaflıq hesabatlarının vaxtında təqdim edilməsinə çağırır
18:39 13.05.2024
Prezident İlham Əliyev: Kiçik ada dövlətlərinə yardım bizim üçün mənəvi borcdur
18:19 13.05.2024
İlham Əliyev Tuvalunun general-qubernatorunu, Tonqanın Baş nazirini və Baham Adaları Birliyinin xarici işlər nazirini qəbul edib
18:16 13.05.2024
Əli Əsədov Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti ilə görüşüb
18:09 13.05.2024
BAMF-ın prezidenti İspan jurnalistə Qarabağ həqiqətlərindən danışdı - VİDEO
BAMF-ın prezidenti İspan jurnalistə Qarabağ həqiqətlərindən danışdı - VİDEO
18:00 13.05.2024
Şahdağa qar yağır - FAKTİKİ HAVA
17:53 13.05.2024
Sumqayıtda ana və azyaşlı övladları 11 gündür İTKİNDİR
17:44 13.05.2024
“İnsan bütün bunları gördükdən sonra…” – İspan fotoqraf -VİDEO
“İnsan bütün bunları gördükdən sonra…” – İspan fotoqraf -VİDEO
17:30 13.05.2024
Bu ixtisasların məzunları da müəllim ola biləcək – SİYAHI
17:15 13.05.2024
İspaniyalı foto-jurnalist: Qarabağda gördüyüm mina təhlükəsi məni dəhşətə gətirdi - VIDEO
17:00 13.05.2024
Xocalıya da köç başlayır - Rəsmi
16:55 13.05.2024
Bəzi bölgələrə yağış, Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:49 13.05.2024
“Böyük şirkətlər nə istəyirsə onu edir” – İspan fotoqraf - VİDEO
“Böyük şirkətlər nə istəyirsə onu edir” – İspan fotoqraf - VİDEO
16:32 13.05.2024
İnquşetiyada Azərbaycanla birbaşa dəmir yolu əlaqəsinin açılması planlaşdırılır
İnquşetiyada Azərbaycanla birbaşa dəmir yolu əlaqəsinin açılması planlaşdırılır
16:23 13.05.2024
Azərbaycanın kapital bazarının artım potensialı açıqlanıb
Azərbaycanın kapital bazarının artım potensialı açıqlanıb
16:10 13.05.2024
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
15:48 13.05.2024
Paşinyanın noyabra qədərki sülh vədi: Həqiqət yoxsa illüziya? – Beynəlxalq ekspertlər ŞƏRH EDİR
15:40 13.05.2024
Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar
Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar
15:30 13.05.2024
Almatı görüşü iki ölkə arasında sülh müqaviləsini tezləşdirəcəkmi? – Politoloqdan AÇIQLAMA
15:30 13.05.2024
Bu qadınların maaşları ARTIRILA BİLƏR
15:25 13.05.2024
Ukrayna niyə müdafiə oluna bilmir?
Ukrayna niyə müdafiə oluna bilmir?
15:20 13.05.2024
YAP Umud Mirzəyevi Fəxri Fərmanla təltif etdi – FOTO
15:00 13.05.2024
Şəkər qiymətləri kəskin bahalaşa bilər - SƏBƏB
Şəkər qiymətləri kəskin bahalaşa bilər - SƏBƏB
14:59 13.05.2024
Hamısı