" Erməni nümayəndə heyəti prinsipial olaraq bu təklifin üzərində təkid edirdi" - Azər Həsrət

Müsahibələr 19:27 11.07.2016
İyulun 6-7-də Gürcüstanın paytaxtı Tbilisi şəhərində ATƏT-in media azadlığı üzrə təmsilçiliyinin təşkilatçılığı ilə “Azad media və ifadə azadlığına çoxyönlü yanaşmalar” mövzusunda XIII Güney Qafqaz Media konfransı keçirildi.
 
Gərgin müzakirələr və qalmaqallarla yadda qalan konfrans haqqında Azərbaycanı təmsil etmiş Əməkdar jurnalist, Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin  (CASCFEN) rəhbəri Azər Həsrət  "Eurasia Diary"nin suallarını cavablandırıb.
 
Azər müəllim, siz mütəmadi olaraq bu cür konfranslarda iştirak edirsiniz. Bu dəfəki konfrans əvvəlkilərdən nə ilə fərqlənirdi? Sizə görə, bu dəfəki konfrans əsas hansı amilə görə yadda qalan oldu?
 
- Bəli, mən hər il bir neçə belə beynəlxalq tədbirdə iştirak edirəm. Təkcə budəfəki deyil, bu vaxta qədər iştirak etdiyim konfranslar, tədbirlər də yaddaqalan olub. Təbii ki, bu cür tədbirlərə rəng qatan əleyhdarlarımız olan işğalçı Ermənistanın təmsilçilərinin yanaşmasıdır. Bununla bərabər, bir də Azərbaycanlı olub, yalnız Azərbaycanın əleyhinə fəaliyyət göstərən şəxslərin belə tədbirlərdə iştirakı yaddaqalan olur. Bu baxımdan Tbilisi toplantısı istisna olmadı. Tədbirin başlandığı gün Azərbaycanlıların Azərbaycan əleyhinə çıxışları və bizim məcburən onlara verdiyimiz cavablarla yadda qaldısa, ikinci-sonuncu gün erməni nümayəndələrin üstüörtülü şəkildə Azərbaycanı hədəf alması və bizim onlara arqumentli cavablarımızla diqqət çəkdi.
 
ATƏT-in təşkilatçılığı ilə keçirilən konfransda Azərbaycanda media azadlığı ilə bağlı məsələnin daha çox müzakirəyə çıxarıldığının şahidi olduq. Halbuki konfransın adından göründüyü kimi  tədbir “Güney Qafqaz media konfransı” adlanırdı və eynilə Azərbaycandan olduğu kimi Gürcüstan və Ermənistandan da nümayəndələr burada iştirak edirdi. Sizcə, Azərbaycana duyulan bu “marağın” əsas səbəbi nədir?
 
- Bunun səbəbi mənim üçün gün kimi aydındır. Azərbaycan, bir qayda olaraq beynəlxalq tədbirlərdə hədəf alınır. Bizi hədəf seçənlər gizli planda ermənilər və onların havadarları, görünən planda isə onlara ötürmə verən “azərbaycanlılar” olur. Bu dəfə də eyni ssenari işlədi. Azərbaycanı ermənilər deyil, məhz bir neçə Azərbaycanlı hədəfə aldı. Bundan da ermənilər hər zamankı kimi həvəslə istifadə etdi. Bizdən fərqli olaraq, Ermənistan və Gürcüstan nümayəndələri öz ölkələrindəki problemlər haqqında ya susdular, ya da ötəri danışdılar. Mən həmişə bu tip tədbirlərdə onları məhz belə davranan görmüşəm. Onlar, bizim bəzi tənqidçi “azərbaycanlılar”dan fərqli olaraq öz problemlərini hansısa beynəlxalq tədbirlərdə deyil, ölkə içində, öz aralarında müzakirə edirlər. Halbuki hər iki ölkədə medianın problemləri bizdən qat-qat artıqdır.
 
Azər müəllim,  iclasın sonunda, xüsusilə yekun sənədin müzakirəsi zamanı Ermənistan nümayəndə heyəti bu sənədə jurnalistlərin adlarının “qara siyahı”lara salınmasını pisləyən müddəanın daxil edilməsi təklifini irəli sürdü. İki gün ərzində müzakirələrdə passiv iştirak edən Ermənistan nümayəndə heyətinin bu cəhdi Azərbaycan nümayəndə heyəti tərəfindən birmənalı qarşılanmadı. Bu hadisənin şahidi kimi sizin baş verənlərlə bağlı təəssüratlarınızı və rəyinizi bilmək istərdik.
 
- Əslində, biz də arzu etməzdik ki, jurnalistlərin adları qara siyahılarda olsun. Bununla belə, ermənilərə cavab verməli olduq. Çünki onların bu məsələdə təkid etməsi birbaşa Azərbaycana qarşı yönəlmişdi. Onların iddiasına görə, Azərbaycan guya belə bir praktikadan istifadə edir. Halbuki elə bir şey yoxdur. Bütün normal ölkələr kimi, bizim ölkəmiz də sərhədlərimizi qanunsuz keçən şəxslərin qara siyahısını tərtib edir. O cümlədən jurnalistlər də belə siyahıya düşə bilir. Yəni Azərbaycandan xəbərsiz Ermənistan ərazisindən keçməklə işğal altındakı torpaqlarımıza gələn jurnalistlər təbii ki, qanunları, hətta beynəlxalq normaları pozduqları üçün barələrində müvafiq tədbirlər görülməlidir. Bu isə Ermənistana sərf eləmir. Ona görə də təkidlə belə bir maddənin qəbulunu tələb edirdilər. Amma bizim nümayəndə heyətindən Kamran Həsənov (PA ictimai-siyasi şöbəsi), Sərxan Ağakişiyev (XİN Mətbuat Xidməti) və başqalarının arqumentli müdaxiləsi sonucu ermənilərin bu istəyi alınmadı. Onlar da etiraz əlaməti olaraq zalı tərk etdilər. Məncə bu, bizim qələbəmiz idi.
 
Ümumiyyətlə, konfrans çərçivəsində bir sıra təkliflər irəli sürülür və tövsiyələr verilir, bütün bunlar yekunda qəbul edilən sənəddə də öz əksini tapır. Həmin təklif və tövsiyələrin Azərbaycan üçün əhəmiyyəti haqqında fikrinizi bilmək istərdik.
 
-    Sonda qəbul edilən sənəd ümumi müddəalardan ibarət idi və hər üç Güney Qafqaz ölkəsini əhatə edirdi. Bəzi məsələlər bizi qane etməsə də, bu sənədi konsensus naminə qəbul etməyin tərəfdarı olduq. Mən müzakirədən öncə millət vəkili, Mətbuat Şurasının sədri Əflatun Amaşovla, həmçinin daha bir millət vəkili, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu və Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli ilə fikirlərimi paylaşdım və təklif etdim ki, ümumi sənəd olduğu üçün ciddi təpki verməmək daha məqsədəyğun olar. Amma iki gün ərzində sakit oturan ermənilər bu məsələdə sakit durmadılar və faktiki bütün iştirakçıların narazılığına səbəb olan yersiz müzakirə açdılar. Ona görə biz də onlara cavab verməli olduq. Hətta elə məsələlər vardı ki, ermənilər prinsipial olaraq bunların üzərində təkid edirdilər. Örnək üçün, sənəddə dövlətlər terror məqsədilə mediaya dəstək verməməyə çağırılırdı. Ermənilər bu maddəni çıxarmağı təklif etdilər. Mənsə təkid etdim ki, qalsın. Erməni nümayəndə “məgər Qafqazda terrora dəstək verən dövlət var” deyə soruşanda “bəli, var” cavabını verdim. Müzakirə davam etsəydi faktlarla Ermənistan dövlətinin terroru dəstəkləməsini sübut edəcəkdim. Lakin o, bunu anladığından müzakirəni dayandırdı. Yaxud da onlar iddia edirdi ki, bir sıra çağırışlar bütün ölkələrə deyil, bəzi ölkələrə şamil edilsin. Guya ki, Ermənistanı bu yolla kənar tutmaq istəyirdilər. Mən də söz alıb dedim ki, “əgər hansısa ölkədəki problemlər haqqında danışılmırsa, bu o demək deyil ki, orada problem yoxdur”. Mənim bu yanaşmam ATƏT rəsmilərinin də dəstəyini qazandı və ermənilərin özlərini kənara çəkmək cəhdləri alınmadı. Bütün bu proseslərin sonunda qəbul edilən sənəd bizim üçün o baxımdan məqbul sayıla bilər ki, Azərbaycan media sahəsində istənilən yaxşılaşdırma çağırışını qəbul edir, bu yöndə addımlar atmaqdan çəkinmir. Bu baxımdan həm mediayla bağlı çağırışların özü, həm də sənədin müzakirəsi zamanı ermənilərlə gərgin, amma üstün müzakirəmiz bizim haqlı olduğumuzu göstərdi. Elə olmasaydı onlar sənədin müzakirəsi tam başa çatmamış zalı tərk etməzdilər. Sonda meydanda qalan biz olduq, qalib də biz olduq.
 
Eurasia Diary 

 

İşğaldan azad edilmiş ərazilərdə neçə hektar sahə minalardan TƏMİZLƏNİB? - VİDEO

Xəbər xətti

Dövlət başçısı: İran-Azərbaycan dostluğu, qardaşlığı bölgənin sabitliyi üçün önəmli amildir
14:00 19.05.2024
Prezident: “Qız Qalası” hidroqovşağının açılışı və “Xudafərin” hidroqovşağının istismara verilməsi tarixi hadisədir
13:50 19.05.2024
Ukrayna Rusiyanın daha bir gəmisini məhv edib
Ukrayna Rusiyanın daha bir gəmisini məhv edib
13:40 19.05.2024
İlham Əliyev: İran-Azərbaycan əlaqələri bölgəmizdə sabitliyin önəmli şərtidir
13:20 19.05.2024
Hondurasın Rusiyadakı səfiri qəflətən vəfat edib
13:00 19.05.2024
Azərbaycanın bəzi bölgələrində qar yağıb - FAKTİKİ HAVA
Azərbaycanın bəzi bölgələrində qar yağıb - FAKTİKİ HAVA
12:40 19.05.2024
"Rusiya-Azərbaycan" dəyirmi masası və ikitərəfli görüşlər keçirilib
12:20 19.05.2024
Kralın sərvəti Kraliça Elizabeti keçdi
Kralın sərvəti Kraliça Elizabeti keçdi
12:00 19.05.2024
ABŞ və Argentina ikitərəfli əməkdaşlığı genişləndirir
11:20 19.05.2024
Qırğızıstanın Daxili İşlər Nazirliyi vətəndaşlara xəbərdarlıq edib
11:00 19.05.2024
Çin kəşfiyyatı kosmos sektorunda bir neçə casusluq faktı aşkarlayıb
Çin kəşfiyyatı kosmos sektorunda bir neçə casusluq faktı aşkarlayıb
10:40 19.05.2024
Almaniya Müdafiə Nazirliyi Ukraynaya yardım üçün 3,8 milyard avro istəyib
10:20 19.05.2024
ABŞ və Argentina ikitərəfli əməkdaşlığı genişləndirir
ABŞ və Argentina ikitərəfli əməkdaşlığı genişləndirir
10:00 19.05.2024
Lavrov Avropanı bir nəsil üçün “SİLDİ”: “Tərəfdaş kimi aktual olmayacaq”
09:40 19.05.2024
Putin Tokayevə Çin səfəri ilə bağlı təəssüratlarını bölüşüb
09:20 19.05.2024
İranın Omanda Vaşinqtonla dolayı danışıqlar apardığı təsdiqlənib
09:00 19.05.2024
Rusiya XİN İsveçrədə Ukrayna üzrə sammitin keçirilməsinə münasibət bildirib
00:14 19.05.2024
“Bayer” Almaniya çempionatını məğlubiyyətsiz başa vurub
23:58 18.05.2024
Güləş yığmamız Avropa çempionu oldu
23:31 18.05.2024
Cüdoçularımızın dünya çempionatındakı rəqibləri müəyyənləşdi
22:48 18.05.2024
Şamaxıda 63 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb
22:24 18.05.2024
“Bu il alacağımız F-16-lar müharibədə həlledici rol oynamayacaq” - Zelenski
21:55 18.05.2024
Moldovada demoqrafik vəziyyət pisləşib
21:29 18.05.2024
Latviya Parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib
21:11 18.05.2024
Bolqarıstan Prezidenti Rusiya üzərində qələbəni qeyri-mümkün hesab edir
21:00 18.05.2024
Türkiyə səfirliyi Qırğızıstandakı vətəndaşlarına xəbərdarlıq edib
20:34 18.05.2024
Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda Azərbaycan-Amerika tərəfdaşlığını müzakirə edib
20:20 18.05.2024
BMT-nin Baş katibi: Yaxın Şərqdə sülhə gedən yeganə yol İsrail və Fələstin dövlətinin yaradılmasından keçir
20:00 18.05.2024
"Zamana sığmayan Lider: Heydər Əliyevin idarəçilik və varislik fəlsəfəsi" adlı monoqrafiya Azərbaycanın müstəqil inkişaf yoluna işıq salır
19:59 18.05.2024
Qarabağ Universitetinin bukleti hazırlanıb
19:29 18.05.2024
Azərbaycan boksçuları beynəlxalq turniri 5 medalla başa vurublar
19:00 18.05.2024
Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım edib
18:20 18.05.2024
Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək
18:00 18.05.2024
Slovakiya Baş nazirinə qarşı hücum edən şəxs günahını etiraf edib
17:39 18.05.2024
Prezident və Birinci xanım Zəngilanda “Ağalı” otelinin açılışında - YENİLƏNİB
17:20 18.05.2024
Rusiya Ukraynada daha bir yaşayış məntəqəsini ələ keçirdi
17:00 18.05.2024
Türkiyənin İranla sərhədində hərbi maşın aşıb, 6-sı ağır olmaqla 11 nəfər yaralanıb
16:29 18.05.2024
Qəzzaya dənizdən humanitar yolu açılıb
Qəzzaya dənizdən humanitar yolu açılıb
16:00 18.05.2024
"ChatGPT-40" insanlarla mübahisə edir OpenAİ işçisi
"ChatGPT-40" insanlarla mübahisə edir OpenAİ işçisi
15:40 18.05.2024
Azərbaycan paraatleti Yaponiyada dünya çempionu OLDU
15:20 18.05.2024
Hamısı