“Cəbrayıl işğaldan azad olunanda valideynlərimin fotoları qarşısında,diz çöküb ağladım” Zahid Quliyevlə MÜSAHİBƏ

Müsahibələr 19:00 30.12.2022

Ednews muğam ifaçısı Zahid Quliyevlə müsahibəni təqdim edir.

- Cəbrayılı necə xatırlayırsınız?

- Cəbrayılın Söyüdlü kəndində məktəb olmadığından qonşu Qazanzəmi kəndindəki 8 illik məktəbə gedərdik. Yay-qış demədən, hər gün dağlardan, dərələrdən keçib piyada dərsə yollanardıq. Sinifdəki 3 əlaçıdan biri idim. Orta məktəbin qalan 2 ilinin birini Maşanlı kənd orta məktəbində, o birini isə Cəbrayıl rayon mərkəzindəki internat məktəbində başa vurmuşam. İnternat məktəbinə keçirilməyim muğam və xalq mahnılarını ifa etməyimlə əlaqədar idi. İnternat məktəbindəki gənclər üçün boş zamanlarda darıxmasınlar deyə mən və musiqi alətlərində ifa edə bilən gənclər çalıb-oxuyardıq.

Atam Aşıq Abdulla o bölgələrdə Aşıq Qurban, Aşıq Pəri, Aşıq Humaydan sonra sonuncu ən güclü aşıq olub. Həm də Qazanzəmi kənd klubunun müdiri idi. Uşaqlıqda atamla birgə el şənliklərində, toylarda iştirak etmişəm. Atam məni hər yerə aparardı.

- Muğam sahəsində necə uğur qazandınız?

- 1986-cı ildə Cabbar Qaryağdıoğlunun 125 illiyi münasibətilə Azərbaycanda ilk dəfə muğam müsabiqəsi keçirildi. Orada Alim Qasımov birinci, mən və başqaları isə ikinci, üçüncü yerə layiq görüldük. Həmin ildə Azərbaycan Dövlət Filarmoniyasında Zahid Quliyev, Möhlət Müslümov (tar) və Fəxrəddin Dadaşovdan (kamança) ibarət Cabbar Qaryağdıoğlu adına muğam triosu yaradıldı. Konsert proqramları ilə dünyanın bir çox ölkələrində çıxış etdik, Azərbaycan muğamını dünyada yüksək səviyyədə təbliğ etdik. ABŞ-da, Avropada konsertlərimiz oldu. UNESKO-nun xətti ilə disklərimiz çıxdı. Dövlət tədbirlərində mütamadi çıxışlarım olurdu. Prezindetlərin and içmə mərasimlərində ifalar edirdim.

Qarabağ işğal olunana qədər onun bütün bölgələrində konsertlərim olmuşdu. Şuşada, Xocalıda, Zəngilan, Cəbrayıl, Füzuli, Qubadlı, Ağdamda çıxışlar edirdim. Sizə bir sirr verim, o zamanlar cəbhə bölgələrinə konsertə gedəndə məni müşaiət edən ifaçıları tapa bilmirdim. İnanırsız demək olar ki, əksəriyyəti “bizim ailəmiz, övladımız var” deyib cəbhə bölgəsinə getməkdən boyun qaçırırdılar.

- Niyə mühacirlik həyatını seçdiniz?

- Qarabağdan uzaq düşməyim, oraların nisgili... Getməyinin səbəbi sənətimlə bağlı diqqətsizlik oldu. Opera teatrında diqqətsizlik getməyimə səbəb oldu. 4 il Opera və Balet Teatrında işlədim. "Leyli və Məcnun" operasında Məcnun rolunda çıxış edirdim. Leylini oynayan Qəndab Quliyeva və Gülyaz Məmmədova ilə bir səhnəni bölüşdük.

Biz o zaman “Şah İsmayıl” opera tamaşasını hazırlayırdıq və mən şahın rolunu ifa edirdim. Tamaşa tam hazır olduqdan  sonra teatrın direktoru Akif Məlikova müraciət etdik, o isə bizə səhnə vermədi. Yanvar ayı olduğuna baxmayaraq, bildirdi ki, “Şah İsmayıl” tamaşası repertuara may ayında salınıb.

Azərbaycanda yaşadığım müddətdə xalqın sevib dəyərləndirdiyi sənətkar olmuşam. Bu, mənim sənətimin yüksəkliyinin sayəsində olub. 20 illik yaradıcılıq fəaliyyətim nəticəsində xalq sevgisinə nail olmuşam. Dünya ölkələrində milli musiqimizi təbliğ etməyim Azərbaycan mətbuatında, televiziyada geniş işıqlandırılırdı. Fransada konsertlərin birində oranın məşhur qəzetlərindən birinin əməkdaşı və tanınmış musiqişünası məndən müsahibə götürdülər, muğamlarımız, ifa etdiyim qəzəllərin məzmunu haqqında məlumatlar verdim. Geniş məqalə dərc olunmuşdu.

- Cəbrayıln işğaldan azad edilməsindən sonra nə hisslər keçirdiz?

- Özümü cilovlaya bilmirdim. Özümə yer tapa bilmirdim. Evizimdə anamın, atamın şəkilləri var, dizimi qoyub onların qarşısında ağladım. Cənab Prezidentə təşəkkür etdim, Ulu öndərə rəhmət oxudum. Ömrümün ən gözəl çağlarını yaşadım. Cəbrayılda xatirələrim var, atamın, anamın izləri var.

- Əsl muğam ifaçılarının sayı xeyli azalıb. Gənc xanəndələrdən kimləri bəyənirsiniz? Gənclər arasında sanki muğama maraq azalıb.

- Muğamlarımız milli musiqimizidir. Təəssüflər olsun ki, muğamda əzizliyi görə bilmirik. Bakıda olduğum müddətdə xeyli bayağı mahnı eşitdim. Buna mahnı demək mümkünsə. Nə sözləri sözdü, nə də musiqisi. Maşında gedərkən bir mahnı xoşuma gəldi. Radioda qulaq asdım. Ondan sonra Canəliyə, Şövkətə, Rəşidin mahnılarını dinlədim. Mehriban Əliyevanın muğamımıza qayğısı və dəstəyi danılmazdır. Muğamlarımız UNESKO səviyyəsində təbliğ olunur. Bizim dövrümüzdə Zahid Quliyev, Alim Qasımov, Canəli Əkbərov, Ağaxan Abdullayev, Hacıbaba Hüseynov kimi xanəndələr Avropada, Amerikada muğam oxuyurdu.

Bu gün isə muğam sahəsində həyəcan təbili çalınmalıdır. İndiki zamanda muğamlarımız heç təbliğ olunmur. Televiziyada bayağı mahnılar gedir, muğam haqda verilişlər getmir. “Şam işığında” verilişimiz vardı. Klassik şairlərin qəzəlləri oxunurdu. Muğam gecələri olurdu. Azərbaycan gəncinin zövqünü korlayırlar. Gənclik muğam eşidəndə deyir ki, bu niyə qışqırır? Bu qışqırmaq deyil oxumaqdı, ifa etməkdir. Bunun şahidi özüm olmuşam.

Muğam Azərbaycanın ən qiymətli mənəvi sərvətlərindən biridir ki, onun qorunmasında, Allah tərəfindən mənə də özümə görə bir missiya verilib. Vətənimizi qoruduğumuz kimi muğamlarımızı da qorumalıyıq.

Vüsalə Balayeva 

"Ermənistan sülh yolu ilə getməsə, Azərbaycan başqa üsullar tapacaq" - Aleksey Naumov - VİDEO

Xəbər xətti

BMT Somaliyə humanitar yardım üçün 228 milyon dollar cəlb etmək niyyətindədir
07:25 08.05.2024
Ukrayna rəsmisi: Rusiyanın “TikTok”dakı üstünlüyündən narahatıq
06:40 08.05.2024
Yeniyetmələr arasında badminton üzrə Azərbaycan birinciliyi keçirilib
05:33 08.05.2024
Zaqatalada 10-dan artıq şəxs dönərdən zəhərlənib
04:21 08.05.2024
Azərbaycan parataekvondoçuları Avropa çempionatında iştirak edəcək
03:19 08.05.2024
Şotlandiyanın yeni hökumət başçısı məlum olub
02:18 08.05.2024
Futzal üzrə Azərbaycan kubokunun qalibi bəlli oldu
01:00 08.05.2024
202 əcnəbinin ölkəyə girişləri məhdudlaşdırılıb - SƏBƏB
00:16 08.05.2024
Paşinyan: “KTMT-nin Ermənistanda qalması üçün müharibə lazımdır”
23:44 07.05.2024
Aygün Bəylərin ailəsi tiktoker Ləmanla bağlı polisə şikayət edib
23:23 07.05.2024
DİQQƏT! Səhiyyə Nazirliyi və Elektron Təhlükəsizlik Xidməti əhaliyə müraciət edib
23:09 07.05.2024
Kilian Mbappenin "Real"da geyinəcəyi forma nömrəsi bəlli olub
23:00 07.05.2024
Polşada ölkənin avroya keçməyə hazırlığı qiymətləndirilib
22:33 07.05.2024
Naxçıvanda ASAN Vəkil Bürosu açılıb
22:12 07.05.2024
Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun yeddinci iclası keçirilib
21:54 07.05.2024
Quterreş: Qəzzada atəşkəs əldə olunmasa, faciə baş verəcək
21:30 07.05.2024
Azərbaycanın iqlim dəyişikliyi üzrə Şəffaflıq Hesabatının hazırlanmasına dəstək təlimi keçirilib
21:14 07.05.2024
“ÖLÜM AXTARAN QADIN” film layihəsi Polşa Kino İnstitutunun dəstəyini qazanıb
20:51 07.05.2024
Brüsseldə Azərbaycan-Ermənistan normallaşma prosesində regional dinamika müzakirə edilib
20:49 07.05.2024
İtaliyanın "Yuventus" klubu heyətini gücləndirib
20:34 07.05.2024
Avstriya XİN başçısı: NATO-ya üzv olmayacağıq
20:05 07.05.2024
Hərbi Prokurorluqda Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib
19:50 07.05.2024
Bakı-Tbilisi-Qars dəmir yolunda hərəkətin bərpa olunacağı vaxt açıqlanıb
19:30 07.05.2024
Həcc vizası olmayan şəxslər cərimə ediləcək
19:19 07.05.2024
Azərbaycan Slovakiya ilə standartlaşdırma üzrə birgə layihə reallaşdıracaq
19:00 07.05.2024
Slovakiyalı nazir: Bakı və Bratislava müdafiə sahəsində mümkün əməkdaşlığın istiqamətlərini müəyyənləşdiriblər
18:44 07.05.2024
Pakistanın Milli Müdafiə Universitetinin nümayəndə heyəti ilə görüş keçirilib
18:33 07.05.2024
Əli Əsədov Ankarada Heydər Əliyevin abidəsini ziyarət edib
18:24 07.05.2024
Denisa Sakova: “Slovakiya tədarükləri şaxələndirmək üçün Azərbaycan təbii qazına ümid edir”
18:07 07.05.2024
Slovakiya Baş nazirinin Azərbaycana səfəri BAŞA ÇATDI
17:50 07.05.2024
Ukraynadan gətirilən 20 ton ət yararsız çıxdı
17:36 07.05.2024
Bu xəstəxananın vəzifəli şəxsi həbs olundu - DETALLAR
17:27 07.05.2024
Zaxarova: "Londonun təhdidləri reallaşarsa, Rusiya Britaniyanın hərbi obyektlərini vura bilər"
Zaxarova: "Londonun təhdidləri reallaşarsa, Rusiya Britaniyanın hərbi obyektlərini vura bilər"
17:11 07.05.2024
Azərbaycanda taksi sayına məhdudiyyət qoyula bilər – RƏSMİ
17:00 07.05.2024
Trampın məxfi sənədləri üzrə məhkəmə prosesi bu vaxt başlayacaq...
Trampın məxfi sənədləri üzrə məhkəmə prosesi bu vaxt başlayacaq...
16:46 07.05.2024
Slovakiyanın baş naziri Şəhidlər xiyabanını ziyarət edib
16:35 07.05.2024
Azərbaycan vasitəçiliyi: Türkiyə ilə İsrail münasibətində yeni dövr? - MÜSAHİBƏ - VİDEO
16:35 07.05.2024
Bakı funikulyorunda gediş haqqı artırılıb? - RƏSMİ CAVAB + FOTO
16:25 07.05.2024
Bolqarıstan Prezidenti Azərbaycana GƏLDİ
16:15 07.05.2024
Sumqayıtda təhsil müəssisəsində 250 minlik MƏNİMSƏMƏ - Cinayət işi açıldı
15:57 07.05.2024
Hamısı