Hər bir xanım üçün önəmli olan şeylərdən birisi də baxımlı və gözəl görünməsidir. Adətən, uğurlu kombin etdikdə bu bizim abu-havamıza da təsir edir və o günümüz çox xoş keçir. Bəzən dəbli olmaq, marka geyinmək istədikdə isə qiymətlər dodaq uçuqladır. Bəs biz necə çox az büdcə ilə dəbli ola bilərik?
Ednews-a müsahibə verən modelyer Mədinə Əhmədova bildirdi ki, “dəbli olmaq, marka geyinmək üçün şərt deyil çoxlu pullar xərcləyəsiniz. İndi elə şəraitlər yaradılıb ki, öz büdcənizə uyğun marka geyinə bilərsiniz” .
- Az büdcə ilə xanımlarımız necə dəbli ola bilər? Və ya necə marka geyimlər əldə edə bilər?
- İndi bir çox autlər, 2-ci əl marka geyimlər satılan yerlər var. Orada 2-3-5-10 manata çox gözəl və hətta heç geyinilməmiş geyimlər də tapıb gözəl kombinlər edə bilərsiniz. Bunun üçün mənim səhifəmə də baxa bilərsiniz.
- 2 ci əl geyimlərin müsbət və mənfi yönləri nələrdir?
- Müsbət tərəfi - çox uyğun qiymətə dəbli, zövqlü, cox sayda geyim ala bilməkdir. Mənfi tərəfi isə çeşid çoxluğundan seçim etmək çətin olur. Başqa mənfisi mənə görə hələ ki yoxdur.
- Daha “cool” görünmək üçün nə kimi aksessuar və ya parçalardan istifadə edilməlidir?
- Konkret hər hansı bir parça və ya aksesuarı məsləhət verə bilmərəm. “Cool” və dəbli görünmək bir bütün təşkil etməlidir. Bura insanın danışıq tərzi, hətta qoxusu belə daxildir.
- Deyirlər ki, bəzi ikinci əl geyim mağazalarında olan platarlar bəzən insanın enerjisinə düşmür, digər fərziyə isə ölmüş insanların geyimləri olur. Sizcə bular nə dərəcədə doğrudur?
- Geyimleri aldıqdan sonra yuyuruq və elə geyinirik. “Ölü geyimlər” deye bir fikir absurddur. “Vintage” geyimler var hansı ki, bu 1800-cü illərdə yaşamış nənə-babaların o dövrə aid olan geyimleridir. Onların da 2023-cü ildə ölmüş olmaqları normaldır. Lakin nəzərə almaq lazımdır ki, paltarları sağ vaxtlarında geyinibler.
Söhbətləşdi: Kazımlı Rübabə