“Ermənistanın Nemesis abidəsinin açılışı ilə bağlı qərarına görə Ermənistanla hazırkı barışıq prosesi pozulur. Şübhəsiz ki, bu hərəkət etimad yaradılması prosesində xoş niyyətlərə ziddir”.
Bu sözləri EDnews-a açıqlaması zamanı israilli ekspert Hay Eytan Koen Yanarocak bildirib. Onun proqnozuna görə, Rəcəp Tayyib Ərdoğan yürütdüyü xarici siyasətində köklü dəyişliklik etməyəcək.
Bəs, Ərdoğanın yenidən prezident seçilməsi qonşu ölkələrlə - Azərbaycan, Gürcüstan və Ermənistanla hərbi-siyasi münasibətlərə necə təsir edəcək? Ərdoğan bu istiqamətdə Cənubi Qafqazda hər hansı strategiya dəyişikliyi edə bilərmi?
“Bundan başqa, Türkiyə Azərbaycana diplomatik dəstəyini və siyasi gücünü əsirgəməyəcək. İki ölkə arasında olan əlaqələr daha da güclənəcək”.
Qeyd edək ki, mayın 28-də Türkiyədə keçirilən seçkilərdə Prezidenti Rəcəb Tayyib Ərdoğan qalib gəlib. Türkiyə Ali Seçki Şurasının (YSK) sədri bazar günü elan edərək, Ərdoğanı 20 illik hakimiyyətini 2028-ci ilə qədər uzadacaq tarixi ikinci turun qalibi elan edib.
Ülviyyə Şahin