AzFiberNet MMC-nin icraçı direktoru: “Bu sahədə fəaliyyətimizi davamlı gücləndirməkdəyik” MÜSAHİBƏ

Müsahibələr 12:00 15.06.2023

Ednews AzFiberNet MMC-nin icraçı direktoru Şəmşir Həziyev Bəxtiyar oğlu ilə müsahibəni təqdim edir. 

- Bu gün Azərbaycanda internet xidməti göstərən bir sıra provayder şirkətlər var. Bu mənada AzFiberNet-i necə fərqləndirə bilərik? Ümumiyyətlə, AzFiberNet-in missiyası nədən ibarətdir?

- Bildiyiniz kimi, XXI əsr texnologiya, hətta texnoloji mübarizə əsridir. Elm və texnikanın sürətli inkişafı ilə yeni texnologiyaların, elmi və praktiki innovasiyaların, informasiya-kommunikasiya texnologiyalarının öyrənilməsi və tətbiqi hal-hazırda mühüm şərtə çevrilib. Təbii ki, bütün bu məqamlar bizim həm iş, həm də şəxsi, rutin həyatımıza da öz təsirini göstərmiş olur. Missiyamız da məhz bundan irəli gəlir. 

AzFiberNet şirkəti Azərbaycanda aparıcı provayder şirkətlərdəndir. Məqsədimiz istifadəçilərimizi yüksək keyfiyyətli xidmət təmin etməkdir. Bu mənada şirkət olaraq inkişafımızı, abunəçilərimizə təqdim etdiyimiz xidmətin keyfiyyəti ilə müqayisə edirik. Məsələn, hazırda demək olar ki ADSL xidməti göstərdiyimiz müştərimiz yoxdur, bölgələr də daxil olmaqla yüksək sürətli fiberoptik internet xidməti təmin edirik. Bizim missiyamız dəqiqlik, düzgünlük və yüksək keyfiyyətli xidmət ilə müştəri məmnuniyyətini qazanmaqdır.

- Ümumiyyətlə, çox maraqlı məqama toxundunuz. Bilirsiniz ki, yüksək sürətli internet yalnız asudə vaxtın səmərəli istifadəsi deyil, iş, əyləncə, təhlükəsizlik, xəbərləşmə və s. üçün də lazımdır. Bu mənada, əslində rayonlarda da bu cür sürətli internetin olması vacibdir. AzFiberNet-in rayonlarda fəaliyyətini necə qiymətləndirirsiniz?  

- Demək olar ki, Azərbaycanın əksər bölgələrində məsələn, Saatlı, İmişli, Mingəçevir, Gəncə, Tovuz, Qazax və digər bir sıra bölgələrdə müştərilərimiz var və xidmətimiz də yüksəkdir. Biz  7/24 xidmət göstəririk, xidmət ərazilərində hər hansı bir problem yaranarsa dərhal operativ qrup gedərək, texniki nasazlığı aradan qaldırır və bununla bağlı hesabatlar verilir. Həmin hesabatlarda hansı problemin həll olunduğu, hansı ərazilərdə texniki nasazlıqların olması, bu nasazlığın səbəbləri barədə detallar əks olunur. Nəticə etibarilə, bu hesabatların hər biri ayrı-ayrılıqda ciddi şəkildə təhlil edilir. Gələcəkdə bu kimi halların minimuma endirilməsi üçün qabaqlayıcı tədbirlər görülür. 

- Açıq danışaq, internetin sürəti ilə bağlı bəzən şikayətlər olur. Adətən şikayətlərin əksəriyyətində vurğulanır ki, provayderlər əslində təqdim etməli olduqları sürəti vermirlər, itkilər olur. 

- Bəli, belə fikirlər var. Təəssüf ki, itkilərlə bağlı deyilən fikirlərdə də müəyyən həqiqətlər var. Əsasən, bu texniki problemlərlə bağlı olur. Düzgün olmayan abunəçi avadanlığı (konter) quraşdırılması; Köhnəlmiş kabellər üzərindən ADSL qoşulmaların olunması;

Kiçik provayderlərin texniki avadanlıqları vaxtlı-vaxtında dəyişə bilməməsi və s.

Amma biz buna ciddi nəzarət edirik, istismar müddəti bitən avadanlıqları yeniləri ilə əvəz edirik.

- Amma mən bir istifadəçi kimi ödəniş edirəm. Və bunun müqabilində də mənə söz verilən sürəti almaq istəyirəm. Ümumiyyətlə, bunun texnologiyası necədir? Yəni, siz müştərilərinizi necə qane edirsiniz?

- Biz istifadəçi sayını dəqiqləşdirib, müştəridə quraşdırılacaq avadanlıq üzrə təkliflərimizi edirik. Xətləri və avadanlıqları davamlı şəkildə yeniləyirik. Bu önəmli şərtdir.Buna görə də problemlər ilə çox cuzi hallarda qarşılaşırıq. Həmin problemlər də bir çox hallarda ümumiyyətlə, bizdən asılı olmur.Beynəlxalq internet rabitəsi ilə əlaqədar olur ki, bu da bir daha vurğulamaq istərdim ki, nadir hallarda olur. 

- Adətən xaricdə provayderlər müqavilə bağladıqda məlumat axışının təhlükəsizliyinin təminatını da öz üzərlərinə götürürlər. Çünki müasir dövrdə Kibertəhlükəsizlik ən vacib problemdir. Bildiyim qədəri ilə, Azərbaycanda bu təhlükəsizliyin tam şəkildə təminatını öz üzərinə götürən provayderlərin sayı səhv etmirəmsə, ya az olmalıdır, ya da bəlkə də heç yoxdur. AzFiberNet bu sahədə öz müştərilərinə hər hansı bir dəstək verirmi?

- Bəli, biz internet provayder şirkəti olaraq, müştərilərin də təhlükəsizliyini qorumaq üçün bir sıra tədbirlər görürük. Abunəçi məlumatlarının qorunmasından tutmuş, verilənlər axınının təhlükəsizliyinə qədər fərqli protokollar təqdim etməkdəyik. Bununla bizdə ixtisaslaşmış şöbə məşğul olur. Bu sahədə də fəaliyyətimizi davamlı gücləndirməkdəyik.

- Siz Xüsusi Təyinatlı Qüvvələrdə kəşfiyyat rəisi olmusunuz. Maraqlıdır, hərbidə qazandığınız intizam və təcrübə, şirkət idarəsində də köməyinizə gəlirmi?  

- Əlbəttə. Hətta idarəetmənin özündə də bunu tətbiq edirik. Və bu dəyişikliklər ilk növbədə iş intizamı və məsuliyyətinin möhkəmlənməsindən başlayır. Çünki idarəetmənin ən birinci şərti intizam və qaydalardır. Onlara isə əməl etməsək, o zaman işimizin keyfiyyəti də aşağı düşəcək. Hədəfimiz isə öz sahəmizdə birinci olmaqdır. 

- Digər provayder şirkətləri ilə müqayisədə, siz AzFiberNet- in fərqlərini nədə görürsünüz?

- Şirkətin birinci üstünlüyü, AzFiberNet komandasının ünsiyyətcil və öz işinin mütəxəssisi olması olan gənc insanlardan ibarət olmasıdır. İkinci üstünlüyümüz, nizam-intizam qaydalarına ciddi əməl etməyimizdir.

- AzFiberNet eyni zamanda proqramlaşdırma sahəsində tədris məsələlərinə də önəm verir. Hətta bununla bağlı ANTEC Academy ilə müqavilə də imzalamısınız. Gözləntiniz nədir?

- Biz AzFiberNet MMC olaraq, inanırıq ki, istənilən fəaliyyətin əsasını peşəkarlıq təşkil edir. Peşəkarlığın ən vacib şərti isə islədiyin sahə üzrə bilik və bacarıqlara malik olmaqdır. Bu mənada ANTEC Academy ilə əməkdaşlıqda da əsas hədəfimiz onların vasitəsi ilə şirkət olaraq özümüz üçün gənc və peşəkar kadrlar hazırlamaqdır. Həmin kadrlar öz işinin mütəxəssisi olacaqlar. Və bu, bizim də şirkətin gələcəyi və işçi heyətinin peşəkarlaşması baxımından ayrıca bir avantajdır. Onu da qeyd edim ki, AzFiberNet əməkdaşları öz bilik və bacarıqlarını təkmilləşdirmək məqsədilə ayrıca olaraq da ANTEC akademiyasının xidmətlərindən istifadə edirlər. Bu da hesab edirəm, ANTEC akademiyasının peşəkarlığından irəli gəlir.

Söhbətləşdi: Oğuz

İşğaldan azad edilmiş ərazilərdə neçə hektar sahə minalardan TƏMİZLƏNİB? - VİDEO

Xəbər xətti

Rusiya XİN İsveçrədə Ukrayna üzrə sammitin keçirilməsinə münasibət bildirib
00:14 19.05.2024
“Bayer” Almaniya çempionatını məğlubiyyətsiz başa vurub
23:58 18.05.2024
Güləş yığmamız Avropa çempionu oldu
23:31 18.05.2024
Cüdoçularımızın dünya çempionatındakı rəqibləri müəyyənləşdi
22:48 18.05.2024
Şamaxıda 63 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb
22:24 18.05.2024
“Bu il alacağımız F-16-lar müharibədə həlledici rol oynamayacaq” - Zelenski
21:55 18.05.2024
Moldovada demoqrafik vəziyyət pisləşib
21:29 18.05.2024
Latviya Parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib
21:11 18.05.2024
Bolqarıstan Prezidenti Rusiya üzərində qələbəni qeyri-mümkün hesab edir
21:00 18.05.2024
Türkiyə səfirliyi Qırğızıstandakı vətəndaşlarına xəbərdarlıq edib
20:34 18.05.2024
Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda Azərbaycan-Amerika tərəfdaşlığını müzakirə edib
20:20 18.05.2024
BMT-nin Baş katibi: Yaxın Şərqdə sülhə gedən yeganə yol İsrail və Fələstin dövlətinin yaradılmasından keçir
20:00 18.05.2024
"Zamana sığmayan Lider: Heydər Əliyevin idarəçilik və varislik fəlsəfəsi" adlı monoqrafiya Azərbaycanın müstəqil inkişaf yoluna işıq salır
19:59 18.05.2024
Qarabağ Universitetinin bukleti hazırlanıb
19:29 18.05.2024
Azərbaycan boksçuları beynəlxalq turniri 5 medalla başa vurublar
19:00 18.05.2024
Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım edib
18:20 18.05.2024
Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək
18:00 18.05.2024
Slovakiya Baş nazirinə qarşı hücum edən şəxs günahını etiraf edib
17:39 18.05.2024
Prezident və Birinci xanım Zəngilanda “Ağalı” otelinin açılışında - YENİLƏNİB
17:20 18.05.2024
Rusiya Ukraynada daha bir yaşayış məntəqəsini ələ keçirdi
17:00 18.05.2024
Türkiyənin İranla sərhədində hərbi maşın aşıb, 6-sı ağır olmaqla 11 nəfər yaralanıb
16:29 18.05.2024
Qəzzaya dənizdən humanitar yolu açılıb
Qəzzaya dənizdən humanitar yolu açılıb
16:00 18.05.2024
"ChatGPT-40" insanlarla mübahisə edir OpenAİ işçisi
"ChatGPT-40" insanlarla mübahisə edir OpenAİ işçisi
15:40 18.05.2024
Azərbaycan paraatleti Yaponiyada dünya çempionu OLDU
15:20 18.05.2024
Fransa Yeni Kaledoniyada hərbi vəziyyət ELAN ETDİ
Fransa Yeni Kaledoniyada hərbi vəziyyət ELAN ETDİ
15:00 18.05.2024
İlham Əliyev Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoyub
14:45 18.05.2024
Filippində zəlzələ oldu
14:40 18.05.2024
Zəngilanda yeni inşa olunan məscidin açılışı olacaq
14:36 18.05.2024
Rabatda Azərbaycanla bağlı sənədli filmin təqdimatı keçirilib
14:04 18.05.2024
Sabahın HAVA PROQNOZU
13:50 18.05.2024
İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyub
13:27 18.05.2024
Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoyub
13:20 18.05.2024
İşğaldan azad edilmiş ərazilərdə neçə hektar sahə minalardan TƏMİZLƏNİB? - VİDEO
12:45 18.05.2024
Şərqi Avropada enerji təhlükəsi yaranıb
Şərqi Avropada enerji təhlükəsi yaranıb
12:40 18.05.2024
"Qarsdan Naxçıvana dəmir yolu bu tarixdə HAZIR OLACAQ" – Türkiyəli nazir
12:05 18.05.2024
Hərbi Hava Qüvvələrinə yeni komandan TƏYİN EDİLDİ
11:41 18.05.2024
Ukrayna Prezidenti Çini sülh konfransına dəvət edib
Ukrayna Prezidenti Çini sülh konfransına dəvət edib
11:28 18.05.2024
Avropa ölkələri TAP ilə Azərbaycandan 35 milyard kubmetrdən çox qaz alıb
11:21 18.05.2024
Bu rayonlara qar yağıb – FAKTİKİ HAVA
Bu rayonlara qar yağıb – FAKTİKİ HAVA
11:11 18.05.2024
Ehtiyatda olan hərbçilərin təlimlərə çağırılması ilə bağlı RƏSMİ AÇIQLAMA
Ehtiyatda olan hərbçilərin təlimlərə çağırılması ilə bağlı RƏSMİ AÇIQLAMA
11:04 18.05.2024
Hamısı