Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya sülhməramlı kontingentinin 2025-ci ildə Qarabağı tərk edəcəyini bildirib.
Ərdoğan qeyd edib ki, razılaşma bu formadadır və ümid edirəm ki, Rusiya müqavilənin şərtlərinə əməl edəcək:
“Əziz qardaşım İlham Əliyev də məsələni diqqətlə izləyir”.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın nitqini şərh edən Türkiyə-Rusiya münasibətləri üzrə analitik Kərim Hasın fikrincə, bu, Moskvanın Bakı və İrəvanla əldə edə biləcəyi sövdələşmədən asılıdır:
“Əvvəla, biz hələ bilmirik ki, Rusiya sülhməramlıları 2025-ci ildən sonra Qarabağda qalacaq, ya yox. Bu, Moskvanın Bakı və İrəvanla əldə edə biləcəyi sövdələşmədən asılıdır. Əgər onlardan biri (yəni Bakı) rusların oradan çıxmasını tələb edərsə, Moskva 2020-ci il üçtərəfli sazişinə əsasən sülhməramlılarını geri çəkməlidir.
Digər tərəfdən, mənim fikrimcə, həm Prezident Əliyev, həm də Ərdoğan 2025-ci ildə Rusiya sülhməramlılarının Qarabağı tərk etmələrini istəyirlər”.
Onun sözlərinə görə, Rusiya sülhməramlılarının gələcək statusu, reallıqda, həm də yerlərdəki vəziyyətdən və Azərbaycanla Ermənistan arasında potensial sülh sazişindən asılı olacaq:
“Lakin Rusiya sülhməramlılarının 2025-ci ildə Qarabağı tərk edəcəyini dəqiq söyləmək hələ ki, tezdir”,- deyə eskpert fikrini tamamlayıb.
Ülviyyə Şahin