Fransa hökuməti ikinci Qarabağ müharibəsi dövründə də Azərbaycanın ərazi bütövlüyünə hörmətsizliyin ən yüksək həddini nümayiş etdirib.
İkinci Qarabağ müharibəsidən əvvəl də, sonra da Fransa vaxtaşırı olaraq Azərbaycana qarşı öz bəyənatlarını sərgiləyib. Fransa öz bəyanatlarında yalnız Azərbyacan tərəfini ittiham etməklə məşğul olub. Azərbaycan tərəfi isə hər zaman Fransanın bu qərəzli münasibətinə öz mövqeyini ortaya qoyub.
NİDEM (Mali İnkişafı üçün Yeni Təşəbbüs) təşkilatının prezidenti Xəlil Sarmoye Kisse Ednews-a açıqlamasında şəxsən Azərbaycananın mövqeyi ilə razı olduğunu bildirib:
“Fransanın Azərbaycana qarşı tutduğu mövqe sadəcə qərəzlidir. Fransa Qarabağ bölgəsinə nəzarəti ələ keçirmək üçün Ermənistana kömək etməkdə davam edir. Fransa hakimiyyəti Malidə olduğu kimi Azərbaycanın da parçalanmasını istəyir”.
Onun sözlərinə görə, bu imperializm siyasətidir:
“Biz, Afrika ölkələri, xüsusən də fransızdilli ölkələr eyni problemlə üzləşirik. Fransa öz prezidenti Emmanuel Makron vasitəsilə terrorçu və cinayətkar ölkəsidir.”
O həmçinin əlavə olaraq Azərbaycanın , eləcə də Malinin Qoşulmama Hərəkatının üzvü olduğunu xatırladıb:
“Ona görə də biz Fransanın imperialist siyasəti ilə üzləşmək üçün Azərbaycanı dəstəkləməyə hazırıq. Fransanın Azərbaycan xalqına qarşı münasibətini, mövqeyini və hücumunu pisləmək üçün ən azı 15 ölkədən bəzi Afrika liderləri ilə Azərbaycana səfər etməyə hazıram.
Sonda, mən Azərbaycan hakimiyyətini Fransa Azərbaycanı parçalamaq üçün hər hansı bir siyasət aparmağa başlayanda Korsikadakı fransız üsyançılarına dəstək olmağa çağırıram”, - deyə Xəlil Sarmoye Kisse yekunda bildirib.