Ermənistan intihar etmək istəyirsə, bizim buna mane olmağa haqqımız varmı? Erməni fəaldan ÖZƏL

Müsahibələr 13:20 16.08.2023
Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi ilə bağlı növbəti görüş sentyabrda keçirilə bilər.
 
Bunu Ermənistan hökumətinin xüsusi təyinatlı səfiri Edmon Marukyan deyib.
 
Səfir Ermənistanın sülh prosesindən çıxmadığını, buna sadiq qaldığını iddia edib. 
 
Marukyanın təbirincə desək, sülh müqaviləsinin yaxın zamanda imzalanacağını gözləmək olarmı? Əgər elədirsə, bəs niyə Ermənistan tərəfi hər dəfəsində görüşün Azərbaycanda keçirilməsini istəmir, məhz Rusiyada keçirilməsini israrla tələb edir? Digər sual, sülh istəyən tərəf necə olur ki, bütün dünyaya Laçın keçid məntəqəsinin blokadada olduğunu car çəkməyə çalışır? Sülh istəyən tərəf niyə bu qədər Azərbaycan tərəfini ittiham etməyə çalışır?
 
Suallarımıza cavab axtarmaq üçün məhz Ermənistan tərəfini dinləməyə çalışdıq.
 
Erməni fəal və bloqer, sülhməramlı təşəbbüsləri ilə tanınan İşxan Verdyan Ednews-a açıqlamasında bildirib ki, reallığa gəlincə, sülh çox güman ki, olmayacaq:
 
“Ermənistan hələ də Qarabağın “itkisinə” hazır deyil və cəmiyyətin hazırkı əhval-ruhiyyəsinə əsasən, oradakı insanlar reallıqlara ayıq baxmaq və sülh müqaviləsi imzalamaq əvəzinə “itirilmiş” Qarabağ üçün əsrlər boyu ağlamağa üstünlük verəcəklər. Əsrdən artıqdır ki, Ermənistanda yad torpaqları üçün yas tutmaq ənənəsi uğurla həyata keçirilir ki, bu da Qarabağ məsələsində də eyni şeyin təkrarlanacağını düşünməyə əsas verir”.
 
Aktivistin sözlərinə görə, Azərbaycan çox güman ki, yaxın gələcəkdə regionun reinteqrasiyası istiqamətində aktiv addımlara başlayacaq və bu, qaçılmaz olaraq Qarabağda konstitusiya quruluşunun bərpasına gətirib çıxaracaq:
 
“Ermənistan Qarabağın Azərbaycana aid olduğunu kağız üzərində tanıyacaqmı? Yəqin ki, bəli. Bunun əsasında Ermənistan sülh müqaviləsi imzalayacaqmı? Çox güman ki, xeyr. Ölkə daxilində elə bir siyasi konyuktura yaradılıb ki, Nikol Paşinyanın Qarabağ üzərində Azərbaycanın suverenliyini sənədləşdirdikdən sonra sadəcə olaraq Nikol Paşinyanı hakimiyyətdən endirmələri ehtimalı yüksəkdir. İndi endirsələr, onun yerinə gələn qüvvələr Qarabağı özləri qaytarmalı, “vətən xaini, vətən satan” estafetini almalı olacaqlar. Bu səbəbdən revanşistlər labüd olana qədər səssizcə gözləyəcək və yalnız bundan sonra radikal addımlara keçəcəklər. Çox güman ki, onlar Paşinyanı yekun sülh müqaviləsini imzalamadan hakimiyyətdən uzaqlaşdıra biləcəklər və onu əvəz edən revanşist qüvvələr heç vaxt bu müqaviləni imzalamayacaqlar”.
 
Danışıqların məkanına gəldikdə isə İ.Verdyan danışıqların hansı platformada aparılacağının önəmli olmadığını deyib:
 
“İki ildən artıqdır ki, danışıqlar gedir, ölkələrin nümayəndələri müxtəlif danışıqlar platformaları arasında növbə ilə çıxış edirlər, lakin nəticə sıfırdır. Vaşinqton və Moskva heç nə etmədiyi kimi, Brüssel də münaqişənin həlli üçün demək olar ki, eyni şeyi edib. Danışıqlarımız hansı platformada görüşsələr də, heç bir real nəticə əldə etmirlər. Ona görə də onsuz da sülhün əldə olunmadığı məkanın yerini əhəmiyyətsiz sayıram. Görüşün keçirildiyi yerdə sülh gündəmini hələ də yer üzündəki vəziyyət diktə edir”.
 
Ermənilərin Laçın dəhlizindəki vəziyyətinə gəlincə aktivist hesab edir ki, Ermənistanın davranışı sivil beynəlxalq münasibətlər çərçivəsində heç bir məntiqə sığmır:
 
“Bir tərəfdən Qarabağı Azərbaycan kimi tanıyan Ermənistan, digər tərəfdən bu Azərbaycan bölgəsinin hansı marşrutla təmin olunacağına qərar vermək imkanı verir, istəyi yerinə yetirilməsə, Ermənistan beynəlxalq hayqırtı qaldıraraq Azərbaycanı soyqırım törətməkdə ittiham etməyə başlayır”.
 
İ.Verdiyan düşünür ki, buna səbəb Ermənistanın hələ də təcavüzkar iddialarından əl çəkməməsidir:
 
“Ermənistan hələ də öz səlahiyyətlərinin harada bitdiyi və Azərbaycanın səlahiyyətlərinin haradan başladığı barədə zəif təsəvvürə malikdir. Bütün bunlar üzündən, əlbəttə ki, Ermənistanın sonu pis olacaq, amma əgər Ermənistan intiharı bu qədər çox istəyirsə, bizim buna mane olmağa haqqımız varmı?”,-deyə aktivist sonda sual ünvalayıb.
İşğaldan azad edilmiş ərazilərdə neçə hektar sahə minalardan TƏMİZLƏNİB? - VİDEO

Xəbər xətti

İran Prezidenti İbrahim Rəisini daşıyan helikopter qəzaya uğradı
17:40 19.05.2024
Göyçayda 24 yaşlı oğlanı cərəyan vurub öldürüb
17:20 19.05.2024
İlon Mask 30 il ərzində Marsda həyat vəd edir
İlon Mask 30 il ərzində Marsda həyat vəd edir
17:00 19.05.2024
Azərbaycan cüdoçuları dünya çempionatında mübarizəyə start veriblər
16:40 19.05.2024
Ağsu dolaylarında asfalt çöküb, hər iki istiqamətdə yol bağlanıb
16:20 19.05.2024
İbrahim Rəisi: İranın Azərbaycanla əlaqəsi qonşuluq əlaqəsindən daha üstündür
16:00 19.05.2024
Yeni Kaledoniyada gərgin vəziyyətlə əlaqədar məktəblərdə dərslər dayandırılıb
15:40 19.05.2024
Türkiyə MN: Suriyanın şimalında 5 terrorçu zərərsizləşdirilib
15:20 19.05.2024
İlham Əliyev: İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır
İlham Əliyev: İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır
15:00 19.05.2024
"Yuventus"un müvəqqəti baş məşqçisi bəlli olub
"Yuventus"un müvəqqəti baş məşqçisi bəlli olub
14:40 19.05.2024
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində azı 4 nəfər ölüb
14:20 19.05.2024
Dövlət başçısı: İran-Azərbaycan dostluğu, qardaşlığı bölgənin sabitliyi üçün önəmli amildir
14:00 19.05.2024
Prezident: “Qız Qalası” hidroqovşağının açılışı və “Xudafərin” hidroqovşağının istismara verilməsi tarixi hadisədir
13:50 19.05.2024
Ukrayna Rusiyanın daha bir gəmisini məhv edib
Ukrayna Rusiyanın daha bir gəmisini məhv edib
13:40 19.05.2024
İlham Əliyev: İran-Azərbaycan əlaqələri bölgəmizdə sabitliyin önəmli şərtidir
13:20 19.05.2024
Hondurasın Rusiyadakı səfiri qəflətən vəfat edib
13:00 19.05.2024
Azərbaycanın bəzi bölgələrində qar yağıb - FAKTİKİ HAVA
Azərbaycanın bəzi bölgələrində qar yağıb - FAKTİKİ HAVA
12:40 19.05.2024
"Rusiya-Azərbaycan" dəyirmi masası və ikitərəfli görüşlər keçirilib
12:20 19.05.2024
Kralın sərvəti Kraliça Elizabeti keçdi
Kralın sərvəti Kraliça Elizabeti keçdi
12:00 19.05.2024
ABŞ və Argentina ikitərəfli əməkdaşlığı genişləndirir
11:20 19.05.2024
Qırğızıstanın Daxili İşlər Nazirliyi vətəndaşlara xəbərdarlıq edib
11:00 19.05.2024
Çin kəşfiyyatı kosmos sektorunda bir neçə casusluq faktı aşkarlayıb
Çin kəşfiyyatı kosmos sektorunda bir neçə casusluq faktı aşkarlayıb
10:40 19.05.2024
Almaniya Müdafiə Nazirliyi Ukraynaya yardım üçün 3,8 milyard avro istəyib
10:20 19.05.2024
ABŞ və Argentina ikitərəfli əməkdaşlığı genişləndirir
ABŞ və Argentina ikitərəfli əməkdaşlığı genişləndirir
10:00 19.05.2024
Lavrov Avropanı bir nəsil üçün “SİLDİ”: “Tərəfdaş kimi aktual olmayacaq”
09:40 19.05.2024
Putin Tokayevə Çin səfəri ilə bağlı təəssüratlarını bölüşüb
09:20 19.05.2024
İranın Omanda Vaşinqtonla dolayı danışıqlar apardığı təsdiqlənib
09:00 19.05.2024
Rusiya XİN İsveçrədə Ukrayna üzrə sammitin keçirilməsinə münasibət bildirib
00:14 19.05.2024
“Bayer” Almaniya çempionatını məğlubiyyətsiz başa vurub
23:58 18.05.2024
Güləş yığmamız Avropa çempionu oldu
23:31 18.05.2024
Cüdoçularımızın dünya çempionatındakı rəqibləri müəyyənləşdi
22:48 18.05.2024
Şamaxıda 63 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb
22:24 18.05.2024
“Bu il alacağımız F-16-lar müharibədə həlledici rol oynamayacaq” - Zelenski
21:55 18.05.2024
Moldovada demoqrafik vəziyyət pisləşib
21:29 18.05.2024
Latviya Parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib
21:11 18.05.2024
Bolqarıstan Prezidenti Rusiya üzərində qələbəni qeyri-mümkün hesab edir
21:00 18.05.2024
Türkiyə səfirliyi Qırğızıstandakı vətəndaşlarına xəbərdarlıq edib
20:34 18.05.2024
Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda Azərbaycan-Amerika tərəfdaşlığını müzakirə edib
20:20 18.05.2024
BMT-nin Baş katibi: Yaxın Şərqdə sülhə gedən yeganə yol İsrail və Fələstin dövlətinin yaradılmasından keçir
20:00 18.05.2024
"Zamana sığmayan Lider: Heydər Əliyevin idarəçilik və varislik fəlsəfəsi" adlı monoqrafiya Azərbaycanın müstəqil inkişaf yoluna işıq salır
19:59 18.05.2024
Hamısı