Braziliya prezidenti Luiz İnasio Lula da Silva rusiyalı həmkarı Vladimir Putinin 2024-cü ildə Rio-de-Janeyroda keçiriləcək G20 sammitində iştirak edəcəyi təqdirdə, Cənubi Amerika ölkəsinin prezidenti olduğu müddətdə Braziliyada həbs olunmayacağını bildirib.
"İnsanlar Braziliyanın müstəqilliyinə ciddi yanaşmalıdırlar" və hökumətin icazəsi olmadan ölkədə heç kim həbs edilə bilməz, Lula Yeni Dehlidə keçirilən G20 sammiti zamanı Hindistan mediası olan Firstpost-a bildirib.
Beynəlxalq Cinayət Məhkəməsi 2023-cü ilin martında Putinə qarşı “müharibə cinayətləri” iddiası ilə həbs qərarı çıxarıb. Rusiyadan fərqli olaraq, Braziliya BCM-nin Roma Əsasnaməsini imzalayan ölkədir.
Dunay Regionu və Mərkəzi Avropa İnstitutunun (IDM) idarəedici direktoru, Dunay Rektorlar Konfransının (DRC) baş katibi və Bratislavadakı GLOBSEC Siyasət İnstitutunun Qlobal Avropa Mərkəzinin əməkdaşı Sebastian Schaeffer Ednews-a bildirib ki, Lula artıq söylədiyi fikirdən geri çəkilib:
"Lula qərar vermək məhkəmənin işidir, ona görə də hesab edirəm ki, bu, indi daha az problemdir, çünki sammitin baş tutacağı bir ildən sonra olacaq, - deyə bildirib. Putinin hələ də Rusiya Federasiyasının prezidenti olub-olmadığını bilmirik. Görək bundan sonra nə olacaq”.
Lulanın geri çəkilmə səbəbinə gəlincə, ekspert bunun özündən asılı olmadığını anladığını vurğulayıb:
"Bəzi ölkə liderləri qanundan üstün olduqlarını düşünsələr belə, demokratik ölkələrdə- bizdə hələ də qanunun aliliyi var. Lula özü də bundan bəhrələnib".
Ülviyyə Şahin