Xəzər dənizi dünyanın ən böyük qapalı su hövzəsi hesab olunur. Onun strateji önəmini artıran amillər zəngin karbohidrogen ehtiyatlarına malik olmasıdır.
5 Xəzəryanı dövlət - Azərbaycan, Qazaxıstan, Türkmənistan, İran və Rusiya dənizin hüquqi statusunu (2018) müəyyən etsə də, bu hələ ki, fəaliyyətdə öz əksini tapa bilmir. Əsas mübahisə isədənizin milli sektorlara bölünmə prinsipinin razılaşdırılmamasıdır.
Xəzər dənizi üzrə birgə müqavilələr özünü doğruldurmu? Xəzər dənizinin dövlətlər üzrə sektor payı necədir?
İqtisadçı Natiq Cəfərli, Xəzərin statusu ilə bağlı danışarkən bildirib ki, regional müqavilələr və ekoloji protokollar olsa da, bunların de-fakto olaraq işlək vəziyyətdə olması sual altındadır.
“Azərbaycanın Xəzərin statusu ilə əlaqədər həm Qazaxıstan, həm Türkmənistanla qarşılıqlı müqavilələri var. Xüsusən Qazaxıstanla olan müqavilələr daha aktiv fazadadır. Bakı,Türkmənbaşı və Aktau limanlarının müasir yükdaşıma və ticarət məqsədləri üçün texnoloji olaraq təkminləşdirilməsi gələcəkdə ümumi Xəzər dənizinin daha işlək və qitə üzrə mərkəzi tiracət regionu olmasına səbəb olacaq”.
Ekspert bununla bağlı Şəqr-Qərb dəhlizinin rolunu da vurğulayıb. O, qeyd edib ki, sonuncu G20 konfransında da Hindistan və ABŞ arasında Şərq-Qərb dəhlizi və Xəzərlə bağlı ticari müqavilələr bağlanıb.
“Gələcəkdə Xəzərin ticarət baxımından xüsusi önəm kəsb etməsi üçün Xəzərsahili 5 ölkənin daha da sıx əməkdaşlığına və siyasi manaelərin aradan qalxmasına ehtiyyac var.
Məsələn Rusiya ekoloji problemləri əsas götürərək Xəzərin dibi ilə gətirilən Azərbaycan-Türkmənistan və Azərbaycan-Qazaxıstan boru kəmərinin çəkilməsinə mane olur.
Halbuki bu maneə aradan qalxsa Xəzərsahili ölkələr arasında daha asan və daha effektiv enerji əməkdaşlığı yarana bilər”.
Xəyal Ramiz