“Təəssüf ki, ermənilərdə kök salmış türkofobiya onlara həqiqətlə üzləşməyə və düzgün qərar qəbul etməyə imkan vermir. Qarabağ Azərbaycanındır, amma ermənilər bunu başa düşməməkdə israr edirdilər”.
Bu fikirləri erməni siyasi fəal İşxan Verdiyan Ednews – a müsahibəsində söyləyib. Onun fikirlərinə görə gec – tez bu münaqişənin başa çatacağı xəbərini eşidəcəyik:
“Azərbaycanın antiterror tədbiri tez başa çatdı və tezliklə Azərbaycanın bütün ərazisi onun tam nəzarəti altında olacaq. Azərbaycan Silahlı Qüvvələrinin yüksək peşəkarlığını xüsusi qeyd etmək istərdim ki, ağır texnikanın tətbiqi ilə erməni hərbçiləri sıralarında minimal itki oldu.
Şübhə yoxdur ki, Azərbaycan mülki əhaliyə lazımi qaydada davranacaq və onu lazım olan hər şeylə təmin edəcəkdir.
Bu kabusun tezliklə bitəcəyinə inanmaq çox çətindir, amma bu fakt olaraq qalır ki, — yaxın gələcəkdə Ermənistan-Azərbaycan münaqişəsinin Qarabağ mərhələsinin başa çatdığını eşidəcəyik”.
Əkbər Novruz