Paşinyanın Azərbaycan ərazi bütövlüyünü təsdiq edən bəyannamə imzalayıb. Bəyanatda həmçinin Qazaxın 7 kəndi və Naxçıvanın Kərki kəndinin də qaytarılması qeyd olunub. Bildiyimiz kimi kəndlər ermənistan torpaqları tərəfindən anklav vəziyyətə salınıb.
Azərbaycanın bu anklav əraziləri nə zaman təhvil veriləcək? Bununla bağlı əhalinin ora köçürülməsi prosesi dəhliz yaradılması və s proseslər necə baş tutacaq?
Məsələ ilə bağlı beynəlxalq hüquqşünas Emil Həsənov Ednews-a açıqlamasında bildirib ki, praktiki formada ərazilərin qaytarılması üçün iki tərəfli komissiyanın yaradılması vacibdir.
“Paşinyanın ötən gün bağladığı müqaviləyə əsasən anklav kəndlərin Azərbaycana qaytarılması üçün xüsusi komitə yaradılmalıdır.
Bu proseslərə əhalinin köçürülməsi, həmin ərazilərin təhlükəsizliyi, əhalinin qida və lazımı ləvazimatlara əlçatanlığı, maliyyələşdirmə və s. aiddir. Təbii ki, bunun həyata keçirilməsi üçün ikitərəfli əməkdaşlıq etmək vacibdir.
Çünki həmən ərazilər anklavdır yəni hər tərəfdən digər dövlətin torpaqları ilə əhatə olunub. Əgər hər hansısa bir problem olduqda bir sıra beynəlxalq təşkilatlar buna cəlb oluna bilər. BMT-nin əsasnamələrinə əsasən həmən ərazilər “de-yure” olaraq Azərbaycan ərazisi sayılır lakin “de-fakto” olaraq isə Ermənistanın nəzarətindədir. Bundan başqa konpensasiya və ya dəyişilmə kimi alternativlər də var”.
Hüquqşünas son olaraq qeyd edib ki, delimitasiya və demarkasiya məsələlərinin dəqiqləşdirilməsi isə ən mühim prosesdir.
Xəyal Ramiz