“Güclü iqtisadiyyat müstəqillik deməkdir. Əsil müstəqilliyə nail olmaq üçün güclü iqtisadiyyat olmalıdır”.
Ölkə başçısının dediyi kimi böyük iqtisadi inkişaf üçün bir çox layihə və dövlət proqramları həyata keçirilib. Azərbaycan iqtisadiyyatının ümumi göstəriciləri necədir? Son 5 ildə Azərbaycan iqtisadiyyatının inkişaf predmetləri hansılardır?
Məsələ ilə bağlı iqtisadçı ekspert Eldəniz Əmirov Ednews-a açıqlamasında ümumi iqtisadi artımla bağlı statistiklara toxunub.
“Son 5 ilin 3 ilini Azərbaycan Zəfər sevinci yaşayır. Eyni zamanda Azərbaycan iqtisadiyyatının böyük hissəsini Qarabağda formalaşdırmağa çalışır. Bu ərazilərə ciddi şəkildə maliyyə yatırılır. 2018-ci ilin mayında Cənub Dəhlizinin açılışı, 2020-ci ildə TAP-ın istifadəyə verilməsi.
2019-2023-ci illərdə üzrə Regionların Sosial İqtisadi İnkişaf proqramı təstiqləndi. Bir çox istiqamətlər üzrə ciddi inzibiti- hüquqi proseslər özünü tamamladı .
Azərbaycanda ilk olan Azad İqtisadi Zona açıldı,sənaye məhəllərinin sənaye zonalarının sayı artırıldı,Naxcıvanın strateji inkişaf modeli yaradıldı.
Birinci “Böyük Qayıdış” proqramı qəbul olundu. Vergi və gömrük daxil olmaları artdı. Sahibkarlıq subyektlərinin həcmi artdı.
Bunların davamı olaraq biz həm minumum həm də orta aylıq əmək haqqının məbləqlərində artım müşaidə etdik.
Nəticə olaraq bütün bu inkişaf prosesləri iqtisadiyyatın əsas göstərici olan ÜDM-də öz əksini tapdı. 2018-ci ildə 79 milyardlıq ÜDM, 2022-ci ildə 133 milyarda qalxdı. Bu isə həqiqətən çox böyük iqtisadi göstəricidir”.
Ekspert əlavə olaraq Prezident İlham Əliyevin ölkə rəhbərliyi dövründəki ümumi iqtisadi statiskiları qeyd edib: “ÜDM 1780 faiz, büdcə xərcləri 3500 faiz, valyuta ehtiyatları 4721 faiz, orta aylıq əməkhaqqı isə 1080 faiz artıb.
Xəyal Ramiz