Prezident Tayyib Ərdoğanın İsrail səfərinindən imtinasından sonra Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktarın gələn ay İsrailə səfəri də ləğv edilib və iki ölkə arasında təbii qaz ixracı layihəsi də dayandırılıb.
Bir müddət İsraillə Türkiyə arasında gedən proseslər çərçivəsində İsrail qazının Türkiyəyə gətirilməsi və bir hissəsinin də Türkiyə üzərindən Avropaya nəqli məsələsi gündəmdə idi.
Bununla bağlı Türkiyədə enerji ilə bağlı hansı alternativlərdən istifadə etmək olar? Layihənin ləğvi hansı nəticələrə səbəb ola bilər?
Türkiyənin “Yeni Akit” qəzetinin Ankara bürosunun xəbərlər departamentinin rəhbəri Muhammet Kutlu İsrail – Türkiyə qaz lahiyəsinin əvvəlki kimi bəyənilmədiyini vurğulayıb:
“Bildiyimiz kimi Oktyabrın 7-dən başlayan İsrail-Həmas münaqişəsindən sonra Türkiyə İsraillə danışıqlar apardığı İsrail qazının Türkiyə üzərindən nəqli ilə bağlı layihəni dayandırıb.
İsrail Qəzzada baş verən son proseslərdən sonra ərazidə böyük təbii qaz ehtiyatlarının olduğu yataqları emal edib çıxardığı qazı Avropaya göndərmək istəyir.
İsrail qazı ilə bağlı layihə Türkiyənin əvvəldən bəyəndiyi layihə deyil. Təbii qaza ehtiyacı olan Avropa ölkələri və İsraildən gələn sıx tələb əsasında layihə araşdırılmağa başlandı.
Ancaq regionla bağlı münaqişə əsaslı problem qaz layihəsinin gerçəkləşməsinin qarşısını alıb. Türkiyənin buna müsbət yanaşması mümkün görünmür.
Bundan sonra iqtisadi cəhətdən mümkün olarsa, Yunanıstana dənizaltı boru xətti çəkməyə cəhd edə bilərlər. Ancaq bunun sərfəli olacağını heç kim proqnozlaşdırmır”.
İsraildə ixrac edilən qazın qiymətinin daxili bazarda satılandan daha ucuz ola bilməyəcəyinə dair bir qanun olduğunu vurğulayan ekspert, sözlərini belə davam etdirdi:
"Bu səbəbdən danışıqlar təxminən 7 ildir ki, dondurulub.
Lakin son proseslərdən əvvəl baş verən bir çox inkişaflar bu layihəni əvvəlkindən daha reallaşdırmışdı.
Lakin hazırda proses belə deyil. Əlavə olaraq qeyd etmək istəyirəm ki, Türkiyənin artıq Azərbaycan, Rusiya və İrandan qaz xətləri mövcuddur.
Ona görə də Türkiyənin enerji sahəsində çoxlu alternativləri var.
Ötən il Rusiya qazının əsas paylayıcı rolunu Türkiyənin üzərinə götürməsi ilə bağlı müqavilə imzalanıb. Azərbaycan qazının tutumunun artırıldığı da məlumdur”.
Xəyal Ramiz